Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-190/2023 07.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X6 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “torpağın sərhədlərinin müəyyən edilməsi, torpaqdan istifadə edilməsində maneənin törədilməməsinin cavabdehin üzərinə öhdəlik qoyulması, torpaq sahəsindən çıxarılması və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 22 iyul 2022-ci il tarixli, 2(012)-493/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “torpağın sərhədlərinin müəyyən edilməsi, torpaqdan istifadə edilməsində maneənin törədilməməsinin cavabdehin üzərinə öhdəlik qoyulması, torpaq sahəsindən çıxarılması və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən torpaq sahəsinin plan və ölçüsünə uyğun olaraq sərhədlərinin müəyyən edilməsi, torpaqdan istifadə edilməsində maneənin aradan qaldırılması, mülkiyyətində olan torpaq sahəsindən istifadə etməsində maneənin törədilməməsinin cavabdehin və digər şəxslərin üzərinə öhdəlik qoyulması, Cavabdeh və digərlərinin ona məxsus torpaq sahəsindən çıxarılması, vurulmuş mənəvi ziyana görə cavabdehdən 7000 manat pul vəsaitinin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələblərinin qalan hissədə saxlanılmaq şərtilə Cavabdeh və digər şəxslərin ona məxsus 0.0307 ha torpaq sahəsinin 0.0298 ha hissəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən mübahisəli torpaq sahəsini 2021-ci ildə alqı-satqı yolu ilə almış və həmin müqaviləyə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən ona 0.0307 ha torpaq sahəsinə dair çıxarış və torpaq sahəsinin plan-ölçüsü verilmişdir. Bir müddətdən sonra o, torpaq sahəsinə gələn zaman ona məxsus torpaq sahəsinin dəmir torla hasara alındığının şahidi olmuşdur. Bu barədə o, maraqlandıqda onun torpaq sahəsinin "xxxx" ASC-nin əməkdaşı olan Hacı Arif adlı bir şəxs tərəfindən zəbt olunduğu bəlli olmuşdur. Bundan sonra o, həmin şəxslə əlaqə saxlamış, sözügedən adam isə ona torpaq sahəsinin onun qohumu olan Cavabdeh məxsus olduğunu, özünün isə sadəcə olaraq icraçı olduğunu bildirmişdir. O, cavabdehlə əlaqə saxlamış və cavabdeh ona mübahisəli torpaq sahəsinin ona məxsus olduğunu, həmçinin torpaq sahəsinə dair sənədlərin olduğunu bildirmişdir. Eyni zamanda, cavabdeh ona torpaq sahəsində sürüşmə halının baş verdiyini və bu səbəbdən də, ona məxsus torpaq sahəsinin hansı istiqamətə getməsi barədə bilmədiyini qeyd etmişdir. Bundan sonra o, 4 saylı Abşeron Ərazi İdarəsinə bu barədə xəbər vermiş və ona cavab olaraq torpaq sahəsinin kənar şəxslər tərəfindən zəbt edildiyi bildirilmişdir. Torpaq sürüşməsi ağırlıq qüvvəsinin təsiri altında torpaq kütləsinin və təbəqəli süxurların qopub yamac boyu sürüşərək yerdəyişməsidir. Bu xoşagəlməz vəziyyətə son qoymaq üçün o, cavabdehə dəfələrlə torpağın boşaldılmasını, belə əməllərə son qoymasını tələb etməsinə baxmayaraq, cavabdeh onun dediklərinin heç birinə məhəl qoymamış, bu gün də eyni qaydada, ona məxsus olan torpaq sahəsini zəbt edərək yuxarıda qeyd olunan şəkildə öz məqsədləri üçün istifadə etməkdə davam etmişdir. X14 Nazirliyinin “102” qaynar xəttinə zəng etsə də, cavabdeh yenə də torpaqdan çıxmamış, bu günə qədər də onun torpaq sahəsindən istifadə etməyə davam etmişdir. Göstərilən vəziyyət onun sahiblik və istifadə hüququnun pozulmasına gətirib çıxarmışdır. Torpaq sahəsinə baxış keçirilməsi üçün o, mütəxəssis dəvət etmiş və mütəxəssislər baxış keçirmişlər. Bu səbəbdən də, ekspert rəyinə lüzum olmadığı qənaətindədir. Abşeron Rayon Məhkəməsinin 22 iyul 2022-ci il tarixli, 2(012)-493/2022 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək İddiaçı adına xx.xx.2021-ci il tarixli çıxarış əsasında, daşınmaz əmlakın dövlət reyestrində 766 saylı reyestr kitabının 26 saylı vərəqində ********** qeydiyyat nömrəsi, **********88 reyestr nömrəsi ilə qeydiyyata alınmış Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən 0.0307 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin 0.0298 ha torpaq sahəsindən Cavabdeh çıxarılmaqla həmin torpaq sahəsindən istifadəyə yaradılmış maneələrin aradan qaldırılması qət edilmişdir (hakim Habil Əhmədov). Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 22 iyul 2022-ci il tarixli, 2(012)-493/2022 nömrəli qətnaməsinin iddianın təmin edilməsi hissəsində ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, işin faktiki hallarından göründüyü kimi, hazırki işə onun, habelə onun nümayəndəsi və vəkili Vəkil1 iştirakı olmadan baxılmışdır. İşə baxan məhkəmə bunu onunla əsaslandırmışdır ki, onun nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizəyə əsasən nümayəndə xx.xx.2022-ci il tarixinə təyin olunmuş məhkəmə iclasında Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə iclası ilə əlaqədar iştirak edə bilməyəcəyini bildirib mülki işin təxirə salınmasını məhkəmədən xahiş etmiş, məhkəmə iddiaçının cavabdehin iştirakı olmadan iclasın keçirilməsi ilə bağlı xahişini, həmçinin prosessual müddətləri nəzərə alaraq işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan baxılması qənaətinə gəlmişdir. Məhkəmənin tələm-tələsik qətnamə qəbul etməsini təsdiq edən faktlardan biri də ondan ibarətdir ki, işə baxılarkən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, 2(012)-493/2022 saylı qərardadla mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsi və ekspertizanın aparılmasının Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi 25 may 2022-ci il tarixli, 10/3158 nömrəli ekspert vəsatəti ilə Abşeon Rayon məhkəməsinə müraciət edərək tədqiq olunan torpaq sahəsinə dair Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tədqiq olunan sahənin koordinatları və baza məlumatlarının göndərilməsini xahiş etmişdir. Məhkəmə ekspertin həmin vəsatətini təmin etmək əvəzinə, heç bir əsas olmadan 17 may 2022-ci il tarixli, 2(012)- 493/2022 saylı məktubla Məhkəmə Ekspertizası Mərkəzinə məktubla müraciət edərək iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilməsinə dair xx.xx.2022-ci il tarixli, 2(012)-493/2022 saylı qərardadı icra etmədən mülki işin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə Ekspertiza Mərkəzi həmin məktub əsasında 26 aprel 2020-ci il tarixli qərardad icra olunmadan 2(012)-493/2022 saylı mülki işi məhkəməyə qaytarmışdır. Bundan sonra məhkəmə daha bir kobud prosessual qanun pozuntusuna yol vermiş, 03 iyun 2022-ci il tarixli 2(012)-493/2022 saylı qərardadla qanunsuz olaraq MPM-nın 257-ci maddəsinə istinad edərək guya, işin dayandırılmasına səbəb olmuş halların aradan qaldırılması adı ilə iş üzrə icraatı təzələmişdir. Halbuki işin dayandırılması üçün səbəb olan hal, yəni iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilməsinə dair qərardad heç bir əsas olmadan işin geri tələb edilməsi ilə bağlı icra edilməmişdir. Məhkəmənin hazırki işə baxarkən yol verdiyi kobud prosessual qanun pozuntularından biri də ondan ibarətdir ki, heç bir zərurət olmadığı və tərəflərin heç bir müraciəti olmadığı halda öz təşəbbüsü ilə 15 may 2022-i il tarixli 2(012)-493/2022 saylı məktubla Abşeron rayon icra hakimiyyəti başçısının Mehdiabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə İddiaçı adına olan torpaq sahəsinin qonşular tərəfindən zəbt edilib-edilməməsi barədə sorğu göndərmişdir. Halbuki vətəndaşların mülkiyyətlərində olan torpaq sahələrinin qonşular tərəfindən zəbt olunubolunmamasını müəyyən etmək səlahiyyətlərinin İcra Hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə heç bir aidiyyəti yoxdur. RİH Başçısının Mehdiabad Qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi 15 iyul 2022-ci il tarixli 54 nömrəli məktubla məhkəməyə cavab verərək tərtib edilmiş akta əsasən İddiaçı məxsus 0,0307 ha torpaq sahəsinin bir hissəsinin qonşuları tərəfindən zəbt edilərək istifadə olunmaqda olduğunu bildirmişdir. Həmin məktuba iki nəfər tərəfindən tərtib edilmiş və üç nəfər tərəfindən imzalanmış akt əlavə edilmişdir. Məhkəmə hazırki iş üzrə qətnamə qəbul edərkən yol verdiyi kobud prosessual qanun pozuntularından biri də ondan ibarətdir ki, həmin aktın heç bir hüquqi qüvvəsi olmadığı halda, habelə həmin aktı imzalayan şəxslərdən birinin işin nəticəsində maraqlı olan şəxs, yəni İddiaçı mübahisəli hesab edilən torpaq sahəsinin sənədini satan X4r. Göründüyü kimi, məhkəmə hüquqi qüvvəsi olmayan sübutlar toplamaqla, hər vəchlə iddianın təmin olunması üçün ciddi səylər göstərmişdir. Məhkəmənin hakimi Habil Əhmədov qəbul etdiyi qətnamədə mülki işin materiallarında olan sənədləri sadalasa da, İddiaçı adına olan 0,0307 ha torpaq sahəsinin 0,0298 ha hissəsinin Cavabdeh tərəfindən zəbt olunmasına dair heç bir mötəbər sübut növü göstərə bilməmişdir. Həqiqətən də işdə araşdırılmış sübutlarla həmin faktı təsdiq edəcək hər hansı sübut növü müəyyən edilməmişdir. Məhkəmənin hakimi İddiaçı iştirakı ilə mübahisəli hesab edilən əraziyə yerli baxış keçirmiş, guya İddiaçı məxsus olan torpaq sahəsinin bir hissəsinin Cavabdeh tərəfindən zəbt olunmasını müəyyən etmişdir. Halbuki, məhkəmənin hakimi bu sahədə mütəxəssis olmadığına görə və heç bir texniki vasitələrdən istifadə etmədən, yəni koordinatları və döngə nöqtələrini təyin etmədən torpaq sahələrinin üst-üstə düşməsi faktının ürəkdən arzu etsə də, müəyyən edə bilməzdi. Qeyd olunanlardan əlavə vəsatətlə məhkəməyə müraciət edərək bildirmişdir ki, həmin iddia üzrə mübahisəli hesab edilən torpaq sahəsi ilə əlaqədar onlar tərəfindən 02 mart 2021-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “mülkiyyətdə olan torpaq sahəsinin faktiki istifadə vəziyyətinin məkan göstəricilərinə uyğun yeni hüquqi və texniki sənədlə verilməsindən imtinanın qanunsuz hesab edilməsi və cavadehin üzərinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən yeni çıxarışın və texniki sənədlərin verilməsi öhdəliyinin qoyulması” tələbinə dair iddia ilə müraciət olunmuşdur. Həmin iş hazırda Sumqayıt İnzibati Məhkəməsində icraatdadır. Hər iki iddia üzrə mübahisənin predmeti eyni torpaq sahəsidir. Ona görə də Sumqayıt İnzibati Məhkəməsində göstərilən iddiaya baxılıb yekun vurulanadək hazırkı iş üzrə nəticəyə gəlmək mümkün deyildir. Lakin vəsatətləri əsassız olaraq təmin edilməmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə apellyasiya şikayəti ilə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli plan və ölçünün surətindən görünür ki, Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən 0.344 ha torpaq sahəsi Cavabdeh mülkiyyətindədir və həmin sənədin tərtib edilməsinə əsas Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş 2981 saylı dövlət aktı olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2013-cü il tarixli RX saylı ******* seriya nömrəli çıxarışın surətindən görünür ki, Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən 0.344 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi Cavabdeh adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 488 saylı reyestr kitabının 16 saylı vərəqində ********** qeydiyyat nömrəsi, **********11 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli A634769 saylı plan və ölçünün notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən 0.0307 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir və həmin sənədin tərtib edilməsinə əsas 4ə- 1249 reyestr nömrəli xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən 0.0307 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 766 saylı reyestr kitabının 26 saylı vərəqində ********** qeydiyyat nömrəsi, **********88 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli **********34 saylı və xx.xx.2021-ci il tarixli **********57 saylı məktublardan görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində (**********88 reyestr nömrəli) 0.0307 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının naturada göstərilməsi barədə xx.xx.2021-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə (**********) daxil olmuş müraciətə baxılmış, bununla əlaqədar olaraq bildirilmişdir ki, sözügedən torpaq sahəsinə dair tərtib edilmiş torpaq sahəsinin plan və ölçüsündə göstərilmiş döngə nöqtələrinin koordinatları GPS aləti vasitəsilə naturada müəyyən edilərək tanıdılmışdır. Sözügedən torpaq sahəsinin 0.0298 ha hissəsi başqa şəxs tərəfindən metal torla sərhədlənərək istifadə olunur. İşdə olan Abşeron RPİ tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, izahatı alınmış İddiaçı bildirmişdir ki, təxminən 1 il əvvəl dostu X1 qəsəbəsində özünə məxsus torpaq sahəsi olduğunu, lakin həmin torpaq sahəsinin Hacı Arif adlı şəxs tərəfindən dəmir torla hasara alındığını və sonuncunun orada meyvə ağacları əkdiyini bildirmiş, həmin şəxsdən dəfələrlə hasarı söküb ərazini boşaltmasını tələb etsə də, bu tələbi yerinə yetirilməmişdir. Bu səbəbdən də Rizvan sözügedən torpaq sahəsini satmaq istədiyini ona bildirmişdir. O isə öz növbəsində, həmin torpaq sahəsini almaq üçün Rizvanla razılaşmış, bundan sonra isə Arif adlı şəxslə danışaraq torpağı aldığını, yaxın günlərdə sənədləşmə işləri aparılacağını deyərək ərazini boşaltmasını xahiş etmişdir. Arif adlı şəxs də torpaq sahəsini boşaldacağına dair söz versə də, buna əməl etməmişdir. xx.xx.2021-ci il tarixdə o, Rizvanla alqı-satqı müqaviləsi bağlamış və Arif adlı şəxsin həmin torpaq sahəsini boşaltmasında köməklik göstərilməsi üçün DİN-in «102» xidməti-zəng mərkəzinə müraciət edərək bu barədə məlumat vermişdir. Sonradan Arif adlı şəxs sözügedən torpaq sahəsinə dair özünün də çıxarışı olduğunu bildirərək həmin ərazini boşaltmamasını bununla əsaslandırmışdır. Buna görə də o, Arifə dəfələrlə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etməyi tövsiyə etsə də, sonuncu bununla razılaşmamışdır. Qərardan daha izahatı alınmış Vəkil1 İddiaçı şikayətinin məzmunu ilə tanış olduqdan sonra bildirmişdir ki, sonuncunun iddia etdiyi torpaq sahəsinin mülkiyyətçisi Cavabdeh etibarnamə üzrə qanuni nümayəndəsi və vəkilidir. İddiaçı sözügedən torpaq sahəsinə dair notariat ofisində alqı-satqı müqaviləsi bağlasa da, həmin müqavilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyatdan keçmədiyindən və mübahisə obyekti olan torpaq sahəsinə dair çıxarış almadığından sözügedən əmlakın mülkiyyətçisi deyildir. Digər tərəfdən, onlar həmin torpaq sahəsinin faktiki məkan göstəricilərinə uyğun yeni çıxarışın verilməsinə dair iddia tələbi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişlər. Məhkəmənin müvafiq qərarına əsasən iş üzrə ekspertiza təyin edilmiş və ekspertiza rəyi alınanadək iş üzrə icraat dayandırılmışdır. Rəy alındıqdan sonra qəbul ediləcək məhkəmə qərarı əsasında isə məlum mübahisə öz həllini tapacaqdır. O əlavə olaraq, Cavabdeh Hacı Arif adlı qaynı olduğunu bildirmiş və İddiaçı Hacı Arifin adını eşidərək müraciətində sonuncunu qeyd etdiyini güman etdiyini, eləcə də Hacı Arifin mübahisə obyekti olan əmlakla heç bir əlaqəsinin olmadığını bildirmiş, sözügedən torpaq sahəsinin zəbt edilməsi barədə göstərilən məlumatların həqiqətə uyğun olmadığını qeyd etmişdir. O eləcə də İddiaçı iddia etdiyi torpaq sahəsinin əvvəllər X5 adına olduğunu və bu sahələrin 0,03 ha hissəsinin koordinat sürüşməsi nəticəsində bir-biri üzərinə düşdüyünü, Rizvanla Şərif adlı şəxslərin isə əlbir olaraq bundan istifadə etməklə hər sota 3000 manat olmaqla ümumilikdə 9000 manat pul istədiklərini də bildirmişdir. İş üzrə birinci instansiya məhkəməsində keçirilmiş ekspertiza tədqiqatı nəticəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022ci il tarixli 10/6835 saylı rəyindən görünür ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC-nin Bakı LTİ-nin mütəxəssis rəyinə əsasən, iddiaçı X3 faktiki istifadəsində olan 0,3290 ha torpaq sahəsinin 0,0982 ha hissəsinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışla Cavabdeh məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,344 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları ilə üst-üstə düşdüyü müəyyən edildi. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC-nin Bakı LTİ-nin mütəxəssis rəyinə əsasən, iddiaçı Cavabdeh faktiki istifadəsində olan 0,3290 ha torpaq sahəsinin 0.1706 ha hissəsinin digər şəxslərə çıxarışla mülkiyyətlərinə verilmiş torpaq sahələri ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Sadalananlara əsasən, birinci instansiya məhkəməsində aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən 0.0307 ha torpaq sahəsi İddiaçı mülkiyyətində olmaqla sonuncuya bu barədə daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli çıxarış verilmiş və həmin çıxarış əsasında sözügedən kənd təsərrüfat təyinatlı torpaq sahəsi İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 766 saylı reyestr kitabının 26 saylı vərəqində ********** qeydiyyat nömrəsi, **********88 reyestr nömrəsi ilə qeydiyyata alınmış, 4 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixli A634769 saylı plan və ölçü verilmişdir. Göründüyü kimi, İddiaçı Cavabdeh çıxarılmasını tələb etdiyi torpaq sahəsi üzərində sahiblik, istifadə və sərəncam vermək hüquqlarını əldə etmişdir ki, hazırda, cavabdeh tərəfindən yaradılan maneələr iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsindən istifadə etmək hüquqlarını məhdudlaşdırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və bildirir ki, işin araşdırılmış hallarından da göründüyü kimi, Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən 0.0307 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən İddiaçı satılmış, həmin alqı-satqı müqaviləsi əsasında torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınaraq müvafiq çıxarış verilmişdir. Hazırda iddiaçı ona məxsus Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən 0.0307 ha torpaq sahəsinin 0.0298 ha hissəsinin Cavabdeh oğlu tərəfindən faktiki metal torla çəpərlənərək istifadə olunduğunu əsas gətirərək cavabdehin ona məxsus torpaq sahəsindən çıxarılmasını xahiş edir. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-mülkiyyətçinin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülkiyyət hüququ Azərbaycan Respublikasında mülkiyyətçinin hüquqi baxımdan təsbit olunmuş geniş səlahiyyətləri (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək) olması ilə yanaşı, həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Bininci instansiya məhkəməsinin qətnaməsi ilə razı olmayan cavabdeh apellyasiya şikayəti verərək şikayətində İddiaçı məxsus Abşeron rayonu Mehdiabad qəsəbəsində yerdən 0,0307 ha torpaq sahəsinin bir hissəsinin Cavabdeh tərəfindən zəbt olunmadığını, həmin torpaq sahəsinin 0.0298 ha hissəsinin Cavabdeh oğluna məxsus torpaq sahəsi ilə üst-üstə düşmədiyini qeyd etmişdir. Bu baxımdan apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının qərardadı ilə iş üzrə əlavə məhkəmə tikinti-texniki və məhkəmə-torpaqşünaslıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 12 iyul 2023cü il tarixli, 10/3631 nömrəli ekspert rəyi ilə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqlarının Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində 18 avqust 2021-ci il tarixli 766 nömrəli reyestr kitabının 26 nömrəli vərəqində qeydiyyata alınmış çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi ünvanda yerləşən 0,0307 ha torpaq sahəsinin planlı yerləşməsinin və ölçülərinin, yerində (naturada) planlı yerləşməsi və ölçüləri ilə üst-üstə düşdüyü, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqlarının Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində RX seriyalı ******* saylı çıxarışa əsasən Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi ünvanda yerləşən 0,344 ha torpaq sahəsinin planlı yerləşməsinin, ölçülərinin və koordinatlarının, özü tərəfindən çəpərlənərək istifadə olunan torpaq sahəsinin planlı yerləşməsi, ölçüləri və koordinatları ilə üst-üstə düşmədiyi, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2021-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışla İddiaçı məxsus Abşeron rayonu Mehdiabad qəsəbəsində yerdən 0,0307 ha torpaq sahəsinin 0.0298 ha hissəsinin (xx.xx.2021-ci il tarixli № 634769 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan döngə nöqtələrinin koordinatlarına əsasən) Cavabdeh oğlu tərəfindən faktiki metal torla çəpərlənərək istifadə olunduğu müəyyən edilmişdir. Göründüyü kimi Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqlarının Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində 18 avqust 2021-ci il tarixli 766 nömrəli reyestr kitabının 26 nömrəli vərəqində qeydiyyata alınmış çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi ünvanda yerləşən 0,0307 ha torpaq sahəsinin planlı yerləşməsinin və ölçülərinin, yerində (naturada) planlı yerləşməsi və ölçüləri ilə üst-üstə düşməsi, Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi ünvanda yerləşən 0,344 ha torpaq sahəsinin planlı yerləşməsinin, ölçülərinin və koordinatlarının, özü tərəfindən çəpərlənərək istifadə olunan torpaq sahəsinin planlı yerləşməsi, ölçüləri və koordinatları ilə üst-üstə düşməməsi, eləcə də İddiaçı məxsus Abşeron rayonu Mehdiabad qəsəbəsində yerdən 0,0307 ha torpaq sahəsinin 0.0298 ha hissəsinin Cavabdeh oğlu tərəfindən faktiki metal torla çəpərlənərək istifadə olunduğu ekspert rəyi ilə müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 12 iyul 2023-cü il tarixli, 10/3631 nömrəli ekspert rəyi qanuni və əsaslı olub, işin həqiqi hallarına uyğun olduğuna görə iş üzrə sübut növü kimi qəbul edilməlidir. Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, İddiaçı adına xx.xx.2021-ci il tarixli çıxarış əsasında daşınmaz əmlakın dövlət reyestrində 766 saylı reyestr kitabının 26 saylı vərəqində ********** qeydiyyat nömrəsi, **********88 reyestr nömrəsi ilə qeydiyyata alınmış Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən 0.0307 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin 0.0298 ha torpaq sahəsindən Cavabdeh çıxarılmaqla həmin torpaq sahəsindən istifadəyə yaradılmış maneələrin aradan qaldırılması barədə birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas ola bilməz. Cavabdeh apellyasiya şikayətində vəsatətlə məhkəməyə müraciət edərək hazırki iddia üzrə mübahisəli torpaq sahəsi ilə əlaqədar onlar tərəfindən 02 mart 2021-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “mülkiyyətdə olan torpaq sahəsinin faktiki istifadə vəziyyətinin məkan göstəricilərinə uyğun yeni hüquqi və texniki sənədlə verilməsindən imtinanın qanunsuz hesab edilməsi və cavadehin üzərinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən yeni çıxarışın və texniki sənədlərin verilməsi öhdəliyinin qoyulması” tələbinə dair iddia ilə müraciət olunduğunu, həmin iş hazırda Sumqayıt İnzibati Məhkəməsində icraatda olduğunu, hər iki iddia üzrə mübahisənin predmeti eyni torpaq sahəsi olduğunu qeyd edərək Sumqayıt İnzibati Məhkəməsində göstərilən iddiaya baxılıb yekun qərar qəbul edilənədək hazırkı iş üzrə icraatın dayandırılmasını xahiş etmiş, lakin vəsatəti təmin edilməmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlili ilə əlaqədar qeyd edir ki, iddiaçı Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia qaldıraraq “cavabdeh tərəfindən verilmiş 23 noyabr 2013-cü il qeydiyyat tarixli, RX seriyalı, ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa və həmin çıxarışa əlavə edilmiş “Torpaq sahəsinin plan və ölçüsü”nə dair sənədə əsasən iddiaçıya, onun mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisindəki 0,344 ha torpaq sahəsinin faktiki istifadə vəziyyətinin məkan göstəricilərinə uyğun yeni hüquqi və texniki sənədlər verilməsindən cavabdehin imtinasının qanunsuz hesab edilməsi və cavabdehin üzərinə iddiaçıya mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisindəki 0,344 ha torpaq sahəsinin faktiki istifadə vəziyyətinin məkan göstəricilərinə uyğun, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən yeni çıxarışın və texniki sənədlərin verilməsi öhdəliyinin qoyulması” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2- 1(118)-75/2022 nömrəli qərardadı ilə iddiaçının nümayəndəsi və vəkili Vəkil1 ərizəsinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkəmə Ekspertiza Mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən görünür ki, ekspertizası tədqiqatlarının dəyəri 100 (yüz) manatdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 100 (yüz) manat cavabdehdən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Beləliklə, məhkəmə kollegiyası toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmişdir. Yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsaslanaraq və işin hallarına məcmu halda qiymət verərək məhkəmə kollegiyası apellyasiya şikayətindəki dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi apellyasiya şikayəti ilə mühahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 22 iyul 2022-ci il tarixli, 2(012)-493/2022 nömrəli qətnaməsi apellyasiya şikayəti ilə mühahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 100 (yüz) manat Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN**********; AZ34CTRE********************, X2, KOD210005; VÖEN**********; Müxbir hesAz41NABZ013601**********03944; S.W.İ.F.T. Bik: CTREAZ 22) köçürülsün. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-190/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-190/2023
07.09.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Sair mülki iş - Sair mülki iş - Maneənin aradan qaldırılması - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver