Məhkəmə qərarları › İş №2(012)-4595/2020

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-4595/2020

06.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-4595/2020 06.11.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi hakimCəmilə İbrahim qızı Səfiyeva X3 Eldar oğlunun cavabdeh Cavabdeh Xəqani qızına qarşı alimentin azaldılmasına dair iddia ərizəsinə 06 noyabr 2020-ci il tarixdə, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: X3 Eldar oğlunun cavabdeh Cavabdeh Xəqani qızına qarşı alimentin azaldılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ərizəni və işin materiallarını nəzərdən keçirib hesab edirəm ki, iddia ərizəsi MPM-nin 152.1.3 maddəsinə görə geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsindən və ona əlavə edilən sənədlərdən cavabdehin qeydiyyat yerinin isə Bərdə rayonuna olduğu müəyyən edilir. Mülki Prosessual Məcəllənin 35-ci maddəsinə görə qanunla başqa hal nəzərdə tutulmayıbsa, iddia cavabdehin rəsmi qeydə alındığı və ya hüquqi ünvanının olduğu yerin məhkəməsinə verilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya hazırkı ərizə ilə Bərdə rayon Məhkəməsinə müraciət etməsi izah olunmalıdır. Göstərilənlərə əsasən və MPM-nin 263,264 və 268-ci maddəsinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: X3 Eldar oğlunun cavabdeh Cavabdeh Xəqani qızına qarşı alimentin azaldılmasına dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qayatrılsın. İddiaçıya hazırkı ərizə ilə Bərdə rayon Məhkəməsinə müraciət etməsi izah olunsun. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim: C.İ.Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar