Məhkəmə qərarları › İş №2(012)-4528/2020

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4528/2020

07.12.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4528/2020 07.12.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimenti miqdarının dəyişdirilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci tarixli, 2(012)-809/2020 saylı qətnaməsi ilə Cavabdeh ilə birgə nikahlarından dünyaya gəlmiş xx.xx.2011-ci il təvəllüdlü X2 görə təyin edilmiş alimentin miqdarının dəyişdirilərək qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə İddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.4-cü maddəsinə əsasən məhkəmə işə iddiaçının iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İddiaçı iddia tələbində göstərmişdir ki, o, Cavabdeh ilə 2010-cu ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Onların birgə nikahlarından xx.xx.2011-ci il təvəllüdlü X4 adlı bir övladları anadan olmuşdur. Sonradan ailə münasibətləri pisləşdiyindən Şirvan şəhər məhkəməsinin 2013-cü il tarixli qətnaməsinə əsasən nikahları pozulmuş, Şirvan şəhər məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(032)-1585/2017 saylı qətnaməsinə əsasən cavabdeh ilə birgə nikahlarından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün 136 manat sabit pul məbləğində alimentin ondan tutulub cavabdehə verilməsi qət edilmişdir. Cavabdeh alimentin məbləğinin artırılması tələbi barədə yenidən iddia qaldırmış və Şirvan şəhər məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(032)-566/2019 saylı qətnaməsi ilə Cavabdeh ona qarşı iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən narazı qalan cavabdeh apelyasiya şikayəti vermişdir. Şirvan Apelyasiya Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(106)- 1871/2019 saylı qətnaməsi ilə cavabdehin apelyasiya şikayəti təmin edilməmişdir. Bundan bir müddət sonra Cavabdeh Metixan qızı ona qarşı Abşeron rayon məhkəməsində iddia qaldıraraq alimentin miqdarının artırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Abşeron rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(012)-809/2020 saylı qətnaməsi ilə Cavabdeh tələbi qismən təmin olunaraq Cavabdeh Metixan qızı ilə birgə nikahlarından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X1 ötrü təyin olunmuş alimentin ondan tutulacaq məbləği artırılaraq 150 manat müəyyən edilməsi qət edilmişdir. Cavabdeh ilə boşandıqdan bir müddət sonra ailə vəziyyətində dəyişiklik olmuş və o, xx xxxxxxx 2014-cü il tarixdə X3 ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Əhmədova Gülnar ilə birgə nikahlarından xx xxxxxx 2018-ci il təvəllüdlü X8 və xx.xx.2019-cu il təvəllüdlü X7 adlı iki övladları anadan olmuşdur. O, uzun müddətdir ki, “xxxx MMC”-də işləyir və aylıq əmək haqqım 506,25 manat təşkil edir. Onun aylıq qazancı (gəliri) stabildir və dəyişilmir. Ona görədə o, iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, Şirvan şəhər məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(032)-1585/2017 saylı qətnaməsinə əsasən iddiaçı ilə birgə nikahlarından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün 136 manat sabit pul məbləğində alimentin ondan tutulub cavabdehə verilməsi qət edilmişdir. Daha sonra isə Abşeron rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(012)-809/2020 saylı qətnaməsi ilə alimentin məbləği artırılaraq 150 manat müəyyən olunmuşdur. İddiaçı 2000 manat maaş alır, bir neçə evi və 5 maşını vardır. İddiaçı uşaqla görüşmür və alimenti vaxtı-vaxtında ödəyir. 150 manat övladlarının saxlanılması üçün kifayət etmir. O, iddia tələbi ilə razı deyildir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-809/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən görünür ki, Şirvan Şəhər Məhkəməsinin 2(032)- 1585/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2011-ci təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh İddiaçı tutulan hər ay 136 manat sabit pul məbləğində alimentin miqdarı dəyişdirilməsi, xx.xx.2011-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 150 manat sabit pul məbləğində aliment İddiaçı alınaraq Cavabdeh xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X13 tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli vəkil sorğusuna cavab məktubundan görünür ki, İddiaçı adına Mersedes Benz E 200 markalı 99XX823 qeydiyyat nişanlı və Daimler Crusler markalı ** VU *** qeydiyyat nişanlı avtomaşınlar qeydiyyatdadır. İş materiallarında olan “xxxx” MMC tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli arayışa əsasən, “xxxx” MMC-də anbardar işləyən İddiaçı Rafael oğlu xx xxxxxx 2013-cü il tarixdən bu günədək, cəmiyyətdə çalışır, əmək haqqı tutulmalardan sonra, 506,25 manat məbləği təşkil edir. Məhkəmə cavabdehi dinləyib, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək,uşağın üstün mənafeyinin qorunmasını əsas götürərək hesab edi ki, iddia rədd edilməlidir.Belə ki, iddianın təmin olunması uşağın üstün mənafeyinə və minimum dolanacaq xərclərinə uyğun deildir. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli qərarında göstərilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib hüquqi vəzifəsidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbayçan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci tarixli, 2(012)-809/2020 saylı qətnaməsi ilə Cavabdeh ilə birgə nikahlarından dünyaya gəlmiş xx.xx.2011-ci il təvəllüdlü X2 görə təyin edilmiş alimentin miqdarının dəyişdirilərək qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında müəyyən edilməsi barədə iddia ərizəsi təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar