Məhkəmə qərarları › İş №2(012)-4995/2020

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-4995/2020

04.12.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-4995/2020 04.12.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Habil Yunis oğlu Əhmədov, İddiaçı Rəhman oğlunun cavabdeh «Abşeron LTD» Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı müqavilənin ləğv edilməsi və müqavilə üzrə ödənilmiş məbləğin və məbləğin qanunsuz saxlanıldığı müddətə görə kompensasiyasının ödənilməsi tələbinə dair iddia ərizəsini və iddia ərizəsinə əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİM : İddiaçı Rəhman oğlu cavabdeh «Abşeron LTD» Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı müqavilənin ləğv edilməsi və müqavilə üzrə ödənilmiş məbləğin və məbləğin qanunsuz saxlanıldığı müddətə görə kompensasiyasının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 35.2. maddəsinin tələblərinə cavab vermir. Həmin Məcəllənin 35.2. maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. İddia ərizəsinə əlavə edilmiş Kommersiya qurumlarının dövlət reyestri məlumatlarından görünür ki, Cavabdeh (VÖEN **********) hüquqi ünvanı ünvan 2 ki, iddia ərizəsindən göründüyü kimi tələb müqavilə hüquq münasibətlərindən irəli gələn tələbdir ki, həmin tələbə müstəsna aidiyyətlə baxılmasına yol verilə bilməz. MPM-nin 39.1. maddəsinə əsasən tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Qanunun normasından aydın oluğu kimi müqavilə hüquq münasibətləri ilə bağlı tələblər müstəsna aidiyyətə aid deyildir. Məhkəmə qeyd edir ki, hüquqi şəxsin olduğu yerin ünvanınin müəyyən edildiyi halda, işin Abşeron rayon Məhkəməsinin icraatina qəbul edilməsi aidiyyət qaydalarının pozulması ilə nəticələnə bilər ki, bu da qanunun tələblərinə əsasən yolverilməzdir. Azərbaycan Respublikasının MPM-nin; 40.1.maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. 152.1.3. maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 151.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Yuxarıda göstərilənləri və qanunvericiliyin qeyd edilən tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia ərizəsi ərazi aidiyyətinə riayət edilmədən verildiyindən İddiaçı Rəhman oğlunun cavabdeh «Abşeron LTD» Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı müqavilənin ləğv edilməsi və müqavilə üzrə ödənilmiş məbləğin və məbləğin qanunsuz saxlanıldığı müddətə görə kompensasiyanın ödənilməsi tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149, 152, 263- 269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM : İddiaçı Rəhman oğlunun cavabdeh «Abşeron LTD» Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı müqavilənin ləğv edilməsi və müqavilə üzrə ödənilmiş məbləğin və məbləğin qanunsuz saxlanıldığı müddətə görə kompensasiyanın ödənilməsi tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar