Məhkəmə qərarları › İş №2(012)-4602/2021

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-4602/2021

15.07.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-4602/2021 15.07.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron rayon məhkəməsinin hakimi X1 Səfiyeva, Kreditor Kreditor MMC-nin borclu Həsənov Anar Rafiq oğluna qarşı pul tələbinə dair ərizəsinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İM : Kreditor Kreditor MMC-nin borclu Həsənov Anar Rafiq oğluna qarşı pul tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edirəm ki, Azərbaycan Respublikası Mülki – Prosessual Məcəlləsinin 279.2.3 maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmalıdr. Belə ki, həmin maddəyə görə ərizənin əsaslandığı tələb etmə hüququ barədə mübahisə olduğundan ərizənin qəbul edilməsindən imtina olunur. Bu halda, ərizəçiyə ümumi iddia qaydaslnda məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Buna görə də, hesab edirəm ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki – Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Kreditor Kreditor MMC-nin borclu Həsənov Anar Rafiq oğluna qarşı pul tələbinə dair ərizəsi geri qaytarılsın. Ərizəçi hazırkı tələblə iddia icraatı qaydasında məhkəməyə müraciət edə bilər. Qərardaddan şikayət verilmir. Sədrlik edən C.İ. Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar