Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4109/2021 28.10.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ X5 Səfiyevanın sədrliyi, Arzu Siyavuş qızı Əliyevanın katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşağın onun yanında qalması və aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh uşaqları 31.12.2016-cı ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün onun xeyrinə hər ay 175 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan İddiaçı iddia tələbinin artırılması barədə ərizə təqdim edərək, onunla və cavabdeh arasında bağlanmış nikahın pozulması və boşanmadan sonra 31.12.2016-cı ildə doğulmuş X1 onun yanında qalması və bir uşaq yetkinlik yaşına çatanadək saxlanması üçün onun xeyrinə cavabdehdən hər ay 175 manat alimentin sabit pul məbləğində tutularaq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, İddiaçı ilə Cavabdeh 08.11.2014-cü il tarixdə qanuni nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahlarından 31.12.2016-cı ildə doğulmuş X3 doğulmuşdur. Yaşadıqları müddət ərizəndə onlarım xasiyyətləri bir-birlərinə uyğun gəlməmişdir. Belə olan halda iddiaçı məcburiyyət qarşısında qalaraq müvəqqəti olaraq valideynlərinin evinə yaşamağa getmişdir. Halhazırda uşağı ila birlikdə valideynlərinin evində yaşayır. Buna baxmayaraq cavabdeh uşağına heç bir maddi yardım göstərmir. İddiaçı dəfələrlə cavabdehə bu barədə bildirsə də bunun nəticəsi olmamışdır. Cavabdeh heç bir yerdə işləmir, heç bir səbəb olmadan iddiaçını söyür, təhqir edir, əsəbi xəstədir, evə heç bir qazanc gətirmir, ailəni dolandırmır, iddiaçının qızıl zinət əşyalarını aparıb banka qoyub pul götürüb özünə xərcləmiş, bu günə kimi qızılları bankdan götürməmişdir. Artıq 7 ilidir ki, cavabdeh ailəsinə, uşağına baxmır, 4 aydır ki, ayrılmışdırlar, Ailələri artıq dağılmış və bərpası mümkün deyildir. Ona görə də iddiaçı boşanmaq qərarına gəlmişdir. Məhkəmənin barışıq üçün verdiyi 3 ay müddət ərzində cavabdeh ilə aralarında barışıq əldə olunmamışdır. Odur ki, iddia tələbinin təmin olunmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5. maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının vəkili-nümayəndəsinin izahatını dinləyib, iş materiallarını və işin faktiki hallarını hərtərəfli araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materiallarında olan 4 saylı Bakı «ASAN xidmət» mərkəzi qeydiyyat şöbəsi tərəfindən 08 noyabr 2014-cü il tarixdə verilmiş 002952 saylı nikah haqqında şəhadtənamənin notarial qaydada təsdiq olunmuş surtindən görünür ki, Cavabdeh ilə TKərimova Elnarə Xəlil qızı 08 noyabr 2014-cü il tarixində nikahlarını bağlamışlar, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1157 № ilə qeyd edilmişdir, arvada “Bağırova” soyadı verilmişdir. İş materiallarında olan 4 saylı Bakı «ASAN xidmət» mərkəzi qeydiyyat şöbəsi tərəfindən 31 yanvar 2017-ci il tarixdə verilmiş AZ-İİİ 893142 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surtindən görünür ki, X3 31 dekabr 2016-cı ildə Bakı şəhərində anadan olmuş, anası İddiaçı, atası Cavabdehdur. Məhkəmə tərəfindən işin araşdırılan hallarından aydın oldu ki, tərəflər rəsmi nikaha daxil olaraq ailə qurmuş, onların birgə nikahından bir övladları olmuşdur. Onlar ər-arvad münasibətlərini kəsməklə, birgə təsərrüfat aparmırlar, ailənin bərpası mümkün deyildir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.1-ci maddəsinə görə ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflərin birgə yaşamaları və ailənin qorunub saxlanması qeyri-mümkün olduğundan onların arasında bağlanmış nikah pozulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.2-ci maddəsinə görə ər-arvadın razılığı olduqda, lakin onlardan biri müvafiq icra hakimiyyəti orqanında nikahın pozulmasından yayındıqda (ərizə verməkdən imtina etdikdə, nikahın pozulmasının dövlət qeydiyyatı üçün gəlmədikdə və s.) nikahın pozulması məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.1-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər. Həmin Məcəllənin 22.2-ci maddəsinə əsasən Bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməlidir. Beləliklə, məhkəmə tərəflərin izahatlarını, işin müəyyən edilən hallarını, azyaşlı olmaqla daha çox ana nəvazişinə və qayğısına ehtiyacının olmasını nəzərə alaraq hesab edir ki, tərəflər arasında nikah pozulduqdan sonra tərəflərin birgə nikahlarından doğulmuş 31 dekabr 2016-cı il təvəllüdlü X1 anası İddiaçı himayəsinə verilməsi uşağın normal həyatının təmin edilməsi baxımından məqsədəuyğundur. Ona görə də, məhkəmə hesab edir ki, 31 dekabr 2016-cı il təvəllüdlü X3 anası İddiaçı yanında saxlanılmalıdır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinin 1-ci bəndinəəsasən uşaqlar barəsində bütün tədbirlərdəəsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Həmin Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən isə valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafıüçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 1998-ci il 19 may tarixli Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəlləsinin 78.1-ci və 78.2-ci maddələrinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanmasıüçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasıəsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında göstərmişdir ki, “1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir.
2. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.” Beləliklə, məhkəmə, qanunun qeyd edilən tələbini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək, həmçinin, tərəflərin birgə nikahından olan uşağın mənafeyini, o cümlədən, tərəflərin diqqətəlayiq maraqlarını nəzərə alaraq, uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay 175 manat sabit pul məbləğində aliment tutulmasını məqsədəmüvafiq hesab edir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki,iddia təmin edilməli,İddiaçı ilə Cavabdeh arasında 4 saylı Bakı «ASAN xidmət» mərkəzi qeydiyyat şöbəsi tərəfindən 08 noyabr 2014-cü ildə bağlanmış və “Nikahın bağlanması haqqında akt qeydləri kitabında” 1157 №-si ilə qeyd edilmiş nikah pozulmalı, 31 dekabr 2016-cı il təvəllüdlü X3 boşanmadan anası İddiaçı yanında qalmalı, Cavabdeh İddiaçı xeyrinə 31 dekabr 2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 175 (yüz yetmiş beş) manat miqdarında aliment tutulmalıdır. Abşeron rayon Məhkəməsinin 28 iyul 2021-ci il tarixli qərardadı ilə tərəflərin birgə nikahlarından anadan olan 31 dekabr 2016-cı il təvəllüdlü X1 iş üzrə məhkəmə qətnaməsi qəbul olunanadək saxlanması üçün 17 iyun 2021-ci il tarixdən başlayaraq hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində alimentin cavabdeh X2 İddiaçı xeyrinə tutulması qərara alınmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Ona görə də, məhkəmə hesab edir ki, Abşeron rayon Məhkəməsinin 28 iyul 2021-ci il tarixli, 2(012)-4109/2021 saylı müvəqqəti aliment tutulması barədə qərardadı ləğv edilməli, aliment 17 iyun 2021-ci ildən tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə
qət etdi:
İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 4 saylı Bakı «ASAN xidmət» mərkəzi qeydiyyat şöbəsi tərəfindən 08 noyabr 2014-cü ildə bağlanmış və “Nikahın bağlanması haqqında akt qeydləri kitabında” 1157 №-si ilə qeyd edilmiş nikah pozulsun. 31 dekabr 2016-cı il təvəllüdlü X3 boşanmadan sonra anası İddiaçı yanında qalsın. Cavabdeh İddiaçı xeyrinə 31 dekabr 2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 175 (yüz yetmiş beş) manat miqdarında aliment tutulsun. Abşeron rayon Məhkəməsinin 28 iyul 2021-ci il tarixli, 2(012)-4109/2021 saylı müvəqqəti aliment tutulması barədə qərardadı ləğv edilsin. Aliment tutulmasının əvvəli 17 iyun 2021-ci il tarixdən hesablansın. Cavabdeh dövlət nəfinə 30 (otuz) manat məbləğində dövlət rüsumuna görə pul tutularaq İddiaçı ödənilsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. .
Hakim: Cəmilə Səfiyeva