Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-444/2022 14.02.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədirliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «alqı-satqı müqaviləsinin ləğvi, mənzilin boşaldılması və iddaçıya təhvil verilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında Bakı şəhəri, Abşeron rayonu, Xırdalan qəsəbəsi, Sumqayıt şossesi, 7 km, bina 1, blok 35, 48 (köhnə 40) saylı mənzilin alqı-satqısına dair bağlanmış 07 yanvar 2016-cı il tarixli, 19608 saylı müqavilənin və bu müqaviləyə əlavə və dəyişikliklərin edilməsi haqqında 21 dekabr 2016-cı il tarixli əlavə razılaşmanın ləğv edilməsi, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, 2595 saylı məhəllə, bina 8, blok 1, 40 (köhnə 33) saylı mənzilin boşaldılması, mənzilin iddiaçı "xxxx" ASC-yə təhvil verilməsi və Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 10 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında Abşeron rayonu, Xırdalan qəsəbəsi, Sumqayıt şossesi, 7 km, bina 1, blok 35, 48 (köhnə 40) saylı mənzilin alqı-satqısına dair bağlanmış 07 yanvar 2016-cı il tarixli, 19608 saylı müqavilənin və bu müqaviləyə əlavə və dəyişikliklərin edilməsi haqqında 21 dekabr 2016-cı il tarixli əlavə razılaşmanın ləğv edilməsi, Abşeron rayonu, Xırdalan qəsəbəsi, Sumqayıt şossesi, 7 km, bina 1, blok 35, 48 (köhnə 40) saylı mənzilin boşaldılması, mənzilin iddiaçı "xxxx" ASC-yə təhvil verilməsi və Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 10 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X2 məhkəmə iclasında izahatında bildirdi ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında Bakı şəhəri, Abşeron rayonu, Xırdalan qəsəbəsi, Sumqayıt şossesi, 7 km, bina 1, blok 35, 48 (köhnə 40) saylı mənzilin alqı-satqısına dair 07 yanvar 2016-cı il tarixli, 19608 saylı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən mənzilin dəyəri 27000 manat müəyyən edilmiş və cavabdeh həmin məbləği 60 ay müddətində hər ay 450 manat olmaqla hər ayın 07-dək ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə öhdəliklərini icra edərək mənzili cavabdehə təhvil vermişdir. Lakin, müqavilənin tələbləri cavabdeh tərəfindən pozulmuş, o mənzilə görə ödənişləri vaxtı-vaxtında etməmişdir. Aparılmış danışıqlardan sonra iddiaçı ilə cavabdeh arasında müqaviləyə əlavə və dəyişikliklərin edilməsi haqqında 21 dekabr 2016-cı il tarixli əlavə razılaşma bağlanmışdır. Lakin cavabdeh əlavə razılaşma üzrə öhdəliklərini də pozmuşdur. Cavabdeh 22 aydan artıq müddətdir ki, aylıq ödənişləri etmir. Cavabdehə edilmiş şifahi və rəsmi xəbərdarlıqların heç bir nəticəsi olmamışdır. Bu hal iddiaçıya müqavilənin 3.1.1.3. və 3.1.1.7-ci bəndlərinə və Əlavə razılaşmanın 7-ci bəndinə əsasən yazılı xəbərdar etməklə müqaviləni birtərəfli qaydada ləğv etmək hüququ verir. Müqavilənin 3.1.1.3-cü bəndinə əsasən alıcı bu müqavilənin bəndləri ilə müəyyən edilmiş öhdəliklərini, xüsusilə bu müqavilənin 2-ci bölməsində nəzərdə tutulmuş ödəniş qaydaları barədə müddəaları pozduqda, satıcının müqavilənin icrasından birtərəfli qaydada imtina etmək hüququ vardır. Müqavilənin 3.1.1.7-ci bəndinə əsasən alıcı bu müqavilə ilə müəyyən olunmuş ödəniş müddətindən sonrakı 30 təqvim günü ərzində ödəniş etmədikdə, yazılı xəbərdar edildikdən sonra, satıcının bu müqavilənin icrasından birtərəfli qaydada imtina etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.3-cü maddəsinə görə müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Cavabdeh tərəfindən müqavilədən irəli gələn öhdəliklərin icra olunmaması müqavilənin əhəmiyyətli dərəcədə pozuntusuna dəlalət edir. İddiaçı müqavilənin icrasından birtərəfli qaydada imtina etməklə, onun ləğv edilməsi barədə bildirişi cavabdehə ünvanlamış, lakin bunun heç bir nəticəsi olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.4-cü maddəsi iddiaçıya müqaviləni ləğv etməklə bərabər mənzilin geri qaytarılmasını tələb etmək hüququ verir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Ona görə də o, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan 07 yanvar 2016-cı il tarixli, 19608 saylı mənzilin alqı-satqısı müqaviləsindən görünür ki, satıcı "xxxx" ASC Bakı şəhəri, Abşeron rayonu, Xırdalan qəsəbəsi, Sumqayıt şossesi, 7 km, bina 1, blok 35, 48 (köhnə 40) saylı, 1 otaqdan ibarət, ümumi sahəsi 36,03 kv.metr olan mənzili alıcı Cavabdeh satmağı, alıcı Cavabdeh isə 27000 manat məbləği 60 ay müddətində hər ay 450 manat olmaqla hər ayın 07-dək satıcı "xxxx" ASC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 07 yanvar 2016-cı il tarixli, 19608 saylı müqaviləyə əlavə və dəyişikliklərin edilməsi haqqında 21 dekabr 2016-cı il tarixli əlavə razılaşmadan görünür ki, alıcı razılaşır və qəbul edir ki, alıcının satıcıdan 07 yanvar 2016-cı ii tarixli 19608 №-li alqı-satqı müqaviləsinə əsasən aldığı Bakı şəhəri, Abşeron rayonu, Xırdalan qəsəbəsi, Sumqayıt şossesi 7 km, bina 1, blok 35, 10-cu mərtəbə, ümumi sahəsi 36.03 kv.metr olan 40 saylı mənzilə görə satıcıya olan borcu bu razılaşmanın imzalandığı günə 24000 manat təşkil edir, alıcı razılaşır və qəbul edir ki, satıcıya olan 24000 manat məbləği 65 ay müddətində hər ayın 07-dək 369,23 manat olmaqla, satıcıya ödəməyi öz öhdəsinə götürür. Tərəflər razılaşır və qəbul edir ki, alıcı mənzildən imtina edərsə, müqavilə şərtlərinin onun tərəfindən pozulması nəticəsində ona birtərəfli qaydada xitam verilərsə, həmçinin, mənzilin dəyəri satıcının zaminliyi ilə əvvəllər bank kreditləşmasi yolu ilə ödənilmişsə və alıcının bank qarşısında olan öhdəlikləri yerinə yetirilmədiyindən qeyd edilən öhdəliklər satıcı tərəfindən icra olunmuşsa, gələcəkdə alıcı bu razılaşmaya əsasən öhdəliklərini yerinə yetirməyəcəyi. ödənişdən, o cümlədən mənzildən könüllü olaraq imtina edəcəyi halda mənzil boşaldılaraq korporasiyaya geri qaytarılır və satıldıqdan sonra alıcının müqavilənin şərtlərinə uyğun ödədiyi birinci ay üzrə ödəniş, o cümlədən də korporasiyaya ödənilmiş ümumi vəsaitin 30 % hissəsi çıxılmaqla, ödədiyi vəsaitin qalıq hissəsi ona geri qaytarılacaqdır, tərəflər razılaşır və qəbul edir ki, alıcı öhdəsinə götürdüyü hər ay üçün, ödəməni gecikdirdiyi halda, onun bu müqaviləyə əsasən ödəməli olduğu tarixdən etibarən 7 təqvim günü satıcı tərəfindən güzəştli gün kimi təyin edilir. 7 günlük güzəşt müddəti keçdikdən sonra, aylıq ödəniş həyata keçirilməzsə, alıcı hər gecikdirümiş gün üçün gecikdirümiş aylıq məbləğin 0,3 faizi məbləğində cərimə ödəməlidir, alıcı razılaşır və qəbul edir ki, bu razılaşma va müqavilə şərtlərilə üzərinə götürdüyü öhdəliyi pozarsa yə ödənişləri 30 gündən artıq müddətə gecikdirərsə, bu razılaşma satıcı tərəfindən alıcının qabaqcadan yazılı xəbərdar etməklə birtərəfli qaydada ləğv edilə bilər və bu halda mənzil satıcıya geri qaytarılmalıdır/təhvil verilməlidir. Mənzilin geri qaytarılması barədə iddialara əmlakın yerləşdiyi yerin məhkəməsində baxılacaqdır, tərəflər razılaşır və qəbul edir ki, müqavilə şərtlərinin pozulması nəticəsində satıcının tələbi əsasında mənzil geri alınarkən alıcının mənzilin təmirinə dair çəkdiyi xərclər onun özünə aid edilərək dəyəri qeri qaytarılmayacaqdır.Alıcı razılaşır və qəbul edir ki, bu razılaşma imzalandığı gün. mənzili icbari qaydada sığorta etdirəcəkdir. Bu razılaşma imzalandığı gündən qüvvəyə minir və onun müddəaları ilə dəyişdirilmiş müqavilə şərtləri qüvvəsini itirir və razılaşmada müəyyən edilmiş müddəalar tətbiq edilir. İş materiallarında olan 11 fevral 2022-ci il tarixli, 03-01/106 №-li arayışdan görünür ki, Cavabdeh ilə "xxxx" ASC arasında 07.01.2016-cı il tarixində Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şossesi 7-ci km ünvanında yerləşən bina 1, blok 35, mərtəbə 10, mənzil 40 (təzə 48), 1 otaqdan ibarət, ümumi sahəsi 36,03 kv.m olan mənzilin alınmasına dair 19608 saylı alqı-satqı müqaviləsi bağlanmış mənzilin dəyəri tərəflərin razılığı ilə 24000 manat məbləğində müəyyən olunmuş, alıcı mənzilin dəyərini 369,23 manat olmaqla 65 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Alıcı 11.02.2022-ci il tarixinə qədər 22892,26 manat ödəniş məbləği ödəməli olduğu halda, 12469 manat aylıq ödəniş ödəmişdir. Alıcının 11531 manat ümumi borcu və ödəmədiyi aylıq ödənişlərə görə hesablanmış cərimə borcu mövcuddur. Alıcının sonuncu ödənişi 26.10.2021-ci il tarixdə olmuşdur. Məhkəmə iddiaçı şirkətin nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutlar tədqiq olunarkən müəyyən edildi ki, Cavabdeh 07 yanvar 2016-cı il tarixli, 19608 saylı müqavilə və bu müqaviləyə əlavə və dəyişikliklərin edilməsi haqqında 21 dekabr 2016-cı il tarixli əlavə razılaşması üzrə iddiaçı "xxxx" ASC-dən Bakı şəhəri, Abşeron rayonu, Xırdalan qəsəbəsi, Sumqayıt şossesi, 7 km, bina 1, blok 35, 48 (köhnə 40) saylı (69.5 kv.m) saylı, ümumi dəyəri 24000 manat olan mənzili, həmin məbləği 65 ay müddətində hər ay 369,23 manat olmaqla hər ayın 07-dək satıcı "xxxx" ASC-yə ödəmək şərti ilə almış, lakin öhdəliklərini lazımı qaydada yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1 və 421.2-ci maddələrinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Məhkəmə qeyd olunan qanunvericilik normalarından və işin faktiki hallarından çıxış edərək belə nəticəyə gəlir ki, Cavabdeh üzərinə düşən öhdəlikləri icra etməməklə 07 yanvar 2016-cı il tarixli, 19608 saylı mənzilin alqı-satqısı müqaviləsinin və bu müqaviləyə əlavə və dəyişikliklərin edilməsi haqqında 21 dekabr 2016-cı il tarixli əlavə razılaşmanın əhəmiyyətli dərəcədə pozmuşdur. Ona görə də 07 yanvar 2016-cı il tarixli, 19608 saylı mənzilin alqı-satqısı müqaviləsinin və bu müqaviləyə əlavə və dəyişikliklərin edilməsi haqqında 21 dekabr 2016-cı il tarixli əlavə razılaşmanın ləğv edilməsi barədə iddia tələbi təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 425.1-ci maddəsinin tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla isra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəllənin 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmçinin 07 yanvar 2016-cı il tarixli, 19608 saylı mənzilin alqı-satqısı müqaviləsinə əlavə və dəyişikliklərin edilməsi haqqında 21 dekabr 2016-cı il tarixli əlavə razılaşmanın 5-ci bəndinə əsasən, alıcı razılaşır və qəbul edir ki, bu razılaşma va müqavilə şərtlərilə üzərinə götürdüyü öhdəliyi pozarsa yə ödənişləri 30 gündən artıq müddətə gecikdirərsə, bu razılaşma satıcı tərəfindən alıcının qabaqcadan yazılı xəbərdar etməklə birtərəfli qaydada ləğv edilə bilər və bu halda mənzil satıcıya geri qaytarılmalıdır/təhvil verilməlidir. Odur ki, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi Bakı şəhəri, Abşeron rayonu, Xırdalan qəsəbəsi, Sumqayıt şossesi, 7 km, bina 1, blok 35, 48 (köhnə 40) saylı mənzilin boşaldılaraq iddiaçı Cəmiyyətə təhvil verilməsi hissəsində də təmin edilməlidir. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 10 manat da cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. İddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında Abşeron rayonu, Xırdalan qəsəbəsi, Sumqayıt şossesi, 7 km, bina 1, blok 35, 48 (köhnə 40) saylı mənzilin alqı-satqısına dair bağlanmış 07 yanvar 2016-cı il tarixli, 19608 saylı müqavilə və bu müqaviləyə əlavə və dəyişikliklərin edilməsi haqqında 21 dekabr 2016-cı il tarixli əlavə razılaşma ləğv edilsin. Abşeron rayonu, Xırdalan qəsəbəsi, Sumqayıt şossesi, 7 km, bina 1, blok 35, 48 (köhnə 40) saylı mənzil boşaldılsın, mənzil iddiaçı "xxxx" ASC-yə təhvil verilsin və Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 10 manat məbləğində pul tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-444/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-444/2022
14.02.2022 · Müqavilələrin ləğv edilməsi - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver