Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4750/2025 09.10.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması və uşağın müalicəsi üçün pul tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması və uşağın müalicəsi üçün pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.70 misli həddində sabit pul məbləğində alimentin və X1 müalicəsinə sərf olunan 400 manat pulun yarısının, yəni 200 manat pulun hər ay tutuluraq ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, Abşeron rayon məhkəməsinin 2(012)- 3430/2020 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Cavabdeh ilə birgə nikahdan doğulmuş xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşınadək saxlanılması üçün cavabdehdən hər ay qazancının və ya başqa gəlirlərinin ¼ (dörddə bir) hissəsində alimentin tutularaq ödənilməsi qeyd edilmişdir. İddiaçı himayəsində olan X3 “Autizm Spektr pozuntusu, hər iki qulağın 60% enməsi” diaqnozu qoyulmuşdur. 14 İyul 2023-cü ildən halhazırkı vaxtadək duy bütünlənmə, 29 fevral 2024-cü il tarixdən hal-hazırki tarixədək isə loqoped müalicəsi alır. Bu müalicələrin hər biri üçün ayrı-ayrılıqda aylıq ödəniş 240 azn (ümumilikdə 480 manat) təşkil edir. Cavabdehin verdiyi aliment məbləği ilə həm müalicə xərclərini, həm digər xərclərin onun tərəfdən qarşılanması mümkün deyildir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İddiaçı məhkəməyə ərizə ünvanlayıb, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında bildirdi ki, cavabdeh iddia tələbini qəbul etmir. Onun maddi imkanı aşağıdır. Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materiallarında olan Abşeron rayon Məhkəməsinin 2(012)-3430/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-470/2022 saylı qətnaməsi ilə müəyyən olunan alimentin miqdarı dəyişdirilərək, 18 iyun 2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay qazancının (başqa gəlirlərinin) ¼ (dörddə bir) hissəsi miqdarında alimentin tutulması qət edilmişdir. İş materiallarında olan arayışdan görünür ki, xx.xx.2020-ci il təvəllüdlü X4 "İLK SÖZ Nitq və Psixologiya" mərkəzində (Autizm spektr pozuntusu, hər iki qulağın 60% enməsi) diaqnozu ilə aşağıdakı göstərilən vaxtdan müalicə alır. Psixoloq xx.xx.2023 cü il tarixindən-xx.xx.2024-cü ilədək, Duy bütünləmə xx.xx.2023 cü il tarixindən - hal-hazırkı tarixədək Loqoped xx.xx.2024 cü il tarixindən - hal-hazırki tarixədək. Aylıq ödəniş hər biri üçün ayrı-ayrılıqda 240 azn təşkil edir. İş materiallarında olan Sumayıt Şəhər Psixiatriya Xəstəxanasının rəyindən görünür ki, xx.xx.2020-ci il təvəllüdlü X2 psixoloji inkişafın qarışıq spesifik pozuntusu müəyyən olunur. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi üzrə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad ola bilər. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. "Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu uşaqlara görə 246 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı təyin edilmiş aliment məbləğinin hazırda birgə nikahdan doğulmuş Məhəmməd adlı uşağın saxlanması üçün kifayət etmədiyini iddia edir. Birgə nikahdan doğulmuş uşaq iddiaçının himayəsindədir və onun maddi ehtiyacları artmaqda, həmçinin xəstəliyi ilə əlaqədar maddi xərcləri çoxalmaqdadır. Məhkəmə Məhəmməd adlı uşağın mənafeyini, normal inkişaf etməsini, uşaqlar üçün hal-hazırda minimum yaşayış həddinin məbləğini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Abşeron rayon məhkəməsinin 2(012)-3430/2024 saylı, xx.xx.2024cü il tarixli qətnaməsinə əsasən xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün təyin olunmuş hər gəlirlərin ¼ (dörddə bir) hissəsində alimentin miqdarı artırılaraq, hər ay hər il ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,615 mislində aliment və uşağın xəstəliyi ilə bağlı 150 manat pul Cavabdeh tutularaq İddiaçı verilməli və alimentin tutulmasının əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Belə ki, həmin məbləğdən artıq pulun cavabdehdən tutulmalı olması barədə iddiaçı məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Mülki-Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Abşeron rayon Məhkəməsinin 2(012)-3430/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilsin. xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər il ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,615 misli həddində aliment və uşağın müalicə xərci kimi 150 manat pul tutulsun. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə xərcləri iddiaçının özünə aid edilsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-4750/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4750/2025
09.10.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver