Məhkəmə qərarları › İş №2(012)-4701/2021

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-4701/2021

26.07.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-4701/2021 26.07.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Əhmədov Habil Yunis oğlu, Kreditor Zirvə Liseyi MMC-nin Borclu qarşı borcun tutulması haqqında məhkəmə əmrinin verilməsinə dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİM: Kreditor Zirvə Liseyi MMC Borclu qarşı borcun tutulması haqqında məhkəmə əmrinin verilməsinə dair ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, X1 valideyniqanuni nümayəndəsi Borclu 1600 manat əsas, 288 manat cərimə və 20 manat dövlət rüsumun olmaqla cəmi 1908 manat pulun Zirvə Liseyi MMC-nin xeyrinə tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə adlanacaq): 151.1 maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1.1 maddəsinə əsasən, iddia ərizəsinin bu məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. 275.1. maddəsinə əsasən, müəyyən pul məbləğinin ödənilməsi tələbləri və ya əmlakın tələb edilməsi üzrə işlərə baxılmasının bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydasına yol verilir. 275.2. maddəsinə əsasən, bu işlər üzrə hakimin aktı məhkəmə əmri formasında çıxarılır və bu akt icra sənədi hesab edilir. 276.1. maddəsinə əsasən, kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. 278.1. maddəsinə əsasən, məhkəməyə ərizə yazılı formada verilir. 278.2.5 maddəsinə əsasən, ərizədə tələbin əsaslığını təsdiq edən sənədlər göstərilməlidir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, kreditor borcludan tələb etdiyi ödəniş borcunun olmasını təsdiq edən sənədlər (maliyyə arayışı və s.sübutlar) ərizəyə əlavə etmədiyindən və beləliklə sübutlar tam olmadığından məhkəmə əmrinin verilməsinə dair ərizənin qəbul olunmasından imtina olunmalıdır. Mülki Prosessual Məcəllənin: 279.1. maddəsinə əsasən, məhkəmə, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından bu Məcəllənin 153-cü maddəsi ilə müəyyən edilmiş əsaslar olduqda imtina edir. 279.2. maddəsinə əsasən aşağıdakı hal imtina üçün əsasdır: 279.2.2. verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa; 279.3. maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. 279.4-cü maddəsinə əsasən, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Göründüyü kimi, borcludan müqavilə əsasında ödənilməli olan borcun tutulmasını tələb edən kreditor tələbinin əsaslandığı sübutlar kifayət qədər ərizəyə əlavə edilmədiyindən və sübut edilmədiyindən məhkəmə, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbulundan imtina edilməsi qərarına gəlir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 275-279-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı Zirvə Liseyi MMC-nin Borclu qarşı borcun tutulması haqqında məhkəmə əmrinin verilməsinə dair ərizənin qəbul olunmasından imtina edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar