Məhkəmə qərarları › İş №2(102)-5482/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5482/2022

06.12.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Mənzil mübahi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5482/2022 06.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ilk, Cavabdeh1 və Cavabdeh2 İddiaçı, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə və Bakı şəhəri 15 saylı Notariat Ofisinə qarşı qarşılıqlı iddia tələblərinə dair iş üzrə QƏRARİ (Açar sözlər: evə köçürülmə, vərəsəlik şəhadətnaməsinin və çıxarışın etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xəlilov İsmayıl Kamil oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, İd diaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «maneələrin aradan qaldırılması və fərdi yaşayış evinə köçürülmə» tələbinə dair ilkin iddiası və Cavabdeh1 və Cavabdeh2 İddiaçı, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə və Bakı şəhəri 15 saylı Notariat Ofisinə qarşı “vərəsəlik şəhadətnaməsinin və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-307/2022 nömrəli mülki iş üzrə 10 mart 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 6 dekabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. XXX rayonu, XXX k əndində yerləşən 0,07 ha torpaq sahəsi, o cümlədən 0,01 ha torpaq sahəsi İddiaçı nənəsi XXXya məxsus olmuşdur. X5 xx.xx.1993-cü il tarixdə, onun qızı, yəni iddiaçının anası isə xx.xx.1991-ci il tarixdə ölmüşdür. Bununla əlaqədar İddiaçı vərəsəlik işinin açılması üçün Bakı şəhəri 15 saylı Dövlət notariat kontoruna müraciət etmiş, notariusun müraciəti əsasında Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron ərazi idarəsi İddiaçı ərizəsi əsasında vərəsəlik işinin açılmasına etiraz etmədiyini bildirmişdir.

2. İddiaçı Cavabdeh1 və Cavabdeh2 və 3-cü şəxs AR ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı XXX rayonunun XXX kəndindəndə yerləşən və mərhum nənəsi X1 miras qalmış 0,07 ha torpaq sahəsinə, d aşınmaz əmlak üzərində mülkiyyət hüququnun tanınması və vərəsələr arasında bölüşdürülməsinə dair iddia tələbi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin xx.xx.2018-ci il tarixli 2(0120-3976/2018 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmiş, həmin qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(105) 466/2019 saylı qətnaməsi ilə qismən təmin edilmiş, qətnamə ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş və iddia tələbi rədd edilmişdir. Həmin qətnamədən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(1020-5036/2019 saylı qərarı ilə təmin edilməmiş, apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

3. X2 miras qalmış mübahi sə predmeti olan XXX rayonu, XXX kəndi, ünvan 17 saylı fərdi yaşayış evinə dair mirasın qəbulu müddətinin ötürülməsinin üzrlü hesab edilməsi barədə İddiaçı iddia tələbi Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)-7209/2019 saylı qətnaməsi ilə təmin edilmiş, Bakı Apelyasiya məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2(103)-5790/2021 saylı qətnaməsi ilə həmin qətnamə dəyişdirilmədən saxlanmış, bundan sonra İddiaçı Bakı şəhəri 15 saylı Notariat ofisi tərəfindən 22 fevral 2020-ci il tarixli 2V-35 reyestr nömrəli 69/2017 saylı vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında miras əmlaka üçdə bir hissədə payı müəyyən edilmişdir.

4. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, xx.xx.2013-cü il tarixdə ölmüş X4 vərəsəsi anası xx.xx.1991-ci il tarixdə ölmüş X6 nəvəsi İddiaçıdır. Şəhadətnamədə verilən miras əmlak ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 67,8 kv/m olan fərdi yaşayış evindən və 0,07 ha olan torpaq sahəsindən ibarətdir. Miras əmlakın 2/3 hissəsi açıq buraxılır.

5. Həmin vərəsəlik şəhadətnaməsi əsasında sonuncu mübahisə predmeti olan əmlaka dair üçdə bir hissədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən mülkiyyət hüququnu təsdiq edən xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarış almışdır.

6. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-180/2022 saylı qərarı ilə maraqlı şəxslər Cavabdeh2 və Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti q ismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 iyun 2021-ci il tarixli, 2(103)- 5790/2021 nömrəli qətnaməsi ləğv edilmiş (hansıki vərəsəlik şəhadətnaməsi və çıxarış həmin qətanmə əsasında verilmiş), ərizəçi X3 xüsusi icraat qaydasında ərizəsi hüquq haqqında mübahisə olduğundan baxılmamış saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun mülkiyyətində və pasport qeydiyyatında olduğu XXX rayonu, XXX kəndi, ünvan, 17 saylı fərdi yaşayış evində cavabdehlər tərəfindən yaradılmış maneələrin aradan qaldırılması və qeyd edilən fərdi yaşayış evinə köçürülməyi barədə qətnamə çıxarılmasını x ahiş etmişdir.

8. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, mülkiyyətində olan ünvan 2 ünvanında o rəsmi olaraq pasport qeydiyyatındadır. Mülkiyyətində olan fərdi yaşayış evində o yaşaya bilmir, oradan istifadəsinə cavabdehlər tərəfindən süni maneələr yaradılır, cavabdehlər özləri qanunsuz və əsassız olaraq bölgü işləri aparmışdırlar. Bundan əlavə onu 1996-cı ildən bu günə qədər mübahisəli fərdi yaşayış evinə buraxılmır. O, hal-hazırda ünvan 3 ünvanında kirayədə ailəsi ilə birlikdə yaşayır.

9. Cavabdeh1 və Cavabdeh2 öz növbəsində məhkəməyə qarşılıqlı iddia ərizəsi və ona əlavə ilə müraciət edərək, ilkin iddia tələbinin rədd edilməsi, Bakı şəhəri 15 saylı notariat ofisi tərəfindən XXX rayonu, XXX kəndi, ünvan 17 saylı fərdi yaşayı ş evinə və evinin yerləşdiyi torpaq sahəsinə dair İddiaçı adına verilmiş xx.xx.2020-ci il tarixli 2V-X reyestr nömrəli 69/2017 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron ərazi idarəsi tərəfindən İddiaçı adına verilmiş xx.xx.2020-ci il tarixli **********51-10301 saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

10. Qarşılıqlı iddia tələbi işin yuxarıda göstərilmiş faktiki hallarına istinad etməklə onunla əsaslandırmışdır ki, xx.xx.2019-cu il tarixli 2(105) 466/2019-cu il tarixli Sumqayıt Apellyasiya Məhkəməsinin qüvvəyə minmiş qətnaməsi ilə, iddiaçının nənəsinin mülkiyyətində olmuş, XXX rayonu, XXX kəndində yerləşən torpaq sahəsinə münasibətdə vərəsə olmadığı qənaətinə gəlinmişdir. Hazırki iddianın predmeti isə həmin torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evidir. Hazırki iddia və ona əlavə olunmuş sənədlərdən göründüyü kimi, məhkəmə aktları ilə iddiaçının mübahisə predmetini təşkil edən daşınmaz əmlaka münasibətdə vərəsə olmadığı müəyyən edilməsinə baxmayaraq, Bakı şəhəri 15 saylı notariat ofisi tərəfindən həmin daşınmaz əmlaka dair iddiaçının adına xx.xx.2020-ci il tarixli 2V-X reyestr nömrəli 69/2017 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş fakt lar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Belə ki, mübahisə predmetini təşkil edən fərdi yaşayış evi XXX vəfat etdiyi tarixdən, yəni xx.xx.1993-cü il tarixdən qarşılıqlı iddiaçılar Cavabdeh2 və Cavabdeh1 faktiki idarəçiliyində olmuşdur. Yəni, miras əmlak onlar tərəfindən faktik olaraq qəbul edilmişdir. Mirasın açılmasına dair hüquq münasibətlərinin yarandığı tarixdə qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1964-cü il redaksiyada 552-ci maddəsinə əsasən, mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o eləcə də vərəsəliyin açıldığı yerd ə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Lakin, sənədlərdən göründüyü kimi XXX xx.xx.1993-cü il tarixdə vəfat etsə də, İddiaçı iddia etdiyi miras payına münasibətdə vərəsəliyin qəbul edilməsi üçün nə hüquqi, nə də faktiki addım atmamışdır. Şəhadətnaməni verən notariat ofisi, həmin əmlakın Cavabdeh2 və Cavabdeh1 faktiki idarəçiliyində olması faktına əhəmiyyət verməmişdir.

11. Abşeron Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 18 avqust 2021-ci il tarixli, 2(012)-465/2021 saylı qətnaməsi ilə (hakim E.Məmmədov) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maneələrin aradan qaldırılması və fərdi yaşayış evinə köçürülmə tələbi nə dair ilk iddia qismən təmin edilmiş, İddiaçı XXX rayonu, XXX kəndi, ünvan, 17 saylı fərdi yaşayış evinə köçürülməsi, ilk iddia tələbinin digər hissədə rədd edilməsi, Cavabdeh1 və Cavabdeh2 İddiaçı, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə və Bakı şəhəri 15 saylı notariat ofisinə qarşı vərəsəlik şəhadətnaməsinin və çıxarışın etibarsız hesab edilməsi barədə qarşılıqlı iddiasının rədd edilməsi qət edilmişdir.

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, mübahisəli əmlakın 1/3 hissəsi İddiaçı xüsusi mülkiyyətindədir. Buna görə də cavabdehlərin İddiaçı xüsusi mülkiyyətində olan fərdi yaşayış evinə buraxılmaması mülkiyyət hüququnun pozulması ilə nəticələnir.

13. Məhkəmə ilkin iddia tələbinin XXX rayonu, XXX kəndi, ünvan, 17 saylı fərdi yaşayış evində cavabdehlər tərəfindən yaradılmış maneələrin aradan qaldırılması hissəsi ilə bağlı qeyd etmişdir ki, İddiaçı köçürüldükdən sonra gələcəkdə hər hansı maneənin baş verəcəyi qeyri-müəyyən olduğundan, iddia tələbi həmin hissədə mücərrəd olduğundan və iddianın bu formada təmin edilməsi gələcəkdə qətnamənin icrasını qeyri mümkün etdiyindən həmin hissədə iddia rədd edilməlidir.

14. Məhkəmə Cavabdeh1 və Cavabdeh2 İddiaçı, AR ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə və Bakı şəhəri 15 saylı notariat ofisinə qarşı “vərəsəlik şəhadətnaməsinin və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiası ilə bağlı hesab etmişdir ki, qarşılıqlı iddia ərizəsində göstərilənlər işin faktiki halları ilə uyğunluq təşkil etmədiyindən, vərəsəlik şəhadətnaməsin in və çıxarışın etibarsız hesab edilməsi ilə əlaqədar əsaslar məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilmədiyindən qarşılıqlı iddia tələbi rədd edilməlidir.

15. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddəsinin İ və İV bəndlərinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 152.1, 152.5, 153.3, 157.2, 164.1, 165.1-ci, ““İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə, Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 14.2, 77.1, 217.3,217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin İddiaçı XXX rayonu, XXX kəndi, ünvan 17 saylı fərdi yaşayış evinə köçürülməsinə münasibətdə təmin edilmiş hissədə və qarşılıqlı iddianın təmin edilməmiş hissəsində ləğv edilməsini, ilk iddianın tam rədd edilməsi və qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişlər.

17. Apellyasiya şikayəti qarşılıqlı iddia tələbi ilə eyni məzmunda əsaslandırılmaqla əlavə olaraq qeyd olunmuşdur ki, məhkəmənin ilk iddia üzrə gəldiyi nəticə əsaslı deyildir. Birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarından Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (1964-cü il redaksiyada) 552-ci, prosessual hüquq normalarından Azərbaycan Respublikasının MPM-nin 82.3 və 217.2-ci maddələrinin tələbləri pozulmuşdur.

18. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellya siya instansiyası məhkəməsi) 2(105)-307/2022 nömrəli mülki iş üzrə 10 mart 2022ci il tarixli qətnaməsi ilə (hakimlər – T.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.Abasov və S.Qafari) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ilk iddianın qismən təmin edilməsi və qarşılıqlı iddianın təmin edilməməsi hissələrində ləğv edilmiş, həmin hissələrdə yeni qətnamə qəbul edilmiş, ilk iddia İddiaçı XXX rayonu, XXX kəndi, ünvan, 17 saylı fərdi yaşayış evinə köçürülməsi hissəsində təmin edilməmiş, qarşılıqlı iddia təmin edilmişdir.

19. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi əsasında Bakı şəhəri 15 saylı notariat ofisi tərəfindən XXX rayonu, XXX kəndi, ünvan 17 saylı fərdi yaşayış evinə və evinin yerləşdiyi torpaq sahəsinə dair İddiaçı adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş və həmin şəhadətnamə əsasında miras əmlakı xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Qeyd edilən qətnamə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılsa da, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)180/2022 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 iyun 2021-ci il tarixli, 2(103)- 5790/2021 nömrəli qətnaməsi ləğv edilmiş, ərizəçi X3 xüsusi icraat qaydasında ərizəsi hüquq haqqında mübahisə olduğundan baxılmamış saxlanılmışdır.

20. Həmçinin qanuni qüvvəyə minmiş Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(105)466/2019 saylı qətnaməsi ilə müəyyən edilmişdir ki, İddiaçı nənəsinin vəfatından sonra mirası qanunla müəyyən edilən qaydada faktiki olaraq qəbul etməmiş, qanunla müəyyən edilən müddətdə notariat orqanına da müraciət etməmişdir.

21. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiyası məhkəməsi işin qeyd edilən hallarını nəzərə almamış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

22. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin araşdırılması üçün apellyasiya baxışına qaytarıl ması barədə qərar çıxarılmasını xahiş etmişdir.

23. Kassasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə maddi və prosessual hüquq normalarnı düzgün tətbiq etməmişdir. Mübahisəli ev sənədləşmiş olsa da olmasa da, hüquqi baxımdan hər bir tərəfin mübahisə predmetinə olan istifadə, sərəncam hüququ eyni hissədədir. Belə ki, iddiaçı olaraq o, mirası qəbul edərkən özünə düşən hissəni əldə etməyə nail olmuş və burada da cavabdehlərin miras kütlədə olan pay hissələrinə toxunmamışdır. Belə olan halda apelyasiya instansiya məhkəməsi tərəfindən işə baxarkən sırf cavabdehlərin iddiası üzərində işi qurmuş və tətbiq edilən hüquq normaları işin ziddinə təfsir edilməklə tətbiq edilməli olan qanun deyil digər münasibətləri nizamlayan hüquq normaları na üstünlük verilmişdir. Onun tələbi mövcud olan sənəd və aşkar şəkildə görünən (vərəsəlik) hüquqların üzərində qurulmuşdur ki, məhkəmə tərəfindən bunlara qiymət verilməyərək mövcud ədalətsiz qətnamənin çıxarılmasına nail olunmuşdur. Ali Məhkəmə tərəfindən onun əvvəlki iddiası baxılmamış saxlanılaraq iddia icraatı qaydasında müraciət edilməsi tövsiyə edilmişdir. Tələbinin rədd edilməsi ilə bağlı hər hansı bir qərar (qətnamə, qərardad) olmamışdır. Apellyasiya məhkəməsi bu faktlara qiymət verməyərək yanlışlığa yol vermiş və qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur.

24. Bundan başqa, məhkəmə tərəfindən şikayət araşdırılarkən həmin evə dair hüququ olan dairəni belə müəyyən etmədən, işə cəlb edilməli olan şəxsləri cəlb etməmişdir. Məhkəmə tərəfindən işə notariat ofisi, ƏMDK yanında DƏDRX cəlb edilməmiş və nəticə etibarı ilə işin sırf onlarla bağlı olan hissəsinə münasibət bildirərək qarşılıqlı iddia tələbi olan “vərəsəlik şəhadətnaməsinin və çıxarışın etibarsız hesab edilməsi” hissəsində təmin etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Kassasiya şikayətinə qarşı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən etiraz daxil olmuşdır. Etirazda cavabdehlər qeyd etmişdir ki, apellyasiya instansiya məhkəməsinin qətnaməsində maddi və prosessual hüquq normalarının pozulmasına dair şikayətin dəlilləri əsassızdır. Buna görə də kassasiya şikayətinin təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişlər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

26. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi b arədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

27. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.

28. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Maddə 77.1. Hər bir tərə f öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə

81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

32. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

33. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

35. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

36. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

37. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən mad di və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

38. Hazırkı kassasiya şikayətində qətnamə ilk iddianın təmin edilməməsi hissəsində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı qismən yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

40. İşin faktiki hallarının düzgün müəyyən edilməməsi, bütün faktiki halların aydınlaşdırılmaması barədə dəlillərlə bağlı qeyd olunur ki, həmin dəlillər hazırkı icraatın baxış predmeti ola bilməz. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır (34-36&).

41. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən m addi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

42. Apellyasiya Məhkəməsi müəyyən etmişdir ki, XXX rayonu, XXX kəndində yerləşən 0,07 ha torpaq sahəsi və onun üzərində yerləşən ev İddiaçı nənəsi XXXya məxsus olmuşdur. X5 xx.xx.1993-cü il tarixdə, onun qızı, yəni iddi açının anası isə xx.xx.1991-ci il tarixdə ölmüşdür. Mirasqoyanın vəfatından sonra miras əmlakda Cavabdeh1 və Cavabdeh2 və onların ailəsi yaşamaqda davam etmişlər. İddiaçı başqa ünvanda yaşamışdır. İddiaçı Cavabdeh1 və Cavabdeh2 və 3-cü şəxs AR ƏMDK yanında DƏDRX-in 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı XXX rayonunun XXX kəndindəndə yerləşən və mərhum nənəsi X1 miras qalmış 0,07 ha torpaq sahəsinə, daşınmaz əmlak üzərində mülkiyyət hüququnun tanınması və vərəsələr arasında bölüşdürülməsinə dair iddia tələbi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin xx.xx.2018-ci il tarixli 2(012)-3976/2018 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmiş, həmin qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(105)-466/201 9 saylı qətnaməsi ilə qismən təmin edilmiş, qətnamə ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş və iddia tələbi rədd edilmişdir. Həmin qətnamədən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(102)-5036/2019 saylı qərarı ilə təmin edilməmiş, apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmələr həmin iddianı rədd edərkən belə qənaətə gəlmişlər ki, vərəsə mirası vaxtında qəbul etməmişdir.

43. Bundan sonra iddiaçı mirasın qəbulu müddətinin ötürülməsinin üzrlü hesab edilməsi tələbi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin xx.xx.2019-cu il tarixli, 2(006)-7209/2019 saylı qətnaməsi ilə ərizə təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2(103)-5 790/2021 saylı qətnaməsi ilə həmin qətnamə dəyişdirilmədən saxlanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-180/2022 saylı qərarı ilə maraqlı şəxslər Cavabdeh2 və Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 iyun 2021-ci il tarixli, 2(103)-5790/2021 nömrəli qətnaməsi ləğv edilmiş ərizəçi X3 xüsusi icraat qaydasında ərizəsi hüquq haqqında mübahisə olduğundan baxılmamış saxlanılmışdır.

44. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 iyun 2021-ci il tarixli qətnaməsi kassasiya qaydasında ləğv olunanadək İddiaçı həmin qətnamə əsasında miras əmlaka vərəsəlik hüququ haqqında şəhaddətnamə əldə etmiş və həmin şəhadətnamə əsasında miras əmlakda payını dövlət qeydiyyatına alınaraq adına Çıxarış almışdır.

45. Həmin Çıxarışı əldə etdikdən sonra iddiaçı mülkiyyət hüququnun müdafiəsinə dair maddi hüquq normalarına əsaslanaraq hazırkı tələbi irəli sürmüşdür.

46. Apellyasiya Məhkəməsi haqlı olaraq qanuni qüvvəsini almış Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(105)-466/2019 saylı qətnaməsinə istinad etməklə ilkin iddianı rədd etmişdir. Beləki, həmin qətnamə ilə iddiaçının mirası qəbul etməməsi əsası ilə onun eyni cavabdehlərə qarşı iddiası rədd edilmişdir.

47. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir (32&).

48. İddiaçının adına verilmiş vərəsəlik hüququ haqqında şəh adətnamə sonradan ləğv edilmiş məhkəmə qətnaməsi əsasında verildiyindən apellyasiya məhkəməsi haqlı olaraq həmin şəhadətnaməni etibarsız hesab etməklə onun əsasında verilmiş Çıxarışı ləğv etmişdir.

49. Kollegiya qeyd edir ki, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir (26, 28&).

50. Hazırda iddiaçının mirası vaxtında qəbul etməməsi barədə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi mövcu ddur, mirasın qəbul edilməsi müddətinin uzadılmasına dair isə heç bir qərar mövcud deyil. Ona görə apellyasiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı hesab olunmalıdır. Çünki iddiaçının tələbinin əsası kimi istinad etdiyi sənədlərin (vərəsəlik şəhadətnaməsi və Çıxarış) verilməsinə əsas olan məhkəmə qətnaməsi artıq mövcud deyil (ləğv edilmişdir).

51. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (26-27&).

52. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi təqdim edilmiş sübutlara MPM-in 88-ci maddəsinə uyğun olaraq düzgün qiymət vermişdir. 53. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

54. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Həmin iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-307/2022 nömrəli mülki iş üzrə 10 mart 2022-ci il tarixli qətnaməsi kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlansın. Qərar qətidir, qəbul edildiyi andan qanuni qüvvəsini alır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar