Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5022/2023 15.11.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Məşədiyeva Fidan Eynur qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X3 qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X3 qarşı alimentin tutulması tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, azyaşlı - xx.xx.2010-cu il tarixdə anadan olmuş X11 və xx.xx.2012-ci il tarixdə anadan olmuş X9 yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdehdən hər ay onun xeyrinə bir uşaq üçün 220 (iki yüz iyirmi) manat, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh arasında 30 iyun 2010-cu il tarixdə Abşeron rayon İHB-nın Saray qəsəbəsi üzrə İcra Nümayəndəliyində qeydə alınmış, 33 saylı nikah qeydi ləğv edilmişdir. Birgə nikahdan xx.xx.2010-cu il tarixdə anadan olmuş X11 və xx.xx.2012-ci il tarixdə anadan olmuş X15 ilə birlikdə tək başına yaşayır. Övladları hər ikisi məktəblidir və onların geyimi, yeməyi və s tələbatları üçün kifayət qədər xərci çıxır və iddiaçın bunları tək başına etməkdə çətinlik çəkir, aliment almağa ehtiyacı vardır. xx.xx.2010-cu il tarixdə anadan olmuş X11 və xx.xx.2012-ci il tarixdə anadan olmuş X15 ilə birlikdə Abşeron rayonu, Saray qəsəbəsi, Nəsimi küçəsində yerləşən 6 saylı evdə yaşayır. 2023-cü il üçün qanunla müəyyən edilmiş alimenti cavabdeh ona ödəməlidir. Q, aliment ilə bağlı ilk əvvəl Mediasiya Təşkilatına müraciət etmişdir. Mediasiya Təşkilatı tərəfindən ona arayış və ödədiyi 50 manat məbləğində qəbzin əsli təqdim edilmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdeh X3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Mülki Prosessual Məcəllənin 185.5. maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini, mülki iş materiallarını və işin hallarını hərtərəfli araşdıraraq hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: - Abşeron rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(012)-1687/2020 saylı qətnaməsinin surətindən görünür ki, X12 ilə X8 arasında 30 iyun 2010-cu il tarixdə Abşeron rayon İHB-nin Saray qəsəbəsi üzrə İcra Nümayəndəliyində qeydə alınmış, 33 saylı nikah qeydi ləğv edilmiş, 06 dekabr 2010-cu il tarixdə anadan olmuş X4 və 25 dekabr 2012-ci il tarixdə anadan olmuş X10 anası X5 yanında qalmaları müəyyən edilmişdir. -Şəxsiyyət vəsiqələrinin və doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı ilə X2 birgə nikahlarından xx.xx.2010-cu il tarixdə X11 və xx.xx.2012-ci il tarixdə X15 doğulmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra mətndə Ailə Məcəlləsi adlanacaq):
43. maddəsinə əsasən, valideynlərin və uşaqların hüquq və vəzifələri qanunvericiliklə müəyyən olunmuş qaydada uşağın mənşəyinin təsdiq olunmasına əsaslanır. 44.3. maddəsinə əsasən, uşağın anası ilə nikahda olmayan şəxsin atalığı uşağın atasının və anasının müvafiq icra hakimiyyəti orqanına birgə ərizə vermələri ilə müəyyən olunur.
48. maddəsinə əsasən, bu Məcəllənin 44-45-ci maddələri ilə nəzərdə tutulmuş qaydada atalıq müəyyən olunduqda, uşaqlar valideynlərinə və onların qohumlarına münasibətdə, öz aralarında nikahda olan valideynlərin uşaqlarının malik olduqları hüquq və vəzifələri daşıyırlar. İddia ərizəsindən və mülki iş materiallarına əlavə olunmuş sənədlərdən göründüyü kimi, İddiaçı ilə cavabdeh X6 ilə 30 iyun 2010-cu il tarixdə Abşeron rayon İHB-nin Saray qəsəbəsi üzrə İcra Nümayəndəliyində rəsmi nikah bağlanmışdır. Birgə nikahlarından xx.xx.2010-cu il təvəllüdlü X11 və xx.xx.2012-ci il təvəllüdlü X15 anadan olmuşdur. Abşeron rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(012)-1687/2020 saylı qətnaməsinə əsasən X12 ilə X8 arasında 30 iyun 2010-cu il tarixdə Abşeron rayon İHB-nin Saray qəsəbəsi üzrə İcra Nümayəndəliyində qeydə alınmış, 33 saylı nikah qeydi ləğv edilmiş, 06 dekabr 2010-cu il tarixdə anadan olmuş X4 və 25 dekabr 2012-ci il tarixdə anadan olmuş X10 anası X5 yanında qalmaları müəyyən edilmişdir. Hazırda, tərəflər arasında ailə nikah münasibətləri pozulduğundan iddiaçı uşaqların saxlanılması üçün cavabdehdən sabit pul məbləği şəklində alimentin tutulmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra mətndə Ailə Məcəlləsi adlanacaq): 75.1. və 75.4. maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1. maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. 78.2. maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə qаnunun qеyd еdilən tələbini rəhbər tutub məhkəmə iclаsındа tədqiq еdilən sübutlаrı qiymətləndirərək, həmçinin, tərəflərin birgə nikаhlarındаn оlаn uşаqların mənаfеyini, о cümlədən, tərəflərin diqqətəlаyiq mаrаqlаrını, eyni zamanda, «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən, uşaqlar üçün ölkə üzrə 2023-cü ildə yaşayış minimumunun 220 manat müəyyən edilməsini nəzərə alaraq, xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllüdlü X9 yеtkinlik yаşınа çаtаnаdək sахlаnılmаsı üçün Ailə Məcəlləsinin 100.2. maddəsinin tələbinə əsasən, xx.xx.2023-cü il tаriхdən bаşlаyаrаq, X1 İddiaçı хеyrinə hər аy hər bir uşaq üçün 220 mаnаt olmaqla, cəmi 440 manat sаbit pul məbləğində аlimеntin tutulmаsını məqsədəmüvаfiq hеsаb еdir. Belə ki, Ailə Məcəlləsinin qeyd olunan maddəsinin göstərişinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq):
107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə eyni zamanda, Mülki Prosessual Qanunvericiliyin tələblərinə istinad edərək qeyd edir ki, alimentin tutulması tələbinə dair iddia ərizəsi üzrə iddiaçı dövlət rüsumunun ödənilməsindən azad olunduğundan iddia tələbinin qiymətinə mütənasib olaraq, yəni (220 manat x 2 (uşaq) = 440 manat, 440 manat x 12 ay = 5280 manat) ödənilməli olan 72.80 manat dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə keçirilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.3. maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4 maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 234.2.1. maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə,
QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdeh X1 xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq, hər ay hər bir uşaq üçün 220 (iki yüz iyirmi) manat olmaqla, ümumilikdə, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Qətnamə alimentin tutulması hissəsində dərhal icra olunsun. X1 dövlət rüsumuna görə 72.80 (yetmiş iki manat səksən qəpik) manat tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Habil Əhmədov