Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4015/2021 06.08.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (Cavabdeh) qarşı “yaşayış sahəsinin sahibinə təhvil verilməsi və mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 06 avqust 2021-ci il tarixdə Xırdalan şəhərində məhkəmənin inzibati binasnda açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (Cavabdeh) qarşı “yaşayış sahəsinin sahibinə təhvil verilməsi və mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (Cavabdeh) üzərinə 12 mart 2007-ci il tarixli müqavilə üzrə öhdəliyi olan ünvan 1 ünvanında inşa etdiyi yüksək mərtəbəli yaşayış evinin 1-ci blokunun (Giriş 1) 13-cü mərtəbəsində yerləşən sahəsi 52 kv.m təşkil edən 1 (bir) otaqlı 64 nömrəli mənzilin ona təhvil verilməsi və onun həmin mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh (hazırki "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) arasında bağlanmış 12 mart 2007-ci il tarixli müqaviləyə əsasən iddiaçı Cəmiyyətin ünvan 1 ünvanında inşa etdiyi yüksək mərtəbəli yaşayış evinin 1-ci blokunun (Giriş 1) 13-cü mərtəbəsində sahəsi 52 kv.m təşkil edən bir otaqlı 64 nömrəli mənzilini 13.572 manat dəyərini tam ödəməklə almış və iddiaçıya bu barədə maliyyə arayışı verilmişdir. Cavabdeh adı sonradan dəyişdirilərək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti olmuşdur. Müqavilənin şərtlərinə uyğun olaraq iddiaçı aldığı yaşayış sahəsinin dəyərini tam ödəsə də, cavabdeh mənzili təhvil verməmiş və buna görə də iddiaçı həmin yaşayış sahəsindən bu günə qədər istifadə edə bilməmişdir. Belə ki, cavabdeh dəyərinin tam ödəməklə aldığı mənzili iddiaçıya təhvil verəcəyi barədə öhdəlik götürsə də, bu öhdəlikdən yayınaraq öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyərək sözügedən mənzili bu günə qədər təhvil verməmiş, müqavilə şərtlərinin 2 və 8-ci bəndlərini pozmuşdur. İddiaçı cavabdehdən üzərinə götürdüyü öhdəliyi yerinə yetirməsini tələb etsə də, cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirərək aldığı ünvan 1 ünvanında inşa etdiyi yüksək mərtəbəli yaşayış evinin 1-ci blokunun (Giriş 1) 13-cü mərtəbəsində sahəsi 52 kv.m təşkil edən bir otaqlı 64 nömrəli mənzili təhvil verməkdən boyun qaçırır. Göründüyü kimi iddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini yerinə yetirsə də, cavabdeh bu günə qədər öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Belə olan halda iddiaçının müqavilə üzrə mövcud hüquqlarının qanun çərçivəsində qorunmasını tələb etməkdə başqa çarəsi qalmamışdır. Məhkəmə tərəfindən (Cavabdeh üzərinə müqavilə öhdəliyinin dərhal yerinə yetirməsi öhdəliyi qoyulmalı və dəyərinin tam ödədiyi mənzil iddiaçıya təhvil verilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 izahatında mübahisəli mənzillə bağlı məhkəmə qətnaməsi olmadığını, eyni zamanda həmin mənzillə bağlı digər şəxslə müqavilə bağlanmadığını bildirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara məcmu qiymət verərək hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Mülki işin materiallarında olan 12 mart 2007-ci il tarixli kooperativ binada mənzil tikintisi müqaviləsinin müvafiq qaydada təsdiq edilmiş surətindən müəyyən edilir ki, Cavabdeh inşa etdiyi ünvan 2 ünvanında tikilən 14 mərtəbəli yaşayış binasının 1-ci blok, 13-cü mərtəbəsində yerləşən 64 nömrəli mənzili İddiaçı verməyi, İddiaçı isə həmin mənzilin hər kv.metrinə görə 300 ABŞ dollarına razılaşmaqla ümumilikdə 15600 ABŞ dolları və ya 13572 manat pulu ödəməyi öhdəsinə götürmüşdür. Mülki işin materiallarında olan 12 mart 2007-ci il tarixli, 00026 nömrəli kassa mədaxil orderinin müvafiq qaydada təsdiq edilmiş surətindən müəyyən edilir ki, X7 Cavabdehnə mənzilə görə 15486 manat (17400 ABŞ dolları) pulu ödəmişdir. X12 Cəmiyyətinin dairəvi möhürü ilə təsdiq edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabehdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, Cavabdeh (hazırda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) ilə İddiaçı arasında bağlanmış 12 mart 2007-ci il tarixli koorperativ binada mənzil tikintisi müqaviləsi üzrə ünvan 3 ünvanında tikilən 14 mərtəbəli yaşayış binasının 1-ci blokunda 13-cü mərtəbəsində yerləşən 64 nömrəli mənzilə görə 13572 manat pulu Cavabdehnə ödədiyindən, onun hüquqi varisi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ünvan 3 ünvanında tikilən 14 mərtəbəli yaşayış binasının 1ci blokunda 13-cü mərtəbəsində yerləşən 64 nömrəli mənzil İddiaçı ötən müddət ərzində binanın tikilməsinə baxmayaraq, iddiaçıya təhvil vermədiyindən, iddia tələbi əsaslı olmaqla təmin edilməli və ünvan 3 ünvanında tikilən 14 mərtəbəli yaşayış binasının 1-ci blokunda 13cü mərtəbəsində yerləşən 64 nömrəli mənzil İddiaçı təhvil verilməli və İddiaçı həmin mənzilə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsində göstərilmişdir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsində göstərilmişdir ki, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi 10 manat cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3 və 217.4-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ünvan 3 ünvanında tikilən 14 mərtəbəli yaşayış binasının 1-ci blokunda 13-cü mərtəbəsində yerləşən 64 nömrəli mənzil İddiaçı təhvil verilsin və İddiaçı həmin mənzilə köçürülsün. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 10 manat dövlət rüsumuna görə pul "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva əsli ilə düzdür Sədr: 2(012)8218/2017 saylı iş QƏRARDAD 21 dekabr 2017-ci il Xırdalan şəhəri Abşeron rayon məhkəməsi Hakim Cəmilə İbrahim qızı Səfiyevanın sədrliyi, İsmayıl Araz oğlu Cavadlının katibliyi İddiaçı X3, cavabdehin nümayəndəsi Göyüşova Afaq Cümşüd qızı və X8 iştirakı ilə, İddiaçı X3 cavabdeh X5 qarşı “pul tələbi”nə dair mülki iş üzrə cavabdeh X4 işin ərazi aidiyyatı üzrə göndərilməsi barədə ərizəsinə Xırdalan şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X9 cavabdeh X5 qarşı “pul tələbi”nə dair iddia ilə məhkəməyə müraciət edərək cavabdeh X1 birgə nikah dövründə ümumi vəsaitləri hesabına alınmış **-XL-*** dövlət qeydiyyat nişanlı 2015-ci il buraxılışlı “VAZ-21214” markalı avtomobilin satışından əldə olunmuş 10 000 manat məbləğində pulun 2/3 hissəsinin iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işin ərazi aidiyyatı üzrə Ağdam rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehin qeydiyyat ünvanı Ağdam şəhərinədir. Məhkəmə iclasında cavabdehin nümayəndələri vəsatətin təmin edilməsini, iddiaçı isə vəsatətin rədd edilməsini xahiş etdi. 2 Məhkəmə verilmiş vəsatəti işin materialları ilə birgə tədqiq edib hesab edir ki, vəsatət təmin edilməməlidir. Belə ki, işin materiallarından və tərəflərin izahatlarından müəyyən edilir ki, cavabdeh məcburi köçkündür və Abşeron rayonu ərazisində məcburi köçkün kimi qeydə alınmaqla orada yaşayır. Tərəflər arasında olan bir neçə məhkəmə mübahisəsi üzrə də Abşeron rayon məhkəməsinə müraciət etmişlər və bu barədə həmin məhkəmənin müvafiq qərarları da iş materiallarındadır. MPM-nin 35. 1 maddəsinə görə qanunla başqa hal nəzərdə tutulmamışsa iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, vəsatət əsassızdır və təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq,məhkəmə QƏRARA ALDİ: Cavabdeh X4 işin ərazi aidiyyatı üzrə göndərilməsi barədə ərizəsi təmin edilməsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən C.İ. Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-4015/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4015/2021
06.08.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver