Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4019/2021 29.10.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, iddiaçının nümayəndəsi İsmayılov Samir Şahid oğlunun, Cavabdeh Əlihüseyn qızının nümayəndəsi Məlikov Hüseynəli Qardaşxan oğlunun və iddiaçının vəkili X8 iştirakı ilə, İddiaçı Cavabdeh Əlihüseyn qızına qarşı müqavilənin ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə 29 oktyabr 2021-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Əlihüseyn qızına qarşı müqavilənin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Əlihüseyn qızı ilə ünvan 1 ünvanda yaşayış binasının 3-cü blok, 4-cü mərtəbə, ümumi sahəsi 88.8 kv.metr, 2 otaqlı, 21 saylı mənzilə dair İddiaçı arasında bağlanılmış 180 saylı, 07 mart 2019-cu il tarixli ünvan 1 ünvanda yaşayış binasının 3-cü blok, 3-cü mərtəbə, ümumi sahəsi 133.6 kv.metr 4 otaqlı, 18 saylı mənzilə dair İddiaçı ilə bağlanılmış 181 saylı ö7 mart 2019-cu il tarixli müqavilələrin ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Əlihüseyn qızı “Müqavilə öhdəliyinin yerinə yetirilməsi tələbi barədə” iddia tələbi ilə Abşeron rayon məhkəməsinə müraciəti əsasında "xxxx" MMC ilə bağlanmış ünvan 2 ünvanda yaşayış binasının 3-cü blokunun 4-cü mərtəbəsində, ümumi sahəsi 88.8 kv.metr, 2 otaqlı, 21 saylı və yaşayış binasının 3-cü blokunun 3-cü mərtəbəsində, ümumi sadəsi 133.6 kv.metr 4 otaqlı, 18 saylı mənzillərə dair 26 dekabr 2006-cı il tarixli müqavilələri mübahisələndirilmiş və Abşeron rayon məhkəməsinin 30 iyul tarixli, 2(012)-2229/2018 saylı qətnaməsi ilə mənzillərin ona təhvil verilməsi təmin edilmişdir. Qətnamə Sumqayıt Apellyasiya məhkəməsinin 06 sentyabr 2019-cu il tarixli 2(105)-3069/2019 saylı qətnaməsilə dəyişdirilmədən, Ali Məhkəmənin 23 iyun 2020-ci il tarixli, 2(102)- 2*92/2020 saylı qərarı ilə qüvvədə saxlanılmışdır. Məhkəmə getdiyi zaman Cavabdeh Əlihüseyn qızı və onun həyat yoldaşı kimi özünü təqdim edən X6 şirkətə müraciət edərək onunla bağ!anmış hər iki müqavilənin İddiaçı MTK ilə yenidən bağlanılması və 15 mart 2016-cı il tarixli “X13 X1 02 saylı protokolundan çıxarışa əsasən yeni şərtlərlə hər kvadrat metr mənzilin sahəsi üçün 100 manat ödənilməsinə dair müqavilələr bağlanmışdır. Bununla da Cavabdeh Əlihüseyn qızı ilə "xxxx" MMC arasında bağlanmış 26 dekabr 2006-cı il tarixli ilkin müqavilələr ləğv edilmişdir. İlkin müqavilələr şirkətə təhvil verilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi varisi İddiaçıdir. Cavabdeh Əlihüseyn qızı İddiaçı ilə bağlanılmış 180 saylı, 07 mart 2019-cu il tarixli müqaviləyə əsasən ünvan 2 ünvanda yaşayış binasının 3cü blokunun 4-cü mərtəbəsində, ümumi sahəsi 88.8 kv.metr, 2 otaqlı, 21 saylı mənzilə görə əlavə 8880 manat ödənilməsini öz üzərinə götürmüşdür. Həmin məbləğin 2019-cu ilin mart ayından başlayaraq hər ay 740 manat olmaqla 12 ay müddətinə 8880 manat pulun ödəyəcəyi haqqında öhdəliyini bu günədək yerinə yetirməmişdir Həmçinin, Cavabdeh Əlihüseyn qızı İddiaçı ilə bağlanılmış 181 saylı, 07 mart 2019-cu il tarixli müqaviləyə əsasən ünvan 3 ünvanda yaşayış binasının 3-cü blokunun 3-cü mərtəbəsində, ümumi sahəsi 133.6 kv.metr 4 otaqlı, 18 saylı mənzilə görə əlavə 13 360 manat ödənilməsini öz üzərinə götürmüşdür. Həmin məbləğin 2019-cu ilin mart ayından başlayaraq hər ay 1113 manat olmaqla 12 ay müddətinə 13360 manat pulun ödəyəcəyi haqqında öhdəliyini bu günədək yerinə yetirməmişdir. Cavabdeh Əlihüseyn qızına və onun həyat yoldaşı kimi təqdim edən X3 dəfələrlə şifahi və yazılı surətdə müqavilə öhdəliklərini yerinə yetirilməsi barədə rəsmi müraciətlər edilmişdir. 01 fevral 2021-ci il tarixdə, 03 mart 2021-ci il tarixlərdə rəsmi qayda bildirişlər Cavabdeh Əlihüseyn qızı tərəfindən imza edilərək qəbul edilmişdir. Bildirişlərdə qeyd edilmişdir ki, bu bildiriş təqdim olunduğu andan 60 gün müddətində borclarını tam ödəmədiyi halda müqavilə bir tərəfli qaydada ləğv edilmiş hesab olunacaqdır. Həmin müddət ərzində bildirişə dair münasibət bildirməməyi isə müqavilənin ləğv edilməsi üçün tərəfindən razılıq kimi qəbul ediləcəkdir. Uzun müddət keçməsinə baxmayaraq Cavabdeh Əlihüseyn qızı tərəfindən bildirişlər rəsmi qaydada imza edilərək onun tərəfindən qəbul edilməsinə baxmayaraq hər hansı cavab verilməmiş, öhdəliklər yerinə yetrilməmişdir. Müqavilələrin bağlandığı 07 mart 2019-cu il tarixdən bu günə kimi nəzərdə tutulan 12 müddətinə ödənilməsi nəzərdə tutulan 8880 manat +13360 manat = 22240 manat pul ödənilməmişdir. Cavabdeh müqavilə üzrə öhdəliklərini nəzərdə tutulmuş müddətdə ödəmədiyindən və bu barədə rəsmi bildirişlərə laqeyd münasibət göstərməklə, pul öhdəliklərini açıq şəkildə yerinə yetirməkdən imtina etdiyindən bağlanmış müqavilələr ləğv edilməli və Cavabdeh Əlihüseyn qızının ödədiyi ümumilikdə (30902+46493) manat=77 395 manat pul həmin mənzillər başqa şəxslərə satıldıqdan sonra ona geri qaytarılmalıdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi İsmayılov Samir Şahid oğlu iddia tələbini müdafiə edib, iddianın məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında Cavabdeh Əlihüseyn qızı iddia tələbini qəbul etmədiyini, mənzilin təhvil verilməsi ilə bağlı qanuni qüvvəyə minmiş qətnamə olduğunu, 2006-cı ildə müqavilələr bağladığını, mənzilin hər kvadratına görə əlavə 100 manat ödəməyi öhdəsinə götürdüyünü, iddiaçının onu mənzillərə yaxın buraxmadığını, mənzillərə qapı qoysa da, iddiaçı tərəfindən həmin qapıların hər dəfə çıxarıldığını, qapısı qırılıb, əşyalarının oğurlandığını, bu barədə polis orqanlarına müraciət etdiyini, pulu ödəməkdən yayınmadığını sadəcə olaraq mənzillər MTK tərəfindən ona verilmədiyindən, bununla bağlı Abşeron rayon Məhkəməsinin qüvvədə olan qətnaməsinin icrasına mane olduğundan əlavə nəzərəd tutulan ödənişi ödəmədiyini bildirərək, bunu nəzərə alınmasını xahiş etdi. Cavabdeh Əlihüseyn qızının vəkili-nümayəndəsi X14 məhkəmə iclasında iddia tələbini qəbul etmədiyini bildirərək, iddianın təmin edilməməsini xahiş etdi.. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan 07.03.2019-cu il tarixli Mənzil Tikintisi haqqında 180 nömrəli müqavilənin surətindən müəyyən edilir ki, “İcraçı” İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti ilə “Payçı” Cavabdeh Əlihüseyn qızı arasında müqavilə bağlanmış müqaviləyə əsasən Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1A ünvanda inşa edilən 15 mərtəbəli yaşayış evinin 3-cü blok, 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 88.8 kv.metr olan izolə olunmuş 2 otaqdan ibarət 21 nömrəli mənzili “İcraçı” “Payçı”ya pay kimi verməyi, “Payçı” isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öhdələrinə götürmüşlər. Müqavilənin 3.1-ci bəndinə əsasən mənzilin dəyəri bir kvadrat metr sahə üçün 348 manat təşkil edir və sahəsi 88.8 kv.m olan mənzil üçün cəmi 30902 (otuz min doqquz yüz iki) manat ödənilməlidir. Həmin müqavilənin 3.2. bəndinə əsasən 15 mart 2016-cı il tarixli, X13 X1 02 saylı Protokolunun çıxarışının 4-cü bəndinə müvafiq olaraq hər kvadrat metr mənzil sahəsi üçün əlavə 100 (yüz) manat, qeyri-yaşayış sahəsi üçün 300 (üç yüz) manat olmaqla, sahəsi 88.8 kvadrat metr olan mənzil (qeyri-yaşayış sahəsi) üçün cəmi 8800 (səkkiz min səkkiz yüz) manat ödənilməlidir. Mülki işin materiallarında olan 07.03.2019-cu il tarixli Mənzil Tikintisi haqqında 181 nömrəli müqavilənin surətindən müəyyən edilir ki, “İcraçı” İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti ilə “Payçı” Cavabdeh Əlihüseyn qızı arasında müqavilə bağlanmış müqaviləyə əsasən Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1A ünvanda inşa edilən 15 mərtəbəli yaşayış evinin 3-cü blok, 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 133.6 kv.metr olan izolə olunmuş 4 otaqdan ibarət 18 nömrəli mənzili “İcraçı” “Payçı”ya pay kimi verməyi, “Payçı” isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öhdələrinə götürmüşlər. Müqavilənin 3.1-ci bəndinə əsasən mənzilin dəyəri bir kvadrat metr sahə üçün 348 manat təşkil edir və sahəsi 133.6 kv.m olan mənzil üçün cəmi 46493 (qırx altı min dörd yüz doxsan üç) manat ödənilməlidir. Həmin müqavilənin 3.2. bəndinə əsasən 15 mart 2016-cı il tarixli, X13 X1 02 saylı Protokolunun çıxarışının 4-cü bəndinə müvafiq olaraq hər kvadrat metr mənzil sahəsi üçün əlavə 100 (yüz) manat, qeyri-yaşayış sahəsi üçün 300 (üç yüz) manat olmaqla, sahəsi 133.6 kvadrat metr olan mənzil (qeyri-yaşayış sahəsi) üçün cəmi 13360 (on üç min üç yüz altmış) manat ödənilməlidir. İş materiallarında olan 08.12.2020-ci il tarixli, 374 və 388 nömrəli bildirişlərdən və onlara əlavə edilmiş poçt göndərişinin verilməsi haqqında xəbərnamələrdən görünür ki, İddiaçı tərəfindən Cavabdeh Əlihüseyn qızına Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1A ünvanda inşa edilən 15 mərtəbəli yaşayış evinin 3-cü blok, 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 88.8 kv.metr olan izolə olunmuş 2 otaqdan ibarət 21 nömrəli mənzil üçün 8880 manat, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1A ünvanda inşa edilən 15 mərtəbəli yaşayış evinin 3-cü blok, 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 133.6 kv.metr olan izolə olunmuş 4 otaqdan ibarət 18 nömrəli mənzil üçün 13360 manat məbləğində borcun 10 gün müddətində ödənilməsi, borcları ödəmədiyi halda müqavilə bir tərəfli qaydada ləğv edilmiş hesab olunacağı barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan 25.02.2021-ci il tarixli, 22 və 23 nömrəli bildirişlərdən və onlara əlavə edilmiş poçt göndərişinin verilməsi haqqında xəbərnamələrdən görünür ki, İddiaçı tərəfindən Cavabdeh Əlihüseyn qızına Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1A ünvanda inşa edilən 15 mərtəbəli yaşayış evinin 3-cü blok, 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 88.8 kv.metr olan izolə olunmuş 2 otaqdan ibarət 21 nömrəli mənzil üçün 8880 manat, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1A ünvanda inşa edilən 15 mərtəbəli yaşayış evinin 3-cü blok, 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 133.6 kv.metr olan izolə olunmuş 4 otaqdan ibarət 18 nömrəli mənzil üçün 13360 manat məbləğində borcun 60 gün müddətində ödənilməsi, borcları ödəmədiyi halda müqavilə bir tərəfli qaydada ləğv edilmiş hesab olunacağı barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan Abşeron rayon Məhkəməsinin 30 iyul 2018-ci il tarixli, 2(012)- 3229/2018 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X7 cavabdeh "xxxx" MTKya(əvvəlki Hayan-E MTK) qarşı öhdəliyin təmin edilməsi, sahiblik və istifadə hüquqlarının bərpa edilməsi və alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi barədə iddia ərizəsi təmin edilmiş, "xxxx" MTK-nın üzərinə Abşeron rayonu Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişməsində, hazırda M.Ə.Rəsulzadə küçəsi, 1 A adlanan ünvanda tikilən 12 mərtəbəli yaşayış evinin 3-cü blokunun 4-cü mərtəbəsindəki ümumi sahəsi 88,8 kv.m olan 2 otaqlı 21 saylı mənzili və həmin evin 3-cü blokunun 3-cü mərtəbəsindəki ümumi sahəsi 133,6 kv.m olan 4 otaqlı 18 saylı mənzili X9 təhvil verilməsi vəzifəsinin qoyulması, "xxxx" MTK-nın Abşeron rayonu Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişməsində, hazırda M.Ə.Rəsulzadə küçəsi, 1 A adlanan ünvanda tikilən 12 mərtəbəli yaşayış evinin 3-cü blokunun 4-cü mərtəbəsindəki, ümumi sahəsi 133,6 kv.m olan 4 otaqlı 18 saylı mənzilə dair Hacıyev Əli Nurəddin oğlu adlı şəxslə və X15 adlı şəxslə həmin evin 3-cü blokunun 4-cü mərtəbəsindəki ümumi sahəsi 88,8 kv.m olan 2 otaqlı 21 saylı mənzilə dair 28 iyun 2016-cı il tarixli 107 saylı müqavilənin etibarsız hesab olunması, "xxxx" MTK-dan 30 manat dövlət rüsumuna görə pul cavabdehdən tutulub X9 verilməsi qət olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 23.06.2020-ci il tarixli, 2(102)-2192/2020 saylı qərarının surətindən görünür ki, cavabdeh Hacıyev Əli Nurəddin oğlunun kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin MK-nın hazırki iş üzrə 06 sentyabr 2019-cu il tarixli qətnaməsi cavabdeh Hacıyev Əli Nurəddin oğluna aid hissədə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan 20.11.2020-ci il tarixli cinayət işi başlanılmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Vət. X2 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, X2 03.11.2020-ci il tarixdən 11.11.2020-ci il tarixədək olan müddət ərzində ünvan 4 ünvanında aldığı mənzildən giriş qapısının sökülməsi yolu ilə 550 manat dəyərində elektrik avadanlıqlarının oğurlanması xüsusatı təsdiqini tapmadığından həmin xüsusat üzrə cinayət işinin başlanması rədd edilmiş, X4 tələbi ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edildi ki, Abşeron rayon Məhkəməsinin 30 iyul 2018-ci il tarixli, 2(012)-3229/2018 saylı qətnaməsinə əsasən iddiaçı X7 cavabdeh "xxxx" MTK-ya (əvvəlki Hayan-E MTK) qarşı öhdəliyin təmin edilməsi, sahiblik və istifadə hüquqlarının bərpa edilməsi və alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi barədə iddia ərizəsi təmin edilmiş, "xxxx" MTK-nın üzərinə Abşeron rayonu Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişməsində, hazırda M.Ə.Rəsulzadə küçəsi, 1 A adlanan ünvanda tikilən 12 mərtəbəli yaşayış evinin 3-cü blokunun 4-cü mərtəbəsindəki ümumi sahəsi 88,8 kv.m olan 2 otaqlı 21 saylı mənzili və həmin evin 3-cü blokunun 3-cü mərtəbəsindəki ümumi sahəsi 133,6 kv.m olan 4 otaqlı 18 saylı mənzili X9 təhvil verilməsi vəzifəsinin qoyulması qət edilmişdir. X6 şirkətə müraciət edərək onunla bağ!anmış hər iki müqavilənin İddiaçı MTK ilə yenidən bağlanılması və 15 mart 2016-cı il tarixli “X13 X1 02 saylı protokolundan çıxarışa əsasən yeni şərtlərlə hər kvadrat metr mənzilin sahəsi üçün 100 manat ödənilməsinə dair müqavilələr bağlanmışdır. Bununla da Cavabdeh Əlihüseyn qızı ilə "xxxx" MMC arasında bağlanmış 26 dekabr 2006cı il tarixli ilkin müqavilələr ləğv edilmişdir. İlkin müqavilələr şirkətə təhvil verilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi varisi İddiaçıdir. Cavabdeh Əlihüseyn qızı İddiaçı ilə bağlanılmış 180 saylı, 07 mart 2019-cu il tarixli müqaviləyə əsasən ünvan 2 ünvanda yaşayış binasının 3-cü blokunun 4-cü mərtəbəsində, ümumi sahəsi 88.8 kv.metr, 2 otaqlı, 21 saylı mənzilə görə əlavə 8880 manat ödənilməsini öz üzərinə götürmüşdür. Həmin məbləğin 2019-cu ilin mart ayından başlayaraq hər ay 740 manat olmaqla 12 ay müddətinə 8880 manat pulun ödəyəcəyi haqqında öhdəliyini bu günədək yerinə yetirməmişdir Həmçinin, Cavabdeh Əlihüseyn qızı İddiaçı ilə bağlanılmış 181 saylı, 07 mart 2019-cu il tarixli müqaviləyə əsasən ünvan 3 ünvanda yaşayış binasının 3-cü blokunun 3-cü mərtəbəsində, ümumi sahəsi 133.6 kv.metr 4 otaqlı, 18 saylı mənzilə görə əlavə 13 360 manat ödənilməsini öz üzərinə götürmüşdür. Həmin məbləğin 2019-cu ilin mart ayından başlayaraq hər ay 1113 manat olmaqla 12 ay müddətinə 13360 manat pulun ödəyəcəyi haqqında öhdəliyini bu günədək yerinə yetirməmişdir. Cavabdeh Əlihüseyn qızına dəfələrlə şifahi və yazılı surətdə müqavilə öhdəliklərini yerinə yetirilməsi barədə rəsmi müraciətlər edilmişdir. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edildi ki, Proqress- 2016” MTK-nın üzərinə Abşeron rayonu Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişməsində, hazırda M.Ə.Rəsulzadə küçəsi, 1 A adlanan ünvanda tikilən 12 mərtəbəli yaşayış evinin 3-cü blokunun 4-cü mərtəbəsindəki ümumi sahəsi 88,8 kv.m olan 2 otaqlı 21 saylı mənzili və həmin evin 3-cü blokunun 3-cü mərtəbəsindəki ümumi sahəsi 133,6 kv.m olan 4 otaqlı 18 saylı mənzili X9 təhvil verilməsi vəzifəsinin qoyulması barədə Sumqayıt Apelyasiya Məhkəməsinin 06 sentyabr 2019-cu il tarixli 2(105)-3069/2019 saylı qətnaməsi hələ də MTK tərəfindən icra edilməmiş, mənzillər cavabdehə təhvil verilməmişdir. Cavabdehin izahatına görə o bu gün də əlavə ödənişlərini ödəyə bilər, bir şərtlə ki, mənzillər ona təhvil verilsin. Göründüyü kimi, cavabdeh tərəfin müqavilə öhdəliyinin icrasından boyun qaçırma halı yoxdur.Əksinə mübahisəli mənzillərlə bağlı iddiaçının özü tərəfindən pozuntular vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 421.1-ci maddəsinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 421.3-cü maddəsinə görə müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Həmin Məcəllənin 424.5-ci maddəsinə görə, əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsi xahiş etsə də, iş materiallarından, iddia ərizəsindən və cavabdeh tərəfin izahatından göründüyü kimi iddiaçının müqavilə şərtlərinin pozulduğu məhz idddiaçının özünün qüvvədə olan məhkəmə qətnaməsini icra etməməsi ilə bağlı olduğundan, hal-hazırda cavabdeh müqavilə öhdəliyini icra etmək istədiyindən iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; İddia tələbi təmin edilmədiyinə görə, İddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh Əlihüseyn qızına qarşı müqavilənin ləğv edilməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-4019/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4019/2021
29.10.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver