Məhkəmə qərarları › İş №2(012)-4974/2022

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-4974/2022

16.11.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-4974/2022 16.11.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 09 iyul 2013-cü il təvəllüdlü X1 və 20 iyun 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Abşeron Rayon Məhkəməsinin 19 aprel 2021-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarında dəyişiklik edib cavabdehdən hər uşağın saxlanılması üçün sabit pul məbləğində 193 manat sabit pul məbləğində alimentin tutularaq mənə ödənilməsinə və 50 manat mediasiya xərcinin cavabdehdən alınıb ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, iddiaçı ilkin olaraq alimentlə bağlı məhkəməyə müraciət etmiş və 175 manat aliment kəsilmişdir. Bundan əlavə onun banka borcu vardır. Həmçinin o, yenidən ailə qurmağı düşünür. Bu səbəbdən ödəniş edə bilməz. Odur ki, o, alimentin dəyişdirilməsinə etiraz edir. Məhkəmədə məlum olmuşdur ki, İddiaçı iddia ərizəsində Abşeron Rayon Məhkəməsinin 19 aprel 2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılmasını xahiş etsə də, iş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2178/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, Abşeron Rayon Məhkəməsinin 19 aprel 2021-ci il tarixli, 2(012)-2454/2021 saylı qətnaməsinin qismən, Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X1 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında və hər ay hər uşaq üçün 54 manat olmaqla, cəmi 108 (yüz səkkiz) manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilməsi, iddia tələbinin həmin hissədə təmin edilməsi, Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X1 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 170 manat, cəmi 340 manat məbləğində sabit pul şəklində alimentin İddiaçı xeyrinə tutulması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Belə olan halda iddiaçı iddia ərizəsində “Abşeron Rayon Məhkəməsinin 19 aprel 2021-ci il tarixli qətnaməsi” əvəzinə “Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)- 2178/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi” ilə müəyyən edilmiş alimentin miqdarının atırılmasını tələb etməlidir. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə əsasən mülki iş baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası MPM-nin 260.1-ci maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 260, 263, 264, 266- 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi üzrə mülki iş baxılmamış saxlanılsın. Qərardad tərəfə rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində şikayət verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar