Məhkəmə qərarları › İş №2(012)-4599/2021

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-4599/2021

15.07.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-4599/2021 15.07.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Abbasova Məlahət Aslan qızı, Kreditor MMC-nin Borclu barəsində borcun tutulması haqqında məhkəmə əmrinin verilməsinə dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİM: Kreditor MMC Borclu barəsində borcun tutulması haqqında ərizə ilə məhkəməyə müraciət edərək, X1 valideyni Borclu 1800 manat əsas borcun, 1728 manat dəbbə pulunun və ödənilmiş 20 manat dövlət rüsumunun Kreditor MMC-nin xeyrinə tutulması barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, məhkəmə əmrinin verilməsinə dair ərizənin qəbul olunmasından imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 279.2.2-ci və 279.2.3-cü maddələrinə görə verilmiş tələbi təsdiq edən sənədlərin təqdim olunmaması və ərizənin əsaslandığı tələb etmə hüququ barədə mübahisənin olması əmrdən imtina üçün əsasdır. Ərizə və ona əlavə edilmiş sənədlərdən görünür ki, borcluya hesablanmış cərimə məbləği mübahisə predmeti ola bilər. Bundan əlavə, əsas borcun və cərimənin hesablanmasına əsas olan sənədlər iş materiallarına əlavə edilməmişdir. Belə olan halda məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 279.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. Həmin Məcəllənin 279.4-cü maddəsinə əsasən, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 263, 264 və 275-279-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Kreditor MMC-nin Borclu barəsində borcun tutulmasına dair məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar