Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3198/2024 04.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinə və fərdi yaşayış evinə istifadə,sahiblik hüququnun tanınması, fərdi yaşayış evinə yaşayış hüququnun tanınması və köçürülmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Şamayev Elşad Yaquboviç və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, İddiaçı1, İddiaçı3, İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı birgə nikah dövründə əldə edilmiş torpaq sahəsinə istifadə hüququnun tanınması və üzərində tikilmiş yaşa yış evinə yaşayış hüquqlarının tanınması və yaşayış evinə köçürülmə tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 aprel 2024-cü il tarixli, 2(105)-568/2024 nömrəli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı1 Tahir qızı ilə İddiaçı2 Məhəmməd oğlu xx.xx.2006-cı il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahlarından xx.xx.2005-ci il təvəllüdlü İddiaçı3 və xx.xx.2008-ci il təvəllüdlü X5 anadan olmuşdur.
2. Cavabdeh1 xx.xx.2021-ci il tarixli etibarnamə əsasında onu bütün idarə və təşkilatlarda, dövlət və qeyri-dövlət orqanlarında, Nikah, Arxiv, VVAQ İdarələrində, “ASAN’’ Xi dmət Mərkəzlərində, notariat ofislərində təmsil etməyi, Sumqayıt şəhər 4 saylı notariat ofisində xx.xx.2021-ci il tarixdə 2V/175 reyestrli vərəsəlik hüququ haqqında şəhadətnaməni qeydiyyatdan keçirməyi, sənədləri “ASAN’’ Xidmət Mərkəzinə təqdim etməyi, mülkiyyət hüququ haqqında sənədi aldıqdan sonra Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən, ümumi sahəsi 0.03 ha olan torpaq sahəsini sənədləşdirməyi, özəlləşdirməyi, sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipotekaya (girov) qoymağı, istifadə etməyi, icarəyə verməyi, notariat ofisinin depozit hesabına pul qoymağı və götürməyi, notariat ofisində qanunla icazə verilmiş bütün əqdləri rəsmiləşdirməyi, bank əməliyyatları aparmağı və digər hərəkətləri etməyi İddiaçı2 etibar etmişdir.
3. Cavabdeh1 mübahisəli torpaq sahəsini xx.xx. 2021-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən, 5300 manata Cavabdeh2 satmışdır.
4. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(012)-701/2022 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı2 və Cavabdeh1 qarşı mülkiyyətin qanunsuz istifadədən geri tələbinə dair iddia ərizəsi təmin edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2021-ci il tarixli, **********74 reyestr nömrəli çıxarışa əsasən iddiaçı Cavabdeh2 mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.03 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdehlər İddiaçı2 və Cavabdeh1 qanunsuz sahibliyindən geri alınması və həmin torpaq sah əsinin boşaldılaraq iddiaçı Cavabdeh2 təhvil verilməsi qət edilmişdir.
5. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-1839/2023 saylı qətnaməsi ilə İddiaçı2 cavabdehlər Cavabdeh2 və Sumqayıt şəhəri 4 saylı notariat ofisinə qarşı (Cavabdeh1 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv olunması tələbinə dair iddiası təmin edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçılar iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1 Tahir qızının, İddiaçı2, İddiaçı3, X2 mübahisəli torpaq sahəsinə istifadə-sahiblik hüququnun tanınması, həmin torpaq sahəsi üzərində tikilmiş fərdi yaşayış evinə yaşayış hüquqların ın tanınması və o evə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar ailə üzvləri olmaqla yuxarıda qeyd olunan ünvanda 2009-cu ildən yaşayırlar. Birgə nikah dövründə xx.xx.2008-ci il tarixdə mübahisəli torpaq sahəsini hüquqi savadsızlıqlarından notariat orqanında sənədləşdirmədən, faktiki olaraq X6 ilə alğı-satqı edərək almışlar. Həmin vaxt mübahisəli torpaq sahəsi X3 mülkiyyətində olmuşdur. Bu torpaq sahəsinə dair mərhum X6 tərəfindən İddiaçı2 aralarında baş vermiş alğı-satqının təsdiqi üçün alğı-satqı edilməsinə və başqa sərəncamlar verilməsinə dair xx.xx.2008-ci il tarixli etibarnamə verilmişdir. Həmin ildən də başlayaraq bu torpaq sahəsində iddiaçılar öz şəxsi vəsaitləri ilə iki mərtəbəli ev tikib ailəsi ilə yaşayı rlar. Cavabdehlərin tikilən yaşayış evindən xəbəri olmuşdur. Hazırda bu torpaq sahəsi Abşeron rayonu, Saray qəsəbəsi, Ömər Xəyyam küçəsi fərdi ev kimi adlandırılır. Bu torpaq sahəsini alan vaxt həmin vaxtın pulu ilə birgə nikahları dövründə 11.000 manatı mərhum X4 və onun ailəsi olan Cavabdeh1 vermişlər. Sənədləşməni sonralar tam həyata keçirməli idilər. İddiaçılar Səfər Quliyev 2021-ci ildə vəfat etdikdən sonra Cavabdeh1 yenidən sənədləşməni xahiş etmişlər və o, iddiaçılara yeni etibarnamə vermişdir. Lakin Cavabdeh1 digər Cavabdeh2la razılaşaraq yaşayış evini və faktiki sahiblik etdikləri torpaq sahəsini ələ keçirmək və zəhmətsiz gəlir etmək məqsədi ilə bu etibarnaməni 1 il müddətinə vermişdir. Hansı ki, cavabdehin həyat yoldaşı etibarnaməni 38 il müddətinə vermişdir. Bu torpaq sahəsi 2 008-ci ildən etibarnamə əsasında ailənin sahibiliyindədir. Belə olmasaydı onlar indiyənə kimi özünün və ailəsinin vəsaiti və şəxsi zəhməti ilə bu torpaq sahəsində iki mərtəbəli evi tikib yaşamazdılar. Bunu bütün qonşular və aidiyyəti orqanlar təsdiq edirlər. İddiaçı2 borcu olduğuna görə tanışı və yaxınlıq etdiyi Cavabdeh2 ona maddi yardım köməkliyi göstərəcəyi və onun borclarını ödəyəcəyi vədi verərək onu aldatmış və etibarından sui-istifadə edərək mübahisəli torpaq sahəsini alğı-satqı edərək öz adına sənədləşdirmişdir. Cavabdehlər İddiaçı2 düşdüyü ağır vəziyyətdən istifadə etməklə formal olaraq alğı-satqı müqaviləsi bağlamışlar. Nəticədə əzab-əziyyəti ilə və maddi vəsaiti ilə tikilmiş fərdi yaşayış evinin torpaq sahəsi Cavabdeh2 adına mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. Cavabdehlə rdən hər hansı biri İddiaçı2 heç bir məbləğdə pul verməmiş, iddiaçıları və uşaqlarının neçə illər ərzində öz şəxsi vəsaiti və zəhmətləri ilə tikərək yaşadıqları yaşayış evinə əsassız hüquq əldə etmişlər. Hazırda bu mənzildən məcburən çıxarılmışlar. Xeyli müddətdir ki, onlar kirayələrdə yaşayırlar.
8. Abşeron RİHB-nın Saray qəsəbə İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışına əsasən müəyyən olunmuşdur ki, Saray qəsəbəsi, Ömər Xəyyam küçəsindəki fərdi yaşayış evində hazırda İddiaçı2 ailəsi ilə birlikdə yaşayır. 9. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktuba əsasən müəyyən olunmuşdur ki, "xxxx" ASC-nin elektron bazasında qeyd olunan ünvanın (Abşeron rayonu, Saray qəsəbəsi, Ömər Xəyyam küçəsində yerləşən fərdi yaşayış evi üzrə) **********5016 0 nömrəli abunə kodu ilə 1 avqust 2009-cu il tarixdə qeydiyyata alınaraq elektrik enerjisi ilə təchiz edilməsinə dair məlumat vardır. Qeyd olunan abunə kodu üzrə 22 may 2015-ci il tarixdə İddiaçı2 abonent olaraq qeydiyyata alınmış, 7 noyabr 2022-ci il tarixdə əhali istehlakçısının ad dəyişdirilməsi xidməti həyata keçirilərək abunə kodu Cavabdeh2 adına dəyişdirilmişdir.
10. Abonent saldolarına əsasən müəyyən olunmuşdur ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən fərdi yaşayış evinə quraşdırılmış su və qaz sayğacları Cavabdeh2 adına qeydə alınmışdır.
11. Abşeron Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 22 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Habil Əhmədov) iddia tələbi təmin edilməmişdir.
12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmı şdır ki, iddiaçıların mübahisəli torpaq sahəsi üzərində birgə nikah dövründə əldə edilmiş əmlak kimi istifadə-sahiblik hüququnun tanınmasını tələb etməyə subyektiv hüquqları yoxdur.
13. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 mübahisə predmeti olan torpaq sahəsini Cavabdeh1 tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş etibarnamə əsasında əldə etmiş olsalar belə, həmin torpaq sahəsinə dair rəsmi qaydada alğı-satqı müqaviləsi bağlanmamış və torpaq sahəsinə dair mülkiyyət hüquqlarını əldə etməmişlər. Bundan sonra Cavabdeh1 mülkiyyətində olan həmin torpaq sahəsini xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi əsasında digər Cavabdeh2 5300 manata satmışdır. Hazırda da, sözügedən torpaq sahəsinin mülkiyyətçisi Cavabdeh2dur. Göründüyü kimi, müba hisə predmeti olan torpaq sahəsi iddiaçıların mülkiyyətində olmamışdır. Bundan başqa, Cavabdeh2 sözügedən torpaq sahəsinin mülkiyyətçisi kimi İddiaçı2 və Cavabdeh1 qarşı mülkiyyətin qanunsuz istifadədən geri qaytarılmasına dair iddia tələbi irəli sürmüş və iddia tələbi əsaslı olduğundan təmin edilmişdir. Bu fakt Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(012)-701/2022 saylı qanuni qüvvəyə minmiş qətnaməsi ilə öz təsdiqini tapmışdır.
14. Məhkəmə iddia tələbinin mübahisə predmeti olan torpaq sahəsi üzərində tikilmiş yaşayış evinə yaşayış hüquqlarının tanınması və yaşayış evinə köçürülmə hissəsinə qiymət verərək, qeyd etmişdir ki, qeyd olunan torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evi nə iddiaçıların, nə də cavabdehlərin mülkiyyətindədir. Bu səbəbdən üzərində mülkiy yət hüququ olmayan evin yaşayış sahəsindən istifadə hüququ yarana bilməz, çünki bu şəxslərin yaşayış sahəsindən istifadə hüququ mülkiyyətçinin iradəsindən törəyir. Əgər ev üzərində mülkiyyət hüququ yoxdursa, bu o deməkdir ki, mülkiyyətçi və mülkiyyətçinin iradəsi də yoxdur.
15. Məhkəmə, həmçinin qeyd etmişdir ki, iddiaçılar hazırda yaşadıqları evə köçürülmələri, yaşayış hüququnun tanınması əsası ilə iddia qaldırsalar da, evin onlara ayrılması, hansı əsasla onların istifadələrinə və ya mülkiyyətlərinə verilməsi, ümumiyyətlə hüquqi rejimi barədə hər hansı sübut təqdim etməmişlər. Torpaq sahəsi Cavabdeh2 xüsusi mülkiyyətində olduğundan ona İddiaçı2 tərəfindən satılmış torpağın üzərindəki ev cavabdehin gözlənilən mülkiyyət hüququdur.
16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiy asının 13-cü maddənin İ hissəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, əvvəlki Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü, hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. İddiaçı1 qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli torpaq sahəsində yerləşən ev 2008-ci ildən iddiaçının və ailə üzvlərinin maddi vəsaiti ilə birgə nikah dövründə tikilmişdir. Məhkəmə bu halları nəzərə almayaraq torpaq sahəsinin başqa şəxsin mülkiyyətində olmasını əsas götürərək mülki işə formal yanaşmışdır. 2008-ci ildən 2022-ci ilədək bu fərdi yaşa yış evində yaşamaqlarını və yaşayış evinin mülkiyyət hüququnun hər hansı şəxsin adına qeydiyyata alınmamasını və dövlət balansında olmasını, kənd təsərrüfatı təyinatlı olmasını, həmin ərazidə tikilmiş yaşayış evlərinin əksəriyyətinin kənd təsərrüfatlı torpaq sahəsində yerləşdiyini nəzərə almamışdır. Məhkəmə mülki işə hərtərəfli, tam və obyektiv baxmamışdır. Məhkəmə belə mövqeyə gəlməklə iddiaçıların məhkəmə müdafiəsi hüququnu konstitusion hüquqları baxımından müdafiəsiz qoymuşdur. Fərdi yaşayış evi İddiaçı2 ilə Cavabdeh2 arasında Sumqayıt şəhər 4 saylı notariat ofisində bağlanmış AN-1 ******* nömrəli, xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin predmeti olmamışdır. Həmin alğı-satqı müqaviləsi üzrə satıcı tərəfindən həmin müqavilənin predmeti olan mübahisəli torpaq sa həsi həmin müqavilənin şərtlərinə uyğun olaraq satıcı tərəfindən alıcıya təhvil verilməmişdir. Həmin alğı-satqı müqaviləsi formal olaraq bağlanmışdır. Məhkəmə həmin torpaq sahəsinə və üzərində yerləşən yaşayış evinə yaranmış əşya hüquqları, yaşayış hüququ, mənzil toxunulmazlığı hüququ, vətəndaş kimi qanuni mənafelərini müdafiəsiz qoymuşdur. Məhkəmə cavabdehin həmin torpaq sahəsini alarkən üzərində yerləşən yaşayış evindən xəbəri olmasını və həmin yaşayış evinin dəyərinin onlara və başqa şəxsə ödənilməməsini araşdırmayaraq mülki işin faktiki hallarına uyğun olmayan qətnamə qəbul etmişdir. Məhkəmə mülki işin faktiki hallarının əksinə qərəzli olaraq torpaq sahəsinin Cavabdeh2 xüsusi mülkiyyətində olduğunu israr edərək, ona İddiaçı2 tərəfindən satılmasını və torpağın üzərindəki evə cavabdehlər in gözlənilən mülkiyyət hüquqlarının olması qənatinə gəlmişdir. Hansı ki, 2008-ci ildən bu evdə o və ailə üzvləri mübahisəsiz və etirazsız 2022-ci il tarixə kimi yaşamışlar. Övladları bu evdə dünyaya gəlmiş, bu evdən orta məktəbə getmişlər. Bu halda məhkəmə onların həmin evə yaşayış və əmlak, əşya hüquqlarını nəzərə almayaraq cavabdehlərin onların maddi vəsaiti ilə tikilmiş yaşayış evinə (hansı ki bu yaşayış evinə yaşadığı 15 il nəzərə alınsa, nə iddiaçıların nə cavabdehlərin mülkiyyət hüququ mövcud deyildir) gələcəkdə gözlənilən hüquqlarının olması mövqeyi ilə yanaşmamışdır.
19. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 29 aprel 2024-cü il tarixli, 2(105)-568/2024 nömrəli qərardadı ilə (hakimlər – S.A.Qafari (sədrlik edən və məruzəçi), A.H.Hüseynzadə və A.A.Mahmudov) İddiaçı1 apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin İddiaçı2 aid hissədə ləğv edilməsi və həmin hissədə iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.
20. Apellyasiya instansiyası məhkəməsinin eyni tarixli qətnaməsi ilə İddiaçı1 apellyasiya şikayəti ona aid hissədə təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq, qeyd etmişdir ki, Abşeron Rayon Məhkəməsinin qətnaməsi ilə Cavabdeh2 İddiaçı2 və Cavabdeh1 qarşı iddiası təmin edilərək Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,03 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin onların qa nunsuz sahibliyindən geri alınması və həmin torpaq sahəsinin boşaldılaraq Cavabdeh2 təhvil verilməsi, eləcə də Nərimanov rayon məhkəməsinin qətnaməsinə əsasən İddiaçı2 Cavabdeh2 və üçüncü şəxs Cavabdeh1 qarşı müqavilənin etibarsızlığı, çıxarış ləğvi ilə bağlı iddiasının rədd edilməsi qət edilmişdir.
22. Hər iki qüvvədə olan məhkəmə aktlarında mübahisəli torpaq sahəsinin mövcud alqı-satqı müqaviləsinin 8 və 11-ci bəndlərinə istinadən, satıcının alıcıya üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməsi və daşınmaz əmlakı yardımçı vasitələri birlikdə xx.xx.2021-ci il tarixədək alıcının faktiki sahibliyinə verməyi öhdəsinə götürməsi, o cümlədən həmin torpaq sahəsinin İddiaçı2 sahiliyində qanunsuz olduğundan əqdin predmeti olmuş torpaq sahəsi və üzərində yerləşən yaşayış evinin ona aid olmasına dair hər hansı möhtəbər sübut təqdim edə bilməməsi müəyyən edilmişdir.
23. Göründüyü kimi, mübahisəli torpaq sahəsi üzərində yerləşən yardımçı tikilləri ilə birlikdə məhz iddiaçının əri İddiaçı2da təmsilçiliyi ilə bağlanmış əqd əsasında Cavabdeh2 satılmış və mövcud əqd əsasında xx.xx.2021-ci il tarixdə sonuncunun mülkiyyət hüququ DƏDRX-də qeydə alınmışdır. Nəzərə almaq lazımdır ki, torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir.
24. Belə olan halda məhkəmə kollegiyası digər İddiaçı2 aid hissədə iş üzrə icraata xitam verildiyini də nəzərə alaraq hesab edir ki, mübahisəli torpaq sahəsi və üzərindəki yaşayış evinə iddiaçıların istifadə-sahiblik hüququnun tanınması və həmin evə köçürülmələri üçün hüquqi əs aslar müəyyən olunmadığından, birinci instansiya məhkəməsi haqlı olaraq İddiaçı1 aid hissədə də iddianın təmin edilməməsi qənaətinə gəlmişdir.
25. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 9.3, 14.3, 135.10, 146.1, 146.2, 159, 164.2, 165.1 və 245-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
26. İddiaçı1 (Vəkil1) kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-568/2024 xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın təmin olunması haqqında qərar qəbul edilməsini xahiş etmişdir.
27. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, Cavabadeh Cavabdeh2 həyat yoldaşını aldadaraq ona maddi köməklik edəsəyinə vədlər verib onu Sumqayıt şəhər 4 saylı notariat ofi sinə aparmışdır. Sumqayıt şəhər 4 saylı notariat ofisi bu qanunsuz müqavilə (əqdi) məzmununu yoxlamadan və bu şəxslərin iradə ifadələrini yoxlamadan təsdiq etmişdir. Ancaq, torpaq sahəsinin alqı-satqısı üzrə həyat yoldaşına pul məbləği ödənilməmiş, nə də ki, torpağın alqı-satqı müqaviləsi səlahiyyətli şəxs tərəfindən real iradə ifadəsi (qüsursuz iradə) ilə bağlanmamışdır. Cavabdehlər razılaşarkən bu torpaq sahəsinin alqı – satqı müqaviləsini deyil, həyat yoldaşının borclarının qaytarılmasının təmin edilməsi üçün girov barədə razılığa gəlmişlər. Buna baxmayaraq məhkəmə kollegiyası bu nəticəyə gəlmişdir ki, mübahisəli torpaq sahəsi üzərində yerləşən yardımçı tikilləri ilə birlikdə məhz iddiaçının əri İddiaçı2 da təmsilçiliyi ilə bağlanmış əqd əsasında Cavabdeh2 satılmışdır. Mövcud əqd əsası nda xx.xx.2021-ci il tarixdə sonuncunun mülkiyyət hüququ DƏDRX-də qeydə alınmışdır. Lakin məhkəmə Kollegiyası torpaq sahəsinin aldadılma nəticəsində bağlanıldığını və üzərində yaşayış evinin olmasını nəzərə almayaraq yaşayış evimizi yardımçı tikililiər kimi qələmə verərək yaşayış evində yaşamış şəxslərin hüquqlarının və qanuni maraqlarının pozulmasına heç bir münasibət və hüquqi qiymət verməmişdir. Məhkəmə satıcının alqı- satqı müqaviləsinin 8 və 11-ci bəndlərinə əsasən satıcının alıcıya üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməsi və daşınmaz əmlakı yardımçı vasitələri ilə birlikdə xx.xx.2021-ci il tarixədək alıcının faktiki sahibliyinə vermədiyini cavabdehin məhkəmə vasitəsi ilə iddia qaldırmaqla torpaq sahəsinə iddia etdiyini etibarsız əqd hesab etdiyimiz bu müqavilə üzr ə cavabdehin məhkəməyə qədər bu torpaq sahəsinə gəlmədiyini və bu torpaq sahəsini tanımadığını nəzərə almamışdır. Torpaq sahəsində yaşayış evinin olmasını və bu yaşayış sahəsinini özbaşına tikili olmasını və Cavabdeh2 onlara məxsus özbaşına tilkilidə qanunsuz yaşamasını və hətta oranı satmaq belə istədiyini nəzərə almamışdır. Hansi ki, Mülki Məcəllənin 135.10-cu maddəsinə əsasənadi anlamda əşyanın tərkibinə daxil olan və dağılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisi hesab olunmalıdır. Göründüyü kimi qanunverici də bu halı qanunsuz saymışdır. Belə olduğu təqdirdə bizim 2008-ci ildən tikdiyimiz özbaşına tikilidə cavabd ehin yaşaması qanusuz olduğu halda həmin evə yaşayış hüquqlarının tanınmaması əsaslı hesab edilə bilməz. Göründüyü kimi, bu müqavilə üzrə mübahisəli torpaq sahəsi üzərində yerləşən yardımçı tikillər qeyd edilmişdir. Hansi ki, 2008-ci ildən bu torpaq sahəsində özbaşına tikili də olsa fərdi yaşayış evləri var. Həmin vaxtdan ailə üzvləri ilə bu evdə yaşayırdı. Birgə nikahları dövründə ər –arvadın birgə qazancı hesab edilməklə əşya hüquqları və iqtisadi maraqları var. Bu torpaq sahəsi artıq 2008-ci ildən yüklü olmuş (fərdi yaşayış evi olmaqla ), hüquqları və qanuni mənafeləri ilə yüklənmişdir. Bundan başqa Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,03 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. Fərdi yaşayış evi alq-satqının predmeti olmamışdir. Cavabdeh yaşayış evi ilə üçüncü şəxslərin hüquqları və qanuni mənafeləri ilə yüklü torpaq sahəsi almasının məsüliyyətini özü daşımalıdır. Bu məsuliyyət və cavabdehlikdən məhkəmə onu müdafiə etməməlidir. Məhkəmə yaşayış evlərində qanunsuz yaşayan şəxsin hüquqlarını müdafiə edirsə onda onların şəxsi vəsaiti ilə tikilən yaşayış evinə hüquqları niyə tanımaq istəmir. Məhkəmə də bilir ki, cavabdeh torpaq sahəsi alıb yaşayış evini almamışdır. Torpaq sahəsi isə qanunsuz əqd əsasında onun adına sənədləşdirilib bu barədə tərflər arasında halhazırda da məhkəmə mübahisələri davam edir. Məhkəmələr qanunsuz əqd kimi Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0.03 ha torpaq sahəsinə dair İddiaçı2 ilə Cavabdeh2 arasında bağlanmış AN-İ № 0949860, xx.xx.2021-ci il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı n ə qətnamə qəbul edəcəkləri bəlli deyil. Belə olduğu halda məhkəmə kollegiyası tərəflərin hüquq bərabərliyi prinsipini pozmuşdur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi alqı-satqı müqaviləsini və digər sənədləri hüquqi ekspertiza etmədən, yerində müayinə aparmadan, Təlimatları və Əsasnamələrini pozmaqla Cavabdeh2 adına mülkiyyət hüququna dair çıxarış vermişdir. Bu səbəbdən daşınmaz əmlak olan torpaq sahəsinə dair qeydiyyat qeyri-dəqiq aparılmışdır. Belə ki, torpaq sahəsi yüklü olduğu halda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi vanında Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi belə torpaq sahəsinə çıxarış verilməsinə imtina verməli idi. Anca q boş və yaxud yaşayış evi sənədli olduğu halda Qeydiyyat İdarəsi qeydiyyat əməliyyatı apara bilərdi. Bu İdarənin hərəkətsizliyi nəticəsində onun və 2 övladımın hüquqları və qanuni mənafeləri pozulmuşdur. Bundan başqa da Cavabdeh1 və mərhum həyat yoldaşı bu torpaq sahəsini onlara 2008-ci ildə boş sərbəst torpaq sahəsi kimi satdıqları halda, 2021-ci ildə digər cavabdehə Cavabdeh2 yaşayış evi ola-ola satıla bilməzdi. İndiyə kimi özünün və ailəsinin şəxsi vəsaiti və şəxsi zəhməti ilə bu torpaq sahəsində iki mərtəbəli evi tikərək yaşamışdır. Bunu bütün qonşular və aidiyyəti orqanlar təsdiq edirlər. Bu barədə arayış məhkəmələrə verilmiş və mülki işlər üzrə məhkəmələr işə baxarkən bu arayışı nəzərə almışlar. 2008-ci ildən fərdi yaşayış evinin vergilərini, o və ailə üzvləri yerli bələdiyyənin b üdcəsinə 2021-ci ilə kimi ödəmişlər. Fərdi yaşayış evini koomunal sənədləşmələri onların adına olmuşdur. Nəzərə almaq lazımdır ki, torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Bu yaşayış evini kim tikibsə ona məxsusdur. Məhkəmə kollegiyası özbaşına tikiliyə cavabdehlərin mülkiyyət hüququnu tanıya bilməzdi.
28. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir. Həmin yaşayış evi özbaşına tikili olduğu halda, o və ailə üzvlərim 2021-ci ilə kimi bu evdə yaşadıqları halda məhkəmə kollegiyası cavabdehin torpaq sahəsinə yalan bir əqd əsasında sahiblənməsini özbaşına tikintiyə də mülkiyyətçi kimi tanımışdır. Məhkəmə kollegiyası yanlış olaraq belə bir nəticəyə gəlmişdir ki, iddiaçı tərəf hər iki qüvvədə olan məhkəmə aktlarında mübahisəli torpaq sahəsinin mövcud alqısatqı müqaviləsinin 8 və 11-ci bəndlərinə istinadən, satıcının alıcıya üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməsi və daşınmaz əmlakı yardımçı vasitələri birlikdə xx.xx.2021-ci il tarixədək alıcının faktiki sahibliyinə verməyi öhdəsinə götürməsi, o cümlədən həmin torpaq sahəsinin İddiaçı2 sahiliyində qanunsuz olduğundan əqdin predmeti olmuş torpaq sahəsi və üzərində yerləşən yaşayış evinin ona aid olmasına dair hər hansı möhtəbər sübut təqdim edə bilməmişdir. Belə nəticəyə gəlməklə məhkəmə kollegiyası işin faktiki hallarını təhrif etmiş və mülki işi araşdırmaq əvəzində, formal yanaşma ilə mübahisəni tamaydınlaşdırmamışdır. Məhkəmə kollegiyası apellyasiya ş ikayətlərini təmin etməməklə cavabdehlərin özbaşına tikiliyə olmayan hüquqlarını müdafiə etmişdir. Məhkəmə həmin torpaq sahəsində qurğu yox, ev olmasını və bu torpaq sahəsinin kənd təsərrüfat təyinatlı torpaq olmasını, kənd təsərrüfatı təyinatlı torpaqda özbaşına yaşayış evinin onlar tərəfindən tikilməsini nədənsə nəzərə almamışdır. Nəticədə Mülki Məcəllənin normalarını yanlış tətbiq etmişdir. Tikdikləri yaşayış evlərinə mənzil hüquqları müdafiəsiz qalmışdır
29. Bundan əvvəllər məhkəmələr tərəfindən özbaşına tikllilərə dair vətəndaşların mənzildə yaşayış hüquqlarının və əmlak hüquqlarının tanınmması barədə (ailə münasibətlərindən irəli gələn işlər üzrə mənzildə keçmiş ailə üzvlərinin istifadə hüquqlarına dair) məhkəmə qərarlarının olması nəzərə alınmamışdır.
30. Kassasiya şikayəti Azərbayc an Respublikasının Mülki Məcəlləsinin 14.3, 135.10, 146.1, 146.2, 159, 164.2, 165.1, 245-ci maddələrinə istinadla əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
31. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
32. Maddə 9.3. Qanunu bilməmək və ya onu yanlış başa düşmək qanunun tətbiq edilməməsinə və ya nəzərdə tutulmuş məsuliyyətdən azad edilməyə əsas verə bilməz.
33. Maddə 14.3. Əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir.
34. Maddə 135.10. Adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hi ssəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir.
35. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla).
36. Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.
37. Maddə
159. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir.
38. Maddə 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya o nun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir.
39. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir.
40. Maddə
245. Torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya və ya qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (qurğunu) əldə edənə keçir. Torpaq sahəsinin bina (qurğu) yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
43. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
44. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin fak tiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
45. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
46. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
47. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
48. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
49. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırmas ı kimi qiymətləndirilməməlidir.
50. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
51. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
52. Məhkəmə kollegiyası kassasiya şikayətinin bağlanılan alqı-satqı müqaviləsinin etibarsız olduğu, daşınmaz əmlaka X1 adına qeydiyyatın qanunsuz aparıldığına dair dəlilləri ilə əlaqədar qeyd edir ki, həmin hallar hazırkı iş üzrə məhkəmə araşdırmasının predmeti olmayıb.
53. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə kassasiya şikayətində göstərilən digər hüquqi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
54. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi v ə prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir. 55.
47. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
56. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 aprel 2024-cü il tarixli 2(105)-568/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.