Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-4220/2021 01.07.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızı İddiaçı QİZİ Cavabdeh qarşı alimentin təyin edilməsi tələbi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə 01 iyul 2021-ci il tarixdə məhkəmənin inzibati binasında baxaraq MÜƏYYƏN ETDİM: İddiaçı QİZİCavabdeh qarşı alimentin təyin edilməsi tələbi tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddia tələbi üzrə cavabdehin qeydiyyatda olduğu ünvan Abşeron rayonu ərazisinə aid deyil. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəlləsinin 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən isə əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədlər geri qaytarılır. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edirəm ki, iddiaçı Cavabdehİddiaçı QİZİ iddia tələbi ilə çıxış etdiyi cavabdehin rəsmi qeydiyyatda olduğu Abşeron rayonu ərazisinə aid olmadığından iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri geri qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı Cavabdehİddiaçı QİZİ alimentin təyin edilməsi tələbi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-4220/2021
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-4220/2021
01.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver