Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4604/2020 04.12.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki işə Abşeron rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh x xxxx 2009-cu ildə anadan olmuş X3, xx xxxxxxx 2010-cu il təvəllüdlü X4, xx xxxx 2015-ci il təvəllüdlü X1 ilə bağlı hər bir uşaq üçün 170 manat olmaqla, cəmi 510 manat məbləğinə alimentin tutulub, onun xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddianı müdafiə edərək bildirdi ki, o, cavabdeh Cavabdeh ilə xx xxxx 2010-cu il tarixində nikaha daxil olmuşdur. Həmin vaxtdan qaynanasına məxsus Novxanı kəndində yerləşən evdə yaşayırlar. Birgə nikahlarından xx xxxx 2009-cu il təvəllüdlü X6, xx xxxxxxx 2010-cu il təvəllüdlü X7 və xx xxxx 2015-ci il təvəllüdlü X8 anadan olmuşlar. O, cavabdehlə rəsmi olaraq boşanmamışdır, lakin 5-6 aydır ki, ayrı yaşayırlar. Yoldaşı Cavabdeh rəsmi iş yeri olmasa da, fəhlə işləyib, pul qazanır. Lakin qazancını spirtli içkiyə sərf edir və ailəsinə maddi baxımından köməklik etmir. Uşaqların ehtiyaclarının ödənilməsi onun üzərinə düşür və o, heç bir yerdə işləmir. Əgər məhkəmə cavabdehdən hər uşağa görə 100 manat aliment tutulması qərarına gələrsə o etiraz etmir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan Abşeron rayon qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış AZ-İ № 594365 saylı nikahın haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Cavabdeh ilə iddiaçı Ağayeva (Cavadova) Səkinə Müslüm qızı arasında nikah bağlanaraq xx xxxx 2010-cu il tarixində 409 № ilə qeydə alınmışdır. İş materiallarında olan Asan-Sumqayıt tərəfindən verilmiş AZE seriyalı, 11898248 №-li şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, xx.xx.2009-cu il təvəllüdlü X6 Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan Asan-Sumqayıt tərəfindən verilmiş AZE seriyalı, 11898247 №-li şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, xx.xx.2010-cu il təvəllüdlü X7 Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan Asan-Sumqayıt tərəfindən verilmiş AZE seriyalı, 11898377 №-li şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, xx.xx.2015-ci il təvəllüdlü X8 Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası isə İddiaçıdır. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq, bütün sübutlara məcmu halında qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən göstərilir ki, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə görə 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dördə bir hissəsi miqdarında aliment tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə bu normalardan çıxış edərək və iş materiallarının araşdırılmasına əsasən belə nəticəyə gəlir ki, Cavabdeh daimi işi olması barədə məhkəməyə sənəd təqdim edilmədiyindən ondan sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə uşağın saxlanmasının hər iki valideynin vəzifəsi olduğunu və iddiaçının izahatında məhkəmə tərəfindən 100 manat məbləğində alimentin tutulmasına etiraz etməməsini nəzərə alaraq və alimentin məbləği ilə bağlı belə nəticəyə gəlir ki, bu məbləğ hər uşaq üçün hər ay 100 manat məbləğində olmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Ona görə məhkəmə hesab edir ki, alimentin tutlması xx.xx.2020-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Məhkəmə dövlət rüsumu ilə bağlı hesab edir ki, dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə görə aliment alınması barədə İddiaçı dövlət rusumunu ödəməkdən azad edildiyindən, Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə əsasən 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə görə aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx xxxx 2009-cu il təvəllüdlü X3, xx xxxxxxx 2010-cu il təvəllüdlü X4 və xx xxxx 2015-ci il təvəllüdlü X2 üçün Cavabdeh xx.xx.2020-ci il tarixdən hesablanmaqla hər bir uşaq üçün hər ay 100 manat, ümumilikdə 300 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı verilsin. Cavabdeh 30 manat dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-4604/2020
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4604/2020
04.12.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver