Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-471/2022 15.03.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı nümayəndə və vəkili Vəkil1 və cavabdeh FAM-88MMCnin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı öhdəliklərin icrasının həvalə edilməsi, mülkiyyətə maneənin aradan qaldırılması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli, 2(012)-4031/2021 saylı qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Abşeron Rayon Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli, 2(012)-4031/2021 saylı qətnaməsi ilə iddia təmin olunmuş, 10.02.2016-cı il tarixdə "xxxx" MMC ilə X11 arasında bağlanılmış və 25.01.2017-ci il "xxxx" MMC ilə X11 arasında bağlanılmış (yenilənmiş) müqavilələr üzrə öhdəliklərin yerinə yetirilməsi vəzifəsinin - Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanı A və B blok, İİ (üst) mərtəbəni 1 pay kimi, ümumi sahəsi 780 kv.metr, 176 kv.metr əlavə lift və pilləkən yeri olmaqla, cəmi 956 kv.m. qeyri-yaşayış sahəsinin və ünvan 2 ünvanı V blok 12-ci mərtəbəsində yerləşən 329 nömrəli izolə olunmuş 3 otaqdan ibarət mənzilinin iddiaçıya təhvil verilməsi və mülkiyyətə yaranan maneənin aradan qaldırılması vəzifəsinin cavabdehin üzərinə qoyulması, Cavabdehndən 20 manatın dövlət rüsumuna görə tutulub İddiaçı ödənilməsi qət edilmişdir (hakim Cəmilə Səfiyeva). Qətnamədən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək Abşeron Rayon Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli, 2(012)-4031/2021 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsinə dair qətnamə çıxarılması xahiş edilmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh MMC-yə qarşı öhdəliklərin icrasının həvalə edilməsi, mülkiyyətə maneənin aradan qaldırılması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 10.02.2016-cı il tarixdə "xxxx" MMC ilə X11 arasında bağlanılmış və 25.01.2017-ci il tarixdə "xxxx" MMC ilə X11 arasında bağlanılmış (yenilənmiş) müqavilələr üzrə öhdəliklərin yerinə yetirilməsi vəzifəsinin - Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanı A və B blok, İİ (üst) mərtəbəni 1 pay kimi, ümumi sahəsi 780 kv.metr, 176 kv.metr əlavə lift və pilləkən yeri olmaqla, cəmi 956 kv.m. qeyri-yaşayış sahəsinin ona təhvil verilməsi və mülkiyyətə yaranan maneənin aradan qaldırılması vəzifəsinin cavabdehə həvalə olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia ərizəsinə əlavə verərək 02.06.2016-cı il tarixdə "xxxx" MMC ilə X11 arasında bağlanılmış 044 saylı, 10.02.2016-cı il tarixdə "xxxx" MMC ilə X11 arasında bağlanılmış və 25.01.2017-ci il "xxxx" MMC ilə X11 arasında bağlanılmış (yenilənmiş) müqavilələr üzrə öhdəliklərin yerinə yetirilməsi vəzifəsinin - Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanı 5-ci blok, 12-ci mərtəbə, ümumi sahəsi 120,69 kv.metr olan 329 nömrəli mənzilin və Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanı A və B blok, İİ (üst) mərtəbəni 1 pay kimi, ümumi sahəsi 780 kv.metr, 176 kv.metr əlavə lift və pilləkən yeri olmaqla, cəmi 956 kv.m. qeyri-yaşayış sahəsinin ona təhvil verilməsi və mülkiyyətə yaranan maneənin aradan qaldırılması vəzifəsinin cavabdehə həvalə olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ : Cavabdeh MMC-nin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə öz qətnaməsinin 3-cü vərəqinin 6-cı abzasında göstərib ki, məhkəmə iş üzrə təqdim edilən sübutlara məcmu halda hüquqi qiymət verərək qeyd edir ki, mərhum X11 tərəfindən mübahisəli qeyri-yaşayış sahəsinin və mənzilin dəyəri tam olaraq cavabdehə ödənilmişdir. İddiaçı tərəfindən mübahisəli sahə ilə bağlı öhdəlik tam yerinə yetirilmişdir, cavabdeh tərəf qeyd edilən müqavilələri mübahisələndirsə də müqavilələrin etibarsızlığı barədə hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir, əksinə mübahisəli qeyri-yaşayış sahələrinə dair tərəflər arasında bağlanılan müqavilələrin etibarsızlığı ilə bağlı cavabdehin iddia tələbləri Yasamal Rayon Məhkəməsinin 17.01.2019-cu il tarixli, 2(004)-493/2019 qətnaməsi ilə təmin edilməmişdir, Bakı Apellyasiya Məhkəməsinin 10.04.2019-cu il tarixli 2(103)-4560/2019 saylı qətnaməsinin surətindən görünür apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17.01.2019-cu il tarixli, 2(004)- 493/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır, həmin qətnamə hazırda qüvvədədir, mübahisəli mənzil sahəsi ilə də yenə iş materiallarından göründüyü kimi cavabdehin etirazı formal xarakter daşıyır. Birinci instansiya məhkəməsi nəzərə almayıb ki, Cavabdeh X5 qarşı “əqdin etibarsız hesab edilməsi və əmlakın sahibliyinə qaytarılması” tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edib və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə cavabdeh X11 arasında bağlanmış 25 yanvar 2017-ci il tarixli müqavilənin və həmin tarixli kassa mədaxil orderi qəbzinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş edib. Abşeron Rayon Məhkəməsinin 2(012)- 1698/2020 saylı, 19 Mart 2020-ci il tarixli qətnamə və qərardadından verilmiş şikayətlər üzrə işə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilib. Sumqayıt Apellyasiya Məhkəməsinin 02 İyun 2020-ci il tarixli qərardadı ilə Cavabdeh MMC-nin şikayəti təmin olunaraq Abşeron Rayon Məhkəməsinin 2(012)-1698/2020 saylı, 19 Mart 2020-ci il tarixli qərardadı ləğv edilərək Cavabdeh MMC-nin X5 qarşı “əqdin etibarsız hesab edilməsi və əmlakın sahibliyinə qaytarılması” tələbinə dair mülki iş sonrakı prossesual hərəkətlərinin edilməsi üçün Abşeron Rayon Məhkəməsinə qaytarılıb. Abşeron Rayon Məhkəməsinin 2(012)-1698/2020 saylı, 30 Sentyabr 2020-ci il tarixli qərardadı ilə Cavabdeh X5 qarşı iddia ərizəsinin 25 yanvar 2017-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia icraatına xitam verilməsini qərara alınıb. Abşeron Rayon Məhkəməsinin 2(012)-1698/2020 saylı, 30 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh Məhdud Məsuliyyət Cəmiyyətinin cavabdeh X5 qarşı iddia ərizəsinin 25 yanvar 2017-ci il tarixli kassa mədaxil orderi qəbzinin etibarsız hesab edilməsi, əmlakın sahibliyinə qaytarılması” hissəsində iddia tələbinin təmin edilməsi qət edilmişdir. Həmin qərardad və qətnamədən şikayət və apellyasiya şikayətləri verilib və Sumqayıt Apellyasiya Məhkəməsinin icraatındadır. Həmin iş üzrə yekun məhkəmə qərarı qəbul edilməyib. Buna görə də məhkəmə hazırkı işin icraatını dayandırılmalı idi. Lakin məhkəməmə bunu etməyib. Hazırki iş üzrə məhkəmə Yasamal Rayon Məhkəməsinin 17.01.2019-cu il tarixli, 2(004)-493/2019 saylı qətnaməsi və Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 10.04.2019-cu il tarixli, 2(103)-4560/2019 saylı qətnaməsinə istinad edərək iddianın təmin edilməsi nəticətəsinə gəlib. Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 17.04.2019-cu il tarixli, 2(004)-493/2019 saylı qətnaməsinə əsasən iddiaçı Cavabdeh MMC-nin cavabdehlər X5 və X9 qarşı “əqdin etibarsız hesab edilməsi tələbinə dair” ilk iddia ərizəsi, iddiaçı X6 Cavabdeh MMC-yə qarşı “cavabdehin üzərinə müqavilə bağlanması vəzifəsinin qoyulması tələbinə dair qarşılıqlı iddia ərizəsi rədd olunub və Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 10.04.2019-cu il tarixli, 2(103)-4560/2019 saylı qətnaməsi ilə Yasamal Rayon Məhkəməsinin 17.04.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Lakin Abşeron Rayon Məhkəməsi nəzərə almayıb ki, Yasamal Rayon Məhkəməsində baxılan 2(004)-493/2019 saylı iş üzrə mərhum X2 Cavabdeh MMCyə qarşı iddia tələbi təmin olunmayıb. Məhkəmə həmin qətnamə üzrə Cavabdeh MMC-yə münasibətə gəldikdə isə nəzərə almayıb ki, Bakı şəhəri, Yasamal Rayon Məhkəməsində iş üzrə tələb başqa olub və buna görə də Cavabdeh MMC X5 qarşı “əqdin etibarsız hesab edilməsi və əmlakın sahibliyinə qaytarılması” tələbi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə hesab edib ki, 25.01.2017-ci il tarixli müqaviləyə əsasən qeyriyaşayış sahəsinin və mənzilin dəyəri X11 tərəfindən tam ödənilib, onun tərəfindən öhdəlik tam yerinə yetirilib. Lakin məhkəmə nəzərə almayıb ki, mərhum X11 qeyd edilən qeyriyaşayış sahəsi və mənzillə bağlı Cavabdeh MMC-nə pul ödəməyib. Ümumiyyətlə Cavabdeh MMC ilə aralarında müqavilələr mövcud deyil. Məhkəmə nəzərə almayıb ki, X2 qeyri-yaşayış sahəsi və mənzillə bağlı pul ödəməməsi barədə yetəri qədər sübutlar var. Hətta bunu şahidlər də təsdiq edə bilər. Əslində məhkəmə həmin sübutları hərtərəfli və dəqiq araşdırmaqla və onlarla qiymət verməklə müəyyən edə bilərdi ki, hazırkı iddiaçının mərhum atası tərəfindən pul ödənilməyib. Belə olan halda X2 adına yazılmış 02.06.2016cı və 25.01.2017-ci il tarixli kassa mədaxil orderi qəbzləri etibarsızdır, buna görə də mənzil və qeyri-yaşayış sahəsi üzrə müqavilələrin də özü-özlüyündə etibarsızlığı müəyyən edilir. Müqavilələrin etibarsız olması digər sübutlarla da müəyyən edilir. Belə ki, işdən də görünür ki, X2 adına 10.02.2016-cı il və 25.01.2017-ci il tarixli müqavilələr yazılır. 10.02.2016-cı il tarixli müqavilədən də görünür ki, müqavilənin "xxxx" MMC-nin təsisçisi X3 imzalayıb. X1 təsisçi kimi həmin müqaviləni Cəmiyyətin adından imza etmək səlahiyyəti olmayıb. Həmin vaxt Cəmiyyətin qanuni təmsilçisi (direktoru) X12 olub. Belə olan halda 10.02.2016-cı il tarixli müqavilə də özü-özlüyündə saxtadır və ona görə də etibarsızdır. 25.01.2017-ci il tarixli müqavilədən də görünür ki, mübahisəli qeyri-yaşayış sahəsinin ümumi sahəsi 780 kv.metr, 176 kv.metr əlavə lift və piləkən təşkil edir, yəni cəmi 956 kv. metrdir. Lakin məhkəmə nəzərə almayıb ki, həmin bloklar üzrə göstərilən sahə mövcud deyil. İki blok üzrə qeyri-yaşayış sahəsinin ümumi sahəsi 668 kv.metrdir. Məhkəmə nəzərə almayıb ki, həmin müqavilənin etibarsızlığı sahəyə görə də müəyyən edilir. Bundan başqa hazırki işə baxan Abşeron Rayon Məhkəməsi nəzərə almayıb ki, elə öz icraatında olan mübahisəli sahə ilə bağlı 2(012)-1312/2020 saylı mülki iş üzrə 21 oktyabr 2020-ci il tarixli qətnamə qəbul edərək iddiaçı X7 iddiasını təmin edərək 05 sentyabr 2019-cu il tarixli, 010 saylı müqaviləyə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında inşa edilən yaşayış binasının 4 blok, 2-ci mərtəbəsində sahəsi 264 kv.metr təşkil edən qeyriyaşayış sahəsinin Cavabdeh MMC-tərəfindən X10 verilməsini qət edib. Həmin qətnamə qanuni qüvvəsini alıb və Abşeron Rayon İcra və Probasiya Şöbəsi tərəfindən icra edilərək mübahisəli qeyri-yaşayış sahəsi Cavabdeh MMC tərəfindən X10 təhvil verilib. Bu barədə 12 Avqust 2021-ci il tarixli akt tərtib olunub. Hazırda həmin sahə Sadiq Axundov tərəfindən istifadə olunur. Bundan başqa hazırki işə baxan məhkəmə nəzərə almayıb ki, elə öz icraatında olan mübahisəli sahə ilə digər 2(012)-3220/2020 saylı mülki iş üzrə 30 Sentyabr 2020-ci il tarixli qətnamə qəbul edilərək iddiaçı X4 iddiası təmin edilərək 04 aprel 2016-cı il tarixli müqaviləyə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında inşa edilən yaşayış binasının 4 və 2-ci mərtəbəsində sahəsi 334 kv.metr təşkil edən qeyriyaşayış sahəsinin Cavabdeh MMC tərəfindən X8 verilməsi qət edilmişdir. Məhkəmə nəzərə almayıb ki, "xxxx" MMC və "xxxx" başqa şirkətlərdir. Qeyd olunan qanuni qüvvəsini alan qətnamələr üzrə hazırda qəbul edilmiş məhkəmə qətnaməsi X7 və Abduləzimiv Əzim oğlunun maraqlarına toxunur. Odur ki, apellyasiya şikayətinin təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli, 2(012)-4031/2021 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsinə dair qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə edərək apellyasiya şikayətinin təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli, 2(012)-4031/2021 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etdi Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndə və vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsi, Abşeron Rayon Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli, 2(012)-4031/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, proses iştirakçılarının izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən cavabdehin apelyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli, 2(012)-4031/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Mülki iş materiallarında olan Xəzər rayon Qeydiyyat Şöbəsi tərəfindən 27.01.2021ci il tarixdə verilmiş AZ-İİ № 146401 seriyalı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X11 18.01.2021-ci il tarixdə asfiksiya səbəbindən Bakı şəhərində vəfat etmişdir. İş materiallarında olan 28.07.2021-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 18.01.2021-ci il tarixdə vəfat etmiş X2 vəsiyyətnamədə göstərilən əmlakının vərəsəsi İddiaçıdur və o, miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak - "xxxx" MMC tərəfindən 02.06.2016-cı il tarixdə X5 verilmiş 044 nömrəli müqaviləyə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında yerləşən yaşayış binasında 5-ci blok, 12-ci mərtəbəsindəki ümumi sahəsi 120,69 kv.metr olan 3 otaqlı 329 nömrəli mənzildəki kooperativ paydan ibarətdir. Bakı şəhəri 19 saylı Notariat Ofisi tərəfindən 01.02.2021-ci il tarixdə verilmiş 69 nömrəli arayışdan görünür ki, X2 vəfat etməsi ilə əlaqədar vərəsəsinin ərizəsi əsasında 29.01.2021-ci il tarixində vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyən olunmuşdur. İddiaçı mərhum X2 yeganə vərəsəsi kimi tanınmışdır. İş materiallarında olan 10.02.2016-cı il tarixli X14 qəbzinin surətindən görünür ki, X11 "xxxx" MMC-nin hesabına qeyri-yaşayış sahəsi üçün tam ödəniş etmişdir. İş materiallaında olan X11 ilə "xxxx" MMC ilə arasında bağlanan 10.02.2016-cı il tarixli Mənzil Tikintisi haqqında müqavilənin notarial qaydada təsdiq olunmuş surətinə əsasən həmin Cəmiyyət Abşeron rayon İH Başçısının 04.04.2014-cü il tarixli, 147 saylı sərəncamı ilə inşa etdiyi ünvan 2 ünvanı İV-V blok 2-ci mərtəbəsində yerləşən izolə olunmuş qeyri-yaşayış sahəsini X5 təhvil verməyi, X11 isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və qeyri-yaşayış sahəsini qəbul etməyi öhdəsinə götürmüşdür. 3.1. Q/yaş sahəsi 956 kv.m-dir. 3.3. Q/yaş ümumi dəyəri tam ödənilmişdir. 25.01.2017-ci il tarixli X14 qəbzinin surətindən görünür ki, X11 "xxxx" MMC-nin hesabına 780 kv.m qeyri-yaşayış sahəsi üçün ilkin ödənişi tam ödəmişdir. X11 ilə "xxxx" MMC ilə arasında bağlanan 25.01.2017-ci il tarixli Qeyri-Yaşayış Tikintisi haqqında müqavilənin notarial qaydada təsdiq olunmuş surətinə əsasən həmin Cəmiyyət Abşeron rayon İH Başçısının 14.03.2016-cı il tarixli, 38 saylı sərəncamı ilə inşa etdiyi ünvan 2 ünvanı A və B blok 2-ci mərtəbəni bir pay kimi X5 təhvil verməyi, X11 isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və qeyri-yaşayış sahəsini qəbul etməyi öhdəsinə götürmüşdür. 3.1. Q/yaş sahəsi 780 kv.m-dir; əlavə lift və pilləkən yeri. Abşeron rayon İcra Hakimiyyəti Başçısının 14.03.2016-cı il tarixli, 38 saylı Sərəncamının surətindən görünür ki, Abşeron RİH Başçısının 147 saylı, 04.04.2014-cü il tarixli “"xxxx" MMC-yə Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binalarının tikintisinə icazə verilməsi barəsindəki sərəncamına uyğun olaraq Xırdalan şəhəri, H.Əliyev prospekti ilə M.Hüseynzadə küçəsinin kəsişməsində tikintisinə icazə verilmiş 6 girişli zirzəmili 16 mərtəbəli yaşayış binalarından ibarət kompleksin A və B bloklarının tikintisinə icazə "xxxx" MMC-yə verilmişdir. X11 ilə "xxxx" MMC ilə arasında bağlanan 02.06.2016cı il tarixli 44 nömrəli Mənzil Tikintisi haqqında müqavilənin notarial qaydada təsdiq olunmuş surətinə əsasən həmin Cəmiyyət Abşeron rayon İH Başçısının 14.03.2016-cı il tarixli, 38 saylı sərəncamı ilə inşa etdiyi ünvan 2 ünvanı V blok 12-ci mərtəbəsində yerləşən 329 nömrəli izolə olunmuş 3 otaqdan ibarət mənzili X5 təhvil verməyi, X11 isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öhdəsinə götürmüşdür. 3.1. mənzilin sahəsi 120.69 kv.mdir. 3.2.mənzilin 1 kv.m-nin dəyəri 650 manatdan ibarətdir. 3.3. mənzilin ümumi dəyəri 78449 manatdır. 02.06.2016-cı il tarixli X14 qəbzinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X11 "xxxx" MMC-nin hesabına 329 nömrəli mənzil üçün 78449 (yetmiş səkkiz min dörd yüz qırx doqquz) manat ödəmişdir. Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 17.01.2019-cu il tarixli, 2(004)- 493/2019 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı "xxxx" MMC-nin cavabdehlər X5 və X9 qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair ik iddia ərizəsi rədd edilmiş, iddiaçı X2 cavabdeh "xxxx" MMC-yə qarşı cavabdehin üzərinə müqavilə bağlanması vəzifəsinin qoyulması tələbinə dair qarşılıqlı iddia ərizəsi rədd olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 10.04.2019-cu il tarixli, 2(103)-4560/2019 saylı qətnaməsinin surətindən görünür ki, apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 17.01.2019-cu il tarixli, 2(004)- 493/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Abşeron Rayon Məhkəməsinin 30.09.2020-ci il tarixli, 2(012)-1698/2020 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh X5 qarşı iddia ərizəsinin “25 yanvar 2017-ci il tarixli kassa mədaxil orderi qəbzinin etibarsız hesab edilməsi, əmlakın sahibliyə qaytarılması“ hissəsində iddia tələbi təmin edilməmişdir. Məhkəmə qeyd etmişdir ki, mərhum X11 tərəfindən mübahisəli qeyri-yaşayış sahəsinin və mənzilin dəyəri tam olaraq cavabdehə ödənilmiş, iddiaçı tərəfindən mübahisəli sahə ilə bağlı öhdəlik tam yerinə yetirilmişdir. Cavabdeh tərəf qeyd edilən müqavilələri mübahisələndirsə də müqavilələrin etibarsızlığı barədə hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Əksinə mübahisəli qeyri-yaşayış sahələrinə dair tərəflər arasında bağlanan müqavilələrin etibarsızlığı ilə bağlı cavabdehin iddia tələbləri Yasamal Rayon Məhkəməsinin 17.01.2019-cu il tarixli, 2(004)493/2019 saylı qətnaməsi ilə təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 10.04.2019-cu il tarixli, 2(103)-4560/2019 saylı qətnaməsinin surətindən görünür ki, apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17.01.2019-cu il tarixli, 2(004)-493/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamə hazırda qüvvədədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. - 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər həmin Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. - 442.1-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. - 152.6-ci maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. - 152.7-ci maddəsinə istifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Əgər əşyanın tətbiq edilməməsi və ya ona qulluq olunmaması ictimai mənafelərə qəsd edirsə, istifadə və ya qulluq və saxlama vəzifəsi müəyyənləşdirilə bilər. Bu halda mülkiyyətçinin üzərinə həmin vəzifələri özü icra etmək və ya müvafiq muzd müqabilində əşyanı başqa şəxslərin istifadəsinə vermək vəzifəsi qoyula bilər. - 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tərəflər arasındakı müqavilə bağlanan zaman qüvvədə olan 178.8-ci maddəsinə əsasən tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, 10.02.2016-cı il tarixdə "xxxx" MMC ilə X11 arasında bağlanılmış və 25.01.2017-ci il "xxxx" MMC ilə X11 arasında bağlanılmış (yenilənmiş) müqavilələr üzrə öhdəliklərin yerinə yetirilməsi vəzifəsi - Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanı A və B blok, İİ (üst) mərtəbəni 1 pay kimi, ümumi sahəsi 780 kv.metr, 176 kv.metr əlavə lift və pilləkən yeri olmaqla, cəmi 956 kv.m. qeyri-yaşayış sahəsi və ünvan 2 ünvanı V blok 12-ci mərtəbəsində yerləşən 329 nömrəli izolə olunmuş 3 otaqdan ibarət mənzilinin iddiaçıya təhvil verilməsi və mülkiyyətə yaranan maneənin aradan qaldırılması vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Məhkəmə hesab etmişdir ki, iddiaçının ödədiyi 20 manat məbləğində dövlət rüsumuna görə pul Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən cavabdehdən tutulub iddiaçıya verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materiallarından görünür ki, iddiaçının mərhum atası ilə bağlanmış müqavilələr hal-hazırda qüvvədədir, cavabdeh tərəfindən məhkəmə qaydasında mübahisələndirilsə də ləğv olunmamışdır. Odur ki, məhkəmə iddianı təmin etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas sayıla bilməz. Belə ki, cavabdeh tərəf apellyasiya şikayətinin dəlillərini əsaslandıra bilməmiş, buna dair hər hansı bir rəsmi sənəd təqdim edə bilməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməməlidir. Apellyasiya şikayətində qeyd olunur ki, artıq həmin mübahisəli sahə digər şəxsə satılmışdır. Lakin məhkəmə kollegiyası bunu iddianın təmin edilməməsi üçün əsas hesab etmir. Ona görə ki, iddiaçının müqaviləsi qüvvədə olduğu halda həmin qeyri-yaşayış sahəsinin digər şəxsə satılması qanunvericiliyin tələblərinə və iddiaçının mənafeyinə ziddir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi yeni tikiləcək binalarda iddiaçıya qeyd olunan ölçüdə qeyri-yaşayış sahəsinin verilməsi şərti ilə iddiaçı ilə barışmağa razı olduqlarını bildirmişdir ki, bu da dolayısı ilə iddianın etirafı kimi qəbul edilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün AR Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli, 2(012)-4031/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Abşeron Rayon Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli, 2(012)-4031/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin olunmasın. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-471/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-471/2022
15.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver