Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4031/2021 11.10.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil və Cavabdeh MMC-nin vəkili-nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı öhdəliklərin icrasının həvalə edilməsi, mülkiyyətə maneənin aradan qaldırılması tələbi barədə iddia ərizəsinə dair mülki işə 11 oktyabr 2021ci il tarixdə Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı öhdəliklərin icrasının həvalə edilməsi, mülkiyyətə maneənin aradan qaldırılması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10.02.2016-cı il tarixdə "xxxx" MMC ilə X8 arasında bağlanılmış və 25.01.2017-ci il tarixdə "xxxx" MMC ilə X8 arasında bağlanılmış (yenilənmiş) müqavilələr üzrə öhdəliklərin yerinə yetirilməsi vəzifəsinin - Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanı A və B blok, İİ (üst) mərtəbəni 1 pay kimi, ümumi sahəsi 780 kv.metr, 176 kv.metr əlavə lift və pilləkən yeri olmaqla, cəmi 956 kv.m. qeyri-yaşayış sahəsinin ona təhvil verilməsi və mülkiyyətə yaranan maneənin aradan qaldırılması vəzifəsinin cavabdehə həvalə olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X8 iddiaçının atasıdır. 10.02.2016-cı il tarixdə "xxxx" MMC ilə X8 arasında bağlanılmış mənzil tikintisi haqqında müqavilənin surətindən görünür ki, "xxxx" MMC Abşeron Rayon İH başçısının 04.04.2014-cü il tarixli, 147 saylı sərəncamı ilə Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında İV- V blok, İİ mərtəbə Q-yaş. izolə olunmuş bir pay kimi X5 verməyi öz öhdəsinə götürmüşdür. Qeyri- yaşayış sahəsi 956 kv.m-dir, X8 qeyri-yaşayış sahəsi üçün tam ödəniş etmişdir. 25.01.2017-ci il tarixdə "xxxx" MMC ilə X8 arasında bağlanılmış qeyri-yaşayış tikintisi haqqında müqavilənin surətindən görünür ki, "xxxx" MMC Abşeron Rayon İH başçısının 14.03.2016-cı il tarixli, 38 saylı sərəncamı ilə Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanı A və B blok, İİ (üst) mərtəbəni bir pay kimi X5 verməyi öz öhdəsinə götürmüşdür. Qeyri -yaşayış sahəsinin ümumi sahəsi 780 kv.metr, 176 kv.metr əlavə lift və pilləkən yeri təşkil edir. X8 780+176 kv.m üçün ilkin ödəniş tam ödənilmişdir. Atası ilə "xxxx" MMC ilə arasında müqavilənin bağlanması belə olmuşdur ki, şirkətin təsisçisinin və adının dəyişdirilməsi səbəbindən "xxxx" MMC (təsisçi X3) ilə 10.02.2016-cı il tarixdə bağlanmış müqavilənin eyni məzmunda' təkrarı 25.01.2017-ci il tarixli müqavilə ilə yenilənmişdir. Sonradan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti adını Cavabdehnə dəyişmişdir Bundan sonra,, Cavabdeh ilə iddiaçının atası arasında müqavilənin etibarsızlığı ilə bağlı çoxsaylı məhkəmə çəkişmələri olmuş, iddialar təmin edilməmişdir. X1 18.01.2021-ci il tarixdə vəfat etmişdir. Atasının yeganə vərəsəsi kimi iddiaçı tanınmışdır. Bu yaxınlarda qeyri-yaşayış sahəsinə baxış keçirərkən iddiaçıya məlum olmuşdur ki, onlara məxsus obyektdə təmir -tikinti işləri aparılır. "xxxx" MMC tərəfindən obyekt özbaşına şəkildə arakəsmələrlə hissələrə bölünür. Baxmayaraq ki, obyektin dəyəri tam ödənilib, ona pay hüququ əldə edilib, iddiaçıya həmin obyektdən istifadədə maneələr yaradılır. Dəfələrlə, cavabdehə müraciət etsə də, heç bir müsbət nəticəsi olmamışdır. Bu isə nə müqavilə şərtlərinə, nə də mülki qanunvericiliyin tələblərinə cavab vermir. Cavabdehin qeyd edilən hərəkətləri, müqavilə şərtlərini pozması iddiaçının maraqlarına toxunur, buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia ərizəsinə əlavə verərək, 02.06.2016-cı il tarixdə "xxxx" MMC ilə X8 arasında bağlanılmış 044 saylı, 10.02.2016-cı il tarixdə "xxxx" MMC ilə X8 arasında bağlanılmış və 25.01.2017-ci il "xxxx" MMC ilə X8 arasında bağlanılmış (yenilənmiş) müqavilələr üzrə öhdəliklərin yerinə yetirilməsi vəzifəsinin - Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanı 5-ci blok, 12-ci mərtəbə, ümumi sahəsi 120,69 kv.metr olan 329 nömrəli mənzilin və Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanı A və B blok, İİ (üst) mərtəbəni 1 pay kimi, ümumi sahəsi 780 kv.metr, 176 kv.metr əlavə lift və pilləkən yeri olmaqla, cəmi 956 kv.m. qeyri-yaşayış sahəsinin ona təhvil verilməsi və mülkiyyətə yaranan maneənin aradan qaldırılması vəzifəsinin cavabdehə həvalə olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Vəkil iddia tələbini müdafiə edib, təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh MMC-nin vəkili-nümayəndəsi X6 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək rədd edilməsini xahiş etdi.Nümayəndə izahatında bildirdi ki, qeyd edilən qeyri yaşayış və yaşayış sahələri ilə bağlı tərəflər arasında məhkəmə prosesləri olmuşdur. Əslində həmin sahələrini pulu MTK-ya ödənilməmişdir.Bunu iddiaçı tərəf də bilir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Mülki işin materiallarında olan: Xəzər rayon Qeydiyyat Şöbəsi tərəfindən 27.01.2021-ci il tarixdə verilmiş AZ-İİ № 146401 seriyalı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X8 18.01.2021-ci il tarixdə Asfiksiya səbəbindən Bakı şəhərində vəfat etmişdir. 28.07.2021-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 18.01.2021-ci il tarixdə vəfat etmiş X4 vəsiyyətnamədə göstərilən əmlakının vərəsəsi İddiaçıdur və o, miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak - "xxxx" MMC tərəfindən 02.06.2016-cı il tarixdə X5 verilmiş 044 nömrəli müqaviləyə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında yerləşən yaşayış binasında 5-ci blok, 12-ci mərtəbəsindəki ümumi sahəsi 120,69 kv.metr olan 3 otaqlı 329 nömrəli mənzildəki kooperativ paydan ibarətdir. Bakı şəhəri 19 saylı Notariat Ofisi tərəfindən 01.02.2021-ci il tarixdə verilmiş 69 nömrəli arayışdan görünür ki, X4 vəfat etməsi ilə əlaqədar vərəsəsinin ərizəsi əsasında 29.01.2021-ci il tarixində vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyən olunmuşdur. İddiaçı mərhum X4 yeganə vərəsəsi kimi tanınmışdır. 10.02.2016-cı il tarixli X11 qəbzinin surətindən görünür ki, X8 "xxxx" MMC-nin hesabına Q.Y. sahəsi üçün tam ödəniş etmişdir. X8 ilə "xxxx" MMC ilə arasında bağlanan 10.02.2016-cı il tarixli Mənzil Tikintisi haqqında müqavilənin notarial qaydada təsdiq olunmuş surətinə əsasən həmin Cəmiyyət Abşeron rayon İH Başçısının 04.04.2014-cü il tarixli, 147 saylı sərəncamı ilə inşa etdiyi ünvan 2 ünvanı İV-V blok 2-ci mərtəbəsində yerləşən izolə olunmuş qeyri-yaşayış sahəsini X5 təhvil verməyi, X8 isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və qeyriyaşayış qəbul etməyi öhdəsinə götürmüşdür. 3.1. Q/yaş sahəsi 956 kv.m-dir. 3.3. Q/yaş ümumi dəyəri tam ödənilmişdir. 25.01.2017-ci il tarixli X11 qəbzinin surətindən görünür ki, X8 "xxxx" MMC-nin hesabına 780 kv.m Q.Y. sahəsi üçün ilkin ödənişi tam ödəmişdir. X8 ilə "xxxx" MMC ilə arasında bağlanan 25.01.2017-ci il tarixli Qeyri-Yaşayış Tikintisi haqqında müqavilənin notarial qaydada təsdiq olunmuş surətinə əsasən həmin Cəmiyyət Abşeron rayon İH Başçısının 14.03.2016-cı il tarixli, 38 saylı sərəncamı ilə inşa etdiyi ünvan 2 ünvanı A və B blok 2-ci mərtəbəni bir pay kimi X5 təhvil verməyi, X8 isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və qeyri-yaşayış qəbul etməyi öhdəsinə götürmüşdür. 3.1. Q/yaş sahəsi 780 kv.m-dir; əlavə lift və pillakan yeri. Abşeron rayon İcra Hakimiyyəti Başçısının 14.03.2016-cı il tarixli 38 nömrəli Sərəncamının surətindən görünür ki, Abşeron RİH Başçısının 147 saylı 04.04.2014-cü il tarixli “"xxxx" MMC-yə Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binalarının tikintisinə icazə verilməsi barəsində”ki sərəncamına uyğun olaraq Xırdalan şəhəri, H.Əliyev prospekti ilə M.Hüseynzadə küçəsinin kəsişməsində tikintisinə icazə verilmiş 6 girişli zirzəmili 16 mərtəbəli yaşayış binalarından ibarət kompleksin A və B bloklarının tikintisinə icazə "xxxx" MMC-yə verilmişdir. X8 ilə "xxxx" MMC ilə arasında bağlanan 02.06.2016-cı il tarixli 44 nömrəli Mənzil Tikintisi haqqında müqavilənin notarial qaydada təsdiq olunmuş surətinə əsasən həmin Cəmiyyət Abşeron rayon İH Başçısının 14.03.2016-cı il tarixli, 38 saylı sərəncamı ilə inşa etdiyi ünvan 2 ünvanı V blok 12-ci mərtəbəsində yerləşən 329 nömrəli izolə olunmuş 3 otaqdan ibarət mənzili X5 təhvil verməyi, X8 isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öhdəsinə götürmüşdür. 3.1. mənzilin sahəsi 120.69 kv.mdir. 3.2.mənzilin 1 kv.m-nin dəyəri 650 manatdan ibarətdir. 3.3. mənzilin ümumi dəyəri 78449 manatdır. 02.06.2016-cı il tarixli X11 qəbzinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X8 "xxxx" MMC-nin hesabına 329 nömrəli mənzil üçün 78449 (yetmiş səkkiz min dörd yüz qırx doqquz) manat ödəmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 17.01.2019-cu il tarixli, 2(004)-493/2019 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı "xxxx" MMC-nin cavabdehlər X5 və X7 qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair ik iddia ərizəsi rədd edilmiş, iddiaçı X4 cavabdeh "xxxx" MMC-yə qarşı cavabdehin üzərinə müqavilə bağlanması vəzifəsinin qoyulması tələbinə dair qarşılıqlı iddia ərizəsi rədd olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 10.04.2019-cu il tarixli, 2(103)-4560/2019 saylı qətnaməsinin surətindən görünür ki, apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 17.01.2019-cu il tarixli, 2(004)-493/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Abşeron rayon Məhkəməsinin 30.09.2020-ci il tarixli, 2(012)-1698/2020 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh X5 qarşı iddia ərizəsinin “25 yanvar 2017-ci il tarixli kassa mədaxil orderi qəbzinin etibarsız hesab edilməsi, əmlakın sahibliyə qaytarılması“ hissəsində iddia tələbi təmin edilməmişdir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilən sübutlara məcmu halda hüquqi qiymət verərək qeyd edir ki, mərhum X8 tərəfindən mübahisəli qeyri-yaşayış sahəsinin və mənzilin dəyəri tam olaraq cavabdehə ödənilmişdir, iddiaçı tərəfindən mübahisəli sahə ilə bağlı öhdəlik tam yerinə yetirilmişdir. Cavabdeh tərəf qeyd edilən müqavilələri mübahisələndirsə də, müqavilələrin etibarsızlığı barədə hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir.Əksinə mübahisəli qeyri yaşayış sahələrinə dair tərəflər arasında bağlanan müqavilələrin etibarsızlığı ilə bağlı cavabdehin iddia tələbləri Yasamal rayon Məhkəməsinin 17.01.2019-cu il tarixli, 2(004)-493/2019 saylı qətnaməsi ilə təmin edilməmişdir, Bakı Apellyasiya Məhkəməsinin 10.04.2019-cu il tarixli, 2(103)- 4560/2019 saylı qətnaməsinin surətindən görünür ki, apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 17.01.2019-cu il tarixli, 2(004)-493/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamə hazırda qüvvədədir.Mübahisəli mənzil sahəsi ilə də yenə iş materiallarından göründüyü kimi cavabdehin tərəfin etirazı formal xarakter daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. - 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər həmin Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. - 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. - 152.6-ci maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. - 152.7-ci maddəsinə istifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Əgər əşyanın tətbiq edilməməsi və ya ona qulluq olunmaması ictimai mənafelərə qəsd edirsə, istifadə və ya qulluq və saxlama vəzifəsi müəyyənləşdirilə bilər. Bu halda mülkiyyətçinin üzərinə həmin vəzifələri özü icra etmək və ya müvafiq muzd müqabilində əşyanı başqa şəxslərin istifadəsinə vermək vəzifəsi qoyula bilər. - 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin tərəflər arasındakı müqavilə bağlanan zaman qüvvədə olan 178.8ci maddəsinə əsasən tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, 10.02.2016-cı il tarixdə "xxxx" MMC ilə X8 arasında bağlanılmış və 25.01.2017-ci il "xxxx" MMC ilə X8 arasında bağlanılmış (yenilənmiş) müqavilələr üzrə öhdəliklərin yerinə yetirilməsi vəzifəsi - Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanı A və B blok, İİ (üst) mərtəbəni 1 pay kimi, ümumi sahəsi 780 kv.metr, 176 kv.metr əlavə lift və pilləkən yeri olmaqla, cəmi 956 kv.m. qeyri-yaşayış sahəsi və ünvan 2 ünvanı V blok 12-ci mərtəbəsində yerləşən 329 nömrəli izolə olunmuş 3 otaqdan ibarət mənzilinin iddiaçıya təhvil verilməsi və mülkiyyətə yaranan maneənin aradan qaldırılması vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Məhkəmə hesab edir ki, o halda, iddiaçının ödədiyi 20 manat məbləğində dövlət rüsumuna görə pul Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən cavabdehdən tutulub iddiaçıya verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. 10.02.2016-cı il tarixdə "xxxx" MMC ilə X8 arasında bağlanılmış və 25.01.2017-ci il "xxxx" MMC ilə X8 arasında bağlanılmış (yenilənmiş) müqavilələr üzrə öhdəliklərin yerinə yetirilməsi vəzifəsi - Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanı A və B blok, İİ (üst) mərtəbəni 1 pay kimi, ümumi sahəsi 780 kv.metr, 176 kv.metr əlavə lift və pilləkən yeri olmaqla, cəmi 956 kv.m. qeyri-yaşayış sahəsinin və ünvan 2 ünvanı V blok 12-ci mərtəbəsində yerləşən 329 nömrəli izolə olunmuş 3 otaqdan ibarət mənzilinin iddiaçıya təhvil verilməsi və mülkiyyətə yaranan maneənin aradan qaldırılması vəzifəsi cavabdehin üzərinə qoyulsun. Cavabdehndən 20 manat dövlət rüsumuna görə tutulub İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-4602/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4602/2025
11.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver