Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-452/2022 25.01.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh2 iştirakı ilə, İddiaçı Cavabdeh2 qarşı ödənilmiş pulun qaytarılması və vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə qarşı ödənilmiş pulun qaytarılması və vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh2 və Abşeron rayonu, Bakı-Şamaxı şossesi, Atyalı qəsəbəsində yerləşən Cavabdeh1ndən YDM-nin fəaliyyətini təmin edilməsi məqsədi ilə ödədiyi 41000 manat, ona vurulmuş zərərin əvəzi kimi 20172 manat və ödənilmiş dövlət rüsumu 30 manat olmaqla cəmi 61202 manat pul vəsaitinin müştərək qaydada onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 cavabdehlər qismindən çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı və Cavabdeh2 izahatlarında aralarında olan mübahisənin barışıq yolu ilə həll edildiyini bildirərək hər ikisi barışıq sazişini məhkəmədə imzalayaraq təqdim etmiş və sazişin təsdiq edilərək mülki iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, X2ni nəzərdən keçirib, eləcə də, mülki işin digər materiallarını araşdırıb belə nəticəyə gəlir ki, məhkəmə iclasında tərəflərin imzaları ilə təsdiq edilmiş X2 tərəflərin hüquqlarını və qanunla qorunan mənafelərini, habelə üçüncü şəxslərin hüquqlarını pozmur və həmin şərtlər onların qarşılıqlı münasibətlərinə uyğun gəlir. Bu səbəbdən də göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, barışıq sazişi məhkəmə tərəfindən qəbul edilməli və şərtləri təsdiq edilərək mülki iş üzrə icraata xitam verilməlidir. Mülki Prosessual Məcəllənin: 52.3. maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. 52.5. maddəsinə əsasən tərəflərin barışıq sazişi qanunazidd deyilsə və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmursa, məhkəmə belə hərəkətləri qəbul edir. 191.2. maddəsinə əsasən işə baxan məhkəmə tərəflərin barışıq sazişini təsdiq etdikdə, həmin sazişin şərtləri göstərilməklə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 261-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh2 qarşı ödənilmiş pulun qaytarılması və vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə tərəflərin barışıq sazişi aşağıdakı şərtləri ilə təsdiq edilsin: Bundan sonra “Birinci tərəf” adlandırılacaq İddiaçı, bir tərəfdən, “İkinci tərəf” adlandırılacaq Cavabdeh2, digər tərəfdən nəzərə alaraq ki, Abşeron Rayon Məhkəməsinin icraatında İddiaçı Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə 2(012)-452/2022 saylı mülki iş vardır, tərəflər xoş niyyət nümayiş etdirərək yaranmış mübahisəni barışıq sazişi bağlamaq yolu ilə həll edilməsini arzu edirək, aşağıdakılar barədə hazırkı barışıq sazişini imzalayırlar: X2:
1. İkinci tərəf Birinci tərəfə 20000 (iyirmi min) manat məbləğində borcunun olduğunu qəbul və etiraf edir.
2. İkinci tərəf 20000 (iyirmi min) manat məbləğində borcunu 48 ay müddətində Birinci tərəfə ödəməyi öhdəsinə götürür.
3. Birinci tərəf ikinci tərəfin etirafını qəbul edir, mövcud iddia tələbi ilə bağlı gələcəkdə hər hansı iddia irəli sürməməyi öhdəsinə götürür.
4. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191-ci maddəsinin məzmunu tərəflərə aydındır və bu saziş imzalandıqdan sonra Mülki Prosessual Məcəllənin 153-cü maddəsinə əsasən bu sazişlə həll edilən məsələlər üzrə gələcəkdə bir-birilərinə qarşı iddia qaldırmaq hüquqlarının olmadıqlarını bilirlər.
5. Bu Barışıq sazişi real hüquqi nəticələr doğurmaq üçün bağlanmışdır və imzalandığı andan qüvvəyə minir.
6. Bu Barışıq sazişindən yaranan mübahisələr Azərbaycan Respublikası qanunvericiliyinə uyğun həll edilir. Barışıq sazişi Azərbaycan dilində 3 (üç) nüsxədən ibarət hazırlanıb və tərəflərin hər birində saxlanılır. Abşeron Rayon Məhkəməsinin 2(012)-452/2022 nömrəli mülki iş üzrə icraatına xitam verilsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Habil Əhmədov