Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 2(036)-1601/2021 18.06.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlu sədrliyi Məhkəmə iclas katibi Hacıyeva Nuranə Büsat qızının katibliyi İddiaçı İddiaçı QİZİNİN iştirakı ilə İddiaçı QİZİNİN cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı mülkiyyət hüququnun müdafiəsi və cavabdehlərin qanunsuz hərəkətlərinə son qoyulması tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı QİZİ cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı mülkiyyət hüququnun müdafiəsi və cavabdehlərin qanunsuz hərəkətlərinə son qoyulması tələbinə dair iddia ərizəsi ilə İmişli Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə hazırlıq iclasında iddiaçı iddianı müdafiə edərək, onun təmin olunmasını xahiş etmişdir. Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə eyni tərəflər arasında eyni mübahisəyə dair İmişli Rayon Məhkəməsi tərəfindən 15.03.2021-ci il tarixli qərardadı qəbul edildiyindən və həmin qərardad artıq qüvvəyə mindiyindən Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinin tələbinə əsasən iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır. Həmin Məcəllənin 170.3-cü maddəsinə əsasən bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Həmin Məcəllənin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədər iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməli, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onlara geri qaytarılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 170, 263-264-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı QİZİNİN cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı mülkiyyət hüququnun müdafiəsi və cavabdehlərin qanunsuz hərəkətlərinə son qoyulması tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçı tərəfindən Kapital bank vasitəsi ilə dövlət büdcəsinə ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. İddiaçıya izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Qurban Hacıyev
Məhkəmə qərarları › İş №2(036)-1601/2021
İmişli Rayon Məhkəməsi Qərardad — İş №2(036)-1601/2021
18.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver