Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-389/2021 17.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsi barədə alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və qanuni istifadəçinin hüquqlarının bərpa edilməsi tələbinə dair mülki işə 17 may 2021-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsi barədə alqı-satqı müqaviləsinin etibarsız hesab edilərək ləğv edilməsi və qanuni istifadəçinin hüquqlarının bərpa edilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında 07.10.2016-cı il tarixli, AN-İ ******* №-li daşınmaz əmlakın alqısatqı müqaviləsinin etibarsız hesab edilərək ləğv edilməsi, həmin müqavilədə alqı-satqı predmeti olan torpaq sahəsinin Cavabdeh2 sahibliyindən götürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu Masazır kəndində fərdi yaşayış evi Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 14.08.2019-cu ildə verdiyi “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” çıxarışa əsasən İddiaçı qanuni mülkiyyətindədir. Həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi onun mülkiyyətindədir və bu barədə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmışdır. İddiaçı həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsini 29.12.2015-ci ildə notariat qaydasında müqavilə əsasında satın almışdır. Torpaq ona Cavabdeh1 tərəfindən satılan zaman dörd tərəfdən daş hasarın daxilində idi. Cavabdeh1 torpağın alqı-satqısı zamanı hazırda digər cavabdehə satılmış torpaq sahəsinin ümumi istifadədə olduğunu, yəni iddiaçıdan başqa da iki başqa qonşunun küçəyə çıxış yolu olduğunu bildirmiş və həmin torpaq sahəsini başqa şəxslərə satmayacağını, habelə bunun mümkün olmadığını bildirmişdir. Çünki üç qonşunun qapısı həmin əraziyə açılır. Sonradan Cavabdeh1 digər Cavabdeh2 iddiaçıya məxsus torpaq sahəsinin qonşuluğunda (bitişik) olan torpaq sahəsini 07.10.2016-cı ildə satmışdır. Həmin alqı-satqı nəticəsində hazırda iddiaçının həyətdən çıxışı küçəyə deyil, mülkiyyətində olan torpaq sahəsinə açılır. Cavabdeh1 digər Cavabdeh2 satdığı torpaq sahəsinin təqribi eni 1,80 m olan sahədir, orada nə yaşayış evi tikmək, nə da başqa bir fəaliyyət göstərmək mümkündür. Ora hətta avtomobilin keçməsi də mümkün deyildir. Yəni faktiki olaraq cavabdehlər arasında alqı-satqı predmeti olan torpaq sahəsi küçədir, ümumi istifadədə olan torpaq sahəsidir. Cavabdehlərin alqı-satqı müqaviləsi bağlamaqda niyyəti heç də torpaq əldə etmək olmamışdır. Həmin torpaq sahəsinin alqısatqısı ilə iddiaçının mülkiyyət hüquqları pozulmuşdur. Bu barədə cavabdehə müraciət etsə də, nəticəsiz qalmışdır. Bu səbəbdən də həmin torpaq sahəsinin cavabdehin qeyri-qanuni sahibliyindən geri götürülüməsi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etmədi və izahatında buildirdi ki, mübahisəli torpaq sahəsini alarkən yerində baxış keçirməmişdir, sonradan isə oranı Cavabdeh2 satmışdır. Mübahisəli torpaq sahəsinin onun satdığı torpaq sahəsi olub olmamasını bilmir. Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə, mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, işin materiallarını araşdırıb hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməməlidir. Mülki iş materiallarında olan ******* №-li 29.12.2015-ci il tarixli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsindən müəyyən edilir ki, satıcı X1 rayonu, Masazır kəndi ünvanında yerləşən, 1.34 ha torpaq sahəsinin 0,02 ha. hissəsini alıcı İddiaçı mülkiyyətinə verməyi, sonuncu isə bunun müqabilində 2000 manat məbləğində pul vəsaitini ona ödəməyi öhdəsinə götürür. Mülki iş materiallarında olan ******* №-li 17.06.2016-cı il tarixli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsindən müəyyən edilir ki, satıcı X6 mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən,1,34 ha torpaq sahəsinin 0.0235 ha torpaq sahəsini alıcı Cavabdeh1 mülkiyyətinə verməyi, sonuncu isə bunun müqabilində 1800 manat məbləğində pul vəsaitini ona ödəməyi öhdəsinə götürür. Mülki iş materiallarında olan ******* №-li 07.10.2016-cı il tarixli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsindən müəyyən edilir ki, satıcı Cavabdeh1 ünvan 1i ünvanında yerləşən, 0.0235 ha torpaq sahəsini alıcı Cavabdeh2 mülkiyyətinə verməyi, sonuncu isə bunun müqabilində 3500 manat məbləğində pul vəsaitini ona ödəməyi öhdəsinə götürür. Mülki iş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş **********72 reyestr nömrəli, 09.09.2014-cü il tarixli çıxarışa əsasən ünvan 1i ünvanındakı 1.34 ha ehtiyat fondu torpaqları torpaq sahəsi X4 mülkiyyətindədir. Mülki iş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş **********46 reyestr nömrəli, 01.07.2016-cı il tarixli çıxarışa əsasən ünvan 1i ünvanındakı 0.0235 ha ehtiyat fondu torpaqları torpaq sahəsi Cavabdeh1 mülkiyyətindədir. Mülki iş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş **********46 reyestr nömrəli, 20.10.2016-cı il tarixli çıxarışa əsasən ünvan 1i ünvanındakı 0.0235 ha ehtiyat fondu torpaqları torpaq sahəsi Cavabdeh2 mülkiyyətindədir. Mülki iş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş **********58-10301 reyestr nömrəli, 14.08.2019-cu il tarixli çıxarışa əsasən ünvan 1i ünvanındakı ev 0 İddiaçı mülkiyyətindədir. Mülki iş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-96/2020 saylı, 11.03.2020-ci il tarixli qətnaməsindən müəyyən edilir ki, Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ******* nömrəli çıxarışda göstərilən, ünvan 1ində yerləşən 0.0235 ha ölçüdə torpaq sahəsində X2 və İddiaçı tərəfindən qanunsuz tikilmiş özbaşına tikililərin həmin şəxslərin hesabına sökülməsi qət edilmişdir. Mülki işin araşdırıllan hallarından müəyyən edilir ki,Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş **********72 reyestr nömrəli, 09.09.2014-cü il tarixli çıxarışa əsasən ünvan 1i ünvanındakı 1.34 ha ehtiyat fondu torpaq sahəsi X4 mülkiyyətində olmuş, ******* №-li 29.12.2015-ci il tarixli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsinə əsasən satıcı X1 rayonu, Masazır kəndi ünvanında yerləşən, 1.34 ha torpaq sahəsinin 0,02 ha. hissəsini alıcı İddiaçı, ******* №-li 17.06.2016-cı il tarixli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsinə əsasən isə həmin torpaq sahəsinin 0.0235 ha hissəsini alıcı Cavabdeh1 satmış, ******* №-li 07.10.2016-cı il tarixli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsindən müəyyən edilir ki, satıcı Cavabdeh1 isə həmin torpaq sahəsini Cavabdeh2 satmışdır. Abşeron Rayon Məhkəməsinin 2(012)-96/2020 saylı, 11.03.2020-ci il tarixli qətnaməsindən müəyyən edilir ki, Ekspertizanın rəyinə əsasən Osmanova Vəsilə Məhəmməd qızı və qeyrilərinin apardığı özbaşına tikililər Cavabdeh2 mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən 0.0235 ha. torpaq sahəsinin üzərində yerləşir. Qeyd edilənlərdən göründüyü kimi iddiaçının mübahisələndirdiyi ümumi həyət hesab etdiyi torpaq sahəsi üzrə hazırkı cavabdehlər arasında bağlanan alqı-satqı müqaviəsinədək həmin sahə Rüfət Quliyevin mülkiyyətində olmuş,Rüfət Quliyev isə həmin torpaq sahəsini 17.06.2016-cı il tarixdə alqı-satqı müqaviləsi üzrə Səfərova Gülnaz Həsrət qızına satmışdır.Bu halda məhkəmə qeyd edir ki, mübahisəli torpaq sahəsi üzrə iddiaçı əvvəlki mülkiyyətçinin mülkiyyətin əldə edilmə əsaslarını mübahisələndirmədən sonuncu mülkiyyətçinin mülkiyyətin əldə edilmə əsasını mübahisələndirməsi prosedur baxımdan yolverilməzdir.Ona görə də qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır, etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3 və 217.4-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsi barədə alqı-satqı müqaviləsinin etibarsız hesab edilərək ləğv edilməsilə qanuni istifadəçinin hüquqlarının bərpa edilməsi barədə iddia tələbi əsassız hesab edilməklə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsi barədə alqı-satqı müqaviləsininetibarsız hesab edilərək ləğv edilməsilə qanuni istifadəçinin hüquqlarının bərpa edilməsi barədə iddia tələbi təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-389/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-389/2021
17.05.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver