Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3071/2021 19.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məmmədova Rəxşəndə Elşad qızının katibliyi, İddiaçı3, İddiaçı1 nümayəndəsi X4, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı5, X10, X6, cavabdehlər "xxxx" MMC-yə və X7 qarşı binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlərə ümumi mülkiyyət, sərəncamvermə və istifadə hüququnun tanınması, eyni zamanda qeyd olunan obyektlərin cavabdeh tərəfindən ayrıayrı şəxslərə satışının qadağan edilməsi, bu günə qədər qeyd olunan obyektlərin satışı, icarəyə verilməsi ilə bağlanılmış müqavilələrin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli, 2(012)-916/2021 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4 və X10 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakim E.Məmmədov) iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı5 cavabdehlər "xxxx" MMC-yə və X7 qarşı onların binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlərə Mənzil Məcəlləsi ilə müəyyən olunmuş ümumi mülkiyyət, sərəncamvermə, istifadə hüququnun tanınması, cavabdehlərdən biri "xxxx" MMC-yə binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlərə dair sərəncamvermə, o cümlədən iddiaçıların razılığı olmadan ayrı-ayrı şəxslərə satmaq, icarəyə vermək qadağan edilməsi, bu günə qədər mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlərin satışı, icarəyə verilməsi ilə əlaqədar cavabdehlərin iştirakı ilə bağlanılmış müqavilələrin etibarsız hesab edilməsinə dair iddia ərizəsi rədd edilməsi qət edilmişdir. İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4 və X10 qətnamədən apellyasiya şikayəti vermişlər. İŞİN HALLARİ İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı5, X10, X11 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlərə Mənzil Məcəlləsi ilə müəyyən olunmuş ümumi mülkiyyət, sərəncamvermə, istifadə hüququnun tanınması, cavabdehə binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlərə dair sərəncamvermə, o cümlədən iddiaçıların razılığı olmadan ayrı-ayrı şəxslərə satmaq, icarəyə vermək qadağan edilməsi, iddia ərizəsi verilən tarixə qədər cavabdeh tərəfindən binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlərin satışı, icarəyə verilməsi ilə əlaqədar bağlanılmış müqavilələr (binaların zirzəmiləri faktiki olaraq ticarət məqsədləri üçün başqa şəxslər verilmişdir, həmin ərazilərdə "Araz" minimarket, "OBA" market və başqa obyektlər faktiki olaraq fəaliyyət göstərir, lakin müqavilələri əldə edə bilmədiyimizdən sizə təqdim edə bilmirik) etibarsız hesab edilməsi, iddiaçılar tərəfindən ödənilmiş 110 manat dövlət rüsumunun cavabdehdən tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MMC ilə iddiaçılar arasında ayrı-ayrılıqda müxtəlif tarixlərdə bağlanılmış alğı-satqı müqavilələrinə əsasən, o və digər iddiaçılar "AAAF-Park" yaşayış massivi A kompleksində inşa edilmiş yaşayış binasında mənzil almışlardır. Hal-hazırda onlar qeyd olunan həmin ünvanda yaşayırlar. Hazırda onların zirzəmiyə giriş imkanları yoxdur. Digər tərəfdən, yaşadıqları müddətdə binaya aid zirzəmidən sakinlərin ümumi məqsədləri üçün istifadə zərurəti yaranmışdır, belə ki, sakinlərə-onlara məxsus bəzi əşyaların, hansı ki, mütəmadi olaraq həyətdə istifadə olunur (velosipedlərin, uşaq arabalarının və s.), zirzəmidə saxlanılması üçün tərəflərindən 24.08.2020-ci il tarixində "xxxx" MMC-yə müraciət olunmuş və bildirilmişdir ki, qeyd olunan ərazini öz hesablarına təmir etdirməklə sakinlərin ümumi istifadəsi üçün yararlı vəziyyətə gətirməyi planlaşdırırlar. O, 10.09.2020-ci il tarixində cavabdeh şirkətin Emin adlı hüquqşünası ilə əlaqə saxlayaraq, müraciətin statusu barədə soruşmuşdur. Cavabdehin nümayəndəsi bildirmişdir ki, binanın zirzəmisi "xxxx" MMC-nin mülkiyyətindədir, sakinlərə yalnız satıla və yaxud müəyyən haqq qarşılığında icarəyə verilə bilər. Bununla da cavabdeh şirkət onların Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən olunmuş hüquqlarını pozmaqla məsələnin könüllü həllinin tərəfdarı olmamışdır. Müraciəti göndərdikləri tarixdən ötən bir ay ərzində müraciətlərinə yazılı qaydada hər hansı cavab verilməmişdir. Hal-hazırda zirzəmilərin bir hissəsi şəxsi və kommersiya məqsədilə ayrı-ayrı şəxslərə satılmış və icarəyə verilmişdir. Bundan əlavə "xxxx" MMC 23.01.2021-ci il tarixində “zirzəmi sahəsinin alğı-satqı” müqaviləsi ilə sakinlərə məxsus zirzəmini qeyriqanuni şəkildə X1. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4 və X2 Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi prosessual hüquq normalarının tələblərini pozub. 6-7 iclas keçirdikdən sonra qərar çıxarıb. Qətnamə qəbul edilərkən maddi hüquq normaları pozulmuşdur. Düzgün qətnamə çıxarılmayıb, sübutlara əhəmiyyət verilməyib. Dövlət orqanlarına yazdıqları məktublarda onların xeyrinə cavab verilib. Lakin birinci instansiya məhkəməsində açıq-aşkar birtərəfli qaydada cavabdehin mövqeyi müdafiə edilir. Bu hərəkətlər Avropa İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 6-cı maddəsi olan ədalətli məhkəmə araşdırması və Avropa İnsan Hüquqları üzrə Konvensiyanın 1 nömrəli Protokolunun 1- ci bəndinin pozuntusudur. Bütün bunlara əsasən birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı1 nümayəndəsi X8 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı3 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdeh "xxxx" İnşaat MMC-nin nümayəndəsi X5 apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən İddiaçı1 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə işdə iştirak edən digər şəxslərə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 01 iyul 2021ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsini iddiaçılar tərəfindən təqdim olunmuş yazılı sübutların AR MPM-in 89.3-cü maddəsinin tələblərinə uyğun olmaması, yəni təqdim olunmuş bütün sübutlar kserosurətdən ibarət olduğundan sübutların mahiyyəti üzrə qiymətləndirilməsi mümkün olmaması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi bu nəticədən narazı qalan iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4 və X10 apellyasiya şikayəti verərək, qətnaməni apellyasiya qaydasında mübahisələndirmişlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə almaqla aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşdən görünür ki, iddiaçı binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlərə ümumi mülkiyyət, sərəncamvermə və istifadə hüququnun tanınması, eyni zamanda qeyd olunan obyektlərin cavabdeh tərəfindən ayrı-ayrı şəxslərə satışının qadağan edilməsi, bu günə qədər qeyd olunan obyektlərin satışı, icarəyə verilməsi ilə bağlanılmış müqavilələrin etibarsız hesab edilməsi barədədir. İddiaçıların hər birinin cavabdeh "xxxx" MMC-dən müxtəlif tarixlərdə bağlanmış alqısatqı müqavilələrinə əsasən “AAAF-Park” yaşayış massivinin A kompleksindən mənzillər aldığı və həmin mənzillərdə yaşadığı işin mübahisəsiz halıdır. Baxılan iş üzrə iddia tələbinin qanuni əsasını Mənzil Məcəlləsinin 35-ci maddəsi təşkil edir. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik edir, ondan istifadə edir və bu Məcəllə və mülki qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam verir (Mənzil Məcəlləsinin 35.1., 35.2. maddələri). Qeyd olunmalıdır ki, ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) məxsusdur və binanın sahə mülkiyyətçilərinin ümumi mülkiyyətə sahiblik, istifadə ilə yanaşı Mənzil və Mülki qanunvericilikdə müəyyən edilmiş hədlərdə sərəncam verilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi qanunvericilik binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlərin konkret siyahısı Mənzil Məcəlləsinin 35-ci maddəsində sadalanmışdır, lakin hazırkı iş üzrə iddiaçıların tələb etdiyi qeyri-yaşayış sahələri isə qeyd olunan obyektlərin sırasına daxil edilmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (Azərbaycan Respublikası MPM-nin 77.1 və 14.2. maddələri). Azərbaycan Respublikası MPM-nin 106.1. maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekpertlərin rəyləri ilə, yeində müayinə keçirməklə, səs və video yazıları il, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən olunur (Azərbaycan Respublikası MPM-nin 76.1, 76.2-ci maddələri). Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin (nümayəndələrinin) izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır (Konstitusiya Məhkəməsi Plenumunun 16.11.2016-cı il tarixli qərarı). «Mahmudov Rusiyaya qarşı iş üzrə» 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, sübut etmə yükü daşıyan iddiaçılar qeyd etdikləri halları təsdiq edən tutarlı sübutlar təqdim etmədiyindən, iddia tələbini rədd etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4 və X9 apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-3071/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3071/2021
19.11.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzilə mülkiyyət hüququnun tanınması - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver