Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-504/2022 01.07.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi, müəyyən hərəkətlərin edilməsinin qadağan olunması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi, müəyyən hərəkətlərin edilməsinin qadağan olunması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5000 manat maddi ziyan, 5000 manat mənəvi ziyan olmaqla, cəmi 10000 manat pulun tutularaq onun xeyrinə ödənilməsi, Xırdalan şəhəri, H.Əliyev prospekti, Quşçuluq yaşayış massivi, 1-ci küçə, ev 32 ünvanındakı evinə bitişik cavabdeh tərəfindən əkilmiş ağacların çıxarılması, divarın dibində olan, cavabdeh tərəfindən sökülmüş beton örtüyünün bərpası və evinin divarına 2 metrəyədək olan hissədə hər hansı işlərin görülməsinin Cavabdeh qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun hazırda yaşadığı Xırdalan şəhəri, Heydər Əliyev prospekti, Quşçuluq yaşayış massivi, 1-ci küçə, ev 32-də yerləşən bir mərtəbəli həyət evi 2020-ci ilin oktyabr ayından mülkiyyətindədir. Qonşu ilə arasındakı həyəti bölən hasar olmadığından evin iki otağının divarı birbaşa qonşu həyətindədir. Bu ilin (2021-ci il) əvvəlində cavabdehə müraciət etmişdir ki, evin hava çəkən yuvasını təmir etməlidir və həmin divara üzlük çəkməlidir. Lakin cavabdeh bildirmişdir ki, həyətinə heç kim olmadan girə bilməz və bu işləri görmək üçün özünün evdə uzun müddət qalmasına vaxtı yoxdur. Daha sonra qoşmaq istədiyi hava çəkən dəmir hissəni cavabdehə vermişdir ki, onu özü quraşdırsın. Bu ilin avqust ayında evinə bitişik olan yerdəki betonu sökərək oranı torpaqla doldurub ağaclar əkmişdir. Cavabdehə müraciət etmişdir ki, ağacların əkib suladığı halda evin divarlarında çat əmələ gəlməsi və ümumiyyətlə evin bünövrəsinin zəifləyərək çökməsi təhlükəsi vardır. Lakin cavabdeh buna əhəmiyyət verməyərək ağacları sulamaqla onun mülkiyyətinə maddi və özünə mənəvi ziyan vurmağa davam edir. Cavabdehin qeyd edilən hərəkətləri nəticəsində mülkiyyətində olan daşınmaz əmlaka xeyli ziyan dəymişdir. Cavabdehə onun evinə bitişik ağacın əkilməsi qadağan edilməli, əkilmiş ağaclar çıxarılmalı, həmin ərazinin suvarılması cavabdehə qadağan edilməli və cavabdehin vurduğu maddi və mənəvi ziyan ona ödənilməlidir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, iddia ərizəsində göstərilənləri təsdiq edərək, onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddiaya etiraz edərək, onun rədd edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 1-ci küçə, ev 32 mülkiyyət hüququ əsasında xx.xx.2020-ci il tarixdə İddiaçı adına qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən RX ******* nömrəli çıxarışdan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 1-ci küçə, ev 52 mülkiyyət hüququ əsasında xx.xx.2019-cu il tarixdə Cavabdeh adına qeydə alınmışdır. İş materiallarında olan Abşeron RİHB-nin Xırdalan şəhər İƏD üzrə Nümayəndəliyinin xx.xx.2021-ci il tarixli arayışından görünür ki, mübahisəli ərazidə 4 saylı MİS-in əməkdaşları ilə birlikdə baxış keçirilmiş və ağacların evin divarına çox yaxın ərazidə əkilməsi və suvarma nəticəsində fərdi yaşayış evinin bünövrəsinin nəm çəkməsi müəyyən edilmişdir. Cavabdeh ağacları sahənin başqa hissəsinə köçürməsi ilə bağlı məsləhət verilsə də, o, bundan imtina etmişdir. Buna görə də məsələ ilə əlaqədar İddiaçı məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin 01 iyun 2022-ci il tarixli, 10/1142 saylı rəyindən görünür ki, aparılmış tədqiqatla, İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 1-ci küçə, 32 ünvanında yerləşən evə Cavabdeh tərəfindən təqribən 0,5-0,6 metr məsafədə ağaclar əkildiyi müəyyən edilmişdir. İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 1ci küçə, 32 ünvanında yerləşən evin Cavabdeh məxsus torpaq sahəsinə düşən hissəsində yerləşən yaşayış otağının divarla döşəmənin birləşmə hissələrində su sızma və rütubət izlərinin olmadığı və bu səbəbdən də fərdi yaşayış evinə ziyan dəymədiyi müəyyən edilmişdir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, tərəflər eyni küçədə yaşamaqla qonşudurlar. Cavabdeh eyni küçədə yerləşən 52 saylı evdə, İddiaçı isə 32 saylı evdə yaşayır. Hazırda İddiaçı Cavabdeh qarşı vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi, müəyyən hərəkətlərin edilməsinin qadağan olunması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5000 manat maddi ziyan, 5000 manat mənəvi ziyan olmaqla, cəmi 10000 manat pulun tutularaq onun xeyrinə ödənilməsi, Xırdalan şəhəri, H.Əliyev prospekti, Quşçuluq yaşayış massivi, 1-ci küçə, ev 32 ünvanındakı evinə bitişik cavabdeh tərəfindən əkilmiş ağacların çıxarılması, divarın dibində olan, cavabdeh tərəfindən sökülmüş beton örtüyünün bərpası və evinin divarına 2 metrəyədək olan hissədə hər hansı işlərin görülməsinin Cavabdeh qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia edir ki, cavabdeh qonşu həyətdə onun divarına yaxın məsafədə ağac əkməklə və onu suvarmaqla ona məxsus evə ziyan vurmuşdur. Cavabdeh isə iddia tələbini qəbul etmir. Mülki Məcəllənin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın Mülki Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. İş materiallarındakı mötəbər sübutlarla iddianın dəlilləri təkzib olunur. Belə ki, aparılmış ekspertiza tədqiqatı ilə müəyyən edilmişdir ki, İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 1-ci küçə, 32 ünvanında yerləşən evə Cavabdeh tərəfindən təqribən 0,5-0,6 metr məsafədə ağaclar əkilmişdir. Lakin İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 1-ci küçə, 32 ünvanında yerləşən evin Cavabdeh məxsus torpaq sahəsinə düşən hissəsində yerləşən yaşayış otağının divarla döşəmənin birləşmə hissələrində su sızma və rütubət izlərinin olmadığı və bu səbəbdən də fərdi yaşayış evinə ziyan dəymədiyi müəyyən edilmişdir. Belə olan halda isə məhkəmə iddianın bu və ya digər şəkildə təmin edilməsi üçün heç bir əsas tapmır. Azərbaycan Respublikası MPM-nin 101.7-ci maddəsinə görə ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 7 saylı qərarının 6-cı bəndinə əsasən iddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə, keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. İddiaçı Cavabdeh hansı qanunsuz hərəkətləri nəticəsində mənəvi sarsıntı keçirdiyini əsaslı sübutlarla sübuta yetirə bilməmişdir. Qonşunun öz həyətində iddiaçının evinə heç bir maddi zərər yetirməmək şərtilə ağac əkməsi onun mənəvi sarsıntı keçirməsi üçün əsas ola bilməz. Beləliklə, məhkəmə iddianın bu hissəsinə də qiymət verərək hesab edir ki, həmin hissədə də iddia tələbinin heç bir hüquqi əsası yoxdur. MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi, müəyyən hərəkətlərin edilməsinin qadağan olunması barədə iddia tələbi təmin edilməsin. Ekspertizanın dəyəri kimi 50 manat pul İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-504/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-504/2022
01.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair mülki iş - Sair mülki iş - Mənəvi zərərin ödənil
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver