Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3974/2023 13.09.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin təyin edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladları 30 aprel 2015-ci il təvəllüdlü X7, 07 fevral 2019-cu il təvəllüdlü X8 və 08 dekabr 2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşağa görə 220 manat olmaqla, cəmi 660 manat məbləğində alimentin, mediasiya xərci olan 50 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, onunla Cavabdeh arasında xx.xx.2011-ci il tarixli nikah bağlanmışdır. Onların birgə nikahlarından 30 aprel 2015-ci il təvəllüdlü X7, 07 fevral 2019-cu il təvəllüdlü X8 və 08 dekabr 2020-ci il təvəllüdlü X6 dünyaya gəlmişdir. Cavabdeh övladları ilə maraqlanmır və uşaqların saxlanılması üçün heç bir maddi yardım göstərmir. O, övladlarının ehtiyaclarını ödəməkdə çətinlik çəkir. Lakin cavabdeh böyük övladı X4 3 aydır ki, aparmış, hələ də gətirməmiş və o, böyük övladını aylardır görə bilmir. Qeyd edilənlərə əsasən o iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, o iddiaçını evdən qovmamışdır. Böyük övladı X7 anası ilə qalmaq istəmir və hazırda bir neçə aydır ki, onun yanındadır. Odur ki, o, alimentin tutulmasına razı deyildir və iddia tələbinin təmin edilməməsini xahiş etdi. İş materiallarında olan İsmayıllı Rayon Qeydiyyat Şöbəsi tərəfindən qeydə alınmış AZ-T № 050986 saylı nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh və İddiaçı 25 noyabr 2011-ci il tarixində nikahlarını bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 305 № ilə qeyd edilmişdir. İş materiallarında olan İsmayıllı Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-T № 237090 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X7 30 aprel 2015-ci ildə İsmayıllı rayonunda doğulmuşdur. Atası Cavabdeh, anası isə X5r. İş materiallarında olan İsmayıllı Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-T № 237089 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X8 07 fevral 2019-cu ildə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan İsmayıllı Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-T № 237091 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X6 08 dekabr 2020-ci ildə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası isə İddiaçıdır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, tərəflər rəsmi nikah bağlamaqla ailə qurmuş və onların üç yetkinlik yaşına çatmayan övladları vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən göstərilir ki, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edə bilər. Məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikası qanununa əsasən 2023-cü il üçün uşaqların yaşayış minumumunu nəzərə almaqla hesab edir ki, 07 fevral 2019-cu il təvəllüdlü X8 və 08 dekabr 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşağa görə 220 manat olmaqla, 440 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Bundan əlavə 30 aprel 2015-ci il təvəllüdlü X7 hazırda atası Cavabdeh yanında olduğundan və bu hal məhkəmədə mübahisələndirilmədiyindən, məhkəmə hesab edir ki, iddia tələbi 30 aprel 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 220 manat məbləğində alimentin cavabdehdən tutulması hissəsində rədd edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Ona görə məhkəmə hesab edir ki, aliment xx.xx.2023-cü ildən tutulmalıdır. Bundan başqa iddia tələbinin 50 manat mediasiya haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, həmin xərc məhkəmə xərclərinə aid olmadığından, iddia tələbi bu hissədə rədd edilməlidir. Məhkəmə dövlət rüsumu ilə bağlı hesab edir ki, dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə görə aliment alınması barədə İddiaçı dövlət rusumunu ödəməkdən azad edildiyindən, Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə əsasən 72,80 (yetmiş iki manat səksən qəpik) manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə görə aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2023-cü il tarixdən başlayaraq 07 fevral 2019-cu il təvəllüdlü X8 və 08 dekabr 2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşağa görə 220 manat olmaqla, 440 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia tələbi digər hissələrdə rədd edilsin. Cavabdeh 72,80 (yetmiş iki manat səksən qəpik) manat dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. Qətnamə dərhal icraya yönəldilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-3974/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3974/2023
13.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver