Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-1810/2023 17.02.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi X1 Səfiyeva İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1 Mübaiz oğluna, Cavabdeh2, Cavabdeh3 və "xxxx" MMC-yə qarşı kredit borcunun cavabdehlərdən tutulması, mənzil üzərində cavabdehə məxsus sahiblik və istifadə hüquqlarına xitam verilməsi və həmin hüquqların iddiaçıya keçirilməsi tələbinə dair iddia ərizəsinə 17 fevral 2023-cü il tarixdə, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı QSC Bank olmayan Kredit Təşkilatı cavabdehlər Cavabdeh1 Mübaiz oğluna, Cavabdeh2, Cavabdeh3 və "xxxx" MMC-yə qarşı kredit borcunun cavabdehlərdən tutulması, mənzil üzərində cavabdehə məxsus sahiblik və istifadə hüquqlarına xitam verilməsi və həmin hüquqların iddiaçıya keçirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edirəm ki, iddia ərizəsi qanunla müəyyən edilən forma və məzmunda tərtib edilmədiyindən, geri qaytarılmalıdır. Belə ki, Elektron Məhkəmə Sisteminə daxil olmuş iddia ərizəsində "xxxx" MMC cavabdehlərdən biri kimi göstərilsə də, cavabdeh kimi sistemə yüklənməmişdir. Bununla da iddia ərizəsinin qanunla müəyyən edilmiş forma və məzmununa iddiaçı tərəfindən əməl olunmadığından iddia ərizəsi MPM-nin 152.1.1 maddəsinə əsasən geri qaytarılmalıdır. MPM-nin 152.1.1 maddəsinə görə iddia ərizəsi bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş forma və məzmununa riayət olunmadıqda geri qaytarılır. Həmin Məcəllənin 149.2.3 maddəsinə görə iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə qarşı yönəldikdə isə onların hər birinə qarşı olan tələblər göstərilməlidir. Ona görə də, məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalı, qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etməsi ona izah olunmalıdır. Göstərilənlərə əsasən və MPM-nin 263,264 və 268-ci maddəsinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1 Mübaiz oğluna, Cavabdeh2, Cavabdeh3 və "xxxx" MMC-yə qarşı kredit borcunun cavabdehlərdən tutulması, mənzil üzərində cavabdehə məxsus sahiblik və istifadə hüquqlarına xitam verilməsi və həmin hüquqların iddiaçıya keçirilməsi tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonrayenidən məhkəməyə müraciət etmək olar . Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №e-2(012)-1810/2023
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-1810/2023
17.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver