Məhkəmə qərarları › İş №2(012)-4012/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4012/2021

07.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4012/2021 07.07.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili X2, Cavabdeh X5 və onun vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh X8 qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə 07 iyul 2021-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X8 qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 07 iyul 2009-cu il təvəllüdlü X6, 29 oktyabr 2010-cu il təvəllüdlü X3 və 11 may 2021-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdehdən hər ay 3 (üç) uşağa görə qazancın (başqa gəlirlərin) yarısı miqdarında aliment tutulması, 11 may 2021-ci il təvəllüdlü X7 isə 3 (üç) yaşına çatan qədər onun maddi ehtiyaclarının qarşılanması üçün 250 (iki yüz əlli) manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə cavabdeh X13 arasında 20 iyun 2009-cu il tarixdə Abşeron rayon qeydiyyat şöbəsi tərəfindən 337 nömrəli nikahları qeydə alınmışdır. Onların birgə nikahlarından 3 (üç) övladları - 07 iyul 2009-cu il təvəllüdlü X14, 29 sentyabr 2010-cu il təvəllüdlü X10 və 11.05.2021-ci il təvəllüdlü X15 doğulmuşdur. İddiaçı ilə cavabdeh arasında olan münasibətlər pozulmuşdur. Hazırda 1 (bir) ilə yaxındır ki, ayrı yaşaylar. İddiaçı övladları ilə birlikdə qeydiyyatda olduğu Abşeron rayonu, Məmmədli kəndində yaşayır. Cavabdeh isə Balakən şəhərində yaşayır. Belə ki, cavabdeh Gürcüstan ilə sərhəddə gömrükdə mayor vəzifəsində işləyir və aylıq 2.500 manat məbləğində əmək haqqı alır. 1 (bir) ildirki cavabdeh ailəsi, doğma övladları ilə normal maraqlanmır və maraqlanmaq niyyətində də deyil. Cavabdeh öz istəyi ilə doğma övladına baxmadığı üçün iddiaçı məcbur olub aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X11 iddia tələbini müdafiə edib iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında bildirdi ki, İddiaçı tələb etdiyi alimenti ödəməyə etiraz etmir. İddia tələbinin 11.05.2021-ci il təvəllüdlü X7 3 (üç) yaşına çatan qədər onun maddi ehtiyaclarının qarşılanması üçün 250 (iki yüz əlli) manat sabit pul məbləğində alimentin tutulması hissəsini isə qəbul etmir. Qətnamə çıxarılarkən göstərilənlərin nəzərə alınmasını xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan Abşeron rayon qeydiyyat şöbəsi tərəfindən 20 iyun 2009-cu il tarixdə verilmiş AZ-İ seriyalı 493530 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X13 ilə X9 20 iyun 2009-cu il tarixdə nikaha daxil olmuşlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 20 iyun 2020-ci il tarixdə 337 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Xəlilov, arvada Xəlilova soyadı verilmişdir. Mülki işin materiallarında olan Abşeron rayon İHB-nın Məmmədli kəndi üzrə İcra Nümayəndəliyi tərəfindən 18 sentyabr 2009-cu il tarixdə verilmiş AZ-İİ seriyalı 312814 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X16 07 iyul 2009-cu ildə Bakı şəhərində anadan olmuş, ata qrafasında X13, ana qrafasında İddiaçı göstərilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında 18 sentyabr 2009-cu il tarixdə 13 nömrə ilə qeyd edilmişdir. Mülki işin materiallarında olan Abşeron rayon İHB-nın Məmmədli kəndi üzrə İcra Nümayəndəliyi tərəfindən 09 dekabr 2010-cu il tarixdə verilmiş AZ-İİ seriyalı 558622 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X12 29 oktyabr 2010-cu ildə Bakı şəhərində anadan olmuş, ata qrafasında X13, ana qrafasında İddiaçı göstərilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında 09 dekabr 2010-cu il tarixdə 30 nömrə ilə qeyd edilmişdir. Mülki işin materiallarında olan 5 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən 27 may 2021-ci il tarixdə verilmiş AZ-İV seriyalı 603225 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X17 11 may 2021-ci ildə Bakı şəhərində anadan olmuş, ata qrafasında X13, ana qrafasında İddiaçı göstərilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında 27 may 2021-ci il tarixdə 3417 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 76.1.3-cü maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 3 və daha çox uşağa görə qazancın (başqa gəlirlərin) yarısı miqdarında aliment tutulur; 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər; 84.2.2-ci maddəsinə əsasən bu köməyin göstərilməsindən imtina edildikdə və ərarvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda, hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir; 85.1.1-ci maddəsinə görə hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvadın keçmiş ərindən aliment almaq hüququ vardır; 86-cı maddəsinə əsasən aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlara görə 175 (yüz yetmiş beş) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, tərəflər 20 iyun 2009-cu il tarixdə nikaha daxil olmuşlar, onların birgə nikahlarından 07 iyul 2009-cu il təvəllüdlü X14, 29 oktyabr 2010-cu il təvəllüdlü X10 və 11 may 2021-ci il təvəllüdlü X15 adlı övladları doğulmuşdur. Tərəflər birgə nikahda olsalar da, hazırda faktiki olaraq ayrı yaşayırlar və uşaqlar iddiaçının himayəsindədir. İddiaçının izahatına əsasən cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində çalışır.Cavadeh isə bunu təkzib edən sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının və onun himayəsində olan yetkinlik yaşına çatmayan uşaqların maddi yardıma ehtiyacı olduğundan həm uşaqlar üçün, həm də ana üçün alimentin tutulması zəruridir. Ona görə də, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək, habelə həm uşaqlar üçün, həm də ana üçün alimentin tutulmasının zəruriliyini, eləcə də minimum yaşayış məbləğini, azyaşlı uşaqların mənafeyini və cavabdehin maddi vəziyyətini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, X4 İddiaçı xeyrinə 07 iyul 2009-cu il təvəllüdlü X6, 29 oktyabr 2010-cu il təvəllüdlü X3 və 11 may 2021-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay qazancının (başqa gəlirlərinin) yarısı miqdarında aliment, habelə 11 may 2021-ci il təvəllüdlü X7 3 (üç) yaşı tamam olana kimi hər ay 150 manat sabit pul məbləğində aliment tutulmalı, iddia digər hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır. İş materiallarından görünür ki, iddiaçı hazırki iddia tələbi bağlı iddia ərizəsini məhkəməyə 07.06.2021-ci il tarixdə təqdim etmişdir. Ona görə də məhkəmə hesab edir ki, alimentin tutulması 07.06.2021-ci il tarixdən hesablanmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1 və 112.1.3-cü maddələrinə əsasən, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Beləliklə də, qeyd edilənlərə əsasən cavabdeh X4 dövlət nəfinə 30 manat məbləğində dövlət rüsumuna görə pul tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. X4 İddiaçı xeyrinə 07 iyul 2009-cu il təvəllüdlü X6, 29 oktyabr 2010-cu il təvəllüdlü X3 və 11 may 2021-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay qazancının (başqa gəlirlərinin) yarısı miqdarında aliment, habelə 11 may 2021-ci il təvəllüdlü X7 3 (üç) yaşı tamam olana kimi hər ay 150 manat sabit pul məbləğində aliment tutulsun. Aliment tutulmasının əvvəli 07.06.2021-ci il tarixdən hesablansın. Qətnamə dərhal icra edilsin. X4 30 manat dövlət rüsumuna görə dövlət nəfinə pul tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar