Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-998/2024 19.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsindən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-190/2023 nömrəli, 07 sentyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 19 mart 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli plan və ölçüsünə əsasən, Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən 0.344 ha torpaq sahəsi Cavabdeh mülkiyyətindədir və həmin sənədin tərtib edilməsinə əsas Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş 2981 saylı Dövlət Aktı olmuşdur.
2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2013-cü il tarixli Çıxarışa əsasən, Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən 0.344 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi Cavabdeh adına xüsusi mülkiyyə t hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli “Plan və ölçü” sənədinə əsasən, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.0307 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir və həmin sənədin tərtib edilməsinə əsas xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi olmuşdur.
4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli Çıxarışın notarial qaydada təsdiq olunmuş surətinə əsasən, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.0307 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
5. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli məktublardan görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən 0.0307 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının naturada göstərilməsi barədə xx.xx.2021-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə daxil olmuş müraciətə baxılmış və bununla əlaqədar olaraq bildirilmişdir ki, sözügedən torpaq sahəsinə dair tərtib edilmiş torpaq sahəsinin plan və ölçüsündə göstə rilmiş döngə nöqtələrinin koordinatları GPS aləti vasitəsilə naturada müəyyən edilərək tanıdılmışdır. Sözügedən torpaq sahəsinin 0.0298 ha hissəsi başqa şəxs tərəfindən metal torla sərhədlənərək istifadə olunur.
6. X9, X7 və X5 tərəfindən imza edilməklə tərtib olunmuş xx.xx.2022-ci il tarixli Aktdan görünür ki, İddiaçı məxsus reyestr nömrəsi **********88 olan 0,0307 ha torpaq sahəsi Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşir. İddiaçı məxsus torpaq sahəsinin bir hissəsi Cavabdeh tərəfindən zəbt olunaraq dəmir torla hasarlanıb istifadə olunur. İddiaçı İİ qrup Qarabağ əlilidir.
7. Abşeron Rayon Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarından görünür ki, izahatı alınmış İddiaçı bildirmişdir ki, təxminən 1 il əvv əl dostu X1 qəsəbəsində özünə məxsus torpaq sahəsi olduğunu, lakin həmin torpaq sahəsinin Hacı Arif adlı şəxs tərəfindən dəmir torla hasara alındığını və sonuncunun orada meyvə ağacları əkdiyini bildirmiş, həmin şəxsdən dəfələrlə hasarı söküb ərazini boşaltmasını tələb etsə də, bu tələbi yerinə yetirilməmişdir. Bu səbəbdən də Rizvan sözügedən torpaq sahəsini satmaq istədiyini ona bildirmişdir. O isə öz növbəsində, həmin torpaq sahəsini almaq üçün Rizvanla razılaşmış, bundan sonra isə Arif adlı şəxslə danışaraq torpağı aldığını, yaxın günlərdə sənədləşmə işləri aparılacağını deyərək ərazini boşaltmasını xahiş etmişdir. Arif adlı şəxs də torpaq sahəsini boşaldacağına dair söz versə də, buna əməl etməmişdir. xx.xx.2021-ci il tarixdə o, Rizvanla alqı-satqı müqaviləsi bağlamış və Arif adlı şəxs in həmin torpaq sahəsini boşaltmasında köməklik göstərilməsi üçün DİN-in «102» xidməti-zəng mərkəzinə müraciət edərək bu barədə məlumat vermişdir. Sonradan Arif adlı şəxs sözügedən torpaq sahəsinə dair özünün də çıxarışı olduğunu bildirərək həmin ərazini boşaltmamasını bununla əsaslandırmışdır. Buna görə də o, Arifə dəfələrlə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etməyi tövsiyə etsə də, sonuncu bununla razılaşmamışdır. Qərardan daha izahatı alınmış Vəkil1 İddiaçı şikayətinin məzmunu ilə tanış olduqdan sonra bildirmişdir ki, sonuncunun iddia etdiyi torpaq sahəsinin mülkiyyətçisi Cavabdeh etibarnamə üzrə qanuni nümayəndəsi və vəkilidir. İddiaçı sözügedən torpaq sahəsinə dair notariat ofisində alqı-satqı müqaviləsi bağlasa da, həmin müqavilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xi dmətində qeydiyyatdan keçmədiyindən və mübahisə obyekti olan torpaq sahəsinə dair çıxarış almadığından sözügedən əmlakın mülkiyyətçisi deyildir. Digər tərəfdən, onlar həmin torpaq sahəsinin faktiki məkan göstəricilərinə uyğun yeni çıxarışın verilməsinə dair iddia tələbi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişlər. Məhkəmənin müvafiq qərarına əsasən iş üzrə ekspertiza təyin edilmiş və ekspertiza rəyi alınanadək iş üzrə icraat dayandırılmışdır. Rəy alındıqdan sonra qəbul ediləcək məhkəmə qərarı əsasında isə məlum mübahisə öz həllini tapacaqdır. O əlavə olaraq, Cavabdeh Hacı Arif adlı qaynı olduğunu bildirmiş və İddiaçı Hacı Arifin adını eşidərək müraciətində sonuncunu qeyd etdiyini güman etdiyini, eləcə də Hacı Arifin mübahisə obyekti olan əmlakla heç bir əlaqəsinin olmadığını bildir miş, sözügedən torpaq sahəsinin zəbt edilməsi barədə göstərilən məlumatların həqiqətə uyğun olmadığını qeyd etmişdir. O eləcə də İddiaçı iddia etdiyi torpaq sahəsinin əvvəllər X3 adına olduğunu və bu sahələrin 0,03 ha hissəsinin koordinat sürüşməsi nəticəsində bir-biri üzərinə düşdüyünü, Rizvanla Şərif adlı şəxslərin isə əlbir olaraq bundan istifadə etməklə hər sota 3000 manat olmaqla ümumilikdə 9000 manat pul istədiklərini də bildirmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı Cavabdeh qarşı “torpağın sərhədlərinin müəyyən edilməsi, torpaqdan istifadə edilməsində maneənin törədilməməsinin cavabdehin üzərinə öhdəlik qoyulması, torpaq sahəsindən çıxarılması və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən torpaq sahəsinin plan və ölçüsünə uyğun olaraq sərhədlərinin müəyyən edilməsi, torpaqdan istifadə edilməsində maneənin aradan qaldırılması, mülkiyyətində olan torpaq sahəsindən istifadə etməsində maneənin törədilməməsinin cavabdehin və digər şəxslərin üzərinə öhdəlik qoyulması, Cavabdeh və digərlərinin ona məxsus torpaq sahəsindən çıxarılması, vurulmuş mənəvi ziyana görə cavabdehdən 7000 manat pul vəsaitinin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Sonradan İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələblərinin qalan hissədə saxlanılmaq şərtilə Cavabdeh və digər şəxslərin ona məxsus 0.0307 ha torpaq sahəsinin 0.0298 ha hissəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən mübahisəli torpaq sahəsini 2021-ci ildə alqı-satqı yolu ilə almış və həmin müqaviləyə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən ona 0.0307 ha torpaq sahəsinə dair çıxarış və torpaq sahəsinin plan-ölçüsü verilmişdir. Bir müddətdən sonra o, torpaq sahəsinə gələn zaman ona məxsus torpaq sahəsinin dəmir torla hasara alındığının şahidi olmuşdur. Bu barədə o, maraqlandıqda onun torpaq sahəsinin "xxxx" ASC-nin əməkdaşı olan Hacı Arif adlı bir şəxs tərəfin dən zəbt olunduğu bəlli olmuşdur. Bundan sonra o, həmin şəxslə əlaqə saxlamış, sözügedən adam isə ona torpaq sahəsinin onun qohumu olan Cavabdeh məxsus olduğunu, özünün isə sadəcə olaraq icraçı olduğunu bildirmişdir. O, cavabdehlə əlaqə saxlamış və cavabdeh ona mübahisəli torpaq sahəsinin ona məxsus olduğunu, həmçinin torpaq sahəsinə dair sənədlərin olduğunu bildirmişdir. Eyni zamanda, cavabdeh ona torpaq sahəsində sürüşmə halının baş verdiyini və bu səbəbdən də, ona məxsus torpaq sahəsinin hansı istiqamətə getməsi barədə bilmədiyini qeyd etmişdir. Bundan sonra o, 4 saylı Abşeron Ərazi İdarəsinə bu barədə xəbər vermiş və ona cavab olaraq torpaq sahəsinin kənar şəxslər tərəfindən zəbt edildiyi bildirilmişdir. Torpaq sürüşməsi ağırlıq qüvvəsinin təsiri altında torpaq kütləsinin və təbəqəli süxurların qopub yamac boyu sürüşərək yerdəyişməsidir. Bu xoşagəlməz vəziyyətə son qoymaq üçün o, cavabdehə dəfələrlə torpağın boşaldılmasını, belə əməllərə son qoymasını tələb etməsinə baxmayaraq, cavabdeh onun dediklərinin heç birinə məhəl qoymamış, bu gün də eyni qaydada, ona məxsus olan torpaq sahəsini zəbt edərək yuxarıda qeyd olunan şəkildə öz məqsədləri üçün istifadə etməkdə davam etmişdir. X18 Nazirliyinin “102” qaynar xəttinə zəng etsə də, cavabdeh yenə də torpaqdan çıxmamış, bu günə qədər də onun torpaq sahəsindən istifadə etməyə davam etmişdir. Göstərilən vəziyyət onun sahiblik və istifadə hüququnun pozulmasına gətirib çıxarmışdır. Torpaq sahəsinə baxış keçirilməsi üçün o, mütəxəssis dəvət etmiş və mütəxəssislər baxış keçirmişlər. Bu səbəbdən də, ekspert rəyinə lüzum olmadığı q ənaətindədir. 11. 18.07.2022-ci il tarixinə təyin olunmuş hazırlıq məhkəmə iclasında iştirak etmiş Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, hazırki mülki iş üzrə mübahisələndirilən torpaq sahəsinin naturada üstüstə düşməsi halının, cavabdeh tərəfindən həqiqətən də zəbt edilmə faktının müəyyən edilməsi üçün ekspert rəyinin verilməsi, mütəxəssis rəyinin alınması zəruridir. Cavabdeh tərəfindən Sumqayıt İnzibati Məhkəməsinə mülkiyyətdə olan torpaq sahəsinin faktiki istifadə vəziyyətinin məkan göstəricilərinə uyğun yeni hüquqi və texniki sənədlər verilməsindən imtinanın qanunsuz hesab edilməsi və cavabdehin üzərinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən yeni çıxarışın və texniki sənədlərin verilməsi öhd əliyinin qoyulması tələbinə dair iddia ərizəsi ilə müraciət edilmiş və 2-1(118)-874/2021 saylı mülki iş üzrə xx.xx.2021-ci il tarixdə qərardad qəbul edilərək iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, icraat dayandırılmışdır. Hazırki mülki iş üzrə məhkəməyə təqdim edilmiş sorğuya cavab məktubunun əsas sübut növü kimi qəbul edilməməsi qənaətindədir.
12. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/6835 saylı rəyindən görünür ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMCnin Bakı LTİ-nin mütəxəssis rəyinə əsasən, X2 faktiki istifadəsində olan 0,3290 ha torpaq sahəsinin 0,0982 ha hissəsinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən Çıxarışla Cavabdeh məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,344 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları ilə üstüstə düşdüyü müəyyən edildi. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC-nin Bakı LTİ-nin mütəxəssis rəyinə əsasən, Cavabdeh faktiki istifadəsində olan 0,3290 ha torpaq sahəsinin 0.1706 ha hissəsinin digər şəxslərə çıxarışla mülkiyyətlərinə verilmiş torpaq sahələri ilə üst-üstə düşdüyü müəyyən edilmişdir.
13. Məhkəmənin sorğusu əsasında məhkəməyə daxil olmuş Abşeron Rayon İcra Hakimiyyəti Başçısının X8 Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və 4 saylı Abşeron Ərazi İdarəsinin məktubları, tərtib edilmiş Akta əsasən İddiaçı məxsus 0,0307 ha torpaq sahəsinin bir hissəsi qonşuları tərəfindən zəbt edilərək istifad ə olunmaqdadır. 14. 28.06.2022-ci il tarixdə keçirilmiş yerli baxış zamanı müəyyən olunmuşdur ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən torpaq sahəsinə baxış keçirilən zaman torpaq sahəsinin həqiqətən də dəmir tor vasitəsilə hasara alındığı müəyyən olunmuşdur.
15. Abşeron Rayon Məhkəməsinin 22 iyul 2022-ci il tarixli, 2(012)-493/2022 saylı qətnaməsi ilə (hakim Habil Əhmədov) iddia qismən təmin edilərək, İddiaçı adına olan 18.8.2021-ci il tarixli Çıxarışa əsasən qeydiyyata alınmış Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.0307 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin 0.0298 ha torpaq sahəsindən Cavabdeh çıxarılmaqla həmin torpaq sahəsindən istifadəyə yaradılmış maneələrin aradan qaldırılması qət edilmişdir.
16. Məhkəmə qeyd etmişdir ki, tədqiq olunmuş sübutlar, keçiri lmiş yerli baxış, həmçinin, məhkəmənin sorğusuna əsasən, Abşeron Rayon İcra Hakimiyyəti Başçısının X8 Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubu, eyni zamanda, iddiaçının qonşuları olan X9, X7 və X5 tərəfindən imza edilməklə tərtib olunmuş xx.xx.2022-ci il tarixli Akt əsasında müəyyən olunmuşdur ki, xüsusi mülkiyyət hüququ əsasında İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.0307 ha torpaq sahəsi Cavabdeh tərəfindən zəbt edilməklə, İddiaçı mülkiyyət hüququ məhdudlaşdırılmışdır. Belə ki, 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli məktubları əsasında, torpaq sahəsinə dair tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilmiş döngə nöqtələrinin koordinatlarının GPS alə ti vasitəsilə naturada müəyyən edilərək tanıdıldığı, eyni zamanda, sözügedən torpaq sahəsinin 0.0298 ha hissəsinin metal torla sərhədlənərək istifadə olunduğu öz təsdiqini tapmışdır.
17. Qanunvericiliyin tələblərindən göründüyü kimi, xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olan torpaq sahəsindən istifadə ilə bağlı iddiaçının mülkiyyət hüququ pozulduğundan, mülkiyyət hüququnun müdafiəsini tələb etmək hüququna malik olan iddiaçıya mülkiyyətində olan daşınmaz əmlakdan istifadə etməyə maneələr yaradıldığından və bu hal iddiaçının mülkiyyət hüququnu məhdudlaşdırdığından, iddia qismən təmin edilərək, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən İddiaçı məxsus olan 0.0307 ha torpaq sahəsinin 0.0298 ha torpaq sahəsindən Cavabdeh çıxarılmaqla həmin torpaq sahəsindən istifadə edilməsinə yaradılmış maneələr aradan qaldırılmalıdır.
18. İddiaçı iddia tələbində torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi, eyni zamanda, həmin torpaq sahəsindən başqa şəxslərin çıxarılmaqla istifadəyə yaradılmış maneələrin aradan qaldırılmasını xahiş etmişdir.
19. Məhkəmə, iddia tələbinə bu hissədə hüquqi qiymət verərək qeyd etmişdir ki, torpaq sahəsinin sərhəd nöqtələrinin müəyyən edilməsi məhkəmənin səlahiyyətində olmadığından, iddiaçı həmin tələblə aidiyyəti quruma müraciət etməli olduğundan, iddia ərizəsi bu hissələrdə təmin edilə bilməz.
20. Məhkəmə iddianın mənəvi zərərin əvəzinin ödənilməsi ilə bağlı hissədə hesab etmişdir ki, Mülki Prosessual Məcəllənin 77.1 maddəsinə müvafiq olaraq, iddiaçı tərəfindən məhkəməyə əsaslandırıcı sübut və dəlillər təqdim olunmadığından, iddia həmin hissə də əsassız hesab olunaraq rədd edilməlidir.
21. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13.1, 29-cu maddələrinə, Mülki Məcəllənin 152, 152.5, 157.1, 157.2, 157.4, 178.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
22. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
23. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, işin faktiki hallarından göründüyü kimi, hazırki işə onun, habelə onun nümayəndəsi və vəkilinin iştirakı olmadan baxılmışdır. İşə baxan məhkəmə bunu onunla əsaslandırmışdır ki, onun nümayəndəsi və vəkili məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizəyə əsasən nümayəndə xx.xx.2022-ci il tarixə təyin olunmuş məhkəmə iclasında Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə iclası ilə əlaqədar iştirak edə bilməyəcəyini bildirib mülki işin təxirə salınmasını xahiş etmiş, məhkəmə iddiaçının cavabdehin iştirakı olmadan iclasın keçirilməsi ilə bağlı xahişini, həmçinin prosessual müddətləri nəzərə alaraq işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan baxılması qənaətinə gəlmişdir. Məhkəmənin tələm-tələsik qətnamə qəbul etməsini təsdiq edən faktlardan biri də ondan ibarətdir ki, işə baxılarkən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərardadla mülki iş üzrə məhkəmə tikintitexniki ekspertizasının təyin edilməsi və ekspertizanın aparılmasının Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilməsi qərara alınmışdır. Məhkəmə Ekspertiza Mərkəzinin 25 may 2022-ci il tarixli vəsatətlə Abşeron Rayon məhkəməsinə müraciət edərək, tədqiq olunan torpaq sahəsinə dair Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tədqiq olunan sahənin koordinatları və baza məlumatlarının göndərilməsini xahiş etmişdir. Məhkəmə ekspertin həmin vəsatətini təmin etmək əvəzinə, heç bir əsas olmadan 17 may 2022-ci il tarixli məktubla Məhkəmə Ekspertiza Mərkəzinə məktubla müraciət edərək, iş üzrə məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsinə dair xx.xx.2022-ci il tarixli qərardadı icra etmədən mülki işin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin həmin məktubu əsasında 26 aprel 2020-ci il tarixli qərardad icra olunmadan mülki iş məhkəməyə geri qaytarılmışdır. Bundan sonra, məhkəmə daha bir kobu d prosessual qanun pozuntusuna yol vermiş, 03 iyun 2022-ci il tarixli qərardadla qanunsuz olaraq MPM-nın 257-ci maddəsinə istinad edərək guya, işin dayandırılmasına səbəb olmuş halların aradan qaldırılması adı ilə iş üzrə icraatı təzələmişdir. Halbuki işin dayandırılması üçün səbəb olan hal, yəni iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilməsinə dair qərardad heç bir əsas olmadan işin geri tələb edilməsi ilə bağlı icra edilməmişdir. Məhkəmənin hazırki işə baxarkən yol verdiyi kobud prosessual qanun pozuntularından biri də ondan ibarətdir ki, heç bir zərurət olmadığı və tərəflərin heç bir müraciəti olmadığı halda öz təşəbbüsü ilə 15 may 2022-i il tarixli məktubla Abşeron Rayon İcra Hakimiyyəti Başçısının X8 ərazi dairəsi üzrə nümayəndəliyinə İddiaçı adına olan torpaq sahəsinin q onşular tərəfindən zəbt edilibedilməməsi barədə sorğu göndərmişdir. Halbuki, şəxsin mülkiyyətində olan torpaq sahələrinin qonşular tərəfindən zəbt olunub-olunmamasını müəyyən etmək səlahiyyətlərinin İcra Hakimiyyəti Başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə heç bir aidiyyəti yoxdur. X8 Ərazi Dairəsi üzrə Nümayəndəliyi 15 iyul 2022-ci il tarixli məktubla məhkəməyə cavab verərək tərtib edilmiş Akta əsasən İddiaçı məxsus 0,0307 ha torpaq sahəsinin bir hissəsinin qonşuları tərəfindən zəbt edilərək istifadə olunmaqda olduğunu bildirmişdir. Həmin məktuba iki nəfər tərəfindən tərtib edilmiş və üç nəfər tərəfindən imzalanmış Akt əlavə edilmişdir. Məhkəmə hazırki iş üzrə qətnamə qəbul edərkən yol verdiyi kobud prosessual qanun pozuntularından biri də ondan ibarətdir ki, həmin aktın heç bir hüquqi qüvvəsi olmadığı halda, habelə həmin aktı imzalayan şəxslərdən birinin işin nəticəsində maraqlı olan şəxs, yəni İddiaçı mübahisəli hesab edilən torpaq sahəsinin sənədini satan X4r. Göründüyü kimi, məhkəmə hüquqi qüvvəsi olmayan sübutlar toplamaqla, hər vəchlə iddianın təmin olunması üçün ciddi səylər göstərmişdir. Məhkəmənin hakimi Habil Əhmədov qəbul etdiyi qətnamədə mülki işin materiallarında olan sənədləri sadalasa da, İddiaçı adına olan 0,0307 ha torpaq sahəsinin 0,0298 ha hissəsinin Cavabdeh tərəfindən zəbt olunmasına dair heç bir mötəbər sübut növü göstərə bilməmişdir. Həqiqətən də işdə araşdırılmış sübutlarla həmin faktı təsdiq edəcək hər hansı sübut növü müəyyən edilməmişdir. Məhkəmənin hakimi İddiaçı iştirakı ilə mübahisəli hesab edilən əraziyə yerli baxış keçirmiş, gu ya İddiaçı məxsus olan torpaq sahəsinin bir hissəsinin Cavabdeh tərəfindən zəbt olunmasını müəyyən etmişdir. Halbuki, məhkəmənin hakimi bu sahədə mütəxəssis olmadığına görə və heç bir texniki vasitələrdən istifadə etmədən, yəni koordinatları və döngə nöqtələrini təyin etmədən torpaq sahələrinin üst-üstə düşməsi faktının ürəkdən arzu etsə də, müəyyən edə bilməzdi. Qeyd olunanlardan əlavə vəsatətlə məhkəməyə müraciət edərək bildirmişdir ki, həmin iddia üzrə mübahisəli hesab edilən torpaq sahəsi ilə əlaqədar onlar tərəfindən 02 mart 2021-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “mülkiyyətdə olan torpaq sahəsinin faktiki istifadə vəziyyətinin məkan göstəricilərinə uyğun yeni hüquqi və texniki sənədlə verilməsindən imtinanın qanunsuz hesab edilməsi və cavabdehin üzərinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən yeni çıxarışın və texniki sənədlərin verilməsi öhdəliyinin qoyulması” tələbinə dair iddia ilə müraciət olunmuşdur. Həmin iş hazırda Sumqayıt İnzibati Məhkəməsində icraatdadır. Hər iki iddia üzrə mübahisənin predmeti eyni torpaq sahəsidir. Ona görə də Sumqayıt İnzibati Məhkəməsində göstərilən iddiaya baxılıb yekun vurulanadək hazırkı iş üzrə nəticəyə gəlmək mümkün deyildir. Lakin vəsatətləri əsassız olaraq təmin edilməmişdir. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının qərardadı ilə iş üzrə əlavə məhkəmə tikinti-texniki və məhkəmətorpaqşünaslıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertiza Mərkəzinin 12 iyul 2023cü il tarixli ekspert rəyi ilə DƏDRX Hüquqlarının Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində 18 avqust 2021-ci il tarixli Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,0307 ha torpaq sahəsinin planlı yerləşməsinin və ölçülərinin, yerində (naturada) planlı yerləşməsi və ölçüləri ilə üst-üstə düşdüyü, DƏDRX Hüquqlarının Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,344 ha torpaq sahəsinin planlı yerləşməsinin, ölçülərinin və koordinatlarının, özü tərəfindən çəpərlənərək istifadə olunan torpaq sahəsinin planlı yerləşməsi, ölçüləri və koordinatları ilə üst-üstə düşmədiyi, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2021-ci il tarixli Çıxarışla İddiaçı məxsus olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerdən 0,0307 ha torpaq sahəsinin 0.0298 ha hissəsinin (xx.xx.2021-ci il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan döngə nöqtələrinin koordinatlarına əsasən) Cavabdeh tərəfindən faktiki metal torla çəpərlənərək istifadə olunduğu müəyyən edilmişdir.
24. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-190/2023 nömrəli, 07 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – İlqar Dəmirov (məruzəçi), Fuad Məmmədov və Lalə Rəhimli) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Abşeron Rayon Məhkəməsinin 22 iyul 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
25. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Məhkəmə Ekspertiza Mərkəzinin 12 iyul 2023-cü il tarixl i ekspert rəyi qanuni və əsaslı olub, işin həqiqi hallarına uyğun olduğuna görə, iş üzrə sübut növü kimi qəbul edilməlidir.
26. Məhkəmə kollegiyası qeyd etmişdir ki, İddiaçı adına xx.xx.2021-ci il tarixli Çıxarış əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.0307 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin 0.0298 ha torpaq sahəsindən Cavabdeh çıxarılmaqla, həmin torpaq sahəsindən istifadəyə yaradılmış maneələrin aradan qaldırılması barədə birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlmişdir.
27. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinə münasibət bildirərək qeyd etmişdir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əs as ola bilməz.
28. Cavabdeh apellyasiya şikayətində vəsatətlə məhkəməyə müraciət edərək hazırki iddia üzrə mübahisəli torpaq sahəsi ilə əlaqədar onlar tərəfindən 02 mart 2021-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “mülkiyyətdə olan torpaq sahəsinin faktiki istifadə vəziyyətinin məkan göstəricilərinə uyğun yeni hüquqi və texniki sənəd verilməsindən imtinanın qanunsuz hesab edilməsi və cavabdehin üzərinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən yeni Çıxarışın və texniki sənədlərin verilməsi öhdəliyinin qoyulması” tələbinə dair iddia ilə müraciət olunduğunu, həmin işə hazırda Sumqayıt İnzibati Məhkəməsinin icraatında olduğunu, hər iki iddia üzrə mübahisənin predmet i eyni torpaq sahəsi olduğunu qeyd edərək Sumqayıt İnzibati Məhkəməsində göstərilən iddiaya baxılıb yekun qərar qəbul edilənədək hazırkı iş üzrə icraatın dayandırılmasını xahiş etmiş, lakin vəsatəti təmin edilməmişdir.
29. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlili ilə əlaqədar qeyd etmişdir ki, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia qaldıraraq “cavabdeh tərəfindən verilmiş 23 noyabr 2013-cü il qeydiyyat tarixli Çıxarışa və həmin çıxarışa əlavə edilmiş “Torpaq sahəsinin planı və ölçüsü”nə dair sənədə əsasən iddiaçıya, onun mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,344 ha torpaq sahəsinin faktiki istifadə vəziyyətinin məkan göstəricilərinə uyğun yeni hüquqi və texniki sənədlər verilməsindən cavabdehin imtinasının qanunsuz hesab edilməsi və cavabdehin üzərinə iddiaçıya mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,344 ha torpaq sahəsinin faktiki istifadə vəziyyətinin məkan göstəricilərinə uyğun, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən yeni Çıxarışın və texniki sənədlərin verilməsi öhdəliyinin qoyulması” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçının nümayəndəsi və vəkilinin ərizəsinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmışdır.
30. Məhkəmə kollegiyası toplanmış sübutl ara məcmu halda qiymət verərək hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
31. Cavabdeh (Vəkil1) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
32. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi ekspert qarşısında qoyduğu suallardan birinin cavablandırılmamasına baxmayaraq yekun məhkəmə aktı qəbul etmiş, ekspert rəyləri arasında olan ziddiyyətləri aradan qaldırmamış, bununla da mülki prosessual hüquq normalarının tələblərini poz muşdur. Kassator, qeyd etmişdir ki, İddiaçı adına hazırki iş üzrə mübahisəli hesab olunan torpaq sahəsinə dair çıxarış verilərkən reyestr orqanı qeyd olunan mübahisəli torpaq sahəsinin cavabdehin mülkiyyətində olmasına dair yüklülüyünə əhəmiyyət verməmişdir. İşə baxan məhkəmələr bu fakta hüquqi qiymət verməmiş və bununla bağlı heç bir araşdırma aparmamışdır. Məhkəmələr iş üzrə qeyd olunan nəticəyə gələrkən saysız hesabsız maddi və prosessual qanunvericilik normalarının pozuntusuna yol vermiş, işin hallarını hərtərəfli, tam və obyektiv araşdırılmasını təmin etməmiş, iş üzrə əsassız, qanunsuz və qeyri-obyektiv qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
33. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
34. Maddə
13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
35. Maddə 152.1. Mülkiyyət hüququ-mülkiyyətçinin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.
36. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçün cü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
37. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
40. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müva fiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
41. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
42. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
43. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
44. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
45. Maddə 416.2.Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
46. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
47. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gə lərək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
48. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
49. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiy a şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
50. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
51. Belə ki, apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.0307 ha torpaq sahəsi İddiaçı mülkiyyətində olmaqla, sonuncuya bu barədə daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli Çıxarış verilm işdir. Eyni zamanda həmin Çıxarış əsasında sözügedən kənd təsərrüfat təyinatlı torpaq sahəsi İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və 4 saylı Ərazi İdarəsi tərəfindən 17 avqust 2021-ci il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi verilmişdir.
52. Apellyasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb qeyd etmişdir ki, İddiaçı Cavabdeh çıxarılmasını tələb etdiyi torpaq sahəsi üzərində sahiblik, istifadə və sərəncam vermək hüquqlarını əldə etmişdir ki, hazırda, cavabdeh tərəfindən yaradılan maneələr iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsindən istifadə etmək hüquqlarını məhdudlaşdırmışdır.
53. Apellyasiya instansiyası məhkəməsi, işə əlavə edilmiş sübutları, habelə ekspert rəylərini qarşılıqlı şəkildə araşdırırıq qeyd etmişdir ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.0307 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən İddiaçı satılmış və həmin alqı-satqı müqaviləsi əsasında torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınaraq müvafiq Çıxarış verilmişdir.
54. Hazırda iddiaçı ona məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.0307 ha torpaq sahəsinin 0.0298 ha hissəsinin cavabdeh tərəfindən faktiki metal torla çəpərlənərək istifadə olunduğunu əsas gətirərək, cavabdehin ona məxsus torpaq sahəsindən çıxarılmasını iddia edir.
55. Apellyasiya instansiyası məhkəməsi işə əlavə edilmiş sübutlara, habelə ekspert rəylərinə əsaslanaraq müəyyən etmişdir ki, İddiaçı məxsus olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerdən 0,0307 ha torpaq sahəsinin 0.0298 ha hissəsi cavabdeh tərəfindən faktiki metal torla çəpərlənərək istifadə olunur.
56. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
57. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-mülkiyyətçinin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.
58. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla mü əyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
59. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
60. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi cavabdeh in kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, onun kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq onlara düzgün hüquqi qiymət verildiyi üçün, həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır.
61. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 07 sentyabr 2023-cü il tarixli, 2(105)-190/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın.