Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-43/2021 17.06.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı “xxxx” QSC-nin nümayəndəsi X6, Cavabdehla oğlunun hüquqi varisi X2 iştirakları ilə, İddiaçı “xxxx” QSC-nin cavabdeh X3 qarşı “əsas və fazi borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsinə” dair mülki işə 17 iyun 2021-ci il tarixdə Abşeron rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehla oğlundan əsas borc üzrə 1727 manat, faiz üzrə 234,05 manat olmaqla, cəmi 1961,05 manat məbləğində kredit borcunun və həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulub “xxxx” QSC-nin xeyrinə ödənilməsi, Cavabdehla oğlunun mülkiyyətində olan **-FC-*** dövlət qeydiyyat nömrəli «SAİPA TİBA minik» markalı (buraxılış ili 2013, ban-NAS811100D5717413, rəngli-ağ) avtomobilə yönəldərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaiti “xxxx” QSC-nin hesabına ödənilməsi, satışdan əldə olunan vəsait borc məbləğindən artıq qalan hissəsinin Cavabdehla oğluna qaytarılması, satışdan əldə olunan məbləğ borcun ödənilməsinə yetərli olmadığı halda Cavabdehla oğluna məxsus və üçüncü şəxslərin istifadəsində olan digər əmlaklarına tutmanı yönəldərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaiti iddiaçının hesabına ödənilməsinə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək iddiaçı təşkilat İddiaçı “xxxx” X11 Bank Olmayan Kredit Təşkilatı ilə əvəz edilməsini xahiş etmişlər. İddiaçı “xxxx” X11 Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehla oğlundan əsas borc üzrə 1727 manat, faiz üzrə 234,05 manat olmaqla, cəmi 1961,05 manat məbləğində kredit borcunun və həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulub “xxxx” QSC-nin xeyrinə ödənilməsi, Cavabdehla oğlunun mülkiyyətində olan **-FC-*** dövlət qeydiyyat nömrəli «SAİPA TİBA minik» markalı (buraxılış ili 2013, ban- NAS811100D5717413, rəngli-ağ) avtomobilə yönəldərək açıq hərracda satılması, satışdan əldə olunan vəsait borc məbləğindən artıq qalan hissəsinin Cavabdehla oğluna qaytarılması, satışdan əldə olunan məbləğ borcun ödənilməsinə kifayət etmədikdə isə əksik qalan borc məbləğinin Cavabdehla oğlundan tutulub iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işin məhkəmə gedişatı zamanı “xxxx” X11 Bank Olmayan Kredit Təşkilatı məhkəməyə ərizə təqdim edərək Cavabdehla oğlu vəfat etdiyi üçün sonuncunun oğlu hüquqi varis X2 cavabdehlə əvəz edilməsini xahiş etmişlər. İddiaçı “xxxx” X11 Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X7 məhkəmədə iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, “xxxx” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq “xxxx” ASC ilə “xxxx” QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair 11.08.2015-ci il tarixli Müqaviləyə görə “xxxx” ASC-nin problemli aktivlərinin tələb hüququ “xxxx” QSC-yə keçmişdir. “xxxx” QSC ilə İddiaçı MMC arasında 16.09.2016-cı il tarixdə bağlanmış Xidməti müqaviləyə əsasən "xxxx” QSC-yə keçmiş, “xxxx” ASC-nin problemli aktivləri üzrə tələb hüququnun idarə edilməsini İddiaçı MMC həyata keçirir. Yuxarıda qeyd olunan Xidməti Müqaviləyə əsasən və Azərbaycan Respublikasınm Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar “xxxx” ASC' ilə "xxxx” QSC arasında S-AVK-1390 saylı, 22.11.2017-ci il tarixli sənədlərin təhvil-təsliminə dair akt tərtib edilmiş, daha sonra isə “xxxx” QSC tərəfindən borclu şəxs X3 dair sənədlər təhvil-təslim aktına əsasən "İddiaçı” MMC-yə verilmişdir. “xxxx” ASC-nin Binəqədi filialı ilə Cavabdehla oğlu arasında 05.08.2013-cü il tarixli, 310 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 20 % tətbiq edilməklə, 36 ay müddətinə 7800 manat məbləğində kredit verilmişdir. 12.08.2013-cü il tarixli kassa məxaric orderindən də göründüyü kimi cavabdehə ayrılmış kredit hesabından istifadə etmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdehla oğlunun mülkiyyətində olan **-FC-*** dövlət qeydiyyat nömrəli «SAİPA TİBA minik» markalı (buraxılış ili 2013, ban-NAS811100D5717413, rəngli-ağ) avtomobil ipoteka müqaviləsi ilə yüklü edilmişdir. X9 Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfındən qeydiyyata alınaraq, cavabdehə məxsus nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində müvafıq qeydiyyat aparılmış və 05.08.2013-cü il tarixli, AA seriyalı, 096018 nömrəli «İpoteka müqaviləsinin qeydiyyatı haqqında» şəhadətnamə verilmişdir. Kredit Müqaviləsinin 2.2-ci bəndinə əsasən Bank avtomobil alınması üçün 7800 manat məbləğində kreditin verilməsini öhdəsinə götürmüşdür. (2.3. bənd) “Borcalan” bu Müqaviləyə əsasən krediti qəbul etməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri Banka qaytamağı öhdəsinə götürür. Həmin Müqavilənin 5.3-cü bəndinə əsasən kredit vəsaitindən istifadə müddətinin axımı “Borcalan”ın ssuda hesabına kredit vsaitnin köçürüldüyü təqvim tarixdən başlanır. (5.4. bəndi) “Borcalan”a verilən vəsaitindən istifadə müddəti 36 aydır. (5.5. bənd) kreditn vəsaitnin istifadə müddəti 31 may 2016-cı il tarixdə bitir. Qeyd olunan kredit müqaviləsinin 6.1-ci bəndinə əsasən kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifada edilmiş günlərinin faktiki sayına görə kredit verənə illik 20 % faiz ödəyir. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdehin banka hazırda olan əsas borcu 1727 manat, faiz üzrə 234,05 manat olmaqla, cəmi 1961,05 manat məbləği təşkil edir. Bank tərəfındən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bugünədək yerinə yetirilməmişdir. Cavabdehla oğlu 20.05.2019-cu il tarixdə vəfat etmişdir. Ölüm haqqında 29.05.2019-cu il tarixli şəhadətnamə iş materiallarına əlavə edilmişdir. Qanun üzrə vərəsəlik müəyyən edilmiş və bu haqda 24.05.2021-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X5 qanun üzrə hüquqi varis elan edilmişdir. Bu səbəblə də iddia ərizəsində cavabdehin qanun üzrə hüquqi varislə əvəz edilməsi zərurəti yaranmışdır. Odur ki, X4 Abşeron rayon Məhkəməsinin 2(012)-43/2021 saylı mülki işi üzrə cavabdeh qismində cəlb olunmalıdır. Qeyd olunanlara əsasən, o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh X5 məhkəmədə izahatında bildirdi ki, Cavabdehla oğlu onun atasıdır və 20.05.2019-cu il tarixdə vəfat etmişdir. **-FC-*** dövlət qeydiyyat nömrəli «SAİPA TİBA minik» markalı (buraxılış ili 2013, ban-NAS811100D5717413, rəngli-ağ) avtomobil mərhum atası Cavabdehla oğlunun adınadır. O, iddianı qəbul edir və borcu ödəyəcəkdir. İş materiallarında olan “xxxx” ASC-nin Binəqədi filialı ilə Cavabdehla oğlu arasında 05.08.2013-cü il tarixli, 310 saylı kredit müqaviləsindən görünür ki, Cavabdehla oğluna illik 20 % tətbiq edilməklə, 36 ay müddətinə 7800 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 12.08.2013-cü il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdehla oğlu ona ayrılmış kredit hesabından istifadə etmişdir. İş materiallarında olan 05 avqust 2013-cü il tarixli, 310 saylı ipoteka müqaviləsindən görünür ki, 05.08.2013-cü il tarixli, 310 saylı kredit müqaviləsinə əsasən 7800 manat məbləğində 36 ay müddətinə verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı olaraq “**-FC-*** dövlət qeydiyyat nömrəli «SAİPA TİBA minik» markalı (buraxılış ili 2013, ban- NAS811100D5717413, rəngli-ağ) avtomobil “xxxx” ASC-nin qarşısında qarşısında girov qoymuşdur. İş materiallarında olan İpoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən AA 096018 saylı, 05.08.2013-cü il tarixli çıxarışdan görünür ki, Cavabdehla oğluna məxsus **-FC-*** dövlət qeydiyyat nömrəli «SAİPA TİBA minik» markalı (buraxılış ili 2013, ban-NAS811100D5717413, rəngli-ağ) avtomobil “xxxx” ASC-nin xeyrinə yüklü edilmişdir. İş materiallarında olan 16.09.2016-cı il tarixli Xidmət müqaviləsinin surətindən görünür ki, "İddiaçı” MMC "xxxx” QSC-yə onun “xxxx” ASC-dən qəbul etdiyi problemli aktivlərlə bağlı idarəetmə və hüquq xidmətlərini göstərməyi, xidmət nəticəsində yığılan vəsaitin tam və ya razılaşdırılmış hissəsini "xxxx” QSC-yə ödəməyi, "xxxx” QSC isə həmin xidmətlərin həyata keçirilməsi ilə əlaqədar "İddiaçı” MMC-nin yaranmış xərclərini ödəməyi və fəaliyyəti üçün lazımi şərait yaratmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan hesabdan çıxarışdan görünür ki, Cavabdehla oğlunun hazırda 1727 manat, faiz üzrə 234,05 manat olmaqla, cəmi 1961,05 manat məbləğində borcu vardır. İş materiallarında olan 11.08.2015-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar “xxxx” ASC ilə "xxxx” QSC arasında S-AVK-1390 saylı, 22.11.2017-ci il tarixli sənədlərin təhvil-təsliminə dair aktından görünür ki, “xxxx” QSC tərəfindən borclu şəxs Cavabdehla oğluna dair sənədlər təhvil-təslim aktına əsasən "İddiaçı” MMC-yə verilmişdir. İş materiallarında olan 1 saylı “ASAN Xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Cavabdehla oğlu 20.05.2019-cu il tarixində vəfat etmişdir. İş materiallarında olan 24.05.2021-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, X5 qanun üzrə hüquqi varis elan edilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçı təşkilatın nümayəndəsini və cavabdehi dinləyib, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddiaçının nümayəndəsi öz tələbinin əsası kimi istinad etdiyi halları məhkəmədə sübuta yetirə bilib və onun iddia tələbinin qanuni əsasları vardır. Belə ki, mülki işin materialları araşdırılarkən müəyyən edilir ki, “xxxx” ASC ilə cavabdeh arasında 05.08.2013-cü il tarixli, 310 saylı kredit müqaviləsi və 05 avqust 2013-cü il tarixli, 310 saylı ipoteka müqaviləsi imzalanmış, bu müqavilələr Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanıb və onların etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud deyildir. “xxxx” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq “xxxx” ASC ilə “xxxx” QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair 11.08.2015-ci il tarixli Müqaviləyə görə “xxxx” ASC-nin problemli aktivlərinin tələb hüququ “xxxx” QSC-yə keçmişdir. “xxxx” QSC ilə İddiaçı MMC arasında 16.09.2016-cı il tarixdə bağlanmış Xidməti müqaviləyə əsasən "xxxx” QSC-yə keçmiş, “xxxx” ASC-nin problemli aktivləri üzrə tələb hüququnun idarə edilməsini İddiaçı MMC həyata keçirir. Yuxarıda qeyd olunan 16.09.2016-cı il tarixli Xidməti Müqaviləyə əsasən və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar “xxxx” ASC' ilə "xxxx” QSC arasında S-AVK-1390 saylı, 22.11.2017-ci il tarixli sənədlərin təhvil-təsliminə dair akt tərtib edilmiş, daha sonra isə “xxxx” QSC tərəfindən borclu şəxs Cavabdehla oğluna dair sənədlər təhvil-təslim aktına əsasən "İddiaçı” MMC-yə verilmişdir. 1 saylı “ASAN Xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Cavabdehla oğlu 20.05.2019-cu il tarixində vəfat etmişdir. 24.05.2021-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, X5 qanun üzrə hüquqi varis elan edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Cavabdeh X5 ilə iddiaçı arasında bağlanmış 05.08.2013-cü il tarixli, 310 saylı kredit müqaviləsi üzrə öhdəlik, yəni borc məbləği və ona hesablanmış faizlər kredit müqaviləsinə və ödəmə cədvəlinə uyğun olaraq tam ödəməmiş və bununla da öhdəlik pozulmuşdur. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyini icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu geçikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı geçikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyət və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsindən irəli gələn öhdəlik lazımınca yerinə yetirilmədiyi üçün iddiaçının tutmanın ipoteka predmetinə yönəldilməsi və ipoteka predmeti olan avtomaşının açıq hərracdan satılmasını tələb etmək hüququ da vardır. Belə ki, Mülki Məcəllənin 319.1-ci maddəsinə görə borclu icranı təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş əşyanı açıq hərracda satmaq hüququna malikdir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbin ödənilməsi üçün ipoteka predmetinə tutuma yönəldilə bilər. Həmin qanunun 34.1.1-ci maddəsində də əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı hesab edilir. Ona görə də məhkəmə işin faktiki hallarından və qeyd olunan qanunvericilik normalarından çıxış edərək belə nəticəyə gəlir ki, “xxxx” X11 Bank Olmayan Kredit Təşkilatının ipoteka ilə yüklü edilmiş **-FC-*** dövlət qeydiyyat nömrəli «SAİPA TİBA minik» markalı (buraxılış ili 2013, ban-NAS811100D5717413, rəngli-ağ) avtomobilə tutumanın yönəldilməsi tələbinin də qanuni əsasları vardır və buna görə də həmin tələblər təmin olunmalıdır. Bundan əlavə AR Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Belə olduqda məhkəmə hesab edir ki, satışdan əldə olunan vəsait borc məbləğindən artıq qalan hissəsi cavabdeh X3 qaytarılmalı, satışdan əldə olunan məbləğ borcun ödənilməsinə kifayət etmədikdə isə əksik qalan borc məbləği cavabdeh X1 tutulub iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı “xxxx” X11 Bank Olmayan Kredit Təşkilatının xeyrinə cavabdeh X1 əsas borc üzrə 1727 manat, faiz üzrə 234,05 manat olmaqla, cəmi 1961,05 manat məbləğində kredit borcu tutulsun. Tələb cavabdeh X2 mülkiyyətində olan **-FC-*** dövlət qeydiyyat nömrəli «SAİPA TİBA minik» markalı (buraxılış ili 2013, ban-NAS811100D5717413, rəngli-ağ) avtomobilə yönəldilsin. X2 mülkiyyətində olan **-FC-*** dövlət qeydiyyat nömrəli «SAİPA TİBA minik» markalı (buraxılış ili 2013, ban-NAS811100D5717413, rəngli-ağ) avtomobil açıq hərracda satılsın və satışdan əldə edilən vəsaiti “xxxx” QSC-nin hesabına ödənilsin. Satışdan əldə olunan vəsait borc məbləğindən artıq qalan hissəsi cavabdeh X3 qaytarılsın, satışdan əldə olunan məbləğ borcun ödənilməsinə kifayət etmədikdə isə əksik qalan borc məbləği cavabdeh X1 tutulub “xxxx” X11 Bank Olmayan Kredit Təşkilatına ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV
Məhkəmə qərarları › İş №2(012)-43/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-43/2021
17.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver