Məhkəmə qərarları › İş №2(012)-4416/2020

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4416/2020

19.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4416/2020 19.11.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı qızının iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin tutulması tələbinə dair mülki işə xx xxxxxx 2020-ci il tarixdə, Xırdalan şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı qızı Cavabdeh oğluna qarşı alimentin tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün qanunvericilikdə nəzərdə tutulmuş 170 manat və xx.xx.2013-cü il təvəllüdlü X3 xəstəliyi ilə əlaqədar hər ay 50 manat sabit pul məbləğində alimentin tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin 2(012)- 1979/2019 saylı xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X2 üçün hər ay 160 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. Lakin Cavabdeh ilə İddiaçı barışdıqlarından sonuncunun Qazax rayon icra və Probasiya şöbəsinə alimentdən imtina barədə etdiyi müraciət əsasında icra sənədinə xitam verilmişdir. əmmədov Vasif Abdulla oğlu 2020-ci ilin aprel ayından etibarən xx.xx.2013-cü il təvəllüdlü X2 üçün heç bir maddi yardım göstərməmişdir. Bundan başqa xx.xx.2013-cü il təvəllüdlü X5 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Ekspertiza və Reabiltasiya Xidmətinin 27 saylı TSEK tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli arayışa əsasən onurğanın 3-cü dərəcəli anadangəlmə skaliozu, döş qəfəsinin deformasiyası diaqnozu qoyulmuşdur. Odur ki, Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün qanunvericilikdə nəzərdə tutulmuş 170 manat və xx.xx.2013-cü il təvəllüdlü X3 xəstəliyi ilə əlaqədar hər ay 50 manat sabit pul məbləğində alimentin tutulması zəruridir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Abşeron Rayon Məhkəməsinin 2(012)-1979/2019 saylı xx xxxxxxx 2019-cu il tarixli qətnaməsinə əsasən xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh oğlundan tutulan hər ay 160 manat, sabit pul məbləğində aliment miqdarının dəyişdirilərək artırılaraq Cavabdeh hər ay 170 manat sabit pul məbləğində alimentin və xx.xx.2013-cü il təvəllüdlü X3 xəstəliyi ilə əlaqədar hər ay 50 manat sabit pul məbləğində alimentin tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, iddia ərizəsində göstərilənləri təsdiq edərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki iş materialları ilə birgə tədqiq edərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Mülki işin materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-1979/2019 saylı xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən müəyyən edilir ki, Cavabdeh xx.xx.2013cü il təvəllüdlü X2 üçün hər ay 160 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. İddiaçı qızı iddiasını onunla əsaslandırır ki, Abşeron Rayon Məhkəməsinin 2(012)- 1979/2019 saylı xx xxxxxxx 2019-cu il tarixli qətnaməsinə əsasən xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay müəyyən edilmiş 160 manat aliment hazırda uşağın saxlanılmasına kifayət etmir və uşaqların tələbatı artmaqda davam edir. Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsində göstərilmişdir ki, 2019-cu il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına almaq və onları tərbiyə etmək valideynlərin borcudur. «Uşaq hüquqları» haqqında Azərbaycan Respublikası qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Həmçinin, Azərbaycan Respublikası Ailə Məcəlləsində təsbit edilmişdir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanmasıüçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.1-75.4cü maddələr). Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağınıəhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanmasıüçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinəəsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutmaqla məhkəmə hesab edir ki, xx.xx.2013-cü il təvəllüdlü X1 üçün müəyyən edilmiş alimentin miqdarı artırılmalıdır. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Ekspertiza və Reabiltasiya Xidmətinin 27 saylı TSEK tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli arayışından müəyyən edilir ki, X4 onurğanın 3-cü dərəcəli anadangəlmə skaliozu, döş qəfəsinin deformasiyası diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinə görə alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Göründüyü kimi qanunverciliyin tələbinə görə ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda əlavə xərclərin ödənilməsi nəzərdə tutulmuşdur. Hazırki iş üzrə X4 qoyulan diaqnoz qeyd edilən kriteriyalara uyğun gəlmədiyindən İddiaçı övladı xx.xx.2013-cü il təvəllüdlü X3 uşağın xəstəliyi ilə əlaqədar Cavabdeh oğlundan hər ay 50 manat sabit pul məbləğində alimentin tutulması hissədə iddia tələbi təmin edilməməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, xx.xx.2013-cü il təvəllüdlü X3 yaşını və ehtiyaclarını, yaşayış minimumu haqqında qanunverciliyinin tələbini nəzərə alıb, hesab edir ki, İddiaçı qızının Abşeron Rayon Məhkəməsinin 2(012)-1979/2019 saylı xx xxxxxxx 2019-cu il tarixli qətnaməsinə əsasən xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh tutulan hər ay tutulan 160 manat sabit pul məbləğində aliment miqdarı dəyişdirilərək artırılmalı, hazırki iş üzrə alimentin tutulmasının əvvəli Abşeron Rayon Məhkəməsinin 2(012)-4416/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi qanuni qüvvəyə minən vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-cı maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-1979/2019 saylı xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə birgə nikahdan anadan olmuş xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay tutulan 160 manat sabit pul məbləğində aliment miqdarı dəyişdirilsin. xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 170 manat sabit pul məbləğində aliment Cavabdeh alınaraq İddiaçı qızının xeyrinə tutulsun. Alimentin tutulmasının əvvəli Abşeron Rayon Məhkəməsinin 2(012)-4416/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi qanuni qüvvəyə minən vaxtdan hesablansın. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 20 manat dövlət büdcəsinin xeyrinə dövlət rüsumuna görə pul tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar