Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-493/2022 22.07.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İddiaçı və onun vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpaq sərhədlərinin müəyyən edilməsi, torpaqdan istifadə edilməsində maneənin törədilməməsinin cavabdehin üzərinə öhdəlik qoyulması, torpaq sahəsindən çıxarılması və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı torpaq sərhədlərinin müəyyən edilməsi, torpaqdan istifadə edilməsində maneənin törədilməməsinin cavabdehin üzərinə öhdəlik qoyulması, torpaq sahəsindən çıxarılması və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, ona məxsus Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən torpaq sahəsinin plan və ölçüsünə uyğun olaraq sərhədlərinin müəyyən edilməsi, torpaqdan istifadə edilməsində maneənin aradan qaldırılması, mülkiyyətində olan torpaq sahəsindən istifadə etməsində maneənin törədilməməsinin cavabdehin və digər şəxslərin üzərinə öhdəlik qoyulması, Cavabdeh və digərlərinin ona məxsus torpaq sahəsindən çıxarılması, vurulmuş mənəvi ziyana görə cavabdehdən 7000 manat pul vəsaitinin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələblərinin qalan hissədə saxlanılmaq şərtilə Cavabdeh və digər şəxslərin ona məxsus 0.0307 ha torpaq sahəsinin 0.0298 ha hissəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən mübahisəli torpaq sahəsini 2021-ci ildə alqı-satqı yolu ilə almış və həmin müqaviləyə əsasən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən ona 0.0307 ha torpaq sahəsinə dair çıxarış, torpaq sahəsinin plan və ölçüsü verilmişdir. Bir müddətdən sonra o, torpaq sahəsinə gələn zaman ona məxsus torpaq sahəsinin dəmir torla hasara alındığının şahidi olmuşdur. Bu barədə o, maraqlandıqda onun torpaq sahəsinin "xxxx" ASC-nin əməkdaşı olan Hacı Arif adlı bir şəxs tərəfindən zəbt olunduğu bəlli olmuşdur. Öz növbəsində, o, həmin şəxslə əlaqə saxlamış, sözügedən adam isə ona torpaq sahəsinin onun qohumu olan Cavabdeh məxsus olduğunu, özünün isə sadəcə olaraq icraçı olduğunu bildirmişdir. O, cavabdehlə əlaqə saxlamış və cavabdeh ona mübahisəli torpaq sahəsinin ona məxsus olduğunu, həmçinin, torpaq sahəsinə dair sənədlərin olduğunu bildirmişdir. Eyni zamanda, cavabdeh ona torpaq sahəsində sürüşmə halının baş verdiyini və bu səbəbdən də, ona məxsus torpaq sahəsinin hansı istiqamətə getməsi barədə bilmədiyini qeyd etmişdir. Bundan sonra o, 4 saylı Abşeron Ərazi İdarəsinə bu barədə xəbər vermiş və ona cavab olaraq torpaq sahəsinin kənar şəxslər tərəfindən zəbt edildiyi bildirilmişdir. Torpaq sürüşməsi ağırlıq qüvvəsinin təsiri altında torpaq kütləsinin və təbəqəli süxurların qopub yamac boyu sürüşərək yerdəyişməsidir. Bu xoşagəlməz vəziyyətə son qoymaq üçün o, cavabdehə dəfələrlə torpağın boşaldılmasını, belə əməllərə son qoymasını tələb etməyinə baxmayaraq, cavabdeh onun dediklərinin heç birinə məhəl qoymamış, bu gün də eyni qaydada, ona məxsus olan torpaq sahəsini zəbt edərək yuxarıda qeyd olunan şəkildə öz məqsədləri üçün istifadə etməkdə davam etmişdir. X17 Nazirliyinin “102” qaynar xəttinə zəng etsə də yenə də cavabdeh torpaqdan çıxmamış, bu günə qədər də onun torpaq sahəsindən istifadə etməyə davam etmişdir. Göstərilən vəziyyət onun sahiblik və istifadə hüququnun pozulmasına gətirib çıxarmışdır. Torpaq sahəsinə baxış keçirilməsi üçün o, mütəxəssis dəvət etmiş və mütəxəssislər baxış keçirmişlər. Bu səbəbdən də, ekspert rəyinə lüzum olmadığı qənaətindədir. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili Vəkil2 iddiaçının izahatı ilə eyni məzmunlu izahat verərək iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. xx.xx.2022-ci il tarixinə təyin olunmuş hazırlıq məhkəmə iclasında iştirak etmiş Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, hazırki mülki iş üzrə mübahisələndirilən torpaq sahəsinin naturada üstüstə düşməsi halının, cavabdeh tərəfindən həqiqətən də zəbt edilmə faktının müəyyən edilməsi üçün ekspert rəyinin verilməsi, mütəxəssis rəyinin alınması zəruridir. Cavabdeh tərəfindən Sumqayıt İnzibati Məhkəməsinə mülkiyyətdə olan torpaq sahəsinin faktiki istifadə vəziyyətinin məkan göstəricilərinə uyğun yeni hüquqi və texniki sənədlər verilməsindən imtinanın qanunsuz hesab edilməsi və cavabdehin üzərinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən yeni çıxarışın və texniki sənədlərin verilməsi öhdəliyinin qoyulması tələbinə dair iddia ərizəsi ilə müraciət edilmiş və 2-1(118)-874/2021 saylı mülki iş üzrə xx.xx.2021-ci il tarixdə qərardad qəbul edilərək iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, icraat dayandırılmışdır. Hazırki mülki iş üzrə məhkəməyə təqdim edilmiş sorğuya cavab məktubunun əsas sübut növü kimi qəbul edilməməsi qənaətindədir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə ünvanlandığı xx.xx.2022-ci il tarixli ərizəyə əsasən, nümayəndə xx.xx.2022-ci il tarixinə təyin olunmuş məhkəmə iclasında Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə iclası ilə əlaqədar iştirak edə bilməyəcəyini bildirib mülki işin təxirə salınmasını məhkəmədən xahiş etmiş, məhkəmə iddiaçının cavabdehin iştirakı olmadan iclasın keçirilməsi ilə bağlı xahişini, həmçinin, prosessual müddətləri nəzərə alaraq, işə mahiyyəti üzrə, cavabdehin iştirakı olmadan baxılması qənaətinə gəlmişdir. Cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 4 saylı Abşeron Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Mülki Prosessual Məcəllənin 185.5. maddəsinə əsasən işə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəflərin iddia tələbinə dair münasibətini, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli plan və ölçünün surətindən görünür ki, Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən 0.344 ha torpaq sahəsi Cavabdeh mülkiyyətindədir və həmin sənədin tərtib edilməsinə əsas Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş 2981 saylı dövlət aktı olmuşdur. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2013-cü il tarixli RX saylı ******* seriya nömrəli çıxarışın surətindən görünür ki, Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən 0.344 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi Cavabdeh adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 488 saylı reyestr kitabının 16 saylı vərəqində ********** qeydiyyat nömrəsi, **********11 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. -Abşeron RPİ tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, İddiaçı irəli sürdüyü tələblə əlaqədar mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Qərardan daha sonra görünür ki, izahatı alınmış İddiaçı bildirmişdir ki, təxminən 1 il əvvəl dostu X1 qəsəbəsində özünə məxsus torpaq sahəsi olduğunu, lakin həmin torpaq sahəsinin Hacı Arif adlı şəxs tərəfindən dəmir torla hasara alındığını və sonuncunun orada meyvə ağacları əkdiyini bildirmiş, həmin şəxsdən dəfələrlə hasarı söküb ərazini boşaltmasını tələb etsə də bu tələbinin yerinə yetirilmədiyini demişdir. Bu səbəblərdən də Rizvan sözügedən torpaq sahəsini satmaq istədiyini ona bildirmişdir. O isə öz növbəsində, həmin torpaq sahəsini almaq üçün Rizvanla razılaşmış, bundan sonra isə Arif adlı şəxslə danışaraq torpağı aldığını, yaxın günlərdə sənədləşmə işləri aparılacağını deyərək ərazini boşaltmasını xahiş etmişdir. Arif adlı şəxs də torpaq sahəsini boşaldacağına dair söz versə də, buna əməl etməmişdir. xx.xx.2021-ci il tarixdə o, Rizvanla alqı-satqı müqaviləsi bağlamış və Arif adlı şəxsin həmin torpaq sahəsini boşaltmasında köməklik göstərilməsi üçün DİN-in «102» xidməti-zəng mərkəzinə müraciət edərək bu barədə məlumat vermişdir. Sonradan Arif adlı şəxs sözügedən torpaq sahəsinə dair özünün də çıxarışı olduğunu bildirərək həmin ərazini boşaltmamasını bununla əsaslandırmışdır. Buna görə də o, Arifə dəfələrlə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etməyi tövsiyə etsə də, sonuncu bununla razılaşmamışdır. Qərardan daha sonra görünür ki, izahatı alınmış Vəkil1 İddiaçı şikayətinin məzmunu ilə tanış olduqdan sonra bildirmişdir ki, sonuncunun iddia etdiyi torpaq sahəsinin mülkiyyətçisi Cavabdeh etibarnamə üzrə qanuni nümayəndəsi və vəkilidir. İddiaçı sözügedən torpaq sahəsinə dair notariat ofisində alqı-satqı müqaviləsi bağlasa da, həmin müqavilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyatdan keçmədiyindən və mübahisə obyekti olan torpaq sahəsinə dair çıxarış almadığından sözügedən əmlakın mülkiyyətçisi deyildir. Digər tərəfdən, onlar həmin torpaq sahəsinin faktiki məkan göstəricilərinə uyğun yeni çıxarışın verilməsinə dair iddia tələbi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişlər. Məhkəmənin müvafiq qərarına əsasən iş üzrə ekspertiza təyin edilmiş və ekspertiza rəyi alınanadək iş üzrə icraat dayandırılmışdır. Rəy alındıqdan sonra qəbul ediləcək məhkəmə qərarı əsasında isə məlum mübahisə öz həllini tapacaqdır. O, əlavə olaraq, Cavabdeh Hacı Arif adlı qaynı olduğunu bildirmiş və İddiaçı Hacı Arifin adını eşidərək müraciətində sonuncunu qeyd etdiyini güman etdiyini, eləcə də Hacı Arifin mübahisə obyekti olan əmlakla heç bir əlaqəsinin olmadığını bildirmiş, sözügedən torpaq sahəsinin zəbt edilməsi barədə göstərilən məlumatların həqiqətə uyğun olmadığını qeyd etmişdir. O, eləcə də İddiaçı iddia etdiyi torpaq sahəsinin əvvəllər X3 adına olduğunu və bu sahələrin 0,03 ha hissəsinin koordinat sürüşməsi nəticəsində bir-biri üzərinə düşdüyünü, Rizvanla Şərif adlı şəxslərin isə əlbir olaraq bundan istifadə etməklə hər sota 3000 manat olmaqla ümumilikdə 9000 manat pul istədiklərini də bildirmişdir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli A634769 saylı plan və ölçünün notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən 0.0307 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir və həmin sənədin tərtib edilməsinə əsas 4ə-1249 reyestr nömrəli xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi olmuşdur. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən 0.0307 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 766 saylı reyestr kitabının 26 saylı vərəqində ********** qeydiyyat nömrəsi, **********88 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli **********34 saylı və xx.xx.2021-ci il tarixli **********57 saylı məktublardan görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində (**********88 reyestr nömrəli) 0.0307 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının naturada göstərilməsi barədə xx.xx.2021-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə (**********) daxil olmuş müraciətə baxılmış, bununla əlaqədar olaraq bildirilmişdir ki, sözügedən torpaq sahəsinə dair tərtib edilmiş torpaq sahəsinin plan və ölçüsündə göstərilmiş döngə nöqtələrinin koordinatları GPS aləti vasitəsilə naturada müəyyən edilərək tanıdılmışdır. Sözügedən torpaq sahəsinin 0.0298 ha hissəsi başqa şəxs tərəfindən metal torla sərhədlənərək istifadə olunur. -“"xxxx" ASC-nin əməkdaşı X18 əlilinin torpağını zəbt edib-Şikayət” başlıqlı xəbər portalından çıxarılmış məlumatdan görünür ki, “"xxxx"nun əməkdaşı Qarabağ əlilinin torpağını zəbt edib. Bu barədə Sonxeber.az-a məlumat verən şikayətçi İddiaçı sözlərinə görə, iki nəfər, əllərində heç bir sənəd olmadan, onun torpağını zəbt edib: “Mən torpağı 2021-ci ilin avqust ayının 4-də almışam, avqustun 25-i isə daşınmaz əmlak tərəfindən rəsmi şəkildə adıma çıxarış və texpasport verilib. Daha sonra mən torpağa baxmaq üçün gedəndə oranın setka vasitəsi ilə hasarlandığını gördüm. Çıxarış və texpasportu aldıqdan sonra onların kopyasını çıxardaraq, ərizə ilə Abşeron rayon daşınmaz əmlak idarəsinə müraciət etdim. 161 manat pul ödədim ki, onlar torpağın zəbt olunub-olunmamasını dəqiqləşdirsinlər. Nəticədə, idarədən verilən sənədə əsasən, mənim torpağımın tor setka ilə sərhədlənərək zəbt edildiyi təsdiqlənib. Oranı iki nəfər zəbt edib. Onlardan biri - Hacı Arif – "xxxx"nun əməkdaşıdır. O, hətta qaynı Cavabdehla birlikdə orada guya bağa baxmaq üçün adam tutub. Mən onlardan bu torpaqla bağlı hansı çıxarışlarının olduğunu soruşduqda, mənə “Bizim hər yerdə adamımız var, get hara istəyirsən şikayət et” dedilər. Vəkillər Kollegiyasının üzvü, əvvəllər Qazax rayonunda hakim olan Vəkil1 onları müdafiə edən şəxsdir. Mən məsələ ilə bağlı Vəkil1lə əlaqə saxlamağa çalışdıqda, məndən zəng edib onu narahat etməməyimi istədi. Torpağımı zəbt edənlər onlarda sənədlərin olduğunu iddia etsələr də, ortaya heç bir sübut təqdim etmirlər, hər yerdə adamlarının olduğunu deyirlər. Mən bununla bağlı Prokurorluğa da müraciət etmişəm. X4 başçılığı altında baxılır. Qeyd edim ki, mən özüm ikinci qrup Qarabağ əliliyəm.” -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/6835 saylı rəyindən görünür ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC-nin Bakı LTİ-nin mütəxəssis rəyinə əsasən, iddiaçı X2 faktiki istifadəsində olan 0,3290 ha torpaq sahəsinin 0,0982 ha hissəsinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışla Cavabdeh məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,344 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları ilə üst-üstə düşdüyü müəyyən edildi. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC-nin Bakı LTİnin mütəxəssis rəyinə əsasən, iddiaçı Cavabdeh faktiki istifadəsində olan 0,3290 ha torpaq sahəsinin 0.1706 ha hissəsinin digər şəxslərə çıxarışla mülkiyyətlərinə verilmiş torpaq sahələri ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. -Məhkəmənin sorğusu əsasında məhkəməyə daxil olmuş Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Mehdiabad qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 51 saylı məktubdan görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və 4 saylı Abşeron Ərazi İdarəsinin məktubları, tərtib edilmiş akta əsasən vətəndaş İddiaçı məxsus 0,0307 ha torpaq sahəsinin bir hissəsi qonşuları tərəfindən zəbt edilərək istifadə olunmaqdadır. -X10, X8 və X6 tərəfindən imza edilməklə tərtib olunmuş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, İddiaçı məxsus reyestr nömrəsi **********88 olan 0,0307 ha torpaq sahəsi Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşir. İddiaçı məxsus torpaq sahəsinin bir hissəsi Cavabdeh tərəfindən zəbt olunaraq dəmir torla hasarlanıb istifadə olunur. -xx.xx.2022-ci il tarixinə keçirilmiş yerli baxış zamanı müəyyən olunmuşdur ki, Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən torpaq sahəsinə baxış keçirilən zaman torpaq sahəsinin həqiqətən də dəmir tor vasitəsilə hasara alındığı müəyyən olunmuşdur. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPQMİ-nin Maps şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh Bakı şəhəri Binəqədi rayonu A.Gəraybəyli küçəsi 39 saylı evdə qeydiyyatdadır. -xx.xx.2013-cü il tarixli 068958 saylı vəsiqənin surətindən görünür ki, İddiaçı İİ qrup Qarabağ əlilidir. -Xətai RPİ tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Bakı şəhəri Xətai rayonu Keçid 2930, 35 saylı evin 1-2 saylı mənzilində qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ. bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. bəndinə əsasən, mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. bəndinə əsasən, mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən 0.0307 ha torpaq sahəsi İddiaçı mülkiyyətində olmaqla sonuncuya bu barədə daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli çıxarış verilmiş və həmin çıxarış əsasında sözügedən kənd təsərrüfat təyinatlı torpaq sahəsi İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 766 saylı reyestr kitabının 26 saylı vərəqində ********** qeydiyyat nömrəsi, **********88 reyestr nömrəsi ilə qeydiyyata alınmış, 4 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixli A634769 saylı plan və ölçü verilmişdir. Göründüyü kimi, İddiaçı Cavabdeh çıxarılmasını tələb etdiyi torpaq sahəsi üzərində sahiblik, istifadə və sərəncam vermək hüquqlarını əldə etmişdir ki, hazırda, cavabdeh tərəfindən yaradılan maneələr iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsindən istifadə etmək hüquqlarını məhdudlaşdırmışdır. Bu səbəbdən də, iddiaçı Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən 0.0307 ha torpaq sahəsinin cavabdeh tərəfindən zəbt olunmuş 0.0298 ha torpaq sahəsindən cavabdehin çıxarılmaqla yaradılmış maneələrin aradan qaldırılması, həmçinin, vurulmuş mənəvi zərərin cavabdehdən tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq):
152. maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 152.5 maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.1. maddəsinə əsasən, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2. maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 178.1. maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və X5 haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası «İnsan hüquqlarının və X5 haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr Konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Marks Belçikaya qarşı iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. Sporronq və Lonnpot İsveçə qarşı işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ «şərti və qeyri-sabit» xarakter almış olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Akimova Azərbaycana qarşı işi üzrə qərarında isə göstərilmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci bəndindəki «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «mülkiyyət» kimi qiymətləndirilə bilər.1 saylı Protokolun 1-ci maddəsinin başlıca və ən əsas tələbi mülkiyyətdən istifadə hüququna dövlət tərəfindən hər hansı bir müdaxilənin qanun çərçivəsində olmasından ibarətdir. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Bundan əlavə, qanunun aliliyi demokratik cəmiyyətin fundamental prinsiplərindən biridir və Konvensiyanın bütün maddələrindən ayrılmazdır. Bundan irəli gəlir ki, cəmiyyətin mühüm maraqlarının qorunması və müdafiəsi arasında tarazlığın əldə edilməsi artıq müəyyən edildiyi kimi qanunauyğun olmalı və özbaşına xarakteri daşımamalıdır. Məhkəmə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsaslanmaqla nəzərə alır ki, mülkiyyət hüququna bu və ya digər müdaxilə ilə bağlı mübahisəyə baxılarkən mülkiyyət hüququnun müdafiəsi ilə ictimai maraq tələbləri arasındakı ədalətli tarazlığın pozulub-pozulmamasını da müəyyən etmək lazımdır. Bu cür tarazlıq isə o halda pozulur ki, mülkiyyət hüququna malik olanlar «xüsusi və həddən artıq məhrumiyyətlərə» məruz qalırlar. Məhkəmə mülkiyyət və mülkiyyət hüququ ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı nasnİ˝ hüquqlarının və X5 haqqında˝ Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, rəh˝ bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz˝. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir (R.Ağalarovun şikayəti üzrə 2007-ci il 26 sentyabr tarixli Qərar). Bundan başqa İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mülkiyyət hüququna müdaxilə ilə bağlı qeyd etmişdir ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin ən mühüm və əsas tələbi ondan ibarətdir ki, dövlət orqanı tərəfindən mülkiyyətə istənilən müdaxilə tam qanuni olmalıdır. Konvensiya baxımından qanunçuluğun tələbi – dövlətdaxili hüquq normalarının qanunun aliliyi prinsipi ilə uzlaşması deməkdir (Kuşoğlu Bolqarıstana qarşı iş üzrə 10 may 2007-ci il tarixli Qərar). Məhkəmə qeyd edir ki, mülkiyyət hüququ hamılıqla qəbul olunmuş hüquq olmaqla, istər daxili qanunvericilikdə, istərsə də insan hüquq və azadlıqlarına dair beynəlxalqhüquqi aktlarda nasnİ˝) hüquqları haqqında Ümumi Bəyannamə˝nin 17-ci maddəsi, iklüM˝ və siyası hüquqlar haqqında Beynəlxalq Pakt˝ın 14-cü maddəsi və s.) əsas və ayrılmaz hüquqlardan biri kimi önəmli yer tutur. Bununla belə, qanunvericilik həmçinin mülkiyyət hüququnun yaranma anına mühüm əhəmiyyət verir. Belə ki, Mülki Məcəllənin: 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. zamnışaD˝ əmlakın dövlət reyestri haqqında˝ Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin: 1-ci bəndinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Göründüyü kimi, qanunverici mülkiyyət hüququnun yaranma anını onun dövlət reyestrində qeydiyyatı anı ilə əlaqələndirir. Burada məqsəd dövlət tərəfindən həqiqi mülkiyyətçinin hüquqlarının qorunmasının təmin edilməsi və onun öz mülkiyyətini kənar şəxslərdən müdafiəsini təşkil edə bilməsidir. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin nınavodəmhƏ.G˝ şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 19 fevral 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair˝ xx.xx.2019-cu il tarixli Qərarında göstərmişdir ki, ...˝ Mülkiyyət hüququ maddi nemətlərin konkret şəxslərə məxsusluğu vəziyyətini, yəni əmlaka mülkiyyət hüququnun yaranması, dəyişməsi və xitamı əsaslarını tənzimləyən və müdafiə edən hüquq normalarının məcmusundan ibarətdir. Qanunla nəzərdə tutulmuş hüquqi faktların baş verməsi konkret şəxsdə və ya şəxslərdə mülkiyyət hüququnun yaranmasına səbəb olur. Mülki Məcəllənin 139-cu maddəsinə uyğun olaraq, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən isə daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Bu zaman mülkiyyətçi əmlak üzərində tam hakimiyyət əldə edir və bu hüquqdan öz istəyinə uyğun olaraq istifadə edir, digər şəxslərin əşyadan qanunsuz istifadəsinin qarşısını alır və yaxud istifadənin xüsusi qaydasını müəyyən edir...˝. Beləliklə, məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar, keçirilmiş yerli baxış, həmçinin, məhkəmənin sorğusuna əsasən, Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Mehdiabad qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 51 saylı məktubu, eyni zamanda, iddiaçının qonşuları olan X10, X8 və X6 tərəfindən imza edilməklə tərtib olunmuş xx.xx.2022-ci il tarixli akt əsasında müəyyən olunmuşdur ki, xüsusi mülkiyyət hüququ əsasında İddiaçı mülkiyyətində olan Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən 0.0307 ha torpaq sahəsi Cavabdeh tərəfindən zəbt edilməklə iddiaçının mülkiyyət hüququ məhdudlaşdırılmışdır. Belə ki, 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli **********34 saylı və xx.xx.2021-ci il tarixli **********57 saylı məktubları əsasında, torpaq sahəsinə dair tərtib edilmiş torpaq sahəsinin plan və ölçüsündə göstərilmiş döngə nöqtələrinin koordinatlarının GPS aləti vasitəsilə naturada müəyyən edilərək tanıdıldığı, eyni zamanda, sözügedən torpaq sahəsinin 0.0298 ha hissəsinin metal torla sərhədlənərək istifadə olunduğu öz təsdiqini tapmışdır. Qanunvericiliyin tələblərindən göründüyü kimi, xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olan torpaq sahəsindən istifadə ilə bağlı iddiaçının mülkiyyət hüququ pozulduğundan, mülkiyyət hüququnun müdafiəsini tələb etmək hüququna malik olan iddiaçıya mülkiyyətində olan daşınmaz əmlakdan istifadə etməyə maneələr yaradıldığından və bu hal iddiaçının mülkiyyət hüququnu məhdudlaşdırdığından iddia ərizəsi qismən təmin edilməli, Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən İddiaçı məxsus olan 0.0307 ha torpaq sahəsinin 0.0298 ha torpaq sahəsindən Cavabdeh çıxarılmaqla həmin torpaq sahəsindən istifadə edilməsinə yaradılmış maneələr aradan qaldırılmalıdır. İddiaçı iddia tələbində torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi, eyni zamanda, həmin torpaq sahəsindən başqa şəxslərin də çıxarılmaqla istifadəyə yaradılmış maneələrin aradan qaldırılmasını xahiş etmişdir. Məhkəmə iddia tələbinə bu hissədə hüquqi qiymət verərək qeyd edir ki, torpaq sahəsinin sərhəd nöqtələrinin müəyyən edilməsi məhkəmənin səlahiyyətində olmadığından, iddiaçı həmin tələblə aidiyyəti quruma müraciət etməli olduğundan, iddia ərizəsi bu hissələrdə təmin edilə bilməz. Məhkəmə iddianın mənəvi zərərin ödənilməsi ilə bağlı hissədə isə aşağıdakıları qeyd etməyi zəruri bilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında deyilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri və əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir. Hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilməlidir. Eyni zamanda, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 №-li qərarında Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan qərarından görünür ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Lakin Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Göstərilənə əsasən məhkəmə hesab edir ki, iddia tələbi mənəvi ziyanın ödənilməsi hissəsində Mülki Prosessual Məcəllənin 77.1. maddəsinə müvafiq olaraq, iddiaçı tərəfindən məhkəməyə əsaslandırıcı sübut və dəlillər təqdim olunmadığından iddia tələbi həmin hissədə də əsassız hesab edilərək rədd edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 119, 216-220, 222.2-ci və 238-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
İddia ərizəsi qismən təmin edilsin. İddiaçı adına xx.xx.2021-ci il tarixli çıxarış əsasında, daşınmaz əmlakın dövlət reyestrində 766 saylı reyestr kitabının 26 saylı vərəqində ********** qeydiyyat nömrəsi, **********88 reyestr nömrəsi ilə qeydiyyata alınmış Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən 0.0307 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin 0.0298 ha torpaq sahəsindən Cavabdeh çıxarılmaqla həmin torpaq sahəsindən istifadəyə yaradılmış maneələr aradan qaldırılsın. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Habil Əhmədov