Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4867/2025 10.09.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, birgə nikahdan doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X3, xx.xx.2016-cı il təvəllüdlü X6, xx.xx.2019-cu il təvəllüdlü X4 və xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdehdən hər ay onun xeyrinə bir uşaq üçün 246 manat, cəmi 984 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 18 oktyabr 2014-cü il tarixdə Abşeron rayon Qeydiyyat Şöbəsi tərəfindən 676 saylı nikah qeydə alınmışdır. Birgə nikahdan dörd övladları-xx.xx.2017-ci il təvəllüdlü X3, xx.xx.2016-cı il təvəllüdlü X6, xx.xx.2019-cu il təvəllüdlü X4 və xx.xx.2022-ci il təvəllüdlü X5 dünyaya gəlmişdir. Dörd övladı ilə birlikdə müvəqqəti qeydiyyatda olduğu Abşeron rayonu, Xırdalan şəhəri, MD-23 qəsəbəsində yerləşən fərdi yaşayış evində yaşadığını qeyd etmişdir. 2023-cü ilə qədər cavabdehlə normal ər-arvad münasibətlərinin olduğunu, İddiaçı qaynanası 2023-cü ildə vəfat etdi və cavabdeh evi tərk etməyə başladı, aylarla evə gəlmədiyini və 4 azyaşlı övladı ilə onu tək qoyduğunu 2 ildir ki, övladlarına qohum-qonşuların köməkliyi ilə baxdığını qeyd etmişdir. Cavabdeh işləyir, başqa bir qadın saxlayır və bütün pullarını özünə və həmin qadına xərcləyir. Bircə dəfə də olsun dörd övladı ilə maraqlanmışdır. Hazırda da aylardır ki, yoxdur, harada olması barədə heç bir məlumatı yoxdur. Övladlarına baxa bilmədiyini, çətinlik çəkdiyini Aliment almağa çox ehtiyacı olduğunu bildirdi.Cavabdeh Bərdə rayonuna qeydiyyatda olsa da, o, faktiki olaraq Bakı şəhərində yaşayır və işləyir. İddiaçı bildirir ki, mən aliment tələbinə dair əvvəlcə Abşeron 1 saylı Mediasiya Təşkilatına müraciət etmişdi. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. İşdə olan AZ-İV 039880, AZ-İV 222115 və AZ-İV 039881, AZ-İV 748274 , AZ-İV 984603 saylı doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin nikah münasibətlərindən xx.xx.2016-ci il təvəllüdlü X7, xx.xx.2019-ci il təvəllüdlü X4, xx.xx.2017ci il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X5 adlı uşaqlar doğulmuşdur. İşdən görünür ki, cavabdeh uşaqlarına maddi köməklik göstərmədiyindən iddiaçı alimentlə bağlı məhkəmədə hazırki iddianı qaldırmışdır. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu hallarda, habelə uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq, qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. "Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu uşaqlara görə 246 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə almaqla hesab edir ki, uşaqların saxlanması hər iki valideynin vəzifəsi olduğundan və bununla bağlı valideynlər bərabər hüquq və vəzifələrə malik olduqlarından uşaqların saxlanılması üçün cavabdehdən sabit pul məbləğində aliment tutulmalıdır. Tutulan alimentin miqdarı müəyyən edilərkən tərəflərin maddi vəziyyəti, uşaqların mənafeyi, tərəflərin mübahisə üzrə fikirləri nəzərə alınmalı və uşaqların normal şəraitdə yaşamasının təmin edilməsi və fiziki cəhətdən sağlam inkişafı üçün hər ay hər uşaq üçün hər il sonrakı artımlar nəzərə alınmaqla minimum əmək haqqının 0,425 mislində aliment cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır. İş materiallarından görünür ki, İddiaçı iddia ərizəsini məhkəməyə xx.xx.2025-ci il tarixdə təqdim etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, alimentin tutulması xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, tərəflərin birgə nikahından olan xx.xx.2016-ci il təvəllüdlü X7, xx.xx.2019-ci il təvəllüdlü X4, xx.xx.2017-ci il təvəllüdlü X3 və xx.xx.2022-cı il təvəllüdlü X1 məqsədilə hər ay hər uşaq üçün hər il sonrakı artımlar nəzərə alınmaqla minimum əmək haqqının 0,425 mislində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Mülki-Prosessual Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Tərəflərin nikahından olan xx.xx.2016-cı il təvəllüdlü X7, xx.xx.2019-cu il təvəllüdlü X4, xx.xx.2017-ci il təvəllüdlü X3 və xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması məqsədilə hər ay hər uşaq üçün hər il sonrakı artımlar nəzərə alınmaqla minimum əmək haqqının 0,425 mislində aliment xx.xx.2025-ci il tarixdən başlayaraq Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamə dərhal icra edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-4867/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4867/2025
10.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver