Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-4283/2020 16.10.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Məmmədov Elman Tofiq oğlu, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, X1, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10 və İddiaçı11 cavabdeh «xxxxxxxxxxx» MMC-nə qarşı “mənzilə istifadə, mülkiyyət hüquqlarının tanınması və müqavilələrin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, X1, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, cavabdeh «xxxxxxxxxxx» MMC-nə qarşı “mənzilə istifadə, mülkiyyət hüquqlarının tanınması və müqavilələrin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə, daxil olmuş mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İş materiallarından görünür ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, X1, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, iddia ərizəsinə əlavə edilmiş sənədlərin siyahısında iş üzrə dövlət rüsumunun ödənilməsi haqqında qəbzin olmasını göstərsə də, lakin işdə olan xx.xx.2020-ci il tarixli, K0103004 nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı X2 dövlət büdcəsinə 30 manat rüsum ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 108.1.1-ci maddəsinə əsasən, iddia ərizələri verildikdə dövlət rüsumu ödənilir. Həmin Məcəllənin 108.2-ci maddəsinə əsasən, məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. Belə ki, iddia tələbində iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, X1, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10 və İddiaçı11 hər biri dövlət büdcəsinə dövlət rüsum ödəməli idilər. Azərbaycan Respublikası MPM-in 150.0.2-ci maddəsinin tələbinə görə iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə edilir. Azərbaycan MPM-nin 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Ona görə də, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 150.0.2-ci maddəsinə əsasən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, X1, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10 və İddiaçı11 cavabdeh «xxxxxxxxxxx» MMC-nə qarşı “mənzilə istifadə, mülkiyyət hüquqlarının tanınması və müqavilələrin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədləri geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 152.2-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Azərbaycan Respublikası MPM-in 152.4-cü maddəsinəəsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 152, 263, 264-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, X1, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10 və İddiaçı11 cavabdeh «xxxxxxxxxxx» MMC-nə qarşı “mənzilə istifadə, mülkiyyət hüquqlarının tanınması və müqavilələrin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədləri geri qaytarılsın. İddiaçılara, iddia ərizəsinin qaytarılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi (və ya alındığı) gündən 10 (on) gün müddətində Abşeron rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-4283/2020
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-4283/2020
16.10.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzilə mülkiyyət hüququnun tanınması - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver