Məhkəmə qərarları › İş №2(012)-465/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-465/2021

18.08.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Mənzil mübahisələri - Sair mülki iş - Mənzilə köçürmə - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-465/2021 18.08.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və onun vəkili-nümayəndəsi X5, Qarşılıqlı iddia üzrə iddiaçılar, ilkin iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vəkilinümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı «maneələrin aradan qaldırılması və fərdi yaşayış evinə köçürülmə» tələbinə dair ilkin iddiası və Cavabdeh1 və Cavabdeh2 İddiaçı, AR ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə və Bakı şəhəri 15 saylı notariat ofisinə qarşı “vərəsəlik şəhadətnaməsinin və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə 18 avqust 2021-ci il tarixdə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Abşeron rayonu, Görədil kəndi, İ.Yusifov küçəsi, 17 saylı fərdi yaşayış evinə köçürülməsi, cavabdehlər tərəfindən yaradılmış maneələrin aradan qaldırılması, qanunsuz hasarların sökülməsi, payın naturada ayrılması, istifadə qaydalarının müəyyən edilməsi və 25000 manat pul vəsaitinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq, onun mülkiyyətində və pasport qeydiyyatında olduğu Abşeron rayonu, Görədil kəndi, İ.Yusifov küçəsi, 17 saylı fərdi yaşayış evində cavabdehlər tərəfindən yaradılmış maneələrin aradan qaldırılması və qeyd edilən fərdi yaşayış evinə köçürülməyi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçılar, ilkin iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəməyə qarşılıqlı iddia ərizəsi və ona əlavə ilə müraciət edərək, ilkin iddia tələbinin rədd edilməsi, Bakı şəhəri 15 saylı notariat ofisi tərəfindən Abşeron rayonu, Görədil kəndi, İ.Yusifov küçəsi 17 saylı fərdi yaşayış evinə və evinin yerləşdiyi torpaq sahəsinə dair İddiaçı adına verilmiş 22.02.2020-ci il tarixli 2V-35 reyestr nömrəli 69/2017 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron ərazi idarəsi tərəfindən İddiaçı adına verilmiş 10.03.2020-ci il tarixli **********51-10301 saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məhkəmədə izahatında bildirdi ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 25 dekabr 2019-cu il tarixli, 2(006)-7209/2019 saylı qətnaməsi ilə ərizəsi təmin edilmiş X1 miras qalmış Abşeron rayonu, Görədil kəndi, İ.Yusifov küçəsi 17 saylı fərdi yaşayış evinə dair mirasın qəbulu müddətinin ötürülməsi üzürlü hesab edilmiş və həmin müddətin uzadılması barədə məhkəmə qətnaməsi qəbul edilmiş və yuxarı instansiya məhkəməsi tərəfindən qətnamə qüvvədə saxlanmışdır. Bundan sonra vərəsəlik işi davam etdirilmiş Bakı şəhəri 15 saylı Notariat ofisi tərəfindən 22 fevral 2020-ci il tarixli 2V- 35 reyestr nömrəli 69/2017 saylı vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin vərəsəlik şəhadətnaməsi əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən 10.03.2020-ci il tarixli ********** nömrəli reyestrdən çıxarış onun adına verilmişdir. Bundan əlavə olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən 20.12.2019-cu il tarixli **********51-10301 nömrəli texniki pasport verilmişdir. Mülkiyyətində olan ünvan 1 ünvanında o rəsmi olaraq pasport qeydiyyatdadır. Mülkiyyətində olan fərdi yaşayış evində o yaşaya bilmir, oradan istifadəsinə cavabdehlər tərəfindən süni maneələr yaradılır, cavabdehlər özləri qanunsuz və əsassız olaraq bölgü işləri aparmışdırlar. Bundan əlavə olaraq onuda qeyd edir ki, o, 1996-cı il tarixindən bu günə qədər mübahisəli fərdi yaşayış evinə buraxılmır. O hal-hazırda ünvan 2 ünvanında kirayədə ailəsi ilə birlikdə yaşayır. Qeyd olunanları nəzərə alaraq hesab edir ki, hüquqları kobud şəkildə pozulmuşdur. Bu səbəbdən o, ilkin iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddia isə əsassız olduğundan rədd edilməsini məhkəmədən xahiş edir. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili-nümayəndəsi X7 məhkəmədə İddiaçı izahatına uyğun izahat verərək ilkin iddianın təmin edilməsini, qarşılıqlı iddianın isə rədd edilməsini məhkəmədən xahiş etdi. Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vəkili-nümayəndəsi Vəkil məhkəmədə izahatında göstərdi ki, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “Abşeron rayonunun Görədil kəndində yerləşən və mərhum nənəsi X2 miras qalmış 0,07 ha torpaq sahəsinə, daşınmaz əmlak üzərində mülkiyyət hüququnun tanınması və vərəsələr arasında bölüşdürülməsi barədə” iddia tələbi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir, iddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Görədil kəndindəı yerləşən 0,07 ha torpaq sahəsi, o cümlədən 0,01 ha torpaq sahəsi İddiaçı nənəsi Məryam Quliyevaya məxsus olmuşdur. Məryam Quliyeva 25.09.1993-cü il tarixdə, onun qızı, yəni iddiaçının anası isə 15.03.1991-ci il tarixdə ölmüşdür. Buna görə də iddiaçı özünü Məryam Quliyevanın birinci növbə vərəsəsi hesab edir. Bununla əlaqədar İddiaçı vərəsəlik işinin açılması üçün Bakı şəhəri 15 saylı Dövlət notariat kontoruna müraciət etmiş, notariusun müraciəti əsasında Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin 4 saylı Abşeron ərazi idarəsi İddiaçı ərizəsi əsasında vərəsəlik işinin açılmasına etiraz etmədiyini bildirmişdir. 2018-ci ildə qaldırılmış iddianın məzmunundan göründüyü kimi, o hazırki iddianın predmetinə aid olan əmlak barəsində qaldırılmışdır. Abşeron Rayon Məhkəmənin 09.08.2018-ci il tarixli 2(0120-3976/2018 saylı qətnaməsi iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinin 22.01,2019-cu il tarixli 2(105)466/2019 saylı qətnaməsi ilə qismən təmin edilmiş, qətnamə ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş və iddia tələbi rədd edilmişdir.Həmin qətnamədən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikasının Ali Məhkəməsinin 18.07.2019-cu il tarixli 2(1020-5036/2019 saylı qərarı ilə təmin edilməmiş,Sumqayıt Apellyasiya Məhkəməsinin 22.01,2019-cu il tarixli 2( 105)466/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.Beləliklə, Sumqayıt Apellyasiya Məhkəməsinin qüvvəyə minmiş qətnaməsi ilə, iddiaçının nənəsinin mülkiyyətində olmuş, Abşeron rayonu, Görədil kəndində yerləşən torpaq sahəsinə münasibətdə vərəsə olmadığı qənaətinə gəlmişdir. Hazırki iddianın premeti isə həmin torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evidir. Hazırki iddia və ona əlavə olunmuş sənədlərdən göründüyü kimi, məhkəmə aktları ilə iddiaçının mübahisə predmetini təşkil edən daşınmaz əmlaka münasibətdə vərəsə olmadığı müəyyən edilməsinə baxmayaraq, Bakı şəhəri 15 saylı notariat ofisi--tərəfindən həmin daşınmaz əmlaka dair iddiaçının adına 22.02.2020-ci il tarixli 2V-35'reyestr nömrəli 69/2017 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Belə ki, mübahisə predmetini təşkil edən fərdi yaşayış evi Məryam Quliyeva vəfat etdiyi tarixdən , yəni 25.09.1993-cü il tarixdən qarşılıqlı iddiaçılar Cavabdeh2 və Cavabdeh1 faktiki idarəçiliyində olmuşdur. Yəni, miras əmlak onlar tərəfindən faktik olaraq qəbul edilmişdir. MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Miras açılmasına dair hüquq münasibətlərinin yarandığı tarixdə qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1964-cü il redaksiyada 552-ci maddəsinə əsasən, mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Lakin, sənədlərdən göründüyü kimi Məryam Quliyeva 25.09.1993-cü il tarixdə vəfat etsə də, İddiaçı iddia etdiyi miras payına münasibətdə vərəsəliyin qəbul edilməsi üçün nə hüquqi, nə də faktiki addım atmamışdır. Şəhadətnaməni verən notariat ofisi, həmin əmlakın Cavabdeh2 və Cavabdeh1 faktiki idarəçiliyində olması faktına əhəmiyyət verməmişdir. Göstərilən əsaslardan Bakı şəhəri 15 saylı notariat ofisi tərəfindən həmin daşınmaz əmlaka dair iddiaçının adına 22.02.2020-ci il tarixli 2V-35 reyestr nömrəli 69/2017 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə qanunsuz və əsassız olduğundan etibarsız hesab edilməlidir. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron ərazi idarəsi tərəfindən verilmiş 10.03,2020-ci il tarixli **********51-10301 saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, Bakı şəhəri 1 5 saylı notariat ofisi tərəfindən həmin daşınmaz əmlaka dair iddiaçının adına 22.02.2020-ci il tarixli 2V-35 reyestr nömrəli 69/2017 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında verildiyi üçün, həmin çıxarış da etibarsız hesab edilməlidir. Ona görə də ilkin iddianın rədd edilməsini, qarşılıqlı iddianın isə təmin olunmasını məhkəmədən xahiş edir. Qarşılıqlı iddia üzrə cavabdeh ünvan 3 ünvanlayaraq, iş çoxluğunu nəzərə alaraq hazırki mülki işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə cavabdeh AR ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə digər cavabdehlərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. İş materiallarında olan Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-7209/2019 saylı, 25.12.2019-cu il tarixli qətnaməsindən görünür ki, ərizə təmin edilmiş, İddiaçı nənəsi X2 miras qalmış Abşeron rayonu, Göradil kəndi, İ.Yusifov küçəsi, 17 saylı evə dair mirasın qəbulu müddətinin ötürülməsinin üzrlü hesab edilməsi və həmin müddətin uzadılması qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri 15 saylı notariat ofisi tərəfindən verilmiş 22 fevral 2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 25.09.2013-cü il tarixdə ölmüş X3 vərəsəsi anası 15.03.1991-ci il tarixdə ölmüş X6 nəvəsi İddiaçıdır. Şəhadətnamədə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Ərazi İdarəsi tərəfindən 24.12.2019-cu il tarixdə X4 verilmiş **********51-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən real vaxt rejimində əldə olunmuş 19.02.2020-ci il tarixli, ********** nömrəli arayışda yüklülük qeyd olunmamış ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 67,8 kv/m olan fərdi yaşayış evindən və 0,07 ha olan torpaq sahəsindən ibarətdir. Miras əmlakın 2/3 hissəsi açıq buraxılır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışdan görünür ki, ümumi sahəsi 0,07 ha olan ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi ********** qeydiyyat nömrəsi ilə, 10.03.2020-ci il tarixdə 1/3 hissədə İddiaçı adına, 2/3 hissədə isə açıq pay olaraq qeydiyyata alınmışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını tədqiq edərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilkin iddia qismən təmin edilməli, qarşılıqlı iddia isə rədd edilməlidir. Belə ki,məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, X1 miras qalmış mübahisə predmeti olan Abşeron rayonu, Görədil kəndi, İ.Yusifov küçəsi 17 saylı fərdi yaşayış evinə dair mirasın qəbulu müddətinin ötürülməsinin üzürlü hesab edilməsi barədə İddiaçı iddia tələbi Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-7209/2019 saylı qətnaməsi ilə təmin edilmiş, Bakı Apelyasiya məhkəməsinin qətnaməsi ilə həmin qətnamə dəyişdirilmədən saxlanmış, bundan sonra İddiaçı Bakı şəhəri 15 saylı Notariat ofisi tərəfindən 22 fevral 2020-ci il tarixli 2V-35 reyestr nömrəli 69/2017 saylı vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında mirak əmlaka üçdə bir hissədə payı müəyyən edilmişdir.Həmin vərəsəlik şəhadətnaməsi əsasında sonuncu mübahisə predmeti olan əmlaka dair üçdə bir hissədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən mülkiyyət hüququnu təstiq edən 10.03.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarış almış və hal-hazırda həmin hissə İddiaçı xüsusi mülkiyyətindədir. Ona görə də məhkəmə işin yuxarıda qeyd olunan faktiki hallarına istinad edərək hesab edir ki, cavabdehlər tərəfindən İddiaçı pay hüquqi ilə xüsusi mülkiyyətində olan fərdi yaşayış evinə sonuncunun buraxılmaması mülkiyyət hüququnun pozulması ilə nəticələnir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İV bəndlərinə görə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 və 152.5-ci maddələrinə görə mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətlərinə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarım pozmasın yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 153.3-ci maddəsinə görə əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakım geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.1-ci maddəsinə görə sahibin iradəsi olmadan sahiblikdən məhrum etmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Həmin Məcəllənin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki'və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kiırz istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həmdə qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorun- maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə ilkin iddia tələbinin Abşeron rayonu, Görədil kəndi, İ.Yusifov küçəsi, 17 saylı fərdi yaşayış evində cavabdehlər tərəfindən yaradılmış maneələrin aradan qaldırılması hissəsi ilə bağlı qeyd edir ki, İddiaçı köçürüldükdən sonra gələcəkdə hər hansı maneənin baş verəcəyi qeyri-müəyyən olduğundan, iddiaçı iddia tələbi həmin hissədə mücərrəd olduğundan və iddianın bu formada təmin edilməsi gələcəkdə qətnamənin icrasını qeyri mümkün etdiyindən həmin hissədə iddia rədd edilməlidir. Məhkəmə Cavabdeh1 və Cavabdeh2 İddiaçı, AR ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə və Bakı şəhəri 15 saylı notariat ofisinə qarşı “vərəsəlik şəhadətnaməsinin və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiası ilə bağlı hesab edir ki, qarşılıqlı iddia ərizəsində göstərilənlər işin faktiki halları ilə uyğunluq təşkil etmədiyindən, vərəsəlik şəhadətnaməsinin və çıxarışın etibarsız hesab edilməsi ilə əlaqədar əsaslar məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilmədiyindən qarşılıqlı iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 233cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İlkin iddia qismən təmin edilsin. İddiaçı Abşeron rayonu, Görədil kəndi, İ.Yusifov küçəsi, 17 saylı fərdi yaşayış evinə köçürülsün. İlkin iddia tələbi digər hissədə rədd edilsin. Bakı şəhəri 15 saylı notariat ofisi tərəfindən Abşeron rayonu, Görədil kəndi, İ.Yusifov küçəsi 17 saylı fərdi yaşayış evinə və evinin yerləşdiyi torpaq sahəsinə dair İddiaçı adına verilmiş 22.02.2020-ci il tarixli 2V- 35 reyestr nömrəli 69/2017 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron ərazi idarəsi tərəfindən İddiaçı adına verilmiş 10.03.2020-ci il tarixli **********51-10301 saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar