Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4571/2021 27.08.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, Cavabdeh1 və Cavabdeh3 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit borcunun qaytarılması və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki işə 27 avqust 2021-ci il tarixdə, Xırdalan şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit borcunun qaytarılması və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 RF/45827/64/22 saylı, 06.07.2018-ci il tarixli kredit müqaviləsi üzrə İddiaçı ASC-nin xeyrinə 5455.92 manat əsas, 6.68 manat faiz borcu olmaqla, cəmi 5462.60 manat borcun və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun tutulması; tələbin Cavabdeh1 məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən mülkiyyətində olan 0.02 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 79.1 kv.m olan fərdi yaşayış evi ünvanına yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması və əldə ediləcək vəsaitin hesabına cavabdehin iddiaçıya olan borcunun ödənilməsi; həmin mənzildə yaşayan cavabdehlər Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 oradan çıxarılması; əmlakın boşaldılaraq banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə bağlanmış 13.07.2017-ci il tarixli L033/2017/3 saylı kredit limitinin ayrılması haqqında müqavilə daxilində bağlanılmış RF/45827/64/22 saylı, 06.07.2018-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 36 ay müddətinə illik 22% faizlə 11139 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmini kimi Cavabdeh1 ilə İddiaçı ASC arasında 14.07.2017-ci il tarixli ipoteka müqaviləsinə görə xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən mülkiyyətində olan 0.02 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 79.1 kv.m olan fərdi yaşayış evi bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Bankla Cavabdeh1 arasında bağlanmış RF/45827/64/22 saylı kredit müqavilələrinin təminatı qismində Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən dövlət qeydiyyatına alınmış 14.07.2017-ci il tarixli İpoteka müqaviləsinə və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 03.07.2015-ci il tarixli, RX0691401 №-li “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”a əsasən xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən mülkiyyətində olan 0.02 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 79.1 kv.m olan fərdi yaşayış evi ünvanı bankın xeyrinə ipoteka ilə yüklü edilmiş və bu hüquqları müvafiq olaraq 18.07.2017-ci il tarixdə RX ******* saylı Çıxarışla qeydə alınmışdır. Cavabdehə edilmiş müraciətlərə baxmayaraq cavabdeh borc öhdəliklərini lazımınca icra etmir. Belə ki, onun 17.05.2021-ci il tarixə 5455.92 manat əsas, 6.68 manat faiz borcu olmaqla, cəmi 5462.60 manat banka borcu yaranmışdır. İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyini bildirmiş və mülki işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etdiyini və ipoteka predmetinin qiyməti ilə razılaşdığını bildirdi. Məhkəmə iclasında Cavabdeh3 iddia tələbini qəbul etdiyini bildirdi. Digər cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə heç bir məlumat verməmişdirlər. Məhkəmə mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehlərin izahatlarını dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, işin materiallarında olan 13.07.2017-ci il tarixli L033/2017/3 saylı kredit limitinin ayrılması haqqında müqavilə daxilində bağlanılmış RF/45827/64/22 saylı, 06.07.2018-ci il tarixli kredit sazişindən müəyyən edilir ki, Cavabdeh1 İddiaçı ASC tərəfindən 36 ay müddətinə illik 22% faizlə 11139 manat məbləğində kredit verilmişdir. İşin materiallarında olan ödəniş cədvəlindən müəyyən edilir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə aylıq 425.4 manat (sonuncu ay 431.9 manat) ödəniş etməsi müəyyən edilmişdir. İşin materiallarında olan 17.05.2021-ci il tarixli maliyyə arayışından müəyyən edilir ki, Cavabdeh1 17.05.2021-ci il tarixə İddiaçı ASC-yə olan borcu 5455.92 manat əsas, 6.68 manat faiz borcu olmaqla, cəmi 5462.60 manat təşkil edir. İşin materiallarında olan RX seriyalı, ******* №-li Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, 03.07.2015-ci il qeydiyyat tarixli Çıxarışdan müəyyən edilir ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən mülkiyyətində olan 0.02 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 79.1 kv.m olan fərdi yaşayış evi Cavabdeh1 mülkiyyətindədir. İşin materiallarında olan 14.07.2017-ci il tarixli ipoteka müqaviləsindən müəyyən edilir ki, ipoteka qoyan Cavabdeh1 özünün ipoteka saxlayan İddiaçı ASC qarşısında kredit üzrə öhdəliyinin təminatı kimi Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən mülkiyyətində olan 0.02 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 79.1 kv.m olan fərdi yaşayış evini İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edir. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən ipoteka predmetinin dəyəri qiymətləndirmə aktına əsasən 45000 manat təşkil edir. İşin materiallarında olan RX seriyalı, ******* №-li Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, 18.07.2017-ci il qeydiyyat tarixli Çıxarışdan müəyyən edilir ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən mülkiyyətində olan 0.02 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 79.1 kv.m olan fərdi yaşayış evi İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İşin materiallarında olan ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında 20.04.2021-ci il tarixli bildirişdən müəyyən edilir ki, İddiaçı ASC Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi üçün tutmanın ona məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən mülkiyyətində olan 0.02 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 79.1 kv.m olan fərdi yaşayış evi ünvanına yönəldilməsi üçün məhkəməyə müraciət edəcəkləri barədə məlumatlandırmışdır. İşin materiallarında olan 26.04.2021-ci il tarixli ərizədən müəyyən edilmişdir ki, Cavabdeh1 məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən mülkiyyətində olan 0.02 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 79.1 kv.m olan fərdi yaşayış evinə bankın tələbinin yönəldilməsi ilə əlaqədar “ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş”in qeydə alınmasını İddiaçı ASC ƏMDK yanında DƏDRXnin 4 saylı Abşeron rayon Ərazi İdarəsindən xahiş etmişdir. İşin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron RPİQ ŞVB tərəfindən verilən yaşayış yeri üzrə qeydiyyat haqqında 17/292 №-li 14.07.2017-ci il tarixli arayışdan müəyyən edilir ki, Cavabdeh1 Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 ilə birlikdə Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən mülkiyyətində olan 0.02 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 79.1 kv.m olan fərdi yaşayış evi ünvanında qeydiyyatdadır. İş materiallarından olan 13.07.2017-ci il tarixli notariat qaydada təsdiq olunan ərizələrdən müəyyən edilir ki, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış mövcud və onlar arasında gələcəkdə bağlanacaq kredit müqavilələrindən və razılaşmalardan əmələ gələn pul öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.02 ha torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evinin (ümumi sahəsi 79.1 kv.m) ipoteka ilə yüklü edilməsinə və ya satılmasına etiraz etmirlər. Həmin yaşayış sahəsinə tələb yönəldikdə və ya o, qanunvericiliklə müəyyən olunmuş qaydada hər hansı satış üsulu (açıq bazar və ya hərrac) ilə satıldıqda, onlar yaşayış sahəsini könüllü surətdə tərk etməyi və həmin yaşayış sahəsi üzrə qeydiyyatdan könüllü surətdə çıxmağı öhdələrinə götürürlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1.-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehlərdir. Həmin Məcəllənin 743-cü maddəsinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, borcalan Cavabdeh1 kredit müqaviləsi ilə götürdüyü öhdəlikləri pozmuş və borcverən İddiaçı ASC-yə ödənilməli olan borc məbləğlərini ödəməmiş və bununla da o, iddiaçıdan aldığı krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə RF/45827/64/22 saylı, 06.07.2018-ci il tarixli kredit müqaviləsi üzrə 5455.92 manat əsas, 6.68 manat faiz borcu olmaqla, cəmi 5462.60 manat məbləğində pul vəsaiti tutulmalıdır. Mülki Məcəllənin 317-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınan əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 319.1-ci və 319.6-cı maddələrinə müvafiq olaraq, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Tərəflər arasında imzalanan 14.07.2017-ci il tarixli ipoteka müqaviləsinin 2.4-cü bəndinə əsasən ipoteka predmetinin dəyərinin qiymətləndirmə aktına əsasən 45000 manat olması müəyyən edilmişdir. Tərəflər ipoteka predmetinin qiymətini mübahisələndirmir. “İpoteka haqqında” Azərbaycan Respublikası qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 59.3 və 59.4-cü maddələrində ipotekaya qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan və onun birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməli olduğu, yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, tələb ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən mülkiyyətində olan 0.02 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 79.1 kv.m olan fərdi yaşayış evinə yönəldilməli, həmin əmlak açıq hərracdan satılmalı, satışdan əldə edilən pul borcun ödənməsinə yönəldilməli, həmin mənzildən Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 çıxarılmalı və həmin mənzil boşaldılaraq İddiaçı ASC-yə təhvil verilməlidir. Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 30 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 5455.92 manat əsas, 6.68 manat faiz borcu olmaqla, cəmi 5462.60 manat və dövlət rüsumu üçün 30 manat məbləğində pul vəsaiti tutulsun. Tələb ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.02 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 79.1 kv.m olan fərdi yaşayış evinə yönəldilsin, həmin əmlak açıq hərracdan satılsın, satışdan əldə edilən pul borcun ödənməsinə yönəldilsin, həmin mənzildə yaşayan Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 oradan çıxarılsınlar və həmin mənzil boşaldılaraq İddiaçı ASC-yə təhvil verilsin. İpoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.02 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 79.1 kv.m olan fərdi yaşayış evinin likvid dəyəri 45000 manat olaraq müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-4571/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4571/2021
27.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver