Məhkəmə qərarları › İş №2(102)-986/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-986/2024

20.05.2024 · Müqavilələrin ləğv edilməsi - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-986/2024 20.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı (mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyəti) qarşı iş üzrə QƏRARİ Açar sözlər: alqı-satqı müqaviləsi, öhdəliyin icra edilməməsi, maddi zərər Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyəti) qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsi, maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1552/2023 nömrəli, 11 oktyabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 23 mart 2015-ci il tarixli, ABB YM-0225 saylı mənzilin alqı-satqı müqaviləsinə əsasən satıcı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət (bundan sonra – MMC) Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 167 ünvanında “AAAF-Park” yaşayış massivinin 28 saylı küçəsində inşa edilən bina 6, mərtəbə 12, ümumi sahəsi 80,9 kv.mdən ibarət, 2 otaqlı, 118 №-li mənzili alıcı İddiaçı təhvil verməyi, sonuncu isə MMC-yə 52585 manat ödəməyi öhdəsinə götürmüşdür. 2. "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – Bank) ilə İddiaçı arasında bağlanmış 30 mart 2015-ci il tarixli, 11-xx-xx-2015-YS-AAAF-AE (daxili ipoteka krediti üçün) nömrəli təminatlı kredit müqaviləsinə əsasən sonuncuya 120 ay müddətinə annunitet cədvəl üzrə hissə-hissə ödənilməsi şərti ilə illik 10 faiz dərəcəsi ilə 47320 manat məbləğində kredit verilmişdir.

3. İddiaçı MMC-dən aldığı mənzilin dəyərinin 5265 manat hissəsini ilkin ödəniş qismində öz hesabına, qalan 47320 manat hissəsini isə Bankdan aldığı kredit hesabına ödəmişdir.

4. İddiaçı kredit müqaviləsi üzrə Banka 14753,19 manat əsas kredit borcu, 16447,61 manat faiz borcu olmaqla, cəmi 31200,80 manat məbləğində ödəniş etmişdir. Həmin kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixinə 3256 6,81 manat əsas kredit borcu və 5188,62 manat faiz borcu olmaqla, cəmi 37755,43 manat borc qalmışdır.

5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4719/2021 saylı, xx.xx.2021ci il tarixli qətnaməsi ilə Bankın iddia tələbi qismən təmin edilmiş, cavabdehlər İddiaçı və MMC-dən müştərək qaydada xx.xx.2015-ci il tarixli təminatlı kredit müqaviləsi üzrə ödənilməmiş 32481,04 manat əsas borc və 8164,70 manat faiz borcu olmaqla, cəmi 40645,74 manat məbləğində borcun tutularaq, Banka ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı (bundan sonra – iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, MMC ilə aralarında bağlanmış 23 mart 2015-ci i l tarixli, ABB YM 0225 nömrəli mənzilin alqı-satqısı haqqında müqaviləyə xitam verilməsi, ilkin ödəniş olaraq 5265 manat pulun və 15000 manat mənəvi ziyanın, həmçinin 31200 manat məbləğində pulun, 272 manat dövlət rüsumunun, ümumilikdə isə 51737 manat pulun cavabdehdən alınaraq ona verilməsi, Banka ödənilməmiş 40646 manat kredit ödənişindən qalığın MMC-nin üzərinə öhdəlik kimi qoyulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

7. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə, tələbini belə əsaslandırmışdır ki, ödədiyi pulların ona qaytarılması ilə bağlı MMC-yə müraciət etsə də, iddiaçıya pulların qaytarılması ilə bağlı Banka müraciət edilməli olduğu, Bankdan isə MMC tərəfindən qaytarılmalı olduğu bildirilmişdir. Mənzil vaxtda təhvil verilmədiyi üçün iddiaçı 201 8-ci ildən kirayədə qalmış və hər ay 375 manat kirayə haqqı ödəmişdir. Çünki iddiaçının yaşayacaq başqa yaşayış yeri olmamışdır. Həmin dövrdə iddiaçı cavabdehin qaytaracağı pulu ala bilmədiyi və pula ehtiyacı olduğu üçün ümumilikdə 15000 manat borc almış və aldığı borcun da cavabdehin qanunsuz hərəkətləri nəticəsində qaytara bilməmişdir.

8. MMC-nin nümayəndəsi məhkəmə iclasında bildirmişdir ki, MMC müqaviləyə xitam verilməsi, 5265 manat ilkin ödənişin və kredit müqaviləsi üzrə ödənilmiş 14753 manatın qaytarılması hissəsində iddia tələbini qəbul edir. İddia tələbinin 15000 manat məbləğində mənəvi ziyanın, həmçinin 31200 manat alınması və Banka ödənilməmiş 40646 manat kredit ödənişindən qalığın MMC-nin üzərinə öhdəlik kimi qoyulması tələbini əsassız hesab edir. Kredit müqaviləsinə əsasən ö dənilməmiş pul vəsaitini tələb etmək hüququ iddiaçıya deyil, Banka məxsusdur. Hazırkı mübahisə hüquq və vəzifələrini özündə saxlayan Bankın maraqlarına toxunur. İddiaçının Banka ödədiyi faiz məbləğini və əlavə 15000 manatı MMC-dən tələb etməsinin hüquqi əsası yoxdur. Eyni zamanda, iddiaçı bu məbləği qanunsuz olaraq mənəvi ziyan kimi tələb etmişdir. MMC-nin müqavilə üzrə öhdəliyinin icrasını gecikdirməsi qanunsuz hərəkət və ya hərəkətsizlik kimi qiymətləndirilə bilməz. İddiaçı tələbini təsdiq edən sübutları təqdim etməmişdir. Bank qarşısında xx.xx.2015-ci il tarixli təminatlı kredit müqaviləsi üzrə əsas kredit borcunun faiz dərəcəsi ilə qaytarılması öhdəliyini MMC deyil, iddiaçı götürmüşdür. İddiaçının iddia tələbinin Banka ödənilməmiş 40646 manat kredit ödənişindən qalığın MMC-nin üzərinə öhdəlik kimi qoyulması tələbi də əsassızdır. Çünki həmin münasibətlərə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı mövcuddur (Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4719/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi). Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verməmiş və məhkəmənin mövqeyi ilə razılaşmışdır. Qətnamə ilə ödənilməmiş kredit borcunun müştərək qaydada iddiaçı və MMC-dən tutulması qət edildiyi təqdirdə, iddiaçının hazırkı tələbi uyğunsuzluq, maddi və prosessual hüquq normaları cəhətdən ziddiyyət təşkil edir.

9. Abşeron Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(012)-574/2023 nömrəli, 06 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakim Elman Məmmədov) iddia qismən təmin edilmiş, iddiaçı ilə MMC arasında bağlanmış 23 mart 2015-ci il tarixli mənzilin alqı-satqı müqaviləsi ləğv edilmiş, MMC-dən mənzilə görə ilkin ödəniş olaraq ödənilmiş 5265 manat, təminatlı kredit müqaviləsi üzrə ödənilmiş 14753,19 manat əsas kredit borcu olmaqla, cəmi 20018.19 manat məbləğində pulun və 105,25 manat dövlət rüsumunun tutularaq, iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissələrdə rədd edilmişdir.

10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı ilə MMC arasında bağlanmış 23 mart 2015-ci il tarixli müqavilə hüquqi təbiətinə görə podrat müqaviləsidir. Tikilən mənzilin ümumi dəyərinin 52585 manat olması, işin mübahisə edilməyən halıdır. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən mənzilin tikintisi və iddiaçıya təhvil verilməsi ilə bağlı cavabdehin öhdəliyinin icrasi müddəti müəyyən edilməyib. Həmçinin şəraitə görə də bunu təyin etmək müm kün olmamışdır. Ötən 8 il ərzində mənzil iddiaçıya təhvil verilməmiş, belə olan halda, təhvil verilməsi qeyri-müəyyən müddətə ehtimal olan mənzilə iddiaçının marağının itməsi təbii hal olduğundan sifarişçi olaraq iddiaçının müqavilədən imtinası qanuni hesab edilməlidir.

11. MMC-nin nümayəndəsi həm məhkəmə iclasında verdiyi izahatında, həm də məhkəməyə göndərdiyi yazılı çıxışında MMC-nin tələbini xx.xx.2015-ci il tarixli mənzilin alqı-satqısı müqaviləsi üzrə 5265 manat ilkin ödəniş və xx.xx.2015-ci il tarixli təminatlı kredit müqaviləsi üzrə ödənilmiş 14753 manat əsas kredit borcunun qaytarılması hissəsində qəbul etdiyindən, iddia tələbi həmin hissələrdə təmin olunmalıdır.

12. Məhkəmə, həmçinin hesab etmişdir ki, baxılan işdə iddiaçının tələb etdiyi 16447,61 manat onunla Bank arasında bağla nmış kredit müqaviləsi əsasında götürdüyü borca görə hesablanmış faiz məbləği olmuşdur. Mülki hüquq münasibətlərində borc müqaviləsi bağlanarkən tərəflər əsas borca faiz hesablanıb ödənilməsini razılaşdıra bilərlər (Mülki Məcəllənin 741-ci maddəsi). Faiz, borclunun götürdüyü vəsaiti hansı ehtiyacına sərf etməsindən asılı olmayaraq, kreditorun pulundan istifadə etməsinə görə ödədiyi vəsaitdir. Bu baxımdan borc götürülərkən razılaşdırılmış faizlər, vəsaitin hansı məqsədə sərf edilməsindən və bu ehtiyacın uğurlu həllindən asılı olmayaraq borclunun kreditor qarşısındakı müqavilə öhdəliyidir. Başqa sözlə, borclu üçüncü şəxslərlə girdiyi hüquq münasibətlərindən (üçüncü şəxsin öz öhdəliyini yerinə yetirib-yetirməməsindən) asılı olmayaraq kredit müqaviləsi üzrə faizləri ödəmək öhdəliyini daşıyır. Bu baxımdan faiz borcunun hesablanması və ödənilməsi faktı özü-özlüyündə zərər kimi qiymətləndirilə bilməz.

13. İddia tələbinin 15000 manat mənəvi ziyan hissəsində sübutlar təqdim edilmədiyindən məhkəmə həmin tələbi də əsassız hesab etmişdir. 14. 40646 manat kredit ödənişindən qalığın cavabdehin üzərinə öhdəlik kimi qoyulmasına münasibətdə məhkəmə qeyd etmişdir ki, iş materiallarında olan qanuni qüvvəsini almış Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı və MMC-dən müştərək qaydada xx.xx.2015-ci il tarixli, təminatlı kredit müqaviləsi üzrə ödənilməmiş 32481,04 manat əsas borc və 8164,70 manat faiz borcu olmaqla, cəmi 40645,74 manat məbləğində borcun tutularaq Banka ödənilməsi qət edilmişdir. Bu baxımdan iddia həmin hissədə də təmin oluna bilməz.

15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 21.2, 421.2. 422.1, 425.1, 427.2, 228.2, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 217.4-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsi, iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə MMC-nin sübutlara deyil, məhkəmədə söylədiyi ifadələrə qiymət verərək, yekun nəticəyə gəlmişdir. Tələbin əsasını təşkil edən bütün hallar iddiaçı tərəfindən sübut edilmişdir. Məhkəmə tərəfindən iş natamam araşdırılmış, maddi hüquq normalarının tələbləri pozulmuşdur.

18. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-1552/2023 nömrəli mülki iş üzrə 11 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər L.Rəhimli (sədrlik edən və məruzəçi), F.Məmmədov və İ.Dəmirov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, iddianın təmin edilməyən 16446,81 manat hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə çıxarılmış, MMC-dən 16446,81 manat pul vəsaitinin alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir.

19. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, MMC-nin müqavilə üzrə öhdəliyini icra etməməsi nəticəsində iddiaçıya mənəvi zərərin yetirilməsi öz təsdiqini tapmadığından, birinci instansiya məhkəməsi bu hissədə iddianı təmin etməməklə haqlı olmuşdur.

20. Məhkəmə iddiaçının “banka ödənilməmiş kredit ödənişindən qalığın cavabdehin üzərinə öhdəlik kimi qoyulması” tələbi ilə bağlı Mülki Məcəllənin 739-cu maddəsinə istinad edərək qeyd etmişdir ki, müqavilə yalnız tərəflər üçün mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşmasıdır. İddiaçı xx.xx.2015-ci il tarixli kredit müqaviləsi əsasında Bankdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri Banka qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Odur ki, həmin kredit müqaviləsi üzrə öhdəliklər MMC-nin üzərinə tam şəkildə əsas borclu kimi y ox, yalnız Bankla bağlanmış zaminlik müqaviləsi əsasında qoyula bilər.

21. Məhkəmə hesab etmişdir ki, birinci instansiya məhkəməsi “mənəvi zərər və banka ödənilməmiş kredit ödənişindən qalığın cavabdehin üzərinə öhdəlik kimi qoyulması”na dair iddia tələblərini təmin etməməklə düzgün nəticəyə gəlsə də, MMC tərəfindən zərər kimi tutulmalı pul vəsaitinin məbləğində səhvə yol vermişdir.

22. Belə ki, məhkəmə iddiaçı tərəfindən MMC-yə mənzilin dəyəri olan 52585 manatın tam ödənildiyini nəzərə alaraq hesab etmişdir ki, iddia tələbindən kənara çıxmamaq şərti ilə iddiaçının müqavilə üzrə tələb etdiyi məbləğdən 16446,81 manat pul vəsaiti (31200-14753,19=16446,81) cavabdehdən tutulub iddiaçıya qaytarılmalıdır.

23. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 443.1, 445.1-ci maddələrinə, MPMin 218.3-cü m addəsinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

24. MMC (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və “cavabdehdən 16446,81 manat məbləğin tutulması” hissəsində iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

25. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnamə ilə MMC-nin bərabərlik, müqavilə azadlığı hüquqlarını pozmuşdur. Apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, zaminlik münasibətlərinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə hüquqi qiymət verilmişdir. Zaminlik müddəalarının tətbiqi qanunsuz məhkəmə aktının qəbulu ilə nəticələnmişdir. İddiaçının Bank qarşısında təminatlı kredit müqaviləsi üzrə öhdəliyini icra etməsinin zərər kimi qiymətləndirməsi maddi hüquq normalarına ziddir. Belə ki, iddiaçının Bank qarşısında əsas kredit borcunu hissə-hissə hesablanacaq faiz məbləği ilə birlikdə 120 ay müddətinə ödəyəcəyi barədə məlumatı olmuşdur. Tərəflərin razılaşmasında nəzərdə tutulmuş hallarda öhdəlik üçüncü şəxslər üçün öhdəliyin bir və ya hər iki tərəfi barəsində hüquqlar yarada bilər. Müqavilə münasibətləri üzrə hər iki tərəfin kredit vəsaiti üzrə eyni hüquqdan istifadə etməsi uyğun deyil.

26. Apellyasiya instansiyası məhkəməsi "xxxx" yanlış qənaətə gəlmişdir. Belə ki, MMC-nin xx.xx.2015-ci il tarixli təminatlı kredit müqaviləsi üzrə Bank qarşısında əsas kredit borcuna görə hesablanmış faiz borcunun qaytarıl ması kimi öhdəliyi olmamışdır. Belə bir öhdəlik yaranmadığı halda məhkəmənin maddi ziyan kimi deyil, öhdəlik olaraq MMCnin üzərinə qoyması tamamilə qanunsuz olmuşdur.

27. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi kassasiya instansiyası məhkəməsinin oxşar işlər üzrə qərarlarda ifadə etdiyi mövqelərə ziddir. b) Kassasiya şikayətinə etirazın dəlilləri

28. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə

29. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

30. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və y a çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

31. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

32. Maddə 422.1. Tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıb sa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur.

33. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvaf iq surətdə hərəkət etməlidirlər.

34. Maddə 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur.

35. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

36. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Prosessual Məcəllə

37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

38. Madd ə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

40. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

41. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmama sına istinad etməyə yol verilmir.

42. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

43. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki h alları araşdırması kimi qiymətləndirilməməlidir.

44. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən “cavabdehdən 16446,81 manat məbləğin tutulması” hissəsində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

45. Apellyasiya instansiyası məhkəməsinin aktını kassasiya şikayətinin dəlilləri əsasında yoxlayan Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən hissədə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir.

46. Kassasiya şikayətinin dəlillərinə münasibətdə nəzərə alınmalıdır ki, Mü lki Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, şəxsin əmlakının aktivində hər hansı formada baş verən azalma nəzərdə tutulur. Lakin bu azalma qarşı tərəfin müqaviləyə, yaxud qanuna zidd əməli nəticəsində yaranmaqla şəxsin pozulmuş hüququnu bərpa etməsi üçün çəkilmiş (çəkilməli olan) xərc və ya əmlakdan məhrum olma (zədələnmə), yaxud əldən çıxmış fayda formalarında özünü büruzə verir. Başqa sözlə, müqavilə öhdəliyinin təqsirli şəkildə pozulması halında iddia olunan zərərlə cavabdehin hərəkəti (hərəkətsizliyi) arasında uyğun səbəbli əlaqə aşkar edilməlidir.

47. Bu baxımdan öhdəlik hüquq münasibətlərinə daxil olmuş müqavilə tərəflərindən birinin həmin əqd üzrə öhdəliklərini icra etmək üçün öz təşəbbüsü ilə həmin müqaviləyə aidiyyəti olmayan üçüncü şəxslərdən faizlə müddətli borc alma sı, sonradan ödənilmiş faizlərin zərər qismində əqd üzrə öhdəliklərini pozmuş qarşı tərəfdən tutulması üçün birmənalı əsas ola bilməz. Belə ki, borc (kredit) müqaviləsi üzrə faiz, borclunun götürdüyü vəsaiti hansı ehtiyacına sərf etməsindən asılı olmayaraq, kreditorun pulundan istifadə etməsinə görə ödədiyi vəsaitdir. Bu baxımdan borc götürülərkən razılaşdırılmış faizlər, vəsaitin hansı məqsədə sərf edilməsindən və bu ehtiyacın uğurlu həllindən asılı olmayaraq borclunun kreditor qarşısındakı müqavilə öhdəliyidir. Başqa sözlə, borclu üçüncü şəxslərlə girdiyi hüquq münasibətlərindən (üçüncü şəxsin öz öhdəliyini yerinə yetiribyetirməməsindən) asılı olmayaraq kredit müqaviləsi üzrə faizləri ödəmək öhdəliyini daşıyır.

48. Lakin konkret işin hallarından asılı olaraq öhdəlik hüquq münasibətlərinə daxil olmuş müqavilə tərəflərindən birinin həmin əqd üzrə öhdəliklərini icra etmək üçün müqavilənin digər tərəfinin təşəbbüsü ilə və ya onun mənafelərini təmin etmək məqsədilə üçüncü şəxslərdən aldığı müddətli borc müqaviləsi üzrə ödədiyi faizləri öhdəliyin pozulması halında zərər qismində qarşı tərəfdən tələb etməsi də istisna edilmir. Bu cür mübahisələrə baxılarkən müqavilənin bir tərəfinin üçüncü şəxslərə faiz ödəməsi ilə müqavilənin digər tərəfinin təqsirli hərəkətləri (öhdəliyi pozması) arasında səbəbli əlaqə müəyyən edilərsə bu cür tələb təmin oluna bilər.

49. Hazırkı işin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı cavabdehlə mənzil tikintisinə dair podrat hüquq münasibətlərinə daxil olarkən məhz icraçının (cavabdehin) təklifi ilə sonuncu ilə inşa edilmiş mənzillərin satışı sah əsində əməkdaşlıq edən konkret Banka kredit alınması üçün müraciət etmiş və həmin bankdan aldığı məbləği podrat müqaviləsi üzrə öhdəliklərinin icrası üçün icraçıya (cavabdehə) vermişdir. Cavabdeh həmin kredit müqaviləsi üzrə iddiaçının öhdəliklərinin icrasını təmin etmək üçün bankla zaminlik müqaviləsi bağlamışdır.

50. İşə baxmış apellyasiya instansiyası məhkəməsi məhz işin həmin hallarını nəzərə alaraq, baxılan iş üzrə iddiaçının cavabdehlə aralarında bağlanmış podrat müqaviləsi üzrə öhdəliyini icra etmək üçün cavabdehin təklifi ilə iş üzrə üçüncü şəxs "xxxx" ASC ilə bağlanmış kredit müqaviləsi üzrə ödədiyi faizlərin zərər qismində podrat müqaviləsi üzrə öhdəliklərini pozmuş icraçıdan (cavabdehdən) tutulması barədə Mülki Məcəllənin 21.2 və 443.1-ci maddələrinə uyğun, qanuni və əsaslı nəti cəyə gəlmişdir.

51. Həmçinin qeyd olunmalıdır ki, MPM-in 418.6-cı maddəsinə əsasən hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, qətnamə və ya qərardad Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun maddi və ya prosessual hüquq normalarının tətbiqi ilə bağlı məhkəmə təcrübəsinə dair məsələlər üzrə izahlarına, habelə bu Məcəllənin 418-1.3-cü maddəsində nəzərdə tutulan Ali Məhkəmənin mülki və kommersiya kollegiyalarının mübahisəli hüquqi məsələyə dair hüquqi mövqeyinə zidd olsun və həmin izahlarda təsbit olunmuş hüquqi mövqedən fərqli yanaşmanın tətbiqi zərurəti kifayət qədər əsaslandırılmasın.

52. Hazırkı iş üzrə isə cavabdeh məhkəmə təcrübəsinin vahidliyinin pozulmasını əsaslandırmaq üçün Azərb aycan Respublikası Ali Məhkəməsinin Plenumunun məhkəmə təcrübəsinə dair məsələlər üzrə izahlarına, habelə Ali Məhkəmənin mülki və kommersiya kollegiyalarının mübahisəli hüquqi məsələyə dair hüquqi mövqelərinə deyil, konkret iş üzrə qərarlara istinad etmişdir.

53. Bununla bağlı nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarında ifadə edilmiş hüquqi mövqelərə görə mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdikləri sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və MPM-in tə ləblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.

54. Bu baxımdan tərəflərin sübutları təqdim etməklə bağlı prosessual qanunvericiliyin onlara verdiyi imkanlardan (hüquqlardan) istifadə səviyyəsindən asılı olaraq analoji mübahisələrə dair konkret mülki işlər məhkəmələr fərqli hallar (hüquqi həqiqət) müəyyən edə və həmin hallara hüququn tətbiqi əsasında fərqli nəticələrə gələ bilər və bu, heç də məhkəmə təcrübəsinin vahidliyinin pozulması kimi qiymətləndirilməməlidir.

55. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmi r.

56. Qeyd olunanları nəzərə alaraq, Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

57. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə Cavabdeh X1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1552/2023 nömrəli, 11 oktyabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə - cavabdehdən 16446,81 manat məbləğin tutulması hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar