Məhkəmə qərarları › İş №2(012)-4220/2022

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-4220/2022

14.07.2022 · Müqavilələrin ləğv edilməsi - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-4220/2022 14.07.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızı, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı alqı-satqı müqaviləsinə xitam verilməsi, borcun qaytarılması və bank qarşısında olan öhdəliyin cavabdehin üzrəinə qoyulması tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Abşeron Rayon Məhkəməsinə İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı alqı-satqı müqaviləsinə xitam verilməsi, borcun qaytarılması və bank qarşısında olan öhdəliyin cavabdehin üzrəinə qoyulması tələbi barədə iddia ərizəsi daxil olmuşdur. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, həmin ərizə və sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.4. və 150.0.7. maddələrinin mahiyyətinə əsasən iddia ərizəsində müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) qaydada nizama salınmasına yəni müqavilənin ləğvi barədə qarşı tərəfə bildiriş göndərməsi,imtina aldığı va ya cavab vermədiyi halda məhkəməyə müraciət etməsinə riayət edilməsinə dair məlumat göstərilməli və bunu təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir. İddiaçı iddia ərizəsinə mübahisənin məhkəmədən qabaq həll edilməsi (pretenziya) ilə bağlı hər hansı bir sənəd əlavə etməmişdir, bu barədə işdə sübut yoxdur.İddiaçı pretenziya qaydalarına əməl edilmədən məhkəməyə müraciət etdiyindən göstərilən nöqsanların aradan qaldırılması üçün iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 423.1.maddəsinə görə Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. 423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Mülki Prosessual Məcəllənin 152.1.6. maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə iddia ərizəsi geri qaytarılır. Həmin Məcəllənin 151.1. maddəsinin tələbinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Qeyd edilənlərə əsasən hesab edirəm ki, iddiaçıya göstərilən nöqsanİN MJN aradan qaldırılması üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlər ona geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.2-152.4, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı alqı-satqı müqaviləsinə xitam verilməsi, borcun qaytarılması və bank qarşısında olan öhdəliyin cavabdehin üzrəinə qoyulması tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək olar. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar