Məhkəmə qərarları › İş №2(012)-3978/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3978/2023

11.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3978/2023 11.09.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı nümayəndəsi X3, Cavabdeh X6 iştirakı ilə, İddiaçı cavabdeh X8 qarşı «alimentin təyin edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladları yetkinlik yaşına çatmayan 06 oktyabr 2013-cü il təvəllüdlü X14 və 26 dekabr 2014-cü il təvəllüdlü X2 üçün hər ay hər uşağa görə 220 manat olmaqla, cəmi 440 manat məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə göndərərək, övladları yetkinlik yaşına çatmayan 06 oktyabr 2013-cü il təvəllüdlü X13 və 26 dekabr 2014-cü il təvəllüdlü X1 üçün hər ay hər uşağa görə 220 manat olmaqla, cəmi 440 manat məbləğində alimentin cavabdeh X4 tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi X5 məhkəmə iclasında izahatında bildirdi ki, İddiaçı cavabdeh X10 ilə 30 sentyabr 2013-cü ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Tərəflərin birgə nikahlarından 06 oktyabr 2013-cü il təvəllüdlü X13 və 26 dekabr 2014-cü il təvəllüdlü X11 dünyaya gəlmişdir. Cəbrayıl Rayon Məhkəməsinin qətnaməsi ilə tərəflər arasındakı nikah pozulmuş, uşaqların analarının yanında qalması qət edilmişdir. Abşeron Rayon Məhkəməsinin qətnaməsi ilə hər ay hər uşağa görə 117 manat alimentin tutulması qət edilmişdir. Lakin tərəflər barışdıqlarından, aliment işinə xitam verilmişdir. Lakin sonradan yenidən nikahları pozulmuşdur. Hazırda cavabdeh taksi işləyir. Uşaqlar böyüdükcə ehtiyaclar artmış, tələbatları çoxalmışdır. Lakin iddiaçı tək qadın olaraq bu ehtiyacları ödəməkdə çətinlik çəkir. Qeyd edilənlərə əsasən, o, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh X10 məhkəmə iclasında izahatında bildirdi ki, o, hərbiçi olmuş və pensiya almışdır. Sonradan isə pensiyası dayandırılmışdır. Əvvəlcə aliment 117 manat təyin olunmuş, lakin daha sonra alimentlə bağlı icra işinə xitam verilmişdir. Odur ki, onun hər ay hər uşağa görə 125 manat olmaqla cəmi 250 manat aliment ödəməyə maddi imkanı çatır. İş materiallarında olan AZE Seriyalı, 11303758 saylı şəxsiyyət vəsiqəsindən görünür ki, X13 06 oktyabr 2013-cü ildə Sumqayıt şəhərində doğulmuşdur. X18, anası isə İddiaçıdir. İş materiallarında olan AZE Seriyalı, 11303759 sayl şəxsiyyət vəsiqəsindən görünür ki, X11 26 dekabr 2014-cü ildə Bakı şəhərində doğulmuşdur. X18, anası isə İddiaçıdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən, valideynlər övladlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) muəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında göstərilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə alimentin tələb olunan miqdarda cavabdehin ödəmək iqtidarında olması ilə bağlı sübutların müəyyən edilmədiyini, həmçinin uşağı saxlamaq vəzifəsinin hər iki valideynin üzərinə düşdüyünü nəzərə alaraq belə nəticəyə gəlir ki, 06 oktyabr 2013-cü il təvəllüdlü X13 və 26 dekabr 2014-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün hər ay hər uşağa görə 190 manat olmaqla, cəmi 380 manat sabit pul məbləğində aliment cavabdeh X4 tutularaq, İddiaçı verilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Ona görə məhkəmə hesab edir ki, aliment xx.xx.2023-cü ildən tutulmalıdır. Məhkəmə dövlət rüsumu ilə bağlı hesab edir ki, dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə görə aliment alınması barədə İddiaçı dövlət rusumunu ödəməkdən azad edildiyindən, Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə əsasən 65,60 (altmış beş manat altmış qəpik) manat dövlət rüsumu X4 tutularaq dövlət büdcəsinə ödənilməlidir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə görə aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2023-cü il tarixindən başlayaraq 06 oktyabr 2013-cü il təvəllüdlü X13 və 26 dekabr 2014-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün hər ay hər uşağa görə 190 manat olmaqla, cəmi 380 manat sabit pul məbləğində aliment cavabdeh X4 tutularaq, İddiaçı verilsin. Cavabdeh X4 65,60 (altmış beş manat altmış qəpik) manat dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. Aliment dərhal icraya yönəldilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar