Məhkəmə qərarları › İş №2(012)-3875/2024

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-3875/2024

24.07.2024 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-3875/2024 24.07.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdehin vəkili və nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı müqavilə münasibətlərinə xitam verilməsi və əmlakın boşaldılaraq təhvil verilməsi tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin qeyri-yaşayış sahəsi kimi fəaliyyət göstərən otağının icarəyə verilməsi barədə müqavilə münasibətlərinə xitam verilməsi və həmin əmlakın boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, tələblərini bununla əsaslandırmışdır ki, Abşeron rayonu, Xırdalan şəhəri, 25-ci məhəllə, M.Hüseynzadə küçəsi 32 ünvanında yerləşən fərdi evin qeyri-yaşayış sahəsi kimi fəaliyyət göstərən bir otağını Cavabdeh Pəhilvan qızının icarəsinə vermişdir. Aralarında rəsmi müqavilə bağlanmasa da, münasibətləri icra müqaviləsindən irəli gələn mübahisələrdəndir. Cavabdehlə arasında yaranmış qeyri-etik münasibətlər, eləcə də cavabdehin istifadəsinə (icarəsinə) götürdüyü obyektə görə ödənişlər etməməsi, obyektə çəkilmiş kommunal (işıq, su və sair) xidmətlərdən istifadəyə görə ödənişlər etməməsi səbəbindən borcların yığılması cavabdehlə icarə münasibətlərinin davam etdirilməsini mümüküsüz edir. Ona görə də cavabdehlə icarə müqaviləsi münasibətlərini ləğv etdirmək qərarına gəlmişdir. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 iddianı müdafiə etdi və onun təmin olunmasını xahiş etdi. O bildirdi ki, tərəflər arasında icarə müqaviləsi imzalanmışdır və o, cavabdehdədir. Məhkəmə iclasında cavabdehin vəkili və nümayəndəsi Nümayəndə2 iddiaya etiraz etdi və onun təmin edilməməsini xahiş etdi. O qeyd etdi ki, bütün sübutları iddiaçı tərəf məhkəməyə təqdim etməlidir. Məhkəmə proses iştirakçılarını dinləyərək aşağıda göstərilənlərə əsasən hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, iddia ərizəsindən görünür ki, oradakı əsas tələb qeyri-yaşayış sahəsi kimi fəaliyyət göstərən otağın cavabdehə icarəyə verilməsi barədə müqavilə münasibətlərinə xitam verilməsi barədədir. Məhkəmə iclasında tərəflər arasında imzalanmış icarə müqaviləsinin təqdim edilməsi tərəflərə təklif edilsə də, bu barədə sübut təqdim edilməmişdir. Mülki Prosessual Məcəllənin 259.0.12-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, ərizə baxılmamış saxlanılır. Həmin Məcəllənin 149.2.3-cü maddəsinə görə iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Qeyd edildiyi kimi, tərəflər arasında icarə münasibətlərinin olmasını təsdiq edən hər hansı legitim sənəd (icarə müqaviləsi, saziş, razılaşma və s.) təqdim edilmədiyindən hazırki iddia ərizəsi baxılmamış saxlanılmalı və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Bundan başqa, işdən görünür ki, İddiaçı hazırki iddia ərizəsini verərkən müvafiq ödəniş sistemi vasitəsilə ********** saylı qəbzlə Abşeron Rayon Məhkəməsinə iddia ərizəsinin verilməsi üçün 99,60 manat məbləğində dövlət rüsumunu xx.xx.2024-cü ildə ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, dövlət rüsumu geri qaytarılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən, ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, qeyd olunanlara əsasən, hazırki iddia ərizəsi baxılmamış saxlanılmalı, habelə iş üzrə ödənilmiş 99,60 manat məbləğində dövlət rüsumu İddiaçı geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdeh qarşı müqavilə münasibətlərinə xitam verilməsi və əmlakın boşaldılaraq təhvil verilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın və iddia ərizəsi ona əlavə edilən sənədlərlə birlikdə İddiaçı qaytarılsın. İddiaçı hazırki mülki iş (2(012)-3875/2024 saylı mülki iş) üzrə ödəmiş olduğu 99,60 manat məbləğində dövlət rüsumu (********** saylı qəbz) dövlət büdcəsinin vəsaiti hesabından İddiaçı qaytarılsın. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar