Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-413/2021 04.02.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair ilkin iddiası və Cavabdeh İddiaçı qarşı «uşağın atanın yanında qalması” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü X8 adlı uşaqlarının saxlanılması üçün hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd edilməsi və övladı xx.xx.2018-ci il təvəllüdlü X5 onun yanında qalması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, Cavabdeh ilə xx xxxxxx 2014-cü il tarixindən faktki nikaha daxil olmuşlar. Birgə münasibətlərindən xx.xx.2018-ci il təvəllüdlü X8 anadan olmuşdur. Bu cavabdehin 3-cü, onun isə ikinci ailəsidir. Hazırda 1 ildir ki, ayrı yaşayırlar və cavabdeh ailəyə maddi cəhətdən heç bir köməklik etmir. Övladının saxlanılması üçün cavabdehdən hər ay 170 manat sabit pul məbləğində aliment tələb edir. Qeyd edilənlərə əsasən o, ilkin iddianın təmin olunmasını, qarşılıqlı iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, o, 2014-cü ildən İddiaçı ilə faktiki ər-arvad münasibətində yaşayır. Onların rəsmi nikahı yoxdur. Birgə münasibətlərindən dünyaya gələn xx.xx.2018-ci il təvəllüdlü X6 könülü olaraq öz atalığını vermişdir, lakin 1 ildir ki, övladını görmür. Birinci yoldaşından isə Əli və Həsən adlı 2 övladı var və onun himayəsindədirlər. O, özəl şirkətdə taksi fəaliyyəti məşğuldur, aylıq əmək haqqı 500 manat təşkil edir. O, yalnız 50-60 manat aliment ödəyə bilər. Belə ki, onun yaşadığı evin şəraiti təminat verir ki, övladı X8 onun himayəsində qalsın. Övladının təlim-tərbiyəsinə özü nəzarət etməlidir. Ona görə də övladı onun yanında qalmalıdır. Bunlara əsasən o, qarşılıqlı iddia tələbinin təmin edilməsini, ilkin iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Abşeron rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli, 1545 №-li arayışın notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X8 xx.xx.2018-ci ildə Bakı şəhərində anadan olmuşdur, atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Nəsimi rayon VVADQ şöbəsi tərəfindən verilmiş AZ-İ № 813139 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X12 xx xxxxxx 2003-cü ildə Bakı şəhərində anadan olmuşdur, atası Cavabdeh, anası X4r. İş materiallarında olan Nəsimi rayon VVADQ şöbəsi tərəfindən verilmiş AZ-İ № 813139 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X9 xx xxxxx 2005-ci ildə Bakı şəhərində anadan olmuşdur, atası Cavabdeh, anası X4r. İş materiallarında olan Abşeron rayon İcra Hakimiyyəti Başçısı yanında Övladlıq və Qəyyumluq Komissiyası tərəfindən verilmiş 134 saylı, xx.xx.2020-ci il tarixli rəydən görünür ki, komissiya üzvləri hər iki tərəfi dinlədikdən sonra azyaşlının hüquq və mənafeyini, onlara daha çox ana qayğısı, ana nəvazişi lazım olduğunu əsas götürərək, xx.xx.2018-ci il təvəllüdlü X5 atası ilə görüşməyə icazə vermək şəti iə anası İddiaçı himayəsində saxlanılması məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilkin iddia qismən təmin edilməli, qarşılıqlı iddia isə rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə görə, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi mülkiyyətindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə əsasən, atalıq və uşaqlıq qanunla mühafizə edilir. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2-ci maddəsinə görə ər-arvad arasında yetkinlik yaşına çatmayan uşaqların kiminlə qaldığı, uşaqların saxlanması üçün vəsaitin ödənilmə qaydası və miqdarı və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsi barədə saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını, uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Azərbaycan Respublikası Ailə Məcələsinin 49.2-ci maddəsinə əsasən, hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Həmin Məcəllənin 49.3-cü maddəsinə əsasən, uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. Azərbaycan Respublikası Ailə Məcələsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Valideynlər digər şəxslərlə müqayisədə öz uşaqlarının tərbiyəsində üstün hüquqlara malikdirlər. Həmin Məcəllənin 63.1-ci maddəsinə əsasən, valideynlər məhkəmənin qərarına və ya qanuna əsaslanmadan uşağı yanında saxlayan hər hansı şəxsdən onu geri qaytarmağı tələb edə bilərlər. Bu halda mübahisə yarandıqda valideynlər məhkəməyə müraciət etmək hüququna malikdirlər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə görə, uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Qanunvericiliklə nəzərdə tutulmuş hallardan başqa, valideynlərin istəyinə zidd olaraq uşağı onlardan ayırmaq qadağandır. Həmin Qanunun 19-cu maddəsinə görə, valideynlərin uşaqların tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və mili dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Valideynlərin uşaqları barəsində hüquq və vəzifələrinin həyata keçirilməsinə dövlət orqanlarının qarışmasına yalnız qanunla nəzərdə tutulmuş hallarda və uşaqların maraqları naminə yol verilə bilər. Abşeron Rayon Məhkəməsinin 2(012)-3445/2020 sayğlı, xx.xx.2020-ci il tarixli qərardadı ilə hazırkı iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən müvafiq rəy verilməsi Abşeron rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik orqanına həvalə edilmişdir. Abşeron rayon İcra Hakimiyyəti Başçısı yanında Övladlıq və Qəyyumluq Komissiyasının 134 saylı, xx.xx.2020-ci il tarixli rəydən görünür ki, komissiya üzvləri hər iki tərəfi dinlədikdən sonra azyaşlının hüquq və mənafeyini, onlara daha çox ana qayğısı, ana nəvazişi lazım olduğunu əsas götürərək, xx.xx.2018-ci il təvəllüdlü X5 atası ilə görüşməyə icazə vermək şəti iə anası İddiaçı himayəsində saxlanılması məqsədəmüvafiq hesab etmişdir. Uşağın azyaşlı olduğunu, daha çox ana qayğısına, ana nəvazişinə ehtiyacı olduğunu nəzərə alaraq məhkəmə də Abşeron rayon İcra Hakimiyyəti Başçısı yanında Övladlıq və Qəyyumluq Komissiyasının 134 saylı, xx.xx.2020-ci il tarixli rəyi ilə razılaşır. Tərəflərin birgə münasibətlərindən olan xx.xx.2018-ci il təvəllüdlü X1 qalması və onların saxlanması üçün vəsaitin ödənilmə qaydası və miqdarı, alimentin hansı valideyndən tutulması məsələsini həll edərkən məhkəmə hesab edir ki, xx.xx.2018-ci il təvəllüdlü X5 mənafeləri baxımından uşaq anası İddiaçı yanında qalmalı və aliment Cavabdeh tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən göstərilir ki, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə bu normalardan çıxış edərək və iş materiallarının araşdırılmasına əsasən belə nəticəyə gəlir ki, Cavabdeh əvvəlki ailəsindən də 2 azyaşlı övladığının onun himayəsində olması, həmçinin uşaqları saxlamaq vəzifəsinin hər iki valideynin üzərinə düşməsi nəzərə alınmalı və cavabdehdən tutulacaq alimentin məbləği hər uşağa görə hər ay 150 manat sabit pul məbləğində olmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Ona görə məhkəmə hesab edir ki, aliment xx.xx.2020-ci ildən tutulmalıdır. Məhkəmə dövlət rüsumu ilə bağlı hesab edir ki, dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə görə aliment alınması barədə X3 dövlət rusumunu ödəməkdən azad edildiyindən, Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə əsasən 30 (otuz) manat dövlət rüsumu X2 tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddiaçı ilkin iddiası qismən təmin edilsin. xx.xx.2020-ci il tarixdən başlayaraq Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh İddiaçı ilə faktiki ər-arvad münasibətlərindən doğulmuş uşaqlarıxx.xx.2018-ci il təvəllüdlü X5 ata yanında qalması barədə qarşılıqlı iddiası rədd edilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. İlkin iddianın təmin olunmuş hissəsi dərhal icraya yönəldilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-413/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-413/2021
04.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver