Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3185/2022 07.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 və İddiaçı7 cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: (çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi mülkiyyətinə sahiblik, istifadə və sərəncam verilməsi ilə bağlı mübahisələr) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 və İddiaçı7 cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh2 qarşı “bin ada mənzillərin hissəsi olmayan və birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlərə ümumi mülkiyyət, sərəncamvermə və istifadə hüququnun tanınması, həmin obyektlərin satışının qadağan edilməsi və onların satışı, icarəyə verilməsi ilə bağlı müqavilələrin etibarsız hesab edilməsi” tələbinə dair Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-3071/2021 nömrəli mülki iş üzrə 19 noyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4 və İddiaçı6 tərəfindən birgə verilmiş kassasiya şikayətinə 7 iyun 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçılar "xxxx" MMC (bundan sonra – birinci cavabdeh və ya MMC) ilə mənzil alqı-satqısına dair müqavilə bağlanmaqla, “AAAF- Park” yaşayış massivinin A kompleksində inşa edilən çoxmənzilli yaşayış binasının sakinləridirlər. 2. 23 yanvar 2021-ci il tarixdə həmin yaşayış binasında ümumi sahəsi 158 m2 olan zirzəmi sahəsinin alqı-satqısı barədə MMC ilə Cavabdeh2 (bundan sonra – ikinci cavabdeh) arasında 5953 saylı müqavilə bağlanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçılar cavabdehlərə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr ilə məhkəməyə müraciət edərək, onların binada mənzillərin hissəsi olmayan və birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlərə Mənzil Məcəlləsi ilə müəyyən olunmuş ümumi mülkiyyət, sərəncamvermə, istifadə hüquqlarının tanınması, həmin obyektlərə dair sərəncam verilməsinin, o cümlədən iddiaçıl arın razılığı olmadan ayrı-ayrı şəxslərə satılmasının, icarəyə verilməsinin MMC-yə qadağan edilməsi, bu günədək obyektlərin satışı və icarəyə verilməsi ilə əlaqədar cavabdehlərin iştirakı ilə bağlanmış müqavilələrin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
4. İddia tələbi onunla əsaslandırmışdır ki, hazırda sakinlərin ümumi məqsədləri üçün istifadə zərurəti olsa da, yaşadıqları binanın zirzəmisinə giriş imkanları yoxdur. Sakinlər tərəfindən xx.xx.2020-ci il tarixdə onlara məxsus həyətdə mütəmadi istifadə olunan bəzi əşyaların (velosipedlər, uşaq arabaları və s.) öz vəsaitləri hesabına təmir edilməklə zirzəmidə saxlanılması ilə bağlı MMC-yə müraciət olunmuş və xx.xx.2020-ci il tarixdə MMC-nin hüquqşünası ilə əlaqə saxlanarkən, sonuncu tərəfindən bildirilmişdir k i, binanın zirzəmisi MMC-nin mülkiyyətindədir, sakinlərə yalnız satıla və yaxud müəyyən haqq qarşılığında icarəyə verilə bilər. Göründüyü kimi, sakinlərin mənzil qanunvericiliyi ilə müəyyən olunmuş hüquqları pozulmuş, ötən bir ay ərzində müraciətlərinə hər hansı yazılı cavab verilməmişdir. Hazırda zirzəmilərin bir hissəsi MMC tərəfindən şəxsi və kommersiya məqsədilə ayrı-ayrı şəxslərə satılmış və icarəyə verilmiş, xx.xx.2021-ci il tarixdə “zirzəmi sahəsinin alqı-satqı” müqaviləsi ilə sakinlərə məxsus zirzəmi qeyri-qanuni şəkildə digər cavabdehə satılmışdır.
5. İddiaçılar tərəfindən təqdim olunmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən MMC-yə və bina sakinlərinə ünvanlanmış 10 fevral 2021-ci il tarixli, İN-X/O-1281/2021 saylı məktubundan görünür ki, MMC tərəfindən bina nın zirzəmisinin satılması, həmin zirzəmilərdə yanğın təhlükəsizliyi qaydalarına riayət olunmaması və digər məsələlər barədə bina sakinlərinin müraciətlərinə cavab olaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.3, 227.1-ci və Mənzil Məcəlləsinin 35.1ci maddələrinə istinadla bildirilmişdir ki, qeyd olunan məsələyə dair Nazirliyin mövqeyi xx.xx.2020-ci il tarixli məktubla MMC-yə göndərilmişdir. Yanğın təhlükəsizliyi ilə bağlı məsələlərə qanunvericiliyə uyğun aidiyyəti üzrə baxılması və vətəndaşlara məlumat verilməsi üçün xx.xx.2021-ci il tarixli məktubla Azərbyacan Respublikası Fövqəladə Hallar Nazirliyinə müraciət olunmuşdur.
6. Azərbyacan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 Agentliyi tərəfindən binanın sakinlərinə ünvanlanmış 26 aprel 2021-ci il tarixli, xx/xx-02 645 saylı məktubundan isə görünür ki, mütəxəssislər tərəfindən binaya baxış keçirilərkən zirzəminin divarının dağıdılması faktı təsdiqini tapmış, bununla bağlı MMC-nin rəhbərliyinə qısa müddət ərzində binanın müvafiq qaydada razılaşdırılmış layihə vəziyyətinə gətirilməsi tapşırılmışdır.
7. Abşeron Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(012)-916/2021 nömrəli iş üzrə 01 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakim E.Məmmədov) iddia rədd olunmuşdur.
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, xx.xx.2013, xx.xx.2014, xx.xx.2014, xx.xx.2016 və xx.xx.2014-cü il tarixli alqı-satqı, xx.xx.2017-ci il tarixli xidmət göstərilməsi haqqında müqavilələrin kserosurətləri iş materiallarına əlavə olunmuşdur. İddiaçılar tərəfindən təqdim olunmuş y azılı sübutlar MPM-in 89.3-cü maddəsinin tələblərinə uyğun olmadığından, yəni təqdim olunmuş bütün sübutlar kserosurətdən ibarət olduğundan sübutların mahiyyəti üzrə qiymətləndirilməsi mümkün olmamışdır. Məhkəmə tərəfindən iddiaçıların nümayəndəsinə lazımi sübutların təqdim olunması təklif olunmuş, lakin iddiaçı tərəf iş materiallarında olan sübutlar əsasında işə baxılmasını tələb etdiyindən və yuxarıda da qeyd edildiyi kimi kserosurət sənədlər əsasında sübutlar qiymətləndirilə bilinmədiyindən, iddia rədd olunmalıdır.
9. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 89.1, 89.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
10. İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4 və İddiaçı6 apellyasiya şikayəti ve rərək, birinci instansiya məkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.
11. Apelyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmundan əsaslandırılmaqla, əlavə olaraq göstərilmişdir ki, MMC tərəfindən mənzil mülkiyyətçilərinə məxsus ümumi paylı mülkiyyət qanunsuz olaraq digər şəxslərə satılması və icarəyə verilməsi barədə iddiaçılar tərəfindən kifayət qədər sübutlar təqdim olunsa da, cavabdeh əskini təsdiq edən heç bir sübut təqdim etməmiş, təqdim etdikləri layihə sənədi isə binanın mövcud durumunu əks etdirməməklə notarial qaydada təsdiq olunmamışdır. Digər tərəfdən, cavabdeh iddiaçıların mülkiyyəti təsdiq edən sənədləri olmadığından zirzəminin onların mülkiyyəti sayılmadığını bildirsə də, onların MMC ilə bağladığı müqavilə m ülkiyyət sənədidir. Cavabdeh, həm də mübahisəli sahənin zirzəmi deyil, bünovrə olduğuna istinad edir ki, bu da qeyri-elmi yanaşmadır. Çünki, bönovrə beton hissədən ibarətdir, onun eni, uzunluğu və qalınlığı vardır, beton hissəsində yerləşmək absurddur. Məhkəmə isə iddianı rədd edərkən, iddiaçılar tərəfindən təqdim olunmuş alqı-satqı müqavilələrinin kserosurət olduğuna istinad etmiş, lakin məhkəmə tərəfindən iddiaçılardan müqavilələrin notarial qaydada təsdiq olunmuş surətləri tələb edilməmişdir.
12. Cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında apellyasiya şikayətinə etiraz edərək, bildirmişdir ki, mənzil alqı-satqısında dair müqavilələr bina sakinlərinə yalnız mənzildən istifadə hüququ verdiyindən, iddiaçıların hazırkı iddia ilə müraciət etmək üçün subyektiv hüquqları yoxdur.
13. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-3071/2021 nömrəli iş üzrə 19 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – S.Qafari (sədrlik edən və məruzəçi), Ş.Abasov və T.Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
14. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçıların hər birinin MMC-dən müxtəlif tarixlərdə bağlanmış alqı-satqı müqavilələrinə əsasən “AAAF-Park” yaşayış massivinin A kompleksindən mənzillər aldığı və həmin mənzillərdə yaşadığı işin mübahisəsiz halıdır. Binada mənzillərin hissəsi olmayan və birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlərin konkret siyahısı Mənzil Məcə lləsinin 35-ci maddəsində sadalanmışdır, lakin hazırkı iş üzrə iddiaçıların tələb etdiyi qeyri-yaşayış sahələri qeyd olunan obyektlərin sırasına daxil edilmişdir.
15. Sübutetmə yükü daşıyan iddiaçılar qeyd etdikləri halları təsdiq edən tutarlı sübutlar təqdim etmədiyindən, birinci instansiya məhkəməsi iddia tələbini rədd etməklə düzgün nəticəyə gəlmişdir.
16. İddiaçılar tərəfindən məhkəmə iclas protokoluna qeydlər təqdim olunmuş, apelyasiya instansiyası məhkəməsinin 28 ynavar 2022-ci il tarixli qərardadı ilə qeydlər rədd olunmuşdur. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kasasiya şikayətinin dəlilləri
17. İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4 və İddiaçı6 (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.
18. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçıların başdan bəri irəli sürdükləri mövqe ondan ibarətdir ki, mübahisəli qeyri-yaşayış sahələri bina inşa edilən zaman mövcud olmamış, sonradan texniki qaydalara riayət edilmədən, təhlükəsizlik qaydalarına zidd inşa edilmişdir. Məhkəmə isə bu hallar (həmin sahələrin nə vaxt, hansı qaydada inşa edilməsi, onların tikintisi üçün müvafiq icazələrin alınıb-alınmaması, bu sahələrin sonradan inşasının yaşayış binasına hər hansı təsir edib-etməməsi, onların zirzəmi olub-olmadığı) üzrə heç bir araşdırma aparmamış, iş üzrə ekspertiza təyin etməyə, ixtisaslı mütəxəssislər cəlb etməyə, müvafiq orqanlardan iş üçün əhəmiyyətli sənədləri sorğu etməyə borclu olduğu halda, xidməti vəzifələrini icra etməmiş, iddiaçılar tərəfindən təqdim olunmuş sübutlara isə heç bir hüquqi qiymət verməmişdir. Eyni zamanda, iddiaçıların izahatları məhkəmə tərəfindən təhrif olunmuş, bununla bağlı verdikləri qeydlər isə qəbul edilməmişdir. b)
19. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
20. Maddə 227.1. Yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı, habelə yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi:
21. Maddə 35.1. Yaşayış b inasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və aba dlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur.
22. Maddə 35.2. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik edir, ondan istifadə edir və bu Məcəllə və mülki qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərard adda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
26. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
27. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kasasiya baxışının hədləri
28. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq no rmalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
29. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
31. Kasasiya şikayətinin dəlilləri üzrə bildirilməlidir ki, kasasiya şikayətinin dəlilləri əsasən apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş, iddiaçılar apelyasiya şikayətində olduğu kimi kasasiya şikayətində də onlar binada mənzillərin hissəsi olmayan və birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulmuş obyektlərlə bağlı cavabdehə qadağalar tətbiq edilməli olmasına, həmin obyektlərin satışı və icarəsi ilə əlaqədar cavabdehlərin iştirakı ilə bağlanmış müqavilələrin etibarsız hesab edilməli olması, apelyasiya kollegiyasının tələblə bağlı maddi hüquq normalarının tələblərinə əməl etməməsi ilə əsaslandırmağa çalışsalar da, apelyasiya kollegiyasının vurğuladığı kimi hazırki iddia tələbi üzrə mübahisənin əsasını təşkil edən Mənzil Məcəlləsinin 35-ci maddəsində paylı mülkiyyətçilərin ümumi sahiblik və istifadəsində olmalı olan obyektlərin siyahısı konkret olaraq göstərilmişdir ki, iddiaçıların tələbinin predmeti olan obyektlərin də həmin siyahıya daxil olmadığı müəyyən edilmişdir. Belə olan halda iddiaçıların cavabdehə qarşı göstərilən tələblə müraciət etmək üçün subyektiv hüququnun olmasından da söhbət gedə bilməz. Odur ki, kasasiya kollegiyası mübahisə üzrə düzgün hüquqi mövqe nümayiş etdirmişdir.
32. Digər tərəfdən, şikayətin digər dəlilləri isə məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlı olmuşdur ki, bu barədə də bildiri lməlidir ki, hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Belə ki, bu hal Mülki Prosessual Məcəllənin 407.2-ci maddəsi qadağanedici norma olaraq məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyini müəyyən etmişdir.
33. Beləliklə məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Odur ki, kasasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
34. Yuxarıda göstərilənlərə ə sasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4 və İddiaçı6 tərəfindən birgə verilmiş kasasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-3071/2021 nömrəli mülki iş üzrə 19 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.