Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4369/2024 05.12.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin təyin edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh faktiki nikahından doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X11 və xx.xx.2018-ci il təvəllüdlü X1 üçün onlar yetkinlik yaşına çatana qədər Cavabdeh sabit pul məbləği formasında hər ay hər uşağa görə 235 manat olmaqla, cəmi 470 manat məbləğində alimentin, son 6 ayın aliment məbləği olaraq 2820 manat məbləğin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdi. İddiaçı nümayəndəsi X4 məhkəmə iclasında izahat verərək bildirdi ki, o, İddiaçı anasıdır. İddiaçı el adəti ilə Cavabdeh ilə ailə həyatı qurmuş və həm cavabdehin anasının icazə verməməsinə görə, həm də əmlak məsələsinə görə bu vaxta kimi, yəni 8 ildir ki, rəsmi nikaha daxil ola bilməmişlər. Tərəflərin həmin faktiki nikahdan iki övladı - xx.xx.2016-cı il təvəllüdlü X11 və xx.xx.2018-ci il təvəllüdlü X9 dünyaya gəlmişdir. Cavabdeh uşaqların hər birinə atalıq vermiş, uşaqlara atalığın müəyyən olunması barədə şəhadətnamələr verilmişdir. Cavabdeh ilə şiddətli keçimsizlik, anasının və bacısının ailəyə yersiz müdaxiləsi tərəflərin ailə münasibətlərini sarsıtmışdır. Artıq 8 aydır ki, iddiaçı ilə cavabdeh ayrı yaşayırlar, qızı uşaqlarla onun yanına sığınmışdır. Cavabdeh bu müddət ərzində ailəsi ilə maraqlanmamış, dolanışıqlarından xəbəri olmamış, etinasızlıq göstərmişdir. Hazırda da cavabdeh uşaqların saxlanılmasında iştirak etmir, valideyn məsuliyyətini dərk etmir. Tərəflər artıq xeyli müddətdir ki, faktiki olaraq ər-arvad kimi yaşamırlar, birgə təsərrüfat aparmırlar. Bu vaxt ərzində uşaqlar qızının himayəsində qalmış, uşaqların bütün maddi və mənəvi tələbatlarını onun qızı təkbaşına ödəmişdir. Uşaqların ana nəvazişindən başqa, digər maddi məsrəflərə də ehtiyacı vardır. Təbii ki, belə vəziyyətdə uşaqların bütün xərclərinin ödənilməsini övladı təkbaşına edə bilməz. Hesab edir ki, uşaqların diqqətəlayiq mənafeyi nəzərə alaraq, eləcə də qanunvericiliyin tələblərinə uyğun olaraq, cavabdeh uşaqlarının saxlanması xərclərini ödəməlidir. Başqa sözlə, cavabdehdən uşaqların saxlanması üçün məhkəmə qaydasında alimentin tutulması tam qanunauyğundur. İlkin mediasiya sessiyasında cavabdeh iştirak etmədiyindən mediator tərəfindən “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayış verilmişdir. Uşaqların maddi ehtiyaclarını ödəməsi üçün cavabdehin maddi imkanı və gəlirləri kifayət qədər yaxşıdır. Cavabdeh vaxtilə təxminən 800-900 manat məbləğində maaş almış və mühafizəçi işləmişdir, bundan əlavə onun usta kimi gözəl əl qabiliyyəti vardır. Bildiyi qədəri ilə cavabdeh hazırda hansısa institutda işləyir. Başqa sözlə, cavabdehdən uşaqların saxlanması üçün məhkəmə qaydasında alimentin tutulması tam qanunauyğundur. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat müəyyən edilmişdir. Hesab edir ki, cavabdeh tərəfindən ayda hər bir uşağa 235 manat olmaqla, cəmi 470 manat aliment ödəmək cavabdehin maddi gücünə qəti şəkildə xələl gətirməz. İddiaçının cavabdehdən ayrı qaldığı 6 ay müddətində cavabdeh uşaqlarla, bir dəfə olsun, maraqlanmamış, onların maddi tələbatlarını ödəməmiş, hətta böyük uşağın xəstəliyi ilə əlaqədar onunla maraqlanmamışdır, bu səbəbdən cavabdeh 6 ay ərzində uşaqlara baxmadığı üçün həmin dövr üçün cəmi 2820 manat aliment məbləği də ödəməlidir. Qeyd edilənlərə əsasən o, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirdi ki, onunla İddiaçı 1 il 7 ay ərzində nişanlı qalmış, daha sonra ailə həyatı qurmuş, lakin bəzi problemlərə görə rəsmi nikah bağlaya bilməmişdirlər. O, 16 yaşında atasını itirmişdir, hazırda anasına baxır və onunla yaşayır. Qeyd edir ki, iddiaçının nümayəndəsinin dediklərindən fərqli olaraq o, övladları ilə maraqlanmış, 15 sentyabr 2024-cü il tarixdə övladlarının ehtiyaclarını qarşılamaq üçün 400 manat xərc çəkmişdir. xx.xx.2024cü il tarixindən V.Y.Axundov adına X3 İnstitutunun Təsərrüfat şöbəsində mühafizəçi vəzifəsində işləyir və aylıq əmək haqqı 389 manat təşkil edir və başqa yerdən də gəliri yoxdur. İddiaçının son 6 ayın aliment məbləği olaraq 2820 manat pulun tutularaq ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, onun sözügedən məbləği də ödəməyə maddi imkanı yoxdur və alimentin əmək haqqına uyğun tutulmasını xahiş edir. İş materiallarında olan 1 saylı Bakı «ASAN xidmət» mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ № 315956 saylı atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh 08 dekabr 2016-cı ildə İddiaçı doğulmuş X7 atası hesab edilmiş, bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 26 № ilə qeyd edilmişdir. İş materiallarında olan 1 saylı Bakı «ASAN xidmət» mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİİ № 907442 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X11 08 dekabr 2016-cı ildə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan 3 saylı Bakı «ASAN xidmət» mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ № 358674 saylı atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh 06 sentyabr 2018-ci ildə İddiaçı doğulmuş X6 atası hesab edilmiş, bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 367 № ilə qeyd edilmişdir. İş materiallarında olan 3 saylı Bakı «ASAN xidmət» mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İV № 202670 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X9 06 sentyabr 2018-ci ildə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “V.Y.Axundov adına X3 İnstitutu” X16 tərəfindən verilmiş 03 sentyabr 2024-cü il tarixli, 40 nömrəli arayışdan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixindən V.Y.Axundov adına X3 İnstitutunun Təsərrüfat şöbəsində mühafizəçi vəzifəsində işləyir və aylıq əmək haqqı 389 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “V.Y.Axundov adına X3 İnstitutu” X16 tərəfindən verilmiş 18 noyabr 2024-cü il tarixli, 3-28-8/2-297/2024 nömrəli cavab məktubundan və ona əlavə edilmiş cədvəllərdən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdən institutda aşpaz vəzifəsinə təyin edilmiş, xx.xx.2024-cü il tarixdən mühafizəçi vəzifəsinə keçirilmişdir və hazırda aylıq əmək haqqı 389 manat təşkil edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, işin faktiki hallarından göründüyü kimi, iddianın qanuni əsasını Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci, 75.4-cü və 78.1-ci maddələri təşkil edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, Cavabdeh xx.xx.2024-cü il tarixindən V.Y.Axundov adına X3 İnstitutunun Təsərrüfat şöbəsində mühafizəçi vəzifəsində işləyir və aylıq əmək haqqı 389 manat təşkil edir. Lakin, məhkəmə uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi kimi diqqətə layiq halları əsas götürərək,hesab edir ki, hal-hazırd cavabdehin əmək haqqına uyğun alimentin tutulması yetkinlik yaşına çatmamış uşaqların minium təminatına və uşaqların mənafeyinə uyğun gəlmir. Məhkəmə yuxarıda qeyd olunanları və uşaqları saxlamaq vəzifəsinin hər iki valideynin üzərinə düşməsini nəzərə alaraq cavabdehdən tutulacaq alimentin məbləğinin hazırki faktiki vəziyyətdə, hər ay, hər uşaq üçün 170 manat həddində müəyyən edilməsini ağlabatan və tarazlaşdırılmış məbləğ hesab edir.Həmçinin məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, qanunverici alimentin miqdarı müəyyən olunması ilə bağlı məhkəmə qərarını daimi və son olaraq qətiləşdirmədiyindən,gələcəkdə cavabdehin gəlirlərində artım olarsa alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsi ilə bağlı yenidən iddia qaldırılmasını istisna etmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Ona görə məhkəmə hesab edir ki, aliment xx.xx.2024-cü ildən tutulmalıdır. Bundan başqa iddia tələbinin son 6 ay ərzində aliment məbləği olaraq 2820 manat pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, cavabdehin bu məbləği ödəməyə maddi cəhətdən imkanının olması barədə sübutlar müəyyən olunmadığından iddia tələbi bu hissədə təmin edilməməlidir. Məhkəmə dövlət rüsumu ilə bağlı hesab edir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə görə aliment alınması barədə İddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən, Cavabdeh Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə əsasən 60,8 (altmış manat səksən qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə görə aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2024-cü il tarixindən başlayaraq 08 dekabr 2016-cı il təvəllüdlü X11 və 06 sentyabr 2018ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün hər ay hər uşağa görə 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilsin. Cavabdeh 60,8 (altmış manat səksən qəpik) manat dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. İddia tələbi son 6 ay ərzində aliment məbləği olaraq 2820 manat pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi hissəsində rədd edilsin. Aliment dərhal icraya yönəldilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-4369/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4369/2024
05.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver