Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4441/2023 22.11.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Məşədiyeva Fidan Eynur qızının katibliyi ilə, İddiaçılar İddiaçı1, onun vəkili Vəkil1, İddiaçı3, Cavabdeh2 vəkili-nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı birgə nikah dövründə əldə olunmuş torpaq sahəsinə istifadə-sahiblik hüquqnun tanınması və üzərində tikilmiş yaşayış evinə yaşayış hüququqlarının tanınması və yaşayış evinə köçürülmə tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı birgə nikah dövründə əldə olunmuş torpaq sahəsinə istifadə-sahiblik hüququnun tanınması və üzərində tikilmiş yaşayış evinə yaşayış hüququqlarının tanınması və yaşayış evinə köçürülmə tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı1 Tahir qızının, İddiaçı2, İddiaçı3, X1 Abşeron rayonu, Saray qəsəbəsi Ömər Xəyyam küçəsi 0.03 ha torpaq sahəsinə istifadə-sahiblik hüququnun tanınması, Abşeron rayonu, Saray qəsəbəsi Ömər Xəyyam küçəsi 0.03 ha torpaq sahəsi üzərində tikilmiş fərdi yaşayış evinə yaşayış hüquqlarının tanınması, Abşeron rayonu, Saray qəsəbəsi Ömər Xəyyam küçəsi 0.03 ha torpaq sahəsi üzərində tikilmiş fərdi yaşayış evinə köçürülmələri haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçılar ailə üzvləri olmaqla yuxarıda qeyd olunan ünvanda 2009-cu ildən yaşayırlar. İddiaçı1 Tahir qızı xx.xx.2006-cı il tarixdə İddiaçı2 Məhəmməd oğlu ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahlarından xx.xx.2005-ci il təvəllüdlü İddiaçı3 və xx.xx.2008-ci il təvəllüdlü X6 anadan olmuşdur. Birgə nikah dövründə xx.xx.2008-ci il tarixdə Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0.03 ha torpaq sahəsinin hüquqi savadsızlıqlarından notariat orqanında sənədləşdirmədən, faktiki olaraq X7 ilə alqı-satqı edərək almışlar. Həmin vaxt Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0.03 ha torpaq sahəsi Cavabdeh1 mərhum həyat yoldaşı X3 mülkiyyətində olmuşdur. Bu torpaq sahəsinə dair İddiaçı2 ƏN-İ№ 111489 olan xx.xx.2008ci il tarixli Cavabdeh1 həyat yoldaşı olmuş mərhum X7 tərəfindən aralarında baş vermiş alqı-satqının təsdiqi üçün alqı-satqı edilməsinə və başqa sərəncamlar verilməsinə dair etibarnamə verilmişdir. Həmin ildən də başlayaraq bu torpaq sahəsində iddiaçılar öz şəxsi vəsaitləri ilə iki mərtəbəli ev tikib ailəsi ilə yaşayırlar. Cavabdehlərin tikdikləri yaşayış evindən xəbəri olmuşdur. Hazırda bu torpaq sahəsi Abşeron rayonu, Saray qəsəbəsi, Ömər Xəyyam küçəsi fərdi ev kimi adlandırılır. Bu torpaq sahəsini alan vaxt həmin vaxtın pulu ilə birgə nikahları dövründə 11.000 (on bir min) manatı mərhum X5 və onun ailəsi olan Cavabdeh1 vermişlər. Sənədləşməni sonralar tam həyata keçirməli idilər. Səfər Quliyev 2021-ci ildə vəfat getdikdən sonra həyat yoldaşı olan Cavabdeh1 yenidən sənədləşməni xahiş etmişlər və o yeni AR-İİ № 35791 olan etibarnamə vermişdir. Lakin cavabdeh digər cavabdehlə razılaşaraq yaşayış evini və faktiki sahiblik etdikləri torpaq sahəsini ələ keçirmək və zəhmətsiz gəlir etmək məqsədi ilə bu etibarnaməni 1 il müddətinə vermişdir. Hansı ki, cavabdehin həyat yoldaşı etibarnaməni 38 (otuz səkkiz ) il müddətinə vermişdir. Bu torpaq sahəsi 2008-ci ildən etibarnamə əsasında ailənin sahibiliyindədir. Belə olmasaydı onlar indiyənə kimi özünün və ailəsinin vəsaiti və şəxsi zəhməti ilə bu torpaq sahəsində iki mərtəbəli evi tikib yaşamazdılar. Bunu bütün qonşular və aidiyyatı orqanlar təsdiq edirlər. İddiaçı2 borcu olduğuna görə tanışı və yaxınlıq etdiyi cavabdehlərdən Cavabdeh2 ona maddi yardım köməkliyi göstərəcəyi və onun borclarını ödəyəcəyi vədi verərək onu aldatmış və etibarından sui-istifadə edərək Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0.03 ha torpaq sahəsini alqı-satqı edərək öz adına sənədləşdirmişdir. Cavabdehlər İddiaçı2 düşdüyü ağır vəziyyətdən istifadə etməklə formal olaraq alqı-satqı müqaviləsi bağlamışlar. Nəticədə əzab-əziyyəti ilə və maddi vəsaiti ilə tikilmiş fərdi yaşayış evinin torpaq sahəsi cavabdehlərdən Cavabdeh2 adına mülkiyyət hüquq ilə qeydiyyata alınmışdır. Cavbdehlərdən hər hansı biri İddiaçı2 heç bir məbləğdə pul verməmiş, iddiaçıları və uşaqlarının neçə illər ərzində öz şəxsi vəsaiti və zəhmətləri ilə tikərək yaşadıqları yaşayış evinə əsassız hüquq əldə etmişlər. Hazırda bu mənzildən məcburən çıxarılmışlar. Xeyli müddətdir ki, onlar kirayələrdə yaşayırlar. Məhkəmə iclasında İddiaçı1, onun vəkili Vəkil1 və İddiaçı2 iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında Cavabdeh2 vəkili-nümayəndəsi Vəkil2 iddia tələbini əsassız hesab etdiyindən rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş iş üzrə digər tərəflər məhkəmə iclaslarına gəlməmişlər. Belə olan halda, məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və ona əlavə edilmiş sübutları nəzərdən keçirərək, iş üzrə toplanılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: - xx.xx.2021-ci il tarixli etibarnamənin surətindən görünür ki, Cavabdeh1 onu bütün idarə və təşkilatlarda, dövlət və qeyri-dövlət orqanlarında, Nikah, Arxiv, VVAQ İdarələrində, “ASAN’’ Xidmət Mərkəzlərində, notariat ofislərində təmsil etməyi, Sumqayıt şəhər 4 saylı notariat ofisində xx.xx.2021-ci il tarixdə 2V/175 reyestrli vərəsəlik hüququ haqqında şəhadətnaməni qeydiyyatdan keçirməyi, sənədləri “ASAN’’ Xidmət Mərkəzinə təqdim etməyi, mülkiyyət hüququ haqqında sənədi aldıqdan sonra Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən, ümumi sahəsi 0.03 ha olan torpaq sahəsini sənədləşdirməyi, özəlləşdirməyi, sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipotekaya (girov) qoymağı, istifadə etməyi, icarəyə verməyi, notariat ofisinin depozit hesabına pul qoymağı və götürməyi, notariat ofisində qanunla icazə verilmiş bütün əqdləri rəsmiləşdirməyi, bank əməliyyatları aparmağı və digər hərəkətləri etməyi İddiaçı2 etibar etmişdir. - Nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı2 ilə X2 arasında xx.xx.2006-cı ildə rəsmi nikah bağlanmış, nikah bağlandıqdan sonra arvada Nadirova soyadı verilmişdir. - Şəxsiyyət vəsiqələrinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı2 ilə İddiaçı1 birgə nikahlarından xx.xx.2005-ci il təvəllüdlü İddiaçı3 və xx.xx.2008-ci il təvəllüdlü X6 doğulmuşlar. - xx.xx.2021-ci il tarixli AN - № ******* nömrəli Daşınmaz Əmlakın Alqı-satqı Müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh1 Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.03 ha torpaq sahəsini 5300 manata Cavabdeh2 satmışdır. - Abşeron RİHB-nın Saray qəsəbə İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Saray qəsəbəsi Ömər Xəyyam küçəsindəki fərdi yaşayış evində hazırda İddiaçı2 ailəsi ilə birlikdə yaşayır. - Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(012)-701/2022 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh2 cəvabdehlər İddiaçı2 və Cavabdeh1 qarşı mülkiyyətin qanunsuz istifadədən geri tələbinə dair iddia ərizəsi təmin edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2021-ci il tarixli, **********74 reyestr nömrəli çıxarışa əsasən iddiaçı Cavabdeh2 mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.03 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi cavabdehlər İddiaçı2 və Cavabdeh1 qanunsuz sahibliyindən geri alınması və həmin torpaq sahəsi boşaldılaraq iddiaçı Cavabdeh2 təhvil verilməsi, iş üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehlər İddiaçı2 və Cavabdeh1 müştərək qaydada tutulub iddiaçı Cavabdeh2 verilməsi qət edilmişdir. - Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(012)-140/2023 saylı qərardadından görünür ki, Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(012)- 701/2022 saylı icra sənədinin icraatına xitam verilməsinə dair Abşeron rayon İcra və Probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli qərarı ləğv edilmiş və icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi qərara alınmışdır. - Abşeron rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-1839/2023 saylı qətnaməsindən görünür ki, İddiaçı2 cavabdehlər Cavabdeh2 və Sumqayıt şəhəri 4 saylı notariat ofisinə qarşı (Cavabdeh1 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb eilməklə) alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv olunması tələbinə dair iddiası təmin edilməmişdir. - "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, "xxxx" ASC-nin elektron bazasında qeyd olunan ünvanın (Abşeron rayonu, Saray qəsəbəsi, Ömər Xəyyam küçəsində yerləşən fərdi yaşayış evi üzrə) **********50160 nömrəli abunə kodu ilə 01 avqust 2009-cu il tarixdə qeydiyyata alınaraq elektrik enerjisi ilə təchiz edilməsinə dair məlumat vardır. Qeyd olunan abunə kodu üzrə 22 may 2015-ci il tarixdə İddiaçı2 abonent olaraq qeydiyyata alınmış, 07 noyabr 2022-ci il tarixdə əhali istehlakçısının ad dəyişdirilməsi xidməti həyata keçirilərək abunə kodu Cavabdeh2 adına dəyişdirilmişdir. - Abonent saldolarından görünür ki, Abşeron rayonu Saray qəsəbəsində yerləşən fərdi yaşayış evinə quraşdırılmış su və qaz sayğacları Cavabdeh2 adına qeydə alınmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı2 ilə X2 arasında xx.xx.2006-cı ildə rəsmi nikah bağlanmış, onların birgə nikahlarından xx.xx.2005-ci il təvəllüdlü İddiaçı3 və xx.xx.2008-ci il təvəllüdlü X6 doğulmuşlar. Birgə nikah dövründə xx.xx.2008-ci il tarixdə Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0.03 ha torpaq sahəsini notariat orqanında sənədləşdirmədən, faktiki olaraq X7 ilə alqı-satqı edərək, torpaq sahəsini almışlar. Həmin vaxt Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0.03 ha torpaq sahəsi Cavabdeh1 mərhum həyat yoldaşı X3 mülkiyyətində olmuşdur. Bu torpaq sahəsinə dair İddiaçı2 ƏN-İ№ 111489 olan xx.xx.2008-ci il tarixli Cavabdeh1 həyat yoldaşı olmuş mərhum X7 tərəfindən aralarında baş vermiş alqı-satqının təsdiqi üçün alqı-satqı edilməsinə və başqa sərəncamlar verilməsinə dair etibarnamə verilmişdir. Həmin ildən də başlayaraq bu torpaq sahəsində iddiaçılar öz şəxsi vəsaitləri ilə iki mərtəbəli ev tikib ailəsi ilə yaşamışlar. Ailənin yaşaması Abşeron RİHB-nın Saray qəsəbə İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışda da qeyd olunmuşdur. xx.xx.2021-ci il tarixdə mübahisəli torpağın mülkiyyətçisi Cavabdeh1 Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.03 ha torpaq sahəsini 5300 manata Cavabdeh2 satmışdır. Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(012)-701/2022 saylı qətnaməsinə əsasən, iddiaçı Cavabdeh2 cəvabdehlər İddiaçı2 və Cavabdeh1 qarşı mülkiyyətin qanunsuz istifadədən geri tələbinə dair iddia ərizəsi təmin edilmiş, çıxarışa əsasən iddiaçı Cavabdeh2 mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.03 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi cavabdehlər İddiaçı2 və Cavabdeh1 qanunsuz sahibliyindən geri alınması və həmin torpaq sahəsi boşaldılaraq iddiaçı Cavabdeh2 təhvil verilməsi qət edilmişdir. Abşeron rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)- 1839/2023 saylı qətnaməsinə əsasən İddiaçı2 cavabdehlər Cavabdeh2 və Sumqayıt şəhəri 4 saylı notariat ofisinə qarşı (Cavabdeh1 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb eilməklə) alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv olunması tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçılar hazırda iddia tələbi ilə məhkəməyə müraciət edərək, mübahisəli torpaq sahəsinə istifadə-sahiblik hüququnun tanınması, həmin torpaq sahəsi üzərində tikilmiş fərdi yaşayış evinə yaşayış hüquqlarının tanınması və fərdi yaşayış evinə köçürülmələri haqqında qətnamə qəbul edilməsini xahiş etmişlər. Göründüyü kimi, iddiaçılar tələbini Abşeron rayonu, Saray qəsəbəsi Ömər Xəyyam küçəsi 0.03 ha torpaq sahəsinə istifadə-sahiblik hüququnun tanınması, həmin torpaq sahəsi üzərində tikilmiş fərdi yaşayış evinə yaşayış hüquqlarının tanınması və fərdi yaşayış evinə köçürülmələri ilə bağlı irəli sürmüşlər. Məhkəmə, ilk öncə iddia tələbi üzrə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 hazırkı iddia tələbini irəli sürmək hüquqlarının olub-olmamasını araşdıraraq aşağıdakıları qeyd edir. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Eyrenin İrlandiyaya qarşı iş üzrə” qərarında qeyd etmişdir ki, məhkəməyə müraciət etmək hüququ şəxsin hüquq və vəzifələrinin müəyyən edilməsi və öz işini lazımi qaydada təqdim etməsi üçün onun işinə müstəqil və qərəzsiz məhkəmə tərəfindən baxılması hüququna malik olması deməkdir. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarına əsasən - “mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Vərəsəlik hüququ da belə hüquqlardan biridir.” Göründüyü kimi, həm İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin, həm də Azərbаycаn Respublikаsı Konstitusiyа Məhkəməsinin hüquqi mövqeyinə görə, mülki mübаhisəni həlli edən məhkəmə, o cümlədən аpellyаsiyа instаnsiyаsı məhkəməsi ilk növbədə iddiа qаldırmış şəxsin müvаfiq subyektiv hüquqа mаlik olub-olmаmаsını аrаşdırmаlıdır. Hazırkı halda, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 mübahisə predmeti olan torpaq sahəsi üzərində birgə nikah dövründə əldə edilmiş əmlak kimi istifadə-sahiblik hüququnun tanınmasını tələb etməyə subyektiv hüquqları yoxdur. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 mübahisə predmeti olan torpaq sahəsini Cavabdeh1 tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş etibarnamə əsasında əldə etmiş olsalar belə, həmin torpaq sahəsinə dair rəsmi qaydada alqı-satqı müqaviləsi bağlanmamış və torpaq sahəsinə dair mülkiyyət hüquqlarını əldə etməmişlər. Bundan sonra Cavabdeh1 mülkiyyətində olan həmin torpaq sahəsini xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi əsasında digər Cavabdeh2 5300 manata satmışdır. Hazırda da, sözügedən torpaq sahəsinin mülkiyyətçisi Cavabdeh2dur. Göründüyü kimi, mübahisə predmeti olan torpaq sahəsi iddiaçıların mülkiyyətində olmamışdır. Bundan başqa, Cavabdeh2 sözügedən torpaq sahəsinin mülkiyyətçisi kimi İddiaçı2 və Cavabdeh1 qarşı mülkiyyətin qanunsuz istifadədən geri qaytarılmasına dair iddia tələbi irəli sürmüş və iddia tələbi əsaslı olduğundan təmin edilmişdir. Bu fakt Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(012)-701/2022 saylı qanuni qüvvəyə minmiş qətnaməsi ilə öz təsiqini tapmışdır. Məhkəmə, iddia tələbinin mübahisə predmeti olan torpaq sahəsi üzərində tikilmiş yaşayış evinə yaşayış hüququqlarının tanınması və yaşayış evinə köçürülmə hissəsinə qiymət verərək, iddia tələbi həmin hissədə də təmin edilməməlidir. Belə ki, qeyd olunan torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evi nə iddiaçıların, nə də cavabdehlərin mülkiyyətində deyildir. Bu səbəbdən üzərində mülkiyyət hüququ olmayan evin yaşayış sahəsindən istifadə hüququ yarana bilməz, çünki bu şəxslərin yaşayış sahəsindən istifadə hüququ mülkiyyətçinin iradəsindən törəyir. Qanunvericilik digər şəxslərin yaşayış sahəsinə istifadə hüququnun yaranmasını mülkiyyətçidən və onun iradəsindən asılı edib (əvvəlki Mənzil Məcəlləsi, maddə 123; hazırkı Mənzil Məcəlləsi, maddə 30; hazırkı Mülki Məcəllə, maddə 228). Əgər ev üzərində mülkiyyət hüququ yoxdursa, bu o deməkdir ki, mülkiyyətçi və mülkiyyətçinin iradəsi də yoxdur. İddia tələbinə obyektiv və düzgün hüquqi qiymət verilməsi üçün zəruri 3 hal araşdırılmalıdır - 1) şəxs köçmək istədiyi evdə yaşamışdırmı; 2) şəxs yaşadığı yerdən məhrum edilmişdirmi; 3) bu məhrum etmə qanunidirmi. Bunlar üçün də köçürülmə tələb edilən evin mövcud olması və evin hüquqi rejimini müəyyən edən sənədlərinin olması; iddiaçının belə tələb irəli sürməyə hüququnun olması və bu tələbə məhz cavabdehin cavab verməli olması zəruri şərt kimi müəyyənləşdirilməlidir. Əlavə olaraq müəyyən edilməlidir ki, hüquq münasibəti hansı zaman yaranmışdır ki, mübahisəyə də həmin dövrdə qüvvədə olmuş maddi hüquq normaları tətbiq edilə bilsin. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporronq və Lonnrotun İsveçə qarşı” qərarında və bundan sonra qəbul etdiyi qərarlarında mülkiyyət hüququ ilə əlaqədar mövqeyini müəyyən edərək izah etmişdir ki, mülkiyyət hüququnun müdafiəsi zamanı işin hallarından asılı olaraq üç məsələ aydınlaşdırılmalıdır: mülkiyyətçinin mülkiyyət hüququnun mövcud olması, mülkiyyətçinin öz mülkiyyətindən məhrum olması; mülkiyyətçinin mülkiyyətindən istifadəyə nəzarətdən məhrum olması. Həmin qərarlara görə mülkiyyətçinin öz mülkiyyətindən məhrum edilməsinin baş verib-verməməsini müəyyən etmək üçün mülkiyyətin formal cəhətdən özgəninkiləşdirilməsi və ya mülkiyyət hüququnun başqasına keçməsi və həmin halların “de fakto” baş verməsi aydınlaşdırılmalıdır. Qanunvericilik sübutetmə yükünü iddiaçının üzərinə qoymuşdur. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmə qeyd edir ki, iddiaçılar hazırda yaşadıqları evə köçürülmələri, yaşayış hüququnun tanınması əsası ilə iddia qaldırsalar da, evin onlara ayrılması, hansı əsasla onların istifadələrinə və ya mülkiyyətlərinə verilməsi, ümumiyyətlə hüquqi rejimi barədə hər hansı sübut təqdim etməmişlər. Göründüyü kimi, iddiaçıların köçürülməsini tələb etdiyi fərdi yaşayış evinin yerləşdiyi Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.03 ha torpaq sahəsi xx.xx.2021-ci il tarixli AN № ******* nömrəli Daşınmaz Əmlakın Alqı-satqı Müqaviləsinə əsasən, Cavabdeh1 tərəfindən 5300 manata Cavabdeh2 satılmışdır. Həmin evə aid olan qaz, işıq və su sayğacları Cavabdeh2 adına qeydə alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Torpaq sahəsi Cavabdeh2 xüsusi mülkiyyətində olduğundan ona İddiaçı2 tərəfindən satılmış torpağın üzərindəki ev cavabdehin gözdənilən mülkiyyət hüququdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə işin faktiki müəyyən olunmuş hallarına və istinad olunan maddi hüquq normalarının tələblərinə əsasən belə qənaətə gəlir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı birgə nikah dövründə əldə olunmuş torpaq sahəsinə istifadə-sahiblik hüququnun tanınması, üzərində tikilmiş yaşayış evinə yaşayış hüququqlarının tanınması və yaşayış evinə köçürülmə tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bununla bağlı məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən, məhkəmə xərclərinə aid olan iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. İnsan hüquqlarının və X4 haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 4-cü, 7-ci, 14-cü, 36cı, 77-ci, 88-ci, 149-cu, 150-ci və 216-236-cı maddələrinə əsaslanaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı birgə nikah dövründə əldə olunmuş torpaq sahəsinə istifadə-sahiblik hüququnun tanınması, torpaq sahəsi üzərində tikilmiş yaşayış evinə yaşayış hüququqlarının tanınması və yaşayış evinə köçürülmə tələbinə dair iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərclərinə aid olan, iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu qismində ödənilmiş 100 manat iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-4441/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4441/2023
22.11.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Torpaq mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver