Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-307/2022 10.03.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X8, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, ilk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə açıq məhkəmə iclasında Abşeron Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli, 2(012)-465/2021 saylı qətnaməsindən ilk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli, 2(012)-465/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Elman Məmmədov) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maneələrin aradan qaldırılması və fərdi yaşayış evinə köçürülmə tələbinə dair ilk iddia qismən təmin edilmiş, İddiaçı Abşeron rayonu, Göradil kəndi, İ.Yusifov küçəsi, 17 saylı fərdi yaşayış evinə köçürülməsi, ilk iddia tələbinin digər hissədə rədd edilməsi, Cavabdeh1 və Cavabdeh2 İddiaçı, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə və Bakı şəhəri 15 saylı notariat ofisinə qarşı vərəsəlik şəhadətnaməsinin və çıxarışın etibarsız hesab edilməsi barədə qarşılıqlı iddiasının rədd edilməsi qət edilmiş, ilk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 qətnamədən apellyasiya şikayəti vermişlər. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək Abşeron rayonu, Göradil kəndi, İ.Yusifov küçəsi, 17 saylı fərdi yaşayış evinə köçürülməsi, cavabdehlər tərəfindən yaradılmış maneələrin aradan qaldırılması, qanunsuz hasarların sökülməsi, payın naturada ayrılması, istifadə qaydalarının müəyyən edilməsi və 25000 manat pul vəsaitinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və tələblərini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 dekabr 2019-cu il tarixli, 2(006)-7209/2019 saylı qətnaməsi ilə onun ərizəsi təmin edilmiş, X1 miras qalmış Abşeron rayonu, Görədil kəndi, İ.Yusifov küçəsi 17 saylı fərdi yaşayış evinə dair mirasın qəbulu müddətinin ötürülməsi üzürlü hesab edilmiş və həmin müddət uzadılmışdır. Yuxarı instansiya məhkəməsi tərəfindən həmin qətnamə qüvvədə saxlanmışdır. Bundan sonra, vərəsəlik işi davam etdirilmiş, Bakı şəhəri 15 saylı notariat ofisi tərəfindən ona 22 fevral 2020-ci il tarixli, 2V-35 reyestr nömrəli 69/2017 saylı vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin vərəsəlik şəhadətnaməsi əsasında onun adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən 10.03.2020-ci il tarixli, ********** nömrəli reyestrdən çıxarış verilmişdir. Bundan əlavə, onun adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən 20.12.2019-cu il tarixli, **********51-10301 nömrəli texniki pasport verilmişdir. Mülkiyyətində olan ünvan 1 ünvanında o, rəsmi olaraq qeydiyyatdadır. O, mülkiyyətində olan fərdi yaşayış evində yaşaya bilmir, evdən istifadəsinə cavabdehlər tərəfindən süni maneələr yaradılır. Cavabdehlər özləri qanunsuz və əsassız olaraq bölgü işləri aparmışlar. Bundan əlavə o, 1996-cı il tarixindən bu günə qədər mübahisəli fərdi yaşayış evinə buraxılmır. O, hazırda Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi 10 saylı evin 4 saylı mənzilində ailəsi ilə birlikdə kirayədə yaşayır. Onun hüquqları kobud şəkildə pozulmuşdur. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək mülkiyyətində və qeydiyyatda olduğu Abşeron rayonu, Görədil kəndi, İ.Yusifov küçəsi, 17 saylı fərdi yaşayış evində cavabdehlər tərəfindən yaradılmış maneələrin aradan qaldırılması və həmin fərdi yaşayış evinə köçürülməyi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 və Cavabdeh2 qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək Bakı şəhəri 15 saylı notariat ofisi tərəfindən Abşeron rayonu, Göradil kəndi, İ.Yusifov küçəsi 17 saylı fərdi yaşayış evinə və evin yerləşdiyi torpaq sahəsinə dair İddiaçı adına verilmiş 22.02.2020-ci il tarixli, 2V-35 reyestr nömrəli 69/2017 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən İddiaçı adına verilmiş 10.03.2020-ci il tarixli, **********51-10301 saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilmələri barədə qətnamə çıxarılmasını xahiş etmiş və qarşılıqlı iddia tələblərini onunla əsaslandırmışlar ki, İddiaçı onlara qarşı Abşeron rayonunun Görədil kəndində yerləşən və mərhum nənəsi X2 miras qalmış 0,07 ha torpaq sahəsinə, daşınmaz əmlak üzərində mülkiyyət hüququnun tanınması və vərəsələr arasında bölüşdürülməsi barədə iddia tələbi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdi. İddiaçı həmin iddia tələbini onunla əsaslandırmışdır ki, Abşeron rayonu, Göradil kəndində yerləşən 0,07 ha torpaq sahəsi, o cümlədən 0,01 ha torpaq sahəsi nənəsi Məryam Quliyevaya məxsus olmuş, Məryam Quliyeva 25.09.1993-cü il tarixdə, onun qızı, yəni anası isə 15.03.1991-ci il tarixdə ölmüşlər. Buna görə də İddiaçı özünü Məryam Quliyevanın birinci növbə vərəsəsi hesab etmişdir. Bununla əlaqədar İddiaçı vərəsəlik işinin açılması üçün Bakı şəhəri 15 saylı dövlət notariat kontoruna müraciət etmiş, notariusun müraciəti əsasında Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi İddiaçı ərizəsi əsasında vərəsəlik işinin açılmasına etiraz etmədiyini bildirmişdir. 2018-ci ildə qaldırılmış iddianın məzmunundan göründüyü kimi, İddiaçı hazırki iddianın predmetinə aid olan əmlak barəsində qaldırmışdır. Abşeron Rayon Məhkəmənin 09.08.2018-ci il tarixli, 2(0120- 3976/2018 saylı qətnaməsi iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinin 22.01.2019-cu il tarixli, 2(105)-466/2019 saylı qətnaməsi ilə qismən təmin edilmiş, qətnamə ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş və iddia tələbi rədd edilmişdir. Həmin qətnamədən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikasının Ali Məhkəməsinin 18.07.2019-cu il tarixli, 2(1020)-5036/2019 saylı qərarı ilə təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 22.01.2019-cu il tarixli, 2(105)-466/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, Sumqayıt Apellyasiya Məhkəməsinin qüvvəyə minmiş qətnaməsi ilə iddiaçının nənəsinin mülkiyyətində olmuş, Abşeron rayonu, Göradil kəndində yerləşən torpaq sahəsinə münasibətdə vərəsə olmadığı müəyyən edilmişdir. Hazırki iddianın predmeti isə həmin torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evidir. Hazırki iddia ərizəsi və ona əlavə olunmuş sənədlərdən göründüyü kimi, məhkəmə aktları ilə İddiaçı mübahisə predmetini təşkil edən daşınmaz əmlaka münasibətdə vərəsə olmadığı müəyyən edilməsinə baxmayaraq, Bakı şəhəri 15 saylı notariat ofisi tərəfindən həmin daşınmaz əmlaka dair iddiaçının adına 22.02.2020-ci il tarixli, 2V-35 reyestr nömrəli, 69/2017 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Belə ki, mübahisə predmetini təşkil edən fərdi yaşayış evi Məryam Quliyeva vəfat etdiyi tarixdən, yəni 25.09.1993-cü il tarixdən onların faktiki idarəçiliyində olmuşdur, yəni miras əmlak onlar tərəfindən faktiki olaraq qəbul edilmişdir. Miras açılmasına dair hüquq münasibətlərinin yarandığı tarixdə qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1964-cü il redaksiyasının 552-ci maddəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Lakin, sənədlərdən göründüyü kimi, Məryam Quliyeva 25.09.1993cü il tarixdə vəfat etsə də, İddiaçı iddia etdiyi miras payına münasibətdə vərəsəliyin qəbul edilməsi üçün nə hüquqi, nə də faktiki addım atmamışdır. Şəhadətnaməni verən notariat ofisi həmin əmlakın onların faktiki idarəçiliyində olması faktına əhəmiyyət verməmişdir. Göstərilənlərə əsasən Bakı şəhəri 15 saylı notariat ofisi tərəfindən həmin daşınmaz əmlaka dair iddiaçının adına 22.02.2020-ci il tarixli, 2V-35 reyestr nömrəli 69/2017 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə qanunsuz və əsassız olduğundan etibarsız hesab edilməlidir. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş 10.03.2020-ci il tarixli **********51-10301 saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, Bakı şəhəri 15 saylı notariat ofisi tərəfindən həmin daşınmaz əmlaka dair iddiaçının adına 22.02.2020-ci il tarixli, 2V-35 reyestr nömrəli 69/2017 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında verildiyi üçün, həmin çıxarış da etibarsız hesab edilməlidir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: İlk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, qətnaməni İddiaçı Abşeron rayonu, Göradil kəndi, İ.Yusifov küçəsi 17 saylı fərdi yaşayış evinə köçürülməsinə münasibətdə təmin edilmiş hissədə və qarşılıqlı iddianın təmin edilməmiş hissəsində ləğv edilməsini, ilk iddianın tam rədd edilməsi və qarşılıqlı iddianın təmin edilməsini zəruri hesab edirlər. Məhkəmə ilk iddianın qismən təmin edilməsi ilə əlaqədar göstərmişdir ki, X2 miras qalmış mübahisə predmeti olan Abşeron rayonu, Göradil kəndi, İ.Yusifov küçəsi 17 saylı fərdi yaşayış evinə dair mirasın qəbulu müddətinin ötürülməsinin üzürlü hesab edilməsi barədə İddiaçı iddia tələbi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-7209/2019 saylı qətnaməsi ilə təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi ilə həmin qətnamə dəyişdirilmədən saxlanmış, bundan sonra Bakı şəhəri 15 saylı notariat ofisi tərəfindən 22 fevral 2020-ci il tarixli, 2V-35 reyestr nömrəli, 69/2017 saylı vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında İddiaçı miras əmlaka üçdə bir hissədə payı müəyyən edilmişdir. Həmin vərəsəlik şəhadətnaməsi əsasında İddiaçı mübahisə predmeti olan əmlaka dair üçdə bir hissədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən mülkiyyət hüququnu təsdiq edən 10.03.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarış almış və hazırda həmin hissə İddiaçı xüsusi mülkiyyətindədir. Ona görə də məhkəmə hesab etmişdir ki, onlar tərəfindən İddiaçı pay hüquqi ilə xüsusi mülkiyyətində olan fərdi yaşayış evinə buraxılmaması mülkiyyət hüququnun pozulması ilə nəticələnir. Məhkəmənin ilk iddia üzrə gəldiyi nəticə əsaslı deyildir. Belə ki, hazırki işdə yalnız ilk iddiaya deyil, həmçinin qarşılıqlı iddiaya da baxılır. Qarşılıqlı iddiada isə ilk iddianın əsası kimi göstərilmiş iddiaçının mülkiyyət hüququ mübahisələndirilir. Qarşılıqlı iddianın rədd edilməsi ilə bağlı məhkəmə qətnaməsində göstərilmişdir ki, onların İddiaçı, AR ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə və Bakı şəhəri 15 saylı notariat ofisinə qarşı vərəsəlik şəhadətnaməsinin və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsində göstərilənlər işin faktiki halları ilə uyğunluq təşkil etmədiyindən, vərəsəlik şəhadətnaməsinin və çıxarışın etibarsız hesab edilməsi ilə əlaqədar əsaslar məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilmədiyindən qarşılıqlı iddia tələbi rədd edilməlidir. İddiaçı onlara qarşı Abşeron rayonunun Görədil kəndində yerləşən və mərhum nənəsi X2 miras qalmış 0,07 ha torpaq sahəsinə, daşınmaz əmlak üzərində mülkiyyət hüququnun tanınması və vərəsələr arasında bölüşdürülməsi barədə iddia tələbi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmiş və iddia tələbi onunla əsaslandırmışdır ki, Abşeron rayonu, Göradil kəndində yerləşən 0,07 ha torpaq sahəsi, o cümlədən 0,01 ha torpaq sahəsi İddiaçı nənəsi Məryam Quliyevaya məxsus olmuşdur. Məryam Quliyeva 25.09.1993-cü il tarixdə, onun qızı, yəni İddiaçı anası isə 15.03.1991-ci il tarixdə ölmüşlər. Buna görə də İddiaçı özünü Məryam Quliyevanın birinci növbə vərəsəsi hesab edir. Bununla əlaqədar İddiaçı vərəsəlik işinin açılması üçün Bakı şəhəri 15 saylı Dövlət notariat kontoruna müraciət etmiş, notariusun müraciəti əsasında Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi İddiaçı ərizəsi əsasında vərəsəlik işinin açılmasına etiraz etmədiyini bildirmişdir. 2018-ci ildə qaldırılmış iddianın məzmunundan göründüyü kimi, İddiaçı hazırki iddianın predmetinə aid olan əmlak barəsində iddia qaldırmışdır. Abşeron Rayon Məhkəmənin 09.08.2018-ci il tarixli, 2(0120-3976/2018 saylı qətnaməsi iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinin 22.01.2019-cu il tarixli, 2(105)- 466/2019 saylı qətnaməsi ilə qismən təmin edilmiş, qətnamə ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş və iddia tələbi rədd edilmişdir. Həmin qətnamədən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikasının Ali Məhkəməsinin 18.07.2019-cu il tarixli, 2(012)-5036/2019 saylı qərarı ilə təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 22.01.2019-cu il tarixli 2(105)-466/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, Sumqayıt Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi ilə İddiaçı nənəsinin mülkiyyətində olmuş, Abşeron rayonu, Görədil kəndində yerləşən torpaq sahəsinə münasibətdə vərəsə olmadığı müəyyən edilmişdir. Hazırki iddianın predmeti də həmin torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evidir. Hazırki iddia ərizəsindən və ona əlavə olunmuş sənədlərdən göründüyü kimi, məhkəmə aktları ilə iddiaçının mübahisə predmetini təşkil edən daşınmaz əmlaka münasibətdə vərəsə olmadığı müəyyən edilməsinə baxmayaraq, Bakı şəhəri 15 saylı notariat ofisi tərəfindən həmin daşınmaz əmlaka dair İddiaçı adına 22.02.2020-ci il tarixli, 2V-35 reyestr nömrəli, 69/2017 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Belə ki, mübahisə predmetini təşkil edən fərdi yaşayış evi Məryam Quliyeva vəfat etdiyi tarixdən, 25.09.1993-cü ildən onların faktiki idarəçiliyində olmuşdur, yəni miras əmlak onlar tərəfindən faktik olaraq qəbul edilmişdir. Miras açılmasına dair hüquq münasibətlərinin yarandığı tarixdə qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1964-cü il redaksiyasının 552-ci maddəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Sənədlərdən göründüyü kimi, Məryam Quliyeva 25.09.1993-cü il tarixdə vəfat etsə də, İddiaçı iddia etdiyi miras payına münasibətdə vərəsəliyin qəbul edilməsi üçün nə hüquqi, nə də faktiki addım atmamışdır. Şəhadətnaməni verən notariat ofisi həmin əmlakın onların faktiki idarəçiliyində olması faktına əhəmiyyət verməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarından Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (1964-cü il redaksiyada) 552-ci, prosessual hüquq normalarından Azərbaycan Respublikasının MPM-nin 82.3 və 217.2-ci maddələrinin tələbləri pozulmuşdur. İlk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar apellyasiya şikayətində iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ilk iddianın qismən təmin edilməsi və qarşılıqlı iddianın təmin edilməməsi hissələrində ləğv edilməsini, ilk iddianın tam rədd edilməsi və qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. İlk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi Vəkil məhkəmə iclasında apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. İlk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2, qarşılıqlı iddia üzrə cavabdehlər Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi və Bakı şəhəri 15 saylı notariat ofisi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, ilk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar məhkəmə iclasına gəlmədiklərindən, qarşılıqlı iddia üzrə cavabdehlər nümayəndələrinin məhkəmə iclasında iştiraklarını təmin etmədiklərindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ilk iddianın qismən təmin edilməsi və qarşılıqlı iddianın təmin edilməməsi hissələrində ləğv edilməli, həmin hissələrdə iş üzrə yeni qətnamə qəbul edilməli, ilk iddianın evə köçürülməyə dair hissəsi təmin edilməməli, qarşılıqlı iddia təmin edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, ilk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçıların apellyasiya şikayəti üzrə məhkəmə qətnaməsinin ilk iddianın qismən təmin edilməsi və qarşılıqlı iddianın təmin edilməməsi hissələrində ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı bu hissələrdə yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Abşeron rayon X7, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Abşeron rayonu, Göradil kəndi, İ.Yusifov küçəsində yaşayış sahəsi 53,5 kv.m, köməkçi sahəsi 14,3 kv.m, 3 otaqdan ibarət fərdi yaşayış evi mülkiyyət hüququ əsasında X5 adına 21 iyun 2005-ci il tarixdə 34562 nömrəli reyestr kitabında qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Göradil kəndi, İ.Yusifov küçəsi, 17 saylı fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,07 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında X4 adına 24.12.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 25.09.1993-cü ildə ölmüşdür. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 15 mart 1991-ci ildə ölmüşdür. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-7209/2019 saylı, 25.12.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı Bakı şəhəri 15 saylı notariat ofisi maraqlı şəxs qismində cəlb edilməklə buraxılmış müddətin bərpa edilməsinə dair ərizəsi təmin edilmiş, İddiaçı nənəsi X2 miras qalmış Abşeron rayonu, Göradil kəndi, İ.Yusifov küçəsi, 17 saylı evə dair mirasın qəbulu müddətinin ötürülməsinin üzrlü hesab edilməsi və həmin müddətin uzadılması qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29.06.2021-ci il tarixli, 2(103)-5790/2021 saylı qətnaməsinin surətindən görünür ki, maraqlı şəxslər Cavabdeh2 və Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-7209/2019 nömrəli iş üzrə 25.12.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 17.01.2022-ci il tarixli, 2(102)-180/2022 saylı qərarından görünür ki, maraqlı şəxslər Cavabdeh2 və Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 iyun 2021-ci il tarixli, 2(103)-5790/2021 nömrəli qətnaməsi ləğv edilmiş, ərizəçi X3 xüsusi icraat qaydasında ərizəsi hüquq haqqında mübahisə olduğundan baxılmamış saxlanılmışdır. İş materiallarında olan Bakı şəhəri 15 saylı notariat ofisi tərəfindən verilmiş 22 fevral 2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 25.09.2013-cü il tarixdə ölmüş X4 vərəsəsi anası 15.03.1991-ci il tarixdə ölmüş X10 nəvəsi İddiaçıdır, şəhadətnamədə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Ərazi İdarəsi tərəfindən 24.12.2019-cu il tarixdə X6 verilmiş **********51-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən real vaxt rejimində əldə olunmuş 19.02.2020-ci il tarixli, ********** nömrəli arayışda yüklülük qeyd olunmamış ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 67,8 kv.m olan fərdi yaşayış evindən və 0,07 ha olan torpaq sahəsindən ibarətdir, miras əmlakın 2/3 hissəsi açıq buraxılır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Göradil kəndi, İ.Yusifov küçəsi, 17 saylı fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,07 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında 1/3 hissədə İddiaçı adına 10.03.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, 2/3 hissədə isə açıq saxlanılmışdır. İş materiallarında olan Abşeron Rayon Məhkəmənin 09 avqust 2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Malik oğluna qarşı əmlak üzərində mülkiyyət hüququnun tanınması və vərəsələr arasında bərabər bölünməsi tələbinə dair iddia tələbi təmin edilməmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 yanvar 2019-cu il tarixli, 2(105)-466/2019 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəmənin 09.08.2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş və İddiaçı cavabdehlər Cavabdeh1 və Quliyev Baba Malik oğluna qarşı əmlak üzərində mülkiyyət hüququnun tanınması və vərəsələr arasında bərabər bölüşdürülməsi barədə iddia tələbi rədd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 18.07.2019-cu il tarixli, 2(102)-5036/2019 saylı qərarının surətindən görünür ki, İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 22.01.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddia ərizəsindən, iş materiallarıından görünür ki, İddiaçı iddia tələbi mülkiyyətində və qeydiyyatda olduğu Abşeron rayonu, Göradil kəndi, İ.Yusifov küçəsi, 17 saylı fərdi yaşayış evində cavabdehlər tərəfindən yaradılmış maneələrin aradan qaldırılması və qeyd edilən fərdi yaşayış evinə köçürülməyi barədədir. İşdən görünür ki, İddiaçı Bakı şəhəri 15 saylı notariat ofisi maraqlı şəxs qismində cəlb edilməklə buraxılmış müddətin bərpa edilməsinə dair ərizə ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 7209/2019 saylı, 25.12.2019-cu il tarixli qətnaməsi ilə ərizə təmin edilmiş, İddiaçı nənəsi X2 miras qalmış Abşeron rayonu, Göradil kəndi, İ.Yusifov küçəsi, 17 saylı evə dair mirasın qəbulu müddətinin ötürülməsinin üzrlü hesab edilməsi və həmin müddətin uzadılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29.06.2021-ci il tarixli, 2(103)-5790/2021 saylı qətnaməsi ilə maraqlı şəxslər Cavabdeh2 və Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 7209/2019 saylı, 25.12.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 17.01.2022-ci il tarixli, 2(102)-180/2022 saylı qərarı ilə maraqlı şəxslər Cavabdeh2 və Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 iyun 2021-ci il tarixli, 2(103)- 5790/2021 nömrəli qətnaməsi ləğv edilmiş, ərizəçi X3 xüsusi icraat qaydasında ərizəsi hüquq haqqında mübahisə olduğundan baxılmamış saxlanılmışdır. Bundan başqa, iş materiallarından görünür ki, Abşeron Rayon Məhkəmənin 09.08.2018-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh1 və qeyrilərinə qarşı əmlak üzərində mülkiyyət hüququnun tanınması və vərəsələr arasında bərabər bölünməsi tələbinə dair iddia tələbi təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22.01.2019-cu il tarixli, 2(105)466/2019 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəmənin 09.08.2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş və iddia tələbi rədd edilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 18.07.2019-cu il tarixli, 2(102)- 5036/2019 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 22.01.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-7209/2019 saylı, 25.12.2019-cu il tarixli qətnaməsi əsasında Bakı şəhəri 15 saylı notariat ofisi tərəfindən Abşeron rayonu, Göradil kəndi, İ.Yusifov küçəsi 17 saylı fərdi yaşayış evinə və evinin yerləşdiyi torpaq sahəsinə dair İddiaçı adına 22.02.2020-ci il tarixli, 2V-35 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş və həmin şəhadətnamə əsasında Abşeron rayonu, Göradil kəndi, İ.Yusifov küçəsi, 17 saylı fərdi yaşayış evinin və həmin evin yerləşdiyi 0,07 ha torpaq sahəsinin 1/3 hissəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına 10.03.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Qeyd edilən qətnamə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29.06.2021-ci il tarixli, 2(103)-5790/2021 saylı qətnaməsi ilə dəyişdirilmədən saxlanılsa da, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 17.01.2022-ci il tarixli, 2(102)-180/2022 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 iyun 2021-ci il tarixli, 2(103)- 5790/2021 nömrəli qətnaməsi ləğv edilmiş, ərizəçi X3 xüsusi icraat qaydasında ərizəsi hüquq haqqında mübahisə olduğundan baxılmamış saxlanılmışdır. Həmçinin qanuni qüvvəyə minmiş Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22.01.2019-cu il tarixli, 2(105)466/2019 saylı qətnaməsi ilə müəyyən edilmişdir ki, İddiaçı nənəsinin vəfatından sonra mirası qanunla müəyyən edilən qaydada faktiki olaraq qəbul etməmiş, qanunla müəyyən edilən müddətdə notariat orqanına da müraciət etməmişdir. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Birinci instansiyası məhkəməsi işin qeyd edilən hallarını nəzərə almamış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilk iddianın qismən təmin edilməsi və qarşılıqlı iddianın təmin edilməməsi hissələrində ləğv edilməli, həmin hissələrdə iş üzrə yeni qətnamə qəbul edilməli, ilk iddianın evə köçürülməyə dair hissəsi təmin edilməməli, qarşılıqli iddia təmin edilərək Bakı şəhəri 15 saylı notariat ofisi tərəfindən Abşeron rayonu, Göradil kəndi, İ.Yusifov küçəsi 17 saylı fərdi yaşayış evinə və evinin yerləşdiyi torpaq sahəsinə dair İddiaçı adına verilmiş 22.02.2020-ci il tarixli, 2V-35 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və həmin şəhadətnamə əsasında Abşeron rayonu, Göradil kəndi, İ.Yusifov küçəsi, 17 saylı fərdi yaşayış evinin və həmin evin yerləşdiyi 0,07 ha torpaq sahəsinin 1/3 hissəsinin xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına 10.03.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat etibarsız hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci və 385.1.4-cü maddələrinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi əsasdır. Həmin Məcəllənin 390-cu maddəsinə əsasən məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ilk iddianın qismən təmin edilməsi və qarşılıqlı iddianın təmin edilməməsi hissələrində ləğv edilməli, həmin hissələrdə iş üzrə yeni qətnamə qəbul edilməli, ilk iddianın evə köçürülməyə dair hissəsi təmin edilməməli, qarşılıqlı iddia təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: İlk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli, 2(012)-465/2021 saylı qətnaməsi ilk iddianın qismən təmin edilməsi və qarşılıqlı iddianın təmin edilməməsi hissələrində ləğv edilsin, həmin hissələrdə yeni qətnamə qəbul edilsin. İlk iddia İddiaçı Abşeron rayonu, Göradil kəndi, İ.Yusifov küçəsi, 17 saylı fərdi yaşayış evinə köçürülməsi hissəsində təmin edilməsin. Qarşılıqlı iddia təmin edilsin. Bakı şəhəri 15 saylı notariat ofisi tərəfindən Abşeron rayonu, Görədil kəndi, İ.Yusifov küçəsi 17 saylı fərdi yaşayış evinə və evinin yerləşdiyi torpaq sahəsinə dair İddiaçı adına verilmiş 22.02.2020-ci il tarixli, 2V-35 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və həmin şəhadətnamə əsasında Abşeron rayonu, Göradil kəndi, İ.Yusifov küçəsi, 17 saylı fərdi yaşayış evinin və həmin evin yerləşdiyi 0,07 ha torpaq sahəsinin 1/3 hissəsinin xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına 10.03.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat etibarsız hesab edilsinlər. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-307/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-307/2022
10.03.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Mənzil mübahisələri - Sair mülki iş - Mənzilə köçürmə - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver