Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-475/2022 15.03.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi ilə, Kazımlı Cənnət Mahir qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı müqavilənin ləğv edilməsi və avtomobilin qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə 15 mart 2022-ci il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı müqavilənin ləğv edilməsi və avtomobilin qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə aralarında bağlanmış, Bakı şəhəri 11 saylı Notariat Ofisində reyestrdə 3M-672 nömrə ilə qeyd edilmiş 29 iyun 2020-ci il tarixli avtomobilin alqı-satqısına dair ilkin müqavilənin ləğv edilməsi, ona məxsus "Mersedes Benz 190" markalı, ** UG *** dövlət qeydiyyatı nişanlı avtomobilin ona qaytarılması və ödənilmiş dövlət rüsumunun tutularaq verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında 29 iyun 2020ci il tarixdə bağlanmış Bakı şəhəri 11 saylı Notariat Ofisində təsdiq edilmiş avtomobilin alqı-satqısına dair ilkin müqaviləyə əsasən iddiaçı mülkiyyətində olan "Mersedes Benz 190" markalı, ** UG *** dövlət qeydiyyatı nişanlı avtomobilini hər ay 350 manat olmaqla 18 ay müddətində ödəmək şərti ilə 6350 manata satılması barədə razılığa gəlmişlər. Həmin gün avtomobil və qeydiyyat şəhadətnaməsi cavabdehə təhvil verilmiş,lakin cavabdeh tərəfindən müqavilənin şərtləri pozulmuşdur. Belə ki, 10 aydır ki, ödənişləri etməmiş və öhdəliyi yerinə yetirməmişdir, 3500 manat ödənilməmiş borcu qalmışdır. Cavabdeh tərəfindən müqavilənin 2.3. bəndinin tələbləri pozulmuşdur. Belə ki, müqavilədə 5 gün gecikdirmə nəticəsində hər gecikdirilmiş gün üçün 10 manat ödənilməsi şərtləşdirilmişdir. Müqavilənin 2.6 bəndində ikinci tərəfin ödənişi 1 ay ödəməyəcəyi təqdirdə birinci tərəfin müqaviləni birtərəfli qaydada poza bilməsi qeyd edilmişdir. İddiaçı cavabdehdən dəfələrlə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməsini tələb etmiş, lakin cavabdeh buna əhəmiyyət verməmişdir və ödənişləri yerinə yetirməmişdir. Bu da cavabdehin gələcəkdə müqavilə üzrə öhdəlikləri tam şəkildə yerinə yetirəcəyini şübhə altına alır. Cavabdeh artıq müqavilənin şərtlərini pozmağa başlamışdır. Cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməkdən yayınmışdır, dəfələrlə müqavilənin tələblərini yerinə yetirməsini tələb etsə də imtina etmişdir. Cavabdehin razılaşdırılmış qaydada pulu ödəməməsi onu sübuta yetirir ki, cavabdehin razılaşmanın şərtlərini yerinə yetirmək niyyəti yoxdur. İddiaçı müqavilənin ləğv edilməsi barədə təklifi cavabdehə 20.05.2021-ci il tarixdə göndərmiş, təklifə 26.05.2021-ci il tarixədək münasibət bildirməsini tələb etmiş və cavabdeh bu təklifə heç bir münasibət bildirməmişdir. Ona görə də iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə baxışında iddiaçının nümayəndəsi-vəkili X4 iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəblərini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi-vəkilinin izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan “satıcı” İddiaçı ilə “alıcı” Cavabdeh arasında bağlanmış 29 iyun 2021-ci il tarixli avtomobilin alqı-satqısına dair ilkin müqavilənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, 01.02.2022-ci il tarixə kimi AD823339 nömrəli 29.06.2020-ci il tarixli AR Nəqliyyat vasitəsinin Qeydiyyat Şəhadətnaməsinə əsasən İddiaçı məxsus olan WDB2010241A564121 ban nömrəli, **********6882 mühərrik nömrəli, 1990-cı il buraxılışlı ** UG *** dövlət nömrə nişanlı Mercedes Benz 190 minik markalı avtomobili 6350 (altı min üç yüz əlli) manata Cavabdeh satılması barədə razılığa gəlmişlər. Müqavilənin 2.1-ci bəndinə əsasən "Birinci tərəf" - İddiaçı nümayəndəsi X1 avtomobili 6350 ( altı min üç yüz əlli) manata qiymətləndirir, avtomobili həmin qiymətə "ikinci tərəf"- Cavabdeh satmağı, "ikinci tərəf" - Cavabdeh isə avtomobili 6350 (altı min üç yüz əlli) manata almağı öhdəsinə götürür, "İkinci tərəf"- Cavabdeh satış məbləğini 01.08.2020-ci il tarixdən etibarən hər ay 350 (üç yüz əlli ) manat olmaqla 18 (on səkkiz) ay ərzində ödəməyi, satış qiymətindən qalan 50 (əlli) manatı avtomobilin alqı-satqısına dair əsas müqavilə bağlanarkən ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.3-cü bəndinə əsasən "ikinci tərəf"- Cavabdeh ödənişi 5 (beş) gündən artıq gecikdirdikdə hər gün üçün əlavə 10 (on) manat ödəniş edəcək, 6 (altı) gündən artıq gecikdirdiyi halda o vaxta qədər ödənilmiş pulu geri tələb etməyəcək və avtomobil "Birinci tərəf" - İddiaçı nümayəndəsi X3 təhvil verməyi öhdəsinə götürür. İş materiallarında olan AD 823339 №-li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən müəyyən edilir ki, WDB2010241A564121 ban nömrəli, **********6882 mühərrik nömrəli, 1990-cı il buraxılışlı ** UG *** dövlət nömrə nişanlı Mercedes Benz 190 minik markalı avtomobili avtomobilin sahibi İddiaçı qızıdır. İş materiallarında olan 29.06.2021-ci il tarixli etibarnamənin surətindən görünür ki, Vəliyeva X6 Benz 190 minik markalı, ** UG *** dövlət nömrə nişanlı avtomobili Cavabdeh idarə etməyi 01.03.2022-ci il tarixədək etibar etmişdir. İş materiallarında olan 18.05.2021-ci il tarixli İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış təklifdən görünür ki, 29 iyun 2020-ci il tarixli avtomobilin alqı-satqısına dair ilkin müqavilə üzrə ödənilməmiş əsas borc üzrə 3150 (üç min yüz əlli) manat məbləğində pulu və gecikdirmələrə görə ödənilməli olan məbləğləri 3 gün müddətində ödənilməsi və ödənilmədiyi təqdirdə 29 iyun 2020-ci il tarixli müqavilənin ləğv edilməsini və “Mercedes Benz 190” minik, ** UG *** dövlət qeydiyyatı nişanlı avtomobili geri qaytarılmağını təklif etmiş, bu təklifə 7 gün ərzində, 26 may 2021-ci il tarixədək münasibət bildirməyi, əks halda müqavilənin ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edəcəyini bildirmişdir. İş materiallarında olan X5 tərəfindən Rzayev X9 ünvanlanmış 16.05.2021-ci il tarixli bildirişdən görünür ki, ona alqı-satqı müqaviləsinin 2.3-cü bəndinin pozulması səbəbindən qalan 3150 (üç min yüz əlli) manat məbləğində əsas borc məbləği və gecikmələrə görə ödənilməli olan məbləğlərin 3 (üç) gün müddətində ödənilmədiyi halda məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 394-cü maddəsinə görə bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilir ki, “satıcı” İddiaçı və “alıcı” Cavabdeh arasında 29 iyun 2021-ci il tarixdə avtomobilin alqı-satqısına dair ilkin müqavilə bağlanmış, müqaviləyə əsasən “satıcı” İddiaçı özünə məxsus olan WDB2010241A564121 ban nömrəli, **********6882 mühərrik nömrəli, 1990-cı il buraxılışlı ** UG *** dövlət nömrə nişanlı Mercedes Benz 190 minik markalı avtomobili 6350 (altı min üç yüz əlli) manata Cavabdeh satılması, Cavabdeh satış məbləğini 01.08.2020-ci il tarixdən etibarən hər ay 350 (üç yüz əlli) manat olmaqla 18 (on səkkiz) ay ərzində ödəməyi, satış qiymətindən qalan 50 (əlli) manatı avtomobilin alqı-satqısına dair əsas müqavilə bağlanarkən ödəməyi öhdəsinə götürsə də, cavabdeh müqavilənin şərtlərini pozaraq aylıq ödənişlərini ödəməmişdir. Hazırda da iddiaçı avtomobilin alqı-satqısına dair ilkin müqavilənin şərtləri cavabdeh tərəfindən pozulduğuna görə avtomobilin alqı-satqısına dair ilkin müqavilənin ləğv edilməsini, "Mersedes Benz 190" markalı, ** UG *** dövlət qeydiyyatı nişanlı avtomobilin ona qaytarılmasını tələb edir. Məhkəmə işin müəyyən edilən faktiki hallarına hüquqi qiymət verərək qeyd edir ki,tərəflər arasında bağlanmış müqavilənin şərtləri cavabdeh tərəfindən icra edilmədiyindən iddia tələbi əsaslı olmaqla təmin edilməli, tərəflər arasında bağlanmış alqısatqı müqaviləsi ləğv edilməli, avtomobil iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsi ilə müəyyən edilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında bağlanmış, Bakı şəhəri 11 saylı Notariat Ofisində reyestrdə 3M-672 nömrə ilə qeyd edilmiş 29 iyun 2020-ci il tarixli avtomobilin alqısatqısına dair ilkin müqavilə ləğv edilməli, İddiaçı məxsus "Mersedes Benz 190" markalı, ** UG *** dövlət qeydiyyatı nişanlı avtomobil İddiaçı qaytarılmalıdır. İddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə 20 (iyirmi) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 29 iyun 2020-ci il tarixli avtomobilin alqısatqısına dair ilkin müqavilə ləğv edilsin və İddiaçı məxsus "Mersedes Benz 190" markalı, ** UG *** dövlət qeydiyyatı nişanlı avtomobil İddiaçı qaytarılsın. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-475/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-475/2022
15.03.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver