Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-4158/2022 28.07.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, X1 kаtibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maneələr yaratmasının qadağan edilməsi və öhdəliyin qoyulması tələbi”nə dair iddiası üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “maneələr yaratmasının qadağan edilməsi və öhdəliyin qoyulması tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus olan Abşeron rayonu, Ceyranbatan qəsəbəsi Körpü ərazisi deyilən yerdə yerləşən fərdi yaşayış evinin sağ tərəfində yerləşən boş torpaq sahəsində quraşdırdığı dəmir darvaza və digər əşyaların öz hesabına sökülməsi və cavabdehə onun pəncərəsinin önünü bağlaması və mənzilindən istifadə etməsinə digər qaydada maneələr yaratmasının qadağan edilməsi və ona məxsus evdən sökdüyü kondisioneri quraşdırmaq öhdəliyinin onun üzərinə qoyulması və dövlət rüsumu kimi ödənilən 100 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsin xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh arayış təqdim edərək, Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi, Ceyranbatan-1 ərazisində qeydiyyatsız yaşadığını, onun və iddiaçının hazırda yaşadığı evin Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsində yerləşdiyini qeyd edərək, mülki işin aidiyyəti üzrə Sumqayıt şəhər Məhkəməsinə göndərilməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaçı və cavabdehə məxsus olan ev Sumqayıt şəhəri ərazisində yerləşdiyindən mülki iş baxılması üçün aidiyyəti üzrə Sumqayıt şəhər Məhkəməsinə göndərilməlidir. Belə ki, Sumqayıt Bələdiyyəsi “Ceyranbatan-1” 1 saylı Məhəllə Komitəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş arayışlardan görünür ki, İddiaçı (AZE ********) və Cavabdeh (AZE ********) Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi, Ceyranbatan-1 ərazisində qeydiyyatsız yaşsyırlar. Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası MPM-nin 44.2.2-ci maddəsinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olunarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Beləliklə, Sumqayıt Bələdiyyəsi “Ceyranbatan-1” 1 saylı Məhəllə Komitəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş arayışlardan görünür, tərəflər Sumqayıt şəhəri ərazisində qeydiyyatsız yaşayır.İddia tələbi tərəflərin yaşadıqları evlərlə əlaqıdardır. Ona görə də məhkəmə hesab edir ki, qanunun qeyd edilən tələbləri nəzərə alınaraq mülki iş aidiyyəti üzrə Sumqayıt şəhər Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 44, 45, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdeh qarşı “maneələr yaratmasının qadağan edilməsi və öhdəliyin qoyulması tələbi”nə dair mülki iş baxılması üçün aidiyyəti üzrə Sumqayıt şəhər Məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-4158/2022
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-4158/2022
28.07.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver