Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1552/2023 11.10.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" MMC qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC cəlb olunmaqla) alqı-satqı müqaviləsinin ləğv edilməsi, maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: maddi və mənəvi zərərin ödənilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X4 (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçının nümayəndəsi Qanuni nümayəndə, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-574/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları
1. 23 mart 2015-ci il tarixli, ABB YM-0225 saylı mənzilin alqı-satqı müqaviləsinə əsasən, "xxxx" MMC ilə alıcı İddiaçı arasında alqı-satqı müqaviləsi bağlanılmış və bu müqaviləyə əsasən, "xxxx" MMC Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 167 ünvanında “AAAF-Park” yaşayış massivinin 28 saylı küçəsində inşa edilən bina 6, mərtəbə 12, ümumi sahəsi (balkon və eyvan, sanitar qovşağı, mətbəx, dəhliz, yığmaq yeri, balkonun qoruyucu konstruksiyaları daxil olmaqla, eyni zamanda divarın çöl hissəsindən hesablanmaqla) 80,9 kv.m-dən ibarət, 2 otaqlı, 118 №-li mənzili İddiaçı təhvil verməyi, İddiaçı isə bunun qarşılığında Cəmiyyətə razılaşdırılmış pul vəsaitini, yəni 52585 manatı ödəməyi öhdəsinə götürmüşdür.
2. "xxxx" ASC-nin Müştəri Xidməti Departamenti tərəfindən verilmiş MXK561 nömrəli xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, İddiaçı "xxxx" ASC-yə sözügedən 30 mart 2015-ci il tarixli 11-30-03- 2015-YS-AAAF-AE (daxili ipoteka krediti üçün) nömrəli Təminatlı Kredit müqaviləsi üzrə 14753,19 manat əsas kredit borcu, 16447,61 manat faiz borcu olmaqla cəmi 31200,80 manat məbləğində ödəniş etmişdir. Həmin kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixinə borc 32566,81 manat əsas kredit borcu və 5188,62 manat faiz borcu olmaqla cəmi 37755,43 manat təşkil edir.
3. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4719/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, cavabdehlər İddiaçı və "xxxx" MMC-dən müştərək qaydada xx.xx.2015-ci il tarixli, 11-xx-xx-2015-YS-AAAF-AE saylı Təminatlı kredit müqaviləsi üzrə ödənilməmiş 32481,04 manat əsas borc və 8164,70 manat faiz borcu olmaqla, cəmi 40645,74 manat məbləğində borc, ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqının tutularaq iddiaçı "Azərbaycan Beynəlxalq Bankı” ASC-yə ödənilməsi, aparılmış ekspertiza tədqiqatının 100 manat dəyərinin cavabdehlər İddiaçı və "xxxx" MMC-dən müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP (XİİS) hesabı Adı: X1, Kodu: 210005, VÖEN: **********, Müxbir hesabı: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************1) ödənilməsi, iddia tələbinin qalan hisssədə təmin edilməməsi qət edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında bağlanmış 23 mart 2015-ci il tarixli ABB YM 0225 nömrəli mənzilin alqı- satqısı haqqında müqaviləyə xitam verilməsi və ilkin ödəniş olaraq 5265 manat pulun və 15000 manat mənəvi ziyanın, həmçinin 31200 manat məbləğində pulun, 272 manat dövlət rüsumunun, ümumilikdə isə 51737 manat pulun alınaraq cavabdehdən alınaraq ona verilməsi və Beynəlxalq Banka ödənilməmiş 40646 manat kredit ödənişindən qalığın cababdehin üzərinə öhdəlik kimi qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 23 mart 2015-ci il tarixli ABB YM 0225 nömrəli mənzilin alqı-satqısı haqqında müqaviləyə əsasən, Xırdalan şəhəri, H.Əliyev prospekti “AAAF-Park” yaşayış massivində 28 saylı küçəsində inşa edilmiş, bina 6, mərtəbə 12, ümumi sahəsi 80,9 kv.m. ibarət 2 otaqdan ibarət 52585 manat dəyərində olan 118 saylı mənzilin ilkin ödənişi 5265 manat ödəyərək qalan məbləği isə "xxxx" ASC-dən götürmüş olduğu 47320 manat məbləği "xxxx" MMC-yə ödədikdən sonra banka 120 ay müddətində ödəmək şərti ilə müqavilə imzalanmışdır. Belə ki, iddiaçı ödədiyi pulların ona qaytarılması ilə bağlı "xxxx" MMC-yə müraciət etsə də, iddiaçıya pulların qaytarılması ilə bağlı "xxxx" ASC-yə müraciət edilməli olduğu bildirilmişdir. Belə olan halda iddiaçıya ödədiyi pulun qaytarılması ilə bağlı "xxxx" ASC-yə müraciət etmiş, lakin, oradan iddiaçıya mənzilə görə ödənilmiş pulun "xxxx" MMC tərəfindən qaytarılmalı olduğu bildirilmişdir. Bununla əlaqədar iddiaçı yenidən "xxxx" MMC-yə müraciət edərək banka ödədiyi məbləğin qaytarılmasını xahiş etmişdir. Lakin "xxxx" MMC tərəfindən həmin pulun qaytarılmasından imtina olunmuş və həmin pulu hansı əsasla tələb etməyini əsaslandırmağı iddiaçıdan tələb olunmuşdur. Belə ki, iddiaçıyla "xxxx" MMC arasında bağlanmış 23 mart 2015-ci il tarixli mənzilinin alqısatqısma dair müqaviləsinin 10.2-ci il bəndinə müqavilənin şərtlərinin pozulması ilə əlaqədar nəzərdə tutulmuş cərimələr və cəmiyyətə dəymiş ziyan (o cümlədən bu mənzillə əlaqədar "xxxx" ASC ilə bağlanmış kredit müqaviləsi ilə əlaqədar Cəmiyyətin birbaşa və dolayı bütün məsrəfləri və Azərbaycan Beynəlxalq Bank” ASC tərəfindən) üçüncü şəxslərdən müqavilə üzrə ödəniş qəbulundan sonrakı nəzərdə tutulmuşdur. Beləliklə tərəflər arasında bağlanmış 23 mart 2015-ci il tarixli ABB YM 0225 nömrəli mənzilin alqı-satqısı haqqında müqaviləyə xitam verilməli, ilkin ödəniş olaraq 5265 manat pul və 15000 manat mənəvi ziyan “AAAF İNŞAAT MMC” tutulması, həmçinin 48 ay ərzində aylıq 650 manat olmaqla "xxxx" ASC ilə bağlanmış kredit müqaviləsinə əsasən götürmüş olduğu 47320 manat pul “AAAF İNŞAAT MMC”-dən alınıb iddiaçıya qaytarılmalıdır. Cavabdehə pulunu qaytarmağı ilə bağlı dəfələrlə müraciət etsə də, cavabdeh müxtəlif bəhanələrlə iddiaçını aldatmış və boş vədlər vermişdir. Onuda qeyd etmək istəyir ki, həmin vaxtdan ev təhvil verilmədiyi üçün iddiaçı 2018-ci ildən kirayədə qalır və ay 375 manat kirayə haqqı ödəyir. Çünki iddiaçının yaşayacaq başqa yaşayış yeri yoxdur. Həmin dövrdə iddiaçı cavabdehin qaytaracağı pulu ala bilmədiyi və pula ehiyacı olduğu üçün ümumilikdə 15000 manat borc almış və aldığı borcun da cavabdehin qanunsuz hərəkətləri nəticəsində qaytara bilməmişdir. Buna görə də sözügedən 15000 manat pulun da cavabdehdən alınıb iddiaçıya qaytarılmalıdır.
6. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X5 məhkəmə iclasında izahatında bildirmişdir, iddia tələbini qismən qəbul edir. Belə ki, o, cavabdeh "xxxx" MMC xx.xx.2015-ci il tarixli ABB YM-0225 nömrəli Mənzilin alqı-satqısı haqqında müqaviləyə xitam verilməsi, ilkin ödəniş olaraq ödənilmiş 5265 manat və xx.xx.2015-ci il tarixli, 11-xx-xx-2015-YSAAAF- AE saylı təminatlı kredit müqaviləsi üzrə ödənilmiş 14753 manat məbləğin İddiaçı qaytarılması tələbini qəbul edir. İddia tələbinin 15000 manat məbləğində mənəvi ziyanın, həmçinin 31200 manat məbləğində pulun, 272 manat dövlət rüsumunun, ümumilikdə isə 51737 manat pulun alınması və "xxxx" ASC-nə ödənilməmiş 40646 manat kredit ödənişindən qalığın cavabdehin üzərinə öhdəlik kimi qoyulması tələbini əsassız hesab edir. "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 30 mart 2015-ci il tarixli 11-xx-xx-2015-YS-AAAF- AE (daxili ipoteka krediti üçün) nömrəli Təminatlı Kredit müqaviləsinə əsasən borc alan İddiaçı Yasın qızına 120 ay müddətinə annunitet cədvəl üzrə hissə-hissə ödənilməsi şərti ilə illik 10 faiz dərəcəsi ilə 47320 manat məbləğində kredit vəsaiti ayrılmış və mədaxil edilmişdir. Sözügedən Təminatlı (daxili ipoteka krediti üçün) kredit müqaviləsinin 6.2-ci bəndinə görə, kredit üzrə faizlər üzrə bu Müqavilənin 5.2-ci bəndində nəzərdə tutulan tarixdən hesablanır və ödəniş cədvəlinə əsasən (Əlavə №1) hər ayın 30 tarixindən gec olmayaraq Borcalan tərəfindən Borc verənə ödənilir. Həmin Kredit müqaviləsinin 6.4-cü bəndinə görə, kredit üzrə faizlər kredit borcu Borcverənə ödənildiyi günədək Borcalandan tutulur. Həmin Kredit müqaviləsinin 5.4-cü bəndinə əsasən, kredit müddəti 30 mart 2025-ci il tarixində saat 18:00-da bitir. Borc alan isə İddiaçı çıxış edir. Həmin Kredit müqaviləsinin 11, 12, 13 və 14-cü bəndlərində Borcverənin ("xxxx" ASC) və Borcalanın (İddiaçı) hüquq və vəzifələrində əlaqəli öhdəliklərin icrasının gecikdirilməsi və sair hallarda Təminatlı Kredit müqaviləsi üzrə tələb hüququnun borc alan İddiaçı ötürülməsi nəzərdə tutulmamışdır. Eyni zamanda Mülki Məcəllənin müddəalarında belə norma tənzimlənməmişdir. Hətta reqres hüququ nöqteyi-nəzərdən yanaşsa belə o hüququn əsas borcluya deyil, zaminə aid edilməsi aşkardır. Həmin Təminatlı Kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 nömrəli Əlavəyə (kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəli) əsasən, əsas kredit məbləğinə 120 ay müddətinə illik 10 faiz dərəcəsi ilə faiz borcunun hesablanması tərəflər arasında razılaşdırılmış və İddiaçı tərəfindən qəbul edilməklə qismən icra edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair xx.xx.2009-cu il Qərarında qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. "xxxx" ASC-nin Müştəri Xidməti Departamentinin MXK0591 nömrəli xx.xx.2020-ci il tarixli məktubu əsasında müəyyən edilmişdir ki, sözügedən 30 mart 2015-ci il tarixli 11-xx-xx- 2015-YS-AAAF-AE (daxili ipoteka krediti üçün) nömrəli Təminatlı Kredit müqaviləsi üzrə 14753,19 manat əsas kredit borcu, 16447,61 manat faiz borcu olmaqla cəmi 31200,80 manat məbləğində ödəniş edilmişdir. Həmin kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixinə borc 32566,81 manat əsas kredit borcu və 5188,62 manat faiz borcu olmaqla cəmi 37755,43 manat təşkil edir. Həmin Təminatlı kredit müqavilənin müddəalarından irəli gələrək ödənilməmiş pul vəsaitinin tələb hüququ İddiaçı deyil, "xxxx" ASC-nə məxsusdur. Bununla da, açıq aşkar görünür ki, hazırki mübahisə hüquq və vəzifələrini özündə saxlayan "xxxx" ASC-nin maraqlarına toxunur. İddiaçının Banka ödədiyi faiz məbləğinin cavabdeh Cəmiyyətdən tələb edilməsinin hüquqi əsası yoxdur. Konstitusiya Məhkəməsi Plenumu qeyd edir ki, MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir. Şərh olunan maddənin mənasına görə, bu maliyyə sanksiyası pul öhdəliyi üzrə yalnız borc məbləğinə hesablanır və bu halda, həmin məbləğin üstünə gəlmiş faiz məbləği nəzərə alınmır. Bundan başqa, iddia tələbinin “cavabdeh MMCdən 15000 manat məbləğin tutulması” hissəsinin hüquqi əsası yoxdur. İddiaçı iddia ərizəsinin təsviri hissəsində pula ehtiyac olduğu üçün 15000 manat məbləğində borc aldığını göstərir. Halbuki iddiaçı Əjdərova xx.xx.2015-ci il tarixli 11-xx-xx-2015- YS-AAAF- AE (daxili ipoteka krediti üçün) nömrəli Təminatlı Kredit müqaviləsinə əsasən 120 ay müddətinə cədvəl üzrə hissə-hissə Banka ödənilməsi öhdəliyini qəbul etmişdir. Eyni zamanda, İddiaçı ödəniş üçün 15000 manat məbləğində borc pul almasını əsassız göstərməsinə baxmayaraq qanunsuz olaraq, mənəvi ziyan kimi tələb edir. Maddi ziyanla bağlı Ali Məhkəmə Plenumunun müvafiq qərarı və formalaşmış vahid məhkəmə təcrübəsi mövcuddur. “İnsan hüquqlarının və X2 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məlıkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyriəmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. “Mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü bürıızə verə bilər. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11,2008-ci il tarixli Qərarından irəli gələrək, Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Hazırki tələb üzrə Cəmiyyətin müqavilə üzrə öhdəliyinin icrasının gecikdirilməsi qanunsuz hərəkət və ya hərəkətsizlik kimi qiymətləndirilə bilməz. İddiaçı tələbinin maddi zərərlə bağlı hissəsi xx.xx.2015-ci il tarixli ABB YM-0225 nömrəli Mənzilin alqı-satqı müqaviləsi ilə sözügedən mənzili "xxxx" ASC-nin vasitəsilə kreditlə alan zaman həmin anda "xxxx" MMC mübahisəli mənzilin inşa edilməkdə olması, habelə "xxxx" ASC ilə uzun müddətli kredit öhdəliyini götürməsi faktları və kirayə yaşamasına dair subutlann təqdim edilməməsi tələbin əsassızlığını şərtləndirir. Bundan əlavə, İddiaçı 48 ay ərzində aylıq 650 manat olmaqla cəmi 31200 manat məbləğinin Banka ödənilməsini qeyd edərək cavabdeh MMC-dən tələb edir. Həmin iddia tələbinin 31200 manat məbləğinin ödənilməsi hissəsini qismən qəbul edir. Belə ki, "xxxx" ASC-nin Müştəri Xidməti Departamentinin MXK0591 nömrəli xx.xx.2020-ci il tarixli məktubu əsasında borc alan Əjdərovanın xx.xx.2015-ci il tarixli 11-xx-xx-2015-YS-AAAF-AE (daxili ipoteka krediti üçün) nömrəli Təminatlı Kredit müqaviləsi üzrə 14753,19 manat əsas kredit borcu, 16447,61 manat faiz borcundan ödəniş etmişdir. Cavabdeh MMC İddiaçı 31200 manat məbləğindən ödənilmiş 14753,19 manat əsas borcun qaytarılmasına dair tələbi qəbul edir. Qalıq 16447,61 manat faiz borcunun ödənilməsinə dair tələbi isə qəbul etmir. Çünki iddiaçı/borc alan İddiaçı xx.xx.2015-ci il tarixli 11-xx-xx-2015-YS-AAAF-AE (daxili ipoteka krediti üçün) nömrəli Təminatlı Kredit müqaviləsi üzrə aylıq 47320 manat kredit vəsaitinin 120 ay müddətinə illik faiz dərəcəsi ilə üçüncü şəxs olan ABB-Banka qaytarılması öhdəliyini götürmüşdür. Məhz bu səbəbdən də cavabdeh MMC borclu İddiaçı tərəfindən Banka ödənilmiş əsas kredit borcunun qaytarılması tələbini qəbul edir. Lakin borclu İddiaçı tərəfindən sözügedən kredit müqaviləsi üzrə Banka ödənilmiş faiz borcunun qaytarılması tələbini qəbul etmir. Qeyd etdikləri kimi "xxxx" ASC qarşısında xx.xx.2015-ci il tarixli 11-xx-xx-2015-YS-AAAF-AE (daxili ipoteka krediti üçün) nömrəli Təminatlı Kredit müqaviləsi üzrə əsas kredit borcunun faiz dərəcəsi ilə qaytarılması öhdəliyini cavabdeh MMC deyil, iddiaçı götürmüşdür. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası xx.xx.2020-ci il tarixli 2(105)-2656/2020 nömrəli qətnaməsində qeyd edir ki, hər hansı tələb üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım iddiaçının tələbinə uyğun gələn qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin hüquqi əsasın dispozisiya şərtlərinə uyğunluğunun yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Tərəflər arasında müqavilə bağlandığı üçün iddia tələblərinə müqavilədən irəli gələn öhdəliklər çərçivəsində hüquqi qiymət verilməlidir. Cavabdehin sözügedən müqavilə öhdəliyini pozmasına görə iddiaçının tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 447.7-ci maddəsi çıxış edir. Həmin normanın dispozisiya şərtlərindən biri müqavilənin icra edilməməsi nəticəsində kreditora zərərin dəyməsi halıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 3602/2020 nömrəli xx.xx.2020-ci il tarixli qərannda hazırki oxşar mübahisə predmetinə düzgün hüquqi qiymət verərək yenidən araşdırılması üçün apellyasiya instansiyasına qaytarmışdır. Həmin Qərarda, tələb hüququnun yaranma əsaslarını diqqətə çatdıraraq əsas kredit borcuna görə hesablanmış faiz borcunun tələb hüququna qiymət vermişdir. Ali Məhkəmənin oxşar mübahisə predmetlərinə dair digər qərarları da mövcuddur. Bundan başqa, iddiaçı Əjdərovanın iddia tələbinin "xxxx" ASC-nə ödənilməmiş 40646 manat kredit ödənişindən qalıqın cavabdehin üzərinə öhdəlik kimi qoyulması” hissədinə münasibət olaraq bildiririk ki, əsas tələb üzrə münasibətlərə artıq məhkəmənin qanuni qüvvəyə minmiş məhkəmə aktı mövcuddur. Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 2(001)-4719/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilməklə, cavabdehlər İddiaçı və "xxxx" MMCdən müştərək qaydada xx.xx.2015-ci il tarixli, 11-xx-xx- 2015-YS-AAAF-AE saylı Təminatlı kredit müqaviləsi üzrə ödənilməmiş 32481,04 manat əsas borc və 8164,70 manat faiz borcu olmaqla, cəmi 40645,74 manat məbləğində borc, ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi, aparılmış ekspertiza tədqiqatının 100 manat dəyəri cavabdehlər İddiaçı və "xxxx" MMC-dən müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP (XİİS) hesabı Adı: X1, Kodu: 210005, VÖEN: **********, Müxbir hesabı: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************1) ödənilməsi qət edilmişdir. Məhkəmə aktı qanuni qüvvəsini almışdır. Məhz Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 2(001)-4719/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən apellyasiya qaydasında şikayət verilməmiş və məhkəmənin mövqeyi ilə razılaşmışdır. Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 2(001)-4719/2021 nömrəli xx.xx.2021- ci il tarixli qətnaməsində sözügedən ödənilməmiş kredit borcunun müştərək qaydada İddiaçı və "xxxx" MMC-dən tutulması qət edildiyi təqdirdə iddiaçı Əjdərovanın hazırki tələbi uyğunsuzluq təşkil edir, maddi və prosessual hüquq normaları cəhətdən ziddiyyət təşkil edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 9.1-ci maddəsinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Sadalanan əsaslara, hüquq normalarını nəzərə alaraq, o, İddiaçı iddia tələbinin "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli ABB YM-0225 nömrəli Mənzilin alqı-satqısı haqqında müqaviləsinə xitam verilməsi, həmin müqaviləsi üzrə 5265 manat ilkin ödəniş məbləğinin və xx.xx.2015-ci il tarixli, 11-xx-xx- 2015-YS-AAAF-AE saylı Təminatlı kredit müqaviləsi üzrə ödənilmiş 14753 manat əsas kredit borcun qaytarılması hissəsini qəbul edir və iddia tələbinin digər hissəsini qəbul etmir.
7. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-574/2023 nömrəli qətnaməsi ilə (hakim Elman Məmmədov) iddianın qismən təmin edilməsi. İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 23 mart 2015- ci il tarixli, ABB YM-0225 saylı mənzilin alqı-satqı müqaviləsinin ləğv edilməsi, "xxxx" MMC-dən mənzilə görə ilkin ödəniş olaraq ödənilmiş 5265 manat, təminatlı kredit müqaviləsi üzrə ödənilmiş 14753,19 manat əsas kredit borcu olmaqla, cəmi 20018.19 manat məbləğində pulun və 105,25 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissələrdə rədd edilməsi qət edilmişdir.
8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki. iddiaçının "xxxx" MMC ilə 23 mart 2015-ci il tarixli, ABB YM-0225 saylı mənzilin alqı-satqı müqaviləsi bağlaması, mahiyyətinə görə müqavilənin mənzilin tikintisi məqsədilə bağlandığından, bu səbəbdən də hüquqi təbiətinə görə müqavilənin podrat müqaviləsi olması, tikilən mənzilin ümumi dəyərinin 52585 manat olması, işin mübahisə edilməyən hallarıdır. Tərəflər arasında bağlanmış müqavilədən görünür ki, mənzilin tikintisi və iddiaçıya təhvil verilməsi ilə bağlı cavabdehin öhdəliyinin icrasi müddəti müəyyən edilməyib. Həmçinin şəraitə görə də bunu təyin etmək mümkün deyildir. Nəzərə alınsa ki, ötən 8 il ərzində mənzil iddiaçıya təhvil verilməmiş, belə olan halda, təhvil verilməsi qeyri-müəyyən müddətə ehtimal olan mənzilə iddiaçının marağının itməsi təbii haldır və buna görə də sifarişçi olaraq iddiaçının müqavilədən imtinası qanuni hesab edilməlidir.
9. Məhkəmə qeyd etmişdir ki, İddiaçı 23 mart 2015-ci il tarixli, ABB YM-0225 saylı müqavilə ilə bağlı cavabdeh "xxxx" MMC-yə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 167 ünvanında “AAAF-Park” yaşayış massivinin 28 saylı küçəsində inşa edilən bina 6, mərtəbə 12, ümumi sahəsi 80,9 kv.m-dən ibarət, 2 otaqlı, 118 №-li mənzilə görə "xxxx" MMC-yə 5265 manat məbləğində ilkin ödəniş etmiş və xx.xx.2015-ci il tarixli, 11-xxxx-2015-YS-AAAF-AE saylı Təminatlı kredit müqaviləsinə əsasən, iddiaçı "Azərbaycan Beynəlxalq Bankı” ASC-dən 47320 manat məbləğində kredit götürmüş, İddiaçı "xxxx" ASCyə sözügedən 30 mart 2015-ci il tarixli 11-xx-xx-2015-YS-AAAF-AE (daxili ipoteka krediti üçün) nömrəli Təminatlı Kredit müqaviləsi üzrə 14753,19 manat əsas kredit borcu, 16447,61 manat faiz borcu olmaqla cəmi 31200,80 manat məbləğində ödəniş etmişdir.Qeyd olunan hallar iddiaçının nümayəndəsinin, cavabdeh şirkətin nümayəndəsinin izahatları, qeyd olunan müqavilələr və "xxxx" ASC-nin Müştəri Xidməti Departamenti tərəfindən verilmiş MXK561 nömrəli xx.xx.2019-cu il tarixli arayışla öz təsdiqini tapır. Cavabdeh "xxxx" MMCnin nümayəndəsi X5 həm məhkəmə iclasında verdiyi izahatında,həm də məhkəməyə göndərdiyi yazılı çıxışında "xxxx" MMC-nin xx.xx.2015-ci il tarixli, ABB YM0225 nömrəli Mənzilin alqı-satqısı müqaviləsi üzrə 5265 manat ilkin ödəniş məbləğinin və xx.xx.2015-ci il tarixli, 11-xx-xx-2015-YS-AAAF-AE saylı Təminatlı kredit müqaviləsi üzrə ödənilmiş 14753 manat əsas kredit borcun qaytarılması hissəsini qəbul etdiyini bildirdiyindən,məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də təmin olunmalı və AR MPM-in 220.4-cü maddəsinin ikinci cümləsinə əsasən əlavə əsaslandırmağa zərurət də aradan qalxmışdır.
10. Məhkəmə həmçinin hesab etmişdir ki, baxılan işdə iddiaçının tələb etdiyi 16447,61 manat onunla bank arasında bağlanmış kredit müqaviləsi əsasında götürdüyü borca görə hesablanmış faiz məbləğidir. Məlum olduğu kimi mülki hüquq münasibətlərində borc müqaviləsi bağlanarkən tərəflər əsas borca faiz hesablanıb ödənilməsini razılaşdıra bilərlər (Mülki Məcəllənin 741-ci maddəsi). Faiz, borclunun götürdüyü vəsaiti hansı ehtiyacına sərf etməsindən asılı olmayaraq, kreditorun pulundan istifadə etməsinə görə ödədiyi vəsaitdir. Bu baxımdan borc götürülərkən razılaşdırılmış faizlər, vəsaitin hansı məqsədə sərf edilməsindən və. bu ehtiyacın uğurlu həllindən asılı olmayaraq borclunun kreditor qarşısındakı müqavilə öhdəliyidir. Başqa sözlə, borclu üçüncü şəxslərlə girdiyi hüquq münasibətlərindən (üçüncü şəxsin öz öhdəliyini yerinə yetirib-yetirməməsindən) asılı olmayaraq kredit müqaviləsi üzrə faizləri ödəmək öhdəliyini daşıyır. Bu baxımdan faiz borcunun hesablanması və ödənilməsi faktı özü-özlüyündə zərər kimi qiymətləndirilə bilməz.
11. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 21.2, 421.2. 422.1, 425.1, 427.2, 228.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
12. İddiaçı apellyasiya şikayəti verərək Abşeron rayon məhkəməsinin 2(012)- 574/2023 saylı, 06 mart 2023-cü il tarixli qətnaməsinin qismən ləğv edilərək iddianın bütövlükdə təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən cavabdehin sübutlara deyil məhkəmədə söylədiyi ifadələrə qiymət verərək yekun nəticə verilmişdir. Tərəfindən tələbin əsası olaraq bütün hallar sübut edilmişdir. Qanunvericiliyin tələblərinə əməl edilməklə məhkəmə araşdırmalarında iştirak etmişdir. Lakin məhkəmə tərəfindən cavabdehin əsasların sübut edəcək hər hansı bir sübut əldə edilməmiş və təbii ki, cavabdeh tərəfindən də təqdim edilməmişdir. Göründüyü kimi məhkəmə tərəfindən araşdırma natamam araşdırılaraq maddi hüquq normaları pozulmaqla yekun nəticə vermiş və tətbiq edilməli hüquq normalarının tələblərinə əməl etməmişdir. Məhkəmə işin ədalətsiz, qərəzli, qeyri-obyektiv və birtərəfli (cavabdehin mövqeinə uyğun) baxmaqla nail olduğu aşkar ortadadır. Məhkəmə isə işin tam və əsaslı araşdırılmasına nail olmamışdır. Bu nöqteyi nəzərdən hakim tərəfindən maddi hüquq norması pozularaq iddianın rədd edilməsi yönündə deyil, işə qərəzli, qeyri-obyektiv, birtərəfli, yəni iddiaçının mövqeyindən iddianın təmin edilməsi yönündə maddi hüquq normalarını tətbiq etmişdir. Halbuki, işin düzgün araşdırılması, sənədlərə düzgün qiymət verilməsi, təqdim edilən sübutların araşdırılması düzgün maddi hüququ normalarının tətbiq edilməsinə gətirib çıxarmaqla iddianın bötüvlükdə rədd edilməsinə gətirib çıxarardı.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
14. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
15. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi Qanuni nümayəndə apellyasiya şikayətini müdafiə edib orada göstərilənlərə uyğun izahat verərək təmin edilməsini xahiş etdilər.
16. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
17. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verilməmişdir.
18. Məhkəmə kollegiyası müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
19. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
20. Maddə 422.1. Tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur.
21. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər.
22. Maddə 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur.
23. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
24. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
28. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
29. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;
30. Maddə 385.1.1 - 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir.
Apellyasiya baxışının hədləri
31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
32. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
33. Apellyasiya şikayətindən görünür ki, iddiaçı Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-574/2023 nömrəli qətnaməsinin iddianın təmin edilməyən hissəsini mübahisələndirmişdir.
34. Məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin edilən hissəsində qətnamədən apellyasiya şikayəti verilmədiyindən, qətnamə AR MPM-nin 372.6-cı maddəsinə görə həmin hissədə apellyasiya baxışının predmeti ola bilməz.
35. Ona görə də kollegiya Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-574/2023 nömrəli qətnaməsinin yalnız mübahisələnidirilən hissədə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – iddianın təmin edilməyən 16446,81 manat hissəsində ləğv edilərək, həmin hissədə iş üzrə yeni qətnamə çıxarılmalıdır.
37. Belə ki, işin hallarından görünür ki, 23 mart 2015-ci il tarixdə "xxxx" MMC ilə İddiaçı arasında müqavilə bağlanılmış və bu müqaviləyə əsasən, "xxxx" MMC Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 167 ünvanında “AAAF-Park” yaşayış massivinin 28 saylı küçəsində inşa edilən bina 6, 118 nömrəli mənzili İddiaçı təhvil verməyi, İddiaçı isə bunun qarşılığında 52585 manatı ödəməyi öhdəsinə götürmüşdür.
38. İddiaçı mənzilin dəyərindən mənzilin ilkin ödənişi 5265 manat ödəyərək, qalan hissəsi isə "xxxx" ASC-dən xx.xx.2015-ci il tarixdə kredit götürmüş olduğu 47320 manat pul vəsaiti hesabına "xxxx" MMC-yə ödəmişdir. Beləliklə, İddiaçı mənzilin dəyərini 52585 manatı "xxxx" MMC-yə tam ödəmişdir.
39. İşin hallarından görünür ki, "xxxx" MMC mənzilin tikintisinə dair müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi ağlabatan müddətdə icra etməməsinə görə, iddiaçı onunla "xxxx" MMC arasında bağlanmış 23 mart 2015-ci il tarixli müqaviləsinin ləğv edilməsini və icranı gecikdirmiş borclu "xxxx" MMC-dən gecikdirmə nəticəsində vurduğu zərərin tutulmasını məhkəmədən xahiş etmişdir.
40. Hal-hazırda qətnamənin mübahisələndirilən hissəsi birinci instansiya tərəfindən təmin edilməyən ödənilmiş pul vəsaitin geri qaytarılması, mənəvi zərərin ödənilməsi və banka ödənilməmiş kredit ödənişindən qalığının cababdehin üzərinə öhdəlik kimi qoyulmasıdır.
41. Belə ki, əvvəla Kollegiya qeyd edir ki, “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə isə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur.
42. Kollegiya hesab edir ki, cavabdehin müqavilə üzrə öhdəliyin icra etməməsi nəticəsində iddiaçıya mənəvi zərərin yetirilməsi öz təsdiqini tapmadığından, birinci instansiya məhkəməsi bu hissədə iddianı təmin etməməqlə haqlı olmuşdur.
43. İddiaçının “banka ödənilməmiş kredit ödənişindən qalığın cababdehin üzərinə öhdəlik kimi qoyulması”na dair tələblə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.
44. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Qeyd edilən Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
45. Göründüyü kimi, müqavilə yalnız tərəflər üçün mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşmasıdır. Belə ki, İddiaçı xx.xx.2015-ci il tarixli kredit müqaviləsi əsasında "xxxx" ASCdən kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri banka qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Odur ki, həmin kredit müqaviləsi üzrə öhdəliklər "xxxx" MMC-nin üzərinə tam şəkildə əsas borclu kimi yox, yalnız bankla bağlanmış zaminlik müqaviləsi əsasında qoyula bilər.
46. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi “mənəvi zərər və banka ödənilməmiş kredit ödənişindən qalığın cababdehin üzərinə öhdəlik kimi qoyulması”na dair iddia tələbləri təmin etməməklə düzgün nəticəyə gəlsə də, cavabdeh tərəfindən zərər kimi tutulmalı pul vəsaitinin məbləğındə səhvə yol vermişdir.
47. Belə ki, Kollegiya İddiaçı tərəfindən "xxxx" MMC-yə mənzilin dəyəri olan 52585 manatı tam ödədiyini nəzərə alaraq hesab edir ki, iddia tələbindən kənara çıxmamaq şərti ilə, iddiaçının müqavilə üzrə tələb etdiyi məbləğdən 16446,81 manat pul vəsaiti (31200- 14753,19=16446,81) cavabdehdən tutulub iddiaçıya qaytarılmalıdır.
48. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
49. Azərbaycan Respublikası Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
50. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
51. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddiaçı tərəfindən cavabdehə mənzilin dəyəri kimi ödənilmiş 16446,81 manat pul vəsaitinin tutulması hissəsində iddianın rədd edilməsi barədə gəldiyi nəticə ilə razılaşmır.
52. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına uyğun olmamaqla, tərəflərin qarşılıqlı münasibətlərini tam əks etdirmir.
53. Beləliklə də, məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-574/2023 nömrəli qətnaməsi qismən – iddianın təmin edilməyən 16446,81 manat hissəsində ləğv edilərək, həmin hissədə iş üzrə yeni qətnamə çıxarılmalı - "xxxx" MMC-dən 16446,81 manat pul vəsaiti alınaraq İddiaçı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-574/2023 nömrəli qətnaməsi qismən – iddianın təmin edilməyən 16446,81 manat hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə çıxarılsın. "xxxx" MMC-dən 16446,81 (on altı min dörd yüz qırx altı manat, səksən bir qəpik) manat pul vəsaiti alınaraq İddiaçı ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.