Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4158/2021 02.08.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə 02 avqust 2021-ci il tarixdə, Xırdalan şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 25 fevral 2006-cı il təvəllüdlü Cəmilə, 22 aprel 2007-ci il təvəllüdlü Leyla və 02 aprel 2015-ci təvəllüdlü Davud adlı uşaqların saxlanılması üçün Cavabdeh xeyrinə hər ay sabit pul məbləği ilə tutulan alimentin miqdarının azaldılaraq ondan hər ay 100 (bir yüz) manat, ümumilikdə isə 300 (üç yüz) manat alimentin tutulmasıbarədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh nikahları 2005ci ilin fevral ayında Ağsu rayon qeydiyyat şöbəsində qeydə alınmışdır. Birgə yaşadıqları müddətdə 25 fevral 2006-cı ildə Cəmilə, 22 aprel 2007-ci ildə Leyla və 02 aprel 2015-ci ildə Davud adlı uşaqları anadan olmuş və hazırda həmin uşaqlar cavabdehin himayəsində qalırlar. Abşeron Rayon Məhkəməsinin 17 yanvar 2020-ci il tarixli, 2(012)-489/2020 saylı qətnaməsi ilə nikahları pozulmuş, onun hər ay qazancından (başqa gəlirlərindən) 25 fevral 2006-cı il təvəllüdlü Cəmilə, 22 aprel 2007-ci il təvəllüdlü Leyla və 02 aprel 2015-ci təvəllüdlü Davud adlı uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün bir uşağa görə 160 manat, üç uşağa görə 480 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh xeyrinə tutulması qət edilmişdir. Hazırki maddi durumla həmin məbləğdə alimenti ödəmək iqtidarında deyildir, o, heç bir yerdə işləmir, bir uşağa görə 100 manat aliment ödəyə bilər. Mülkiyyətində hər hansı bir əmlakı yoxdur. O, iş axtarır, lakin tapa bilmir. Məhkəmənin müəyyən etdiyi aliment miqdarının azaldılmasını tələb edir. Uşağın saxlanılması bir valideyn (ana) kimi Cavabdeh də borcudur. Hal-hazırda cavabdeh Abşeron rayonu Masazır kəndində yerləşən Laçın rayonunun Çıraqlı kənd orta məktəbində ibtidai sinif müəlliməsi işləməklə 350-400 manat məbləğində gəlir əldə edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh qızı iddia tələbini qəbul etməyərək bildirdi ki, iddia əsassızdır və aliment məbləğinin azaldılmasına etiraz edir. Belə ki, İddiaçı evi vardır və özü sürücüdür. İddiaçı ilə birgə nikahlarından olan uşaqların isə hazırlıqları və əlavə məşğələləri vardır. O, uşaqların maddi xərclərini çatdıra bilmir. Uşaqlar yüksək nəticələr əldə edir və yaxşı oxuyurlar. Göstərilənlərə əsasən, iddia tələbinin təmin edilməməsini xahiş edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara qiymət verib hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Ağsu rayon qeydiyyat şöbəsi tərəfindən 16 iyun 2021-ci il tarixdə verilmiş arayışdan görünür ki, X2 25 fevral 2006-cı il tarixdə Ağsu rayonunda anadan olmuş, atası İddiaçı, anası Cavabdehdır. İş materiallarında olan Ağsu rayon qeydiyyat şöbəsi tərəfindən 16 iyun 2021-ci il tarixdə verilmiş arayışdan görünür ki, X3 22 aprel 2007-ci il tarixdə Ağsu rayonunda anadan olmuş, atası İddiaçı, anası Cavabdehdır. İş materiallarında olan Ağsu rayon qeydiyyat şöbəsi tərəfindən 16 iyun 2021-ci il tarixdə verilmiş arayışdan görünür ki, X4 02 aprel 2015-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası İddiaçı, anası Cavabdehdır. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-489/2020, 17 yanvar 2020-ci il tarixli qətnaməsinin surətindən müəyyən olunur ki, iddiaçı Cavabdeh İddiaçı qarşı “nikahın pozulması, uşaqların ananın yanında qalmalarının müəyyən edilməsi və aliment” tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında 07 fevral 2005-ci il tarixdə Ağsu rayon qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabındakı nikah qeydinin ləğv edilməsi, birgə nikahdan anadan olmuş 25 fevral 2006-cı il təvəllüdlü X2, 22 aprel 2007-ci il təvəllüdlü X3 və 02 aprel 2015-ci təvəllüdlü X1 anaları Cavabdeh yanında qalmasının müəyyən edilməsi, 25 fevral 2006-cı il təvəllüdlü X2, 22 aprel 2007-ci il təvəllüdlü X3 və 02 aprel 2015-ci təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdeh İddiaçı Şamil oğlundan Cavabdeh xeyrinə hər ay hər uşağa görə 160 manat olmaqla, cəmi 480 manat sabit pul məbləğində alimentə görə pul tutulması, alimentin tutulmasının əvvəlinin iddia ərizəsinin məhkəməyə verildiyi 25 noyabr 2019-cu il tarixdən hesablanması qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsində təsbit edilmişdir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.1-75.4cü maddələr). Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsaitin tutulmasını tələb edən şəxsin xahişi ilə almentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirinin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. "Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlara görə 175 (yüz yetmiş beş) manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli 8-2/2016 №-li qərarının 8.2-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, İddiaçı Şamil oğlu ilə Cavabdeh birgə nikahda olmuşlar və onların birgə nikahdan 25 fevral 2006cı il təvəllüdlü X2, 22 aprel 2007-ci il təvəllüdlü X3, 02 aprel 2015-ci təvəllüdlü X4 adlı övladları vardır. Uşaqlar hazırda Cavabdeh himayəsindədir. Abşeron Rayon Məhkəməsinin 17 yanvar 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı Şamil oğlu ilə Cavabdeh arasında 07 fevral 2005-ci il tarixdə bağlanmış nikah pozulmuş, birgə nikahdan anadan olmuş 25 fevral 2006-cı il təvəllüdlü X2, 22 aprel 2007-ci il təvəllüdlü X3 və 02 aprel 2015ci təvəllüdlü X1 anaları Cavabdeh yanında qalması, uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı Şamil oğlundan Cavabdeh xeyrinə hər ay bir uşağa görə 160 (yüz altmış) manat olmaqla, 480 (dörd yüz səksən) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Məhkəmə iddia tələbi ilə əlaqədar qeyd edir ki, uşaqların saxlanılması hər iki valideynin vəzifəsidir. Eyni zamanda valideynlərin uşaqları saxlamaq vəzifəsi təkcə onlara edilən maddi yardımla məhdudlaşmır. Uşaqların saxlanılması, onlara qulluq edilməsi, təlim-tərbiyələri ilə məşğul olmaq və sair valideynlərin uşaqları saxlamaq vəzifələrinə daxildir. Hazırda iddiaçı ilə cavabdehin birgə nikahlarından olan azyaşlı uşaqları cavabdehin himayəsindədir. Uşağın saxlanılması, bütün qayğıları ilə, təlim-tərbiyəsi ilə məşğul olmaq hazırda cavabdehin üzərindədir. Belə olan halda iddiaçının uşağa maddi yardım etmək vəzifəsindən də boyun qaçırması, bundan sonra isə alimentin azaldılmasını və uşaqların maddi tələbatının ödənilməsini də cavabdehin üzərinə qoymaq istəməsi əsassız və ədalətsizdir. Hazırda iddiaçı heç yerdə işləmədiyini, heç yerdən gəliri olmadığını, heç bir əmlakının olmadığını əsas gətirərək ödənilməsi Abşeron Rayon Məhkəməsinin 2(012)-489/2020 saylı, 17 yanvar 2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilən bir uşağa görə 160 manat alimentin 100 manata qədər azaldılmasını məhkəmədən xahiş etmişdir. Bununla əlaqədar məhkəmə qeyd edir ki, iddiaçı heç bir yerdə işləmədiyini qeyd etsə də, əmək qabiliyyətinin olmaması barədə, habelə işsiz kimi müvafiq orqanlarda qeydiyyatda olması barədə hər hansı sübut təqdim etməmişdir. Halbuki iddiaçı əmək qabiliyyətlidir, öz peşəsinə, qabiliyyətinə uyğun iş tapıb əmək fəaliyyəti ilə məşğul ola bilər. Digər tərəfdən iddiaçının qeyd etdikləri valideynləri uşaqları saxlamaq vəzifəsindən azad etmir. İddiaçının cavabdehlə nikahdan olan uşaqların saxlanılması üçün məhkəmə tərəfindən müəyyən edilmiş aliment məbləğinin azaldılması heç bir əsasa söykənmir, iddiaçı bu mövqeyini əsaslandıra bilməmişdir. Məhkəmə qeyd edir ki, hazırda 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir, iddiaçı tərəfindən ödənilməli alimentin məbləği isə bir uşağa görə 160 manatdır. Göründüyü kimi, həmin məbləğ uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumundan da azdır. İddiaçının öz üzərinə düşən - ödənilməsi müəyyən edilən aliment məbləğini azaltmaq istəməsi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını aradan qaldırmış olar. Bu səbəbdən də həmin aliment məbləğinin azaldılması qanunamüvafiq olmazdı. Yuxarıda qeyd olunanları və uşaqlar üçün qanunvericiliklə müəyyən edilmiş yaşayış minumumunun həddini, eləcə də tərəflərin birgə nikahından doğulmuş uşaqların böyüdüyünü və xərclərinin ildən-ilə artmasını, uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılmasının zəruriliyini nəzərə alaraq məhkəmə hesab edir ki, alimentin azaldılması barədə iddia tələbi əsassız hesab edilməli və təmin edilməməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair iddiası təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-4158/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4158/2021
02.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver