Məhkəmə qərarları › İş №2(012)-4796/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4796/2022

21.12.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4796/2022 21.12.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədova Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı və onun vəkili-nümayəndəsi Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Abşeron Rayon 1 saylı Notariat Ofisinə qarşı “alqı-satqı müqaviləsinin, çıxarışın və qeydiyyat vəsiqəsinin ləğv edilməsi” tələbinə dair mülki işə Abşeron rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2013-cü il tarixli AN-İ № ******* qeydiyyata alınmış evin həyətyanı torpaq sahəsinin alqı-satqı müqaviləsinin tam ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin həcminin azaldılmasına dair ərizə ünvanlayaraq, AN-İ № ******* saylı, xx.xx.2013-cü il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh adına verilmiş Seriya RX № ******* saylı çıxarışa və “Qeydiyyat vəsiqəsi” nə qanunsuz olaraq salındığından AN-İ № ******* saylı, xx.xx.2013-cü il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin, onun əsasında verilmiş Seriya RX № ******* saylı çıxarışın və “Qeydiyyat vəsiqəsi” nin qismən, 25 kv.m torpaq sahəsi hissəsi həcmində ləğv olunması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, torpaqların alqı-satqısına dair 07 mart 2008-ci il tarixli akta əsasən, bələdiyyənin ehtiyyat fondunun alqı-satqı predmeti olan torpaq sahəsindən ona fərdi yaşayış evi tikmək üçün 300 kv.metr torpaq sahəsi satılmış, xx.xx.2008-ci ildə bu barədə müvafiq qeydiyyat aparılmışdır. O bu sənədlər əsasında Daşınmaz Əmlakın Dövlət Resyestri xidmətində mülkiyyət hüquqlarını qeydiyyatdan keçirmişdir. Bundan sonra ona məxsus yaşayış evinin həyətyanı torpaq sahəsindən 1,5 sot torpaq hissəsini tamamilə başqa adama-Xidir adlı şəxsə qeyri rəsmi satmış, sonuncu isə satılmış 1,5 sot torpaq sahəsini Cavabdeh satmaq üçün göstərmiş və satmışdır. Bundan sonra Cavabdeh isə onu həmin 1,5 sot torpaq sahəsində ev tikmək üçün razılıq verməsi adı ilə Notariusa gətirmiş və orada alqı-satqı müqaviləsi imzalatmışdır. xx.xx.2013-cü il tarixdə notarial qaydada təsdiqlənmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, ünvan 1 ünvanında yerləşən 4 saylı fərdi Lakin hətta alqı-satqı müqaviləsini rəsmiləşdirmək zərurəti ilə onu Notariusa aparmışdırsa belə orada 1,5 sot torpaq sahəsini deyil aldadaraq 2 sot torpaq sahəsini alqı-satqı müqaviləsinə qeyd etdirmişdir. Yalnız məhkəmə mübahisələri zamanı o bu haldan xəbər tutmuş və qarşılıqlı iddia verərərk adı çəkilən alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. O, müqavilənin etibarsızlığı barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən hesab edirdi ki, alqısatqı müqaviləsi məhkəmə tərəfindən hər tərəfli baxılacaqdır. Lakin məhkəmə mübahisəyə mahiyyəti üzrə baxmamışdır. Xıdıra satılan və Xıdır tərəfindən Cavabdeh göstərilərək satılan torpaq sahəsi isə yalnız 0,015 ha torpaq sahəsi olmuşdur. Lakin müqavilədə onun (latın qrafikasını bilmədiyinə görə) savadsızlığından sui istifadə edilərək aldadılan ona 0,2 ha torpaq sahəsinə imza atdırılmışdır. Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-90/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsində təyin edilmiş ekspert rəyində onun mülkiyyətində olan torpaq sahəsində yerləşən fərdi yaşayış evində mövcud olan pilləkən faktiki olaraq giriş-çıxış üçün nəzərdə tutulduğu və həmin pilləkənin sökülməsi faktiki vəziyyətdə həmin evin tamlığına zərər vuracağı nəticəsinə gəlmişdir. Eyni zamanda alqı-satqı müqaviləsindən də görünür ki, müqavilənin predmeti ev deyil torpaq sahəsidir, ev barəsində heç bir qiymətləndirmə hərəkətəri edilməmiş və müqavilənin bu hissəsi ümumiyyətlə texniki səhvdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Mülki Məcəllənin 649-cu maddəsinə əsasən satılmış daşınmaz əşyanın uyğunsuzluğu müqaviləyə uyğun olmamasından savayı həmin əşyaya aid artıq mövcud olmayan hüquqların daşınmaz əmlakın dövlət reyestrində göstərildiyi halda da baş verir. Mülki Məcəllənin 648.1-ci maddəsinə əsasən, daşınmaz əşyaların alğı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. Əslində satıcı sənəd üzərində göstərilmiş və onun evinin kəndarını əhatə edən torpaq sahəsini satmaq niyyəti olmamışdır. Və bu səbəbdən də ona məlum olanda ki, alqı-satqı müqaviləsində alqı-satqı predmeti olan torpaq sahəsi 1,5 sot deyil, 2 sot qeyd olunmuşdur ki, o, məhkəmədə müqavilənin etibarsızlığı ilə bağlı qarşılıqlı iddia tələbi ilə iddia qaldırmışdır. Lakin məhkəmələr məsələnin obyektiv həlli istiqamətində heç bir qərar qəbul etməmişlər. O, yeni çıxarış alınması üçün DƏDRX müraciət etməmişdir, lakin, DƏDRX 4 saylı Ərazi İdarəsini işçiləri tərəfindən onun ev telefonuna zəng edilərək ona məxsus torpağı Binəqədi inzibati ərazisindən alınaraq Abşeron İnzibati ərazisinə verildiyindən 4 saylı Ərazi idarəsinə yaxınlaşmağını tələb etdilər. Bu zaman onun çıxarışın dəyişdirilməsindən xəbəri olmamış, çıxarışda torpaq sahəsində olan dəyişiklik barədə məlumat verilməmiş və o da çıxarışı latın dilində oxuya bilmədiyindən bundan xəbərsiz olmuşdur. Mülki Məcəllənin 422.1-ci maddəsinə əsasən, tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. Həmçinin o, heç vaxt sahəsi 125 kv.m təşkil edən evin altında yerləşən torpaq sahəsini sata bilməzdi, yüklü olduğu üçün həmin torpaq sahəsi satış predmeti ola bilməzdi. O, alqı-satqıda iştirak etməmiş, danışıqların və müqavilənin məzmunundan xəbəri olmamışdır. Torpaq sahəsi onun mülkiyyətində olduğundan alqısatqını formal olaraq o imzalamışdır. Sonradan məlum olmuşdur ki, alqı-satqıdan sonra Cavabdeh öz adına aldığı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda onun evinin bir hissəsi də plancizgiyə salınmışdır. Halbuki, alqı-satqı bağlanarkən onun mülkiyyətində olan torpaq sahəsinin düz xətt boyu sərhədləri müəyyən olunmuş, onun evi sağ tərəfdə yerləşməklə sol tərəfdəki boş sahə satılmağa təqdim olunmuş, həmin sahənin ölçüləri barədə hər hansı danışıq olmamışdır. Onun Abşeron rayonu, Xırdalan şəhəri, döngə 1 ünvanda mülkiyyətində olan torpaq sahəsində yerləşən 4 nömrəli fərdi yaşayış evinin tikili sahəsinin evin divarlarının yerləşdiyi ölçüsü 125 kv.metr təşkil edir. Bu Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi rərəfindən təsdiq olunmuş “tikintilərin mərtəbələr üzrə planı” nda da təsdiqini tapmışdır. Qeyd olunan planda evin tikinti altında olan sahəsi 125 kv.m təşkil edir. Belə olan halda evin tikintisi altında olduğu sahə necə satış obyekti ola bilər. Belə ki, ev 2010-cu ildə hazır olmuş, torpaq sahəsinə dair alqı-satqı müqaviləsi 2013-cü ildə bağlanmış, cavabdeh isə evi 2015-ci ildə tikmişdir. Eyni zamanda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 noyabr 2020-ci tarixli Ekspert Rəyinin 3-cü səhifəsində göstərilir ki, onun yaşayış evinin faktiki sahəsi 125 kv.m təşkil edir. Yəni evin sahəsi 125 kv.m olduğu halda onun torpaq sahəsi 0,01 ola bilməzdi, yəni 125 kvm olan ev 100 kv.m-də yerləşə bilməzdi. Qeyd olunanlara əsasən, o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçı vəkili-nümayəndəsi Vəkil məhkəmə iclasında iddiaçının izahatı ilə eyni məzmunda izahat verdi və əlavə olaraq bildirdi ki, iddiaçının evi 140 kvadrat metrdən artıq təşkil edir, guya Natiqə 2 sot torpaq satılmışdır. Alqı-satqı zamanı müəyyən olunmuş sahə hazır vəziyyətdə olan çıxarışı verilmiş evin birbaşa pilləkanları üzərinə çıxır. Torpaq Məcəlləsi ilə müəyyən olunur ki, torpaq sahəsi satılarkən mərzləmə əməliyyatı aparılır. Ev satılarkən akt tərtib olunmalıdır. Ancaq belə akt yoxdur. Evin alqı-satqısı ilə bağlı sübut yoxdur. 132 kvadrat metr torpaq sahəsinin satılmasının müəyyən edilməsi alıcının üzərinə düşür. Hazırki mülki iş üzrə baxılan iş materiallarına əlavə edilmiş sənədlərdə təsdiq edilmiş hallarla bu iş üzrə xüsusi qərar çıxarılmaqla müvafiq dövlət orqanlarına göndərilməlidir. Pilləkanlərin tutduğu sahə 25 kvadrat metr təşkil edir. 25 kvadrat torpaq sahəsinin onlara verilməsini xahiş edir. O, göstərdiyi hallar əsasında torpaq sahəsinin alqı-satqı müqaviləsinin ləğv edilərək,iddianın təmin olunmasını xahiş edir. Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, o, iddianı qəbul etmir. Belə ki, hazırki tələblə bağlı iddiaçı ilə aralarında dəfələrlə məhkəmə çəkişmələri olmuşdur. 2016-cı ilin aprel ayından bu mübahisə başlamışdır. İddiaçının öz imzası ilə təsdiq ediən əl yazısı vardır. O, heç kəsdən zorla torpaq almamışdır. Həmçinin sözügedən ərazidə olan 2 metr boş yerdə iddiaçı tikinti apara bilər. O, öz yerini istəyir. 25 kvadrat torpaq sahəsi ona satılmışdır. İddiaçı yalan deyir və latın qrafikalı əlifbanı bilir. Bu işlə əlaqəli olaraq Ali Məhkəmədə də proses olmuşdur. Odur ki, o, sözügedən torpaq sahəsinin onun mülkiyyətində qalmasını xahiş etdi. Cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ünvan 2 ünvanlayaraq, mülki işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdeh orqanın nümayəndəsinin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-161/2017 saylı, 29 mart 2017-ci il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, Cavabdeh mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 0,02 ha torpaq sahəsinin cavabdeh İddiaçı tərəfindən zəbt edilmiş 48 kv.metr hissəsində qanunsuz inşa edilmiş 1 metr hündürlüyündə, 3,0 x 2,5 metr ölçüdə mişar daşdan pilləkanın cavabdehin hesabına sökülməsi, torpaq sahəsinin qeyri-qanuni sahibliyindən alınıb iddiaçı Cavabdeh qanuni sahibliyinə verilməsi, ödənilmiş 10 manat dövlət rüsumunun cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh ödənilməsi, iş üzrə ekspertiza xərci olan 100 manat pulun cavabdeh İddiaçı tutularaq dövlət büdcəsinə ödənilməsi, iş üzrə mütəxəssisin yerinə yetirdiyi işlərin dəyəri üçün 300 manat pul vəsaitinin cavabdeh İddiaçı tutularaq, "xxxx" MMC-nin hesabına "xxxx" ASC-nin 2 saylı Xətai filialı, İban: AZ22ATAİİB********************, Kod: 200082, müxbir hesab: AZ37NABZ********************, VÖEN: **********, SWİFT: AİİBAZ 2 X) keçirilməsi, İddiaçı iddiasının rədd olunması qət edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)- 2052/2017 saylı, 04 avqust 2017-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, hazırki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-161/2017 saylı, 29 mart 2017-ci il tarixli qətnaməsinin ləğv olunması və iş üzrə yeni qətnamə qəbul edilməsi, Cavabdeh İddiaçı qarşı zəbt olunmuş torpaq sahəsində qanunsuz tikililərin cavabdehin hesabına sökülməsi və zəbt olunmuş torpaq sahəsinin onun sahibliyinə qaytarılması, İddiaçı Cavabdeh qarşı 0,02 ha torpaq sahəsinin alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş reyestrdən çıxarışın etibarsız hesab olunması barədə iddiasının qismən təmin olunması, tərəflər arasında imzalanmış 13 iyul 2013-cü il tarixli, 4Ə/-2906 saylı alqı-satqı müqaviləsi və Cavabdeh adına verilmiş 31 yanvar 2015-ci il tarixli, RX ******* saylı reyestrdən çıxarışın 52 kv.metr torpaq sahəsi hissəsində etibarsız hesab edilməsi, iddia ərizəsinin verilməsi üçün Cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumunun özünə aid olunması, İddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 10 manat dövlət rüsumunun 8 manatı və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 5 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq ona qaytarılması, iş üzrə ekspertiza xərci olan 100 manat pulun Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xüsusi hesabına (kod 210005, VÖEN **********, X1, Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ 22) köçürülməsi, iş üzrə mütəxəssisin yerinə yetirdiyi işlərin dəyəri üçün 300 manat pul vəsaitinin cavabdeh İddiaçı tutularaq, "xxxx" MMC-nin hesabına "xxxx" ASC-nin 2 saylı Xətai filialı, İban: AZ22ATAİİB********************, Kod: 200082, müxbir hesab: AZ37NABZ********************, VÖEN: **********, SWİFT: AİİBAZ 2 X) keçirilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 19 dekabr 2017-ci il tarixli qərarından görünür ki, iddiaçı Cavabdeh kassasiya şikayəti təmin edilərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 avqust 2017-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-113/2019 saylı, 03 may 2019-cu il tarixli qətnaməsindən görünür ki, cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 29 mart 2017-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması, cavabdeh X2 ekspertiza tədiqatının dəyəri 100 manat pulun alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xüsusi hesabına (kod 210005, VÖEN **********, X1, Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ 22) köçürülməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)- 6415/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarından görünür ki, İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-113/2019 saylı, 03 may 2019-cu il tarixli qətnaməsinin qismən – 3,0 x 2,5 metr ölçüdə pilləkənin sökülməsi hissəsində ləğv olunması və işin həmin hissədə yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-90/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı verdiyi apelyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 2(012)-161/2017 saylı, 29 mart 2017-ci il tarixli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat pulun İddiaçı alınıb AZ.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ 22) köçürülməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)- 3736/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, iddia tələbi rədd edilməlidir. Belə ki,məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki,xx.xx.2013-cü il tarixli,4Ə/-2906 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında, Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi, döngə 1 ünvanda yerləşən,4 saylı fərdi yaşayış evinin həyətyanı torpaq sahəsindən 0,02 ha hissəsi Cavabdeh satılmışdır.İddiaçı satılan torpaq sahəsinin 0,02 ha yox, əslində 0,015 ha hissəsinin satılması barədə razılığa gəldiklərini,aldadılaraq notariusa aparıldığını,sözügedən alqı-satqı müqaviləsində onun xəbəri olmadan torpaq sahəsinin 0,02 ha hissəsinin satıldığının göstərilməsinin sonradan ona məlum olduğunu bildirmiş, lakin işin hallarından görünür ki, İddiaçı göstərdiyi bu xüsusatlara və digər sübutlara Abşeron Rayon Məhkəməsinin 2(012)-161/2017 saylı, 29 mart 2017-ci il tarixli qətnaməsi, həmin qətnaməni İddiaçı tərəfindən mübahisələndirilən hissədə dəyişdirmədən saxlayan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-90/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə hərtərəfli hüquqi qiymət verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3736/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlnmışdır.Beləliklə məhkəmədə tədqiq edilmiş bütün sübutların məcmusundan məlum olur ki, xx.xx.2013-cü il tarixli,4Ə/-2906 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız sayılması ilə bağlı İddiaçı dəlil gətirdiyi faktlarla bağlı iddiasının rədd edilməsi barədə artıq qanuni qüvvəsini almış yekun məhkəmə aktı mövcuddur və AR MPM-nin 82.3-cü maddəsinin tələbinə görə həmin faktların yenidən mübahisələndirilməsinə və yenidən sübut edilməsinə yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki əaa üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Hal-hazırda İddiaçı və onun nümayəndəsi AN-İ № ******* saylı, xx.xx.2013-cü il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin, onun əsasında verilmiş Seriya RX № ******* saylı çıxarışın və “Qeydiyyat vəsiqəsi” nin qismən, 25 kv.m torpaq sahəsi hissəsi həcmində ləğv olunmasına əsas verən hallarla bağlı hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim etməmiş,ümumi sözlərlə fikirlərini ifadə etmiş və formal mülahizələrə əsaslanmışlar. İddiaçı nümayəndəsinin xüsusi qərar çıxarılması ilə bağlı məhkəmədə verdiyi mülahizəsinə, məhkəmə iddia tələbinin rədd edilməsi nəticəsinə gəldiyindən hesab edir ki, həmin mülahizəyə qiymət verilməsini zərurəti aradan qalxmışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Abşeron Rayon 1 saylı Notariat Ofisinə qarşı AN-İ № ******* saylı, xx.xx.2013-cü il tarixli Daşınmaz Əmlakın alqısatqı müqaviləsinə əsasən Cavabdeh adına verilmiş Seriya RX № ******* saylı çıxarışa və “Qeydiyyat vəsiqəsi” nə qanunsuz olaraq salındığından AN-İ № ******* saylı, xx.xx.2013-cü il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin, onun əsasında verilmiş Seriya RX № ******* saylı çıxarışın və “Qeydiyyat vəsiqəsi” nin qismən, 25 kv.m torpaq sahəsi hissəsi həcmində ləğv olunması barədə iddia tələbi rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar